Sənaye parkları
iqtisadiyyatın
şah damarı hesab
edilir
Son illərdə sənaye zonalarından 15,4
milyard manatlıq məhsul satılıb ki, bunun da 4,9 milyard
manatlıq hissəsi ixrac edilib
Bu, bir həqiqətdir ki, hansı cəmiyyətdə
azad və işgüzar sahibkarlar ordusu varsa, o cəmiyyət
inkişafa meyilli, yaradıcı olur. Bu mənada, Azərbaycanda
azad sahibkarlığın inkişafı üçün həm
dövlət, həm də cəmiyyət tərəfindən
lazımi şərait yaradılmaqdadır. Xüsusilə
ölkədə sahibkarlığın
stimullaşdırılması məqsədilə biznes və
investisiya mühiti davamlı olaraq
yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir,
sahibkar-dövlət, hökumət-biznes münasibətləri
daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək
paketini nəzərdə tutan çoxsaylı proqramlar icra
olunur.
Azərbaycanda investisiya cəlbediciliyinin
yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına
daha rahat və sistemli çıxışının təmin
edilməsi, ənənəvi bazarlarda payının
artırılması, yeni bazarlara
çıxışının asanlaşdırılması
və s. istiqamətlər üzrə reallaşdırılan
tədbirlər özəl sektorun daha da güclənməsinə
imkan verir. Bunun nəticəsində hazırda özəl
sektorun ümumi daxili məhsuldakı payı 73 faizə
yaxınlaşır.
Bu gün həm ölkənin daxili
bazarını yerli məhsullarla zənginləşdirmək,
həm də ixrac potensialını yüksəltmək Azərbaycan dövlətinin əsas
iqtisadi prioritetidir. Məqsəd idxal səviyyəsini
aşağı endirməklə ixrac səviyyəsini yüksəltməkdir
ki, bu da ölkəmizə xarici valyuta axınını
sürətləndirən mühüm amildir. Bunun
üçün son 10 ildə Azərbaycan dövləti yeni və
daha modern iqtisadi layihələrə başlayıb. Bu layihələrdən biri
aqroparklardırsa, digəri də sənaye parkları və məhəllələridir.
Bu yeni infrastrukturlar həm də qeyri-neft sənayesinin
inkişafını sürətləndirən önəmli
vasitədir
Prezident İlham
Əliyevin təşəbbüsü
ilə yaradılmış sənaye zonaları yeni dövrdə
sənayenin inkişafında mühüm rol oynayır. Sənaye
zonalarına daxil olan sənaye parkları və məhəllələri,
eləcə də aqroparklar kimi səmərəli mexanizmlər
ixracyönümlü məhsulların istehsalının
genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli
sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin
artırılmasına yeni imkanlar açır. Ölkədə
9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ,
Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan,
Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye
parkları, 4 sənaye məhəlləsi - Neftçala,
Masallı, Sabirabad və Şərur sənaye məhəllələri,
həmçinin qeydiyyata alınmış 24 aqropark
mövcuddur.
Ölkə iqtisadiyyatının
inkişafının təməl prinsiplərindən biri də
zəngin sahibkarlıq subyektlərinin
formalaşdırılmasıdır. Sahibkar güclü
iqtisadiyyat, çoxsaylı iş yeri, ərzaq bolluğu və
bir sözlə, firavan həyat deməkdir. Sahibkar təkcə
öz malının, mülkünün deyil, həm də Vətəninin
sahibi olanda qüdrətli ölkənin vətəndaşına
çevrilir. Ona görə də sənaye parklarında
sahibkarlığın inkişafına əlverişli şərait
yaradılıb və rezidentlər üçün
stimullaşdırıcı mexanizmlər tətbiq olunub.
Sənaye parklarının rezidentləri
dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz,
işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir
yolları xətləri ilə təmin edilirlər. Rezidentlər
qeydiyyata alındıqları tarixdən etibarən 10 il
müddətinə əmlak, torpaq, gəlir vergilərindən,
həmçinin istehsal məqsədilə texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalı
zamanı ƏDV-dən və gömrük rüsumlarından
azad olunurlar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan sənaye parklarında tətbiq
edilmiş idxal ƏDV-si və gömrük güzəştləri
nəticəsində rezidentlər indiyədək 505 milyon
manatdan çox, 2024-cü il ərzində isə 44 milyon
manatdan artıq vəsaitə qənaət ediblər. Bundan
başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye
parklarında əlavə - kommunal xidmətlər üzrə,
məcburi dövlət sosial sığorta haqqının
subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti
ilə təmin edilməsi və kredit faizlərinin
subsidiyalaşdırılması, həmçinin müəyyən
edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri
üzrə xammal və materialların idxalının əlavə
dəyər vergisi və gömrük rüsumundan azad
olunması ilə bağlı güzəştlər tətbiq
edilir. Sənaye zonalarına indiyədək yatırılan
ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil
edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə
başlayıb və 11000-ə yaxın yeni iş yeri
yaradılıb.
2015-ci ildən 1 yanvar 2025-ci il tarixinə kimi sənaye
zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul
satışı həyata keçirilib. Bunun 4,9 milyard manatlıq hissəsi ixrac
edilib. Təkcə 2024-cü ildə sənaye zonalarında 3,3
milyard manatlıq məhsul satışı həyata
keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi
ixracın payına düşür. Sənaye zonalarında
istehsal edilən məhsullar dünyanın 70-dən çox
ölkəsinə ixrac edilir. 2024-cü ildə sənaye
zonalarının qeyri-neft sənayesi məhsulları
istehsalında xüsusi çəkisi 17,6 faiz, qeyri-neft sənayesi
məhsullarının ixracında isə 26 faiz təşkil
edib. Qeyd edilən göstəricilər
sənaye zonalarının iqtisadi artıma mühüm
töhfələrindən xəbər verir.
Elçin Zaman
İki sahil.- 2025.- 16 avqust, ¹144.- S.5.