Laçın yenidən canlanır
Azadlıqdan inkişafa, tarixi Zəfərdən gələcəyə
doğru
Laçın rayonu Azərbaycanın tarixi və strateji baxımdan ən önəmli bölgələrindən biridir.
1923-cü ildə şəhər
statusu almış və 1930-cu ildən rayon inzibati vahidi kimi formalaşmışdır.
Rayonun mərkəzi Laçın şəhəridir,
ərazisi şimaldan Kəlbəcər, cənubdan
Qubadlı, şərqdən
Xocalı, Şuşa
və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir.
Laçın bir şəhər, bir qəsəbə və 125
kənddən ibarətdir,
həm iqtisadi, həm də ekoloji baxımdan böyük əhəmiyyətə
malikdir.
1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı
zamanı rayon ağır insan və maddi itkilərə
məruz qaldı; yüzlərlə sakin həyatını itirdi, mədəniyyət, təhsil,
səhiyyə və tarixi abidələr ciddi ziyan gördü.
İşğalın arxasında
strateji və siyasi məqsədlər dayanırdı, nəticədə
bölgədə demoqrafik
və coğrafi balans pozuldu. 2020-ci ilin Vətən müharibəsi nəticəsində
Laçın rayonu və ona aid
kəndlər Azərbaycana
qaytarıldı. Bu, milli həmrəylik və dövlət müstəqilliyinin təntənəsi
oldu. Laçının
azad olunmasında iştirak edən 8418 hərbi qulluqçu Prezident İlham Əliyev tərəfindən
“Laçının azad
olunmasına görə”
medalı ilə təltif edildi, bu isə həm
fərdi igidliyi, həm də xalqın milli qürurunu simvolizə edir.
Tarixi, strateji və iqtisadi əhəmiyyəti ilə
Azərbaycanın yenidən doğulan simvolu
26 avqust Azərbaycan
tarixində xüsusi önəm daşıyır.
Bu gün “Laçın şəhəri
günü” kimi qeyd olunur və
Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixli sərəncamı ilə
təsis edilmişdir.
Bu, sadəcə bir tarix deyil
– işğaldan azad edilmiş torpaqlarımızın
milli həmrəylik, qürur və birlik günüdür. Laçın üçün
bu tarix həm də gələcəyə ümid,
tarixi qələbə
və yeni başlanğıcların simvoluna
çevrilmişdir. Hər
il bu gün
şəhər sakinlərini,
bölgə ictimaiyyətini
və ölkənin bütün vətəndaşlarını
bir araya gətirərək azadlıq
və milli həmrəylik hissini gücləndirir.
Laçın yalnız tarixi və strateji deyil, həm də enerji baxımından əhəmiyyətli
bir rayondur. Burada ümumi gücü 65,5 meqavat olan doqquz su
elektrik stansiyası fəaliyyət göstərəcək
və ildə 194 milyon kilovat-saat enerji istehsal ediləcək. 2021-ci ildə
istifadəyə verilmiş
Güləbird Su Elektrik Stansiyası təxminən 7 min nəfərin elektrik təchizatını təmin
edir, həmçinin Qubadlının Xanlıq kəndi, Laçının
cənub hissəsi və digər infrastruktur obyektlərinə
enerji verir. Ermənistan tərəfindən
tamamilə dağıdılmış
“Ağbulaq”, “Mişni”
və “Alxaslı” Kiçik Su Elektrik Stansiyaları yenidən qurularaq müasir texnologiyalarla təchiz olunmuşdur.
2023-cü ilin avqustunda
“Mişni” və “Alxaslı”, 2024-cü ilin mayında isə “Zabux” və “Qarıqışlaq” stansiyaları
işə salınmışdır.
2025-ci ilin mayında “Aşağı Malıbəyli”
və “Mirik” SES-ləri də istifadəyə verildi. Bu stansiyalarda istehsal edilən 20 milyon kilovat-saat “yaşıl enerji” 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə
və atmosferə 8 min ton karbon
qazının atılmasının
qarşısını almağa
imkan yaradır.
Rayonun yol-nəqliyyat
infrastrukturu da əsaslı şəkildə
yenilənir. Prezident İlham Əliyevin sərəncamı ilə
inşa edilən Kəlbəcər–Laçın
avtomobil yolunun uzunluğu 75,8 kilometr olacaq və mövcud yoldan 32,2 kilometr qısa olacaq. Yol I və
II texniki dərəcəyə
uyğun inşa edilir, iki, üç
və dörd zolaqlı olacaq. Marşrut boyunca 17 tunel və 23 körpü tikilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometr, körpülərin isə
4163 metrdir. Bu yol nəqliyyat rahatlığını artırmaqla
yanaşı, regionun iqtisadi və strateji əhəmiyyətini
də gücləndirəcək.
Bölgənin beynəlxalq statusunu yüksəldən layihələrdən
biri də Laçın Beynəlxalq
Hava Limanıdır. Təməli 2021-ci ildə
qoyulan və 28 may 2025-ci ildə istifadəyə verilən
hava limanı Qorçu kəndində, dəniz səviyyəsindən
1700 metr yüksəklikdə
yerləşir. 130 hektardan
artıq ərazini əhatə edən aeroportun uçuş-enmə
zolağı 3000 metr uzunluğunda, 60 metr enindədir və istənilən tip hava gəmisini qəbul edə bilir. Beş min kvadratmetrlik terminal binası isə saatda 200 sərnişinə xidmət
göstərir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya
70, Kəlbəcərə isə
60 kilometr məsafədə
yerləşir. Bu layihə həm strateji əhəmiyyət
daşıyır, həm
də turizm və beynəlxalq əlaqələrin inkişafına
geniş imkan yaradır.
Laçında aparılan abadlıq və quruculuq işləri şəhərə
yeni sima qazandırır. Baş plana əsasən, 258 hektar ərazidə əsasən fərdi evlərin inşası nəzərdə tutulub, lakin çoxfunksiyalı zonalarda və digər ərazilərdə
çoxmənzilli yaşayış
binaları da tikilir. Şəhərdə
xəstəxana, İşğal
və Zəfər muzeyləri, Memorial Park, məktəblər, peşə
təhsili müəssisələri,
mədəniyyət və
turizm obyektləri yaradılır. “15 dəqiqəlik
şəhər” prinsipi
tətbiq edilərək
sakinlərin gündəlik
ehtiyaclarını yaxın
məsafədə təmin
etmək nəzərdə
tutulur. Bundan başqa, Laçın regional audiovizual mərkəzə çevriləcək
– yerli və xarici film istehsalçıları
üçün təbii
mühitdə çəkilişlər
aparmaq, lazım olan avadanlıq və xidmətləri əldə etmək mümkün olacaq.
Rayon iqtisadiyyatında
sənaye zonası mühüm rol oynayır. Burada mebel fabriki fəaliyyət
göstərir, yataq və qonaq otağı
dəstləri, həmçinin
qapılar istehsal olunur. Hazırda müəssisədə 54 nəfər
çalışır, onların
42-si yerli sakinlərdir.
Prefabrik modul evlər istehsal edən müəssisə
ildə 200 ev istehsal edir və
100 nəfəri daimi işlə təmin edir. Xırdabuynuzlu heyvanların saxlanılması
üzrə müəssisədə
isə ildə 17 min baş heyvanın
kəsimi həyata keçirilir və 30 nəfər işlə təmin olunub. “Laçın Aqro-Sənaye
Parkı”nda 46 müəssisənin
fəaliyyətə başlaması
planlaşdırılır. Burada mebel istehsalı,
balıqçılıq, yeyinti
sənayesi, yüngül
sənaye, ekoloji emal müəssisələri
və elmi-təcrübə
mərkəzləri yaradılacaq.
“PIRSHAGHI” ayaqqabı fabriki
isə ayda 1500 cüt ayaqqabı istehsal edərək əsasən laçınlıları
işlə təmin edir.
Burada heyvandarlıq,
arıçılıq və
balıqçılıq da
inkişaf etdirilir.
2023-cü ilin avqustunda
istifadəyə verilmiş
“Həkəri Balıq
Təsərrüfatı” ildə
35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel istehsal
edir. Gələcəkdə
müəssisənin fəaliyyətinin
genişləndirilməsi planlaşdırılır.
Nərə əti 70 tona, kürü 3 tona, forel isə
10 tona çatdırılacaq.
İstirahət və turizm üçün də geniş imkanlar yaradılır. Laçında
çaykənarı bulvar,
göl, asma körpü, yaşıllıqlar,
kotteclər, çimərlik
və əyləncə
mərkəzi sakinlərin
və turistlərin ixtiyarına veriləcək.
Bu il təməli
qoyulan kanat yolu isə şəhərin
bulvar ərazisində
salınacaq. 1720 metr uzunluğa malik bu yol saatda
800 sərnişinə xidmət
göstərəcək.
Bütün bu layihələr Laçını yenidən
həyatla doldurur, onu həm müasir,
həm ekoloji, həm də beynəlxalq əlaqələrə
açıq bir şəhərə çevirir.
Hər yeni yol, hər yeni
stansiya, hər yeni müəssisə və ictimai obyekt bu torpaqların
gələcəyinə atılan
inamlı addımdır.
Laçın indi təkcə azad edilmiş şəhər
deyil, o Azərbaycanın
gücünün, qürurunun
və inkişafının
simvoludur.
Doğma yurda qayıdışla başlayan yenidənqurma,
mədəniyyət və turizmin inkişaf etdiyi şəhər
2023-cü ilin 28 mayından Laçınlıların
doğma yurda qayıdışı gerçəkləşməyə
başladı. 31 ildən
sonra yurdlarına dönən sakinlər artıq öz torpaqlarında yeni həyat qururlar. Dövlət başçısının
tapşırığı ilə bərpa edilən və yenidən tikilən evlər hər ailənin rahat yaşayışı üçün
bütün zəruri
şəraitlə təmin
edilib. “Böyük Qayıdış” proqramı
çərçivəsində Laçın şəhərinə
571 ailə (2091 nəfər),
Zabux kəndinə 217
ailə (823 nəfər),
Sus kəndinə 59 ailə (215 nəfər), Bəylik kəndinə isə 89 ailə (363 nəfər) köçürülüb.
Bu rəqəmlər təkcə statistik göstərici deyil, hər bir ailənin
doğma yurduna qovuşmasının rəmzi,
bölgədə yeni
həyatın başlanğıcını
göstərir.
Zabux kəndi
qayıdışın ən
bariz nümunələrindən
biridir. Ümumi sahəsi 81 hektar olan kənddə 245 ailənin məskunlaşması
nəzərdə tutulub,
ilkin mərhələdə
isə 223 ailə üçün şərait
yaradılıb. İnfrastruktur
tam şəkildə qurulub: 50 yerlik uşaq bağçası,
inzibati bina, tibb məntəqəsi istifadəyə verilib. Evlərin, küçələrin
və sosial obyektlərin işıqlandırılmasında
yaşıl enerjidən
istifadə olunması
isə kəndin həm müasir, həm də ekoloji baxımdan dayanıqlı inkişafını
təmin edir. Sus kəndi isə tamamilə yenidən salınıb.
25 hektarlıq ərazidə
13 ikiotaqlı, 28 üçotaqlı,
14 dördotaqlı və
4 beşotaqlı fərdi
ev inşa olunub. Burada 132 yerlik orta məktəb,
50 yerlik uşaq bağçası, istirahət
parkları və uşaq meydançaları
yaradılıb. Kənd
sadəcə yaşayış
məkanı deyil, ailələr üçün
rahat və təhlükəsiz bir ocağa çevrilib. Bəylik kəndində də genişmiqyaslı quruculuq işləri aparılıb. Klub-icma mərkəzi gənclərin
görüş, tədbir
və dərnəklər
üçün toplaşdığı
mühüm məkandır.
Burada həm evlər, həm də sosial obyektlər yaşıl enerjidən qidalanır; klub-icma mərkəzinin damına günəş panelləri quraşdırılıb.
29,6 hektarlıq ərazidə
91 fərdi ev inşa olunub: 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. İnfrastruktur
tam təmin edilib – yollar, rabitə, su, qaz və elektrik
xətləri çəkilib,
sakinlərin rahat yaşayışı üçün
bütün şərait
yaradılıb.
2025-ci ildə Laçın şəhəri
MDB Humanitar Əməkdaşlıq
Şurasının qərarı
ilə “MDB-nin mədəniyyət paytaxtı”
elan edilib. 3 iyun 2025-ci ildə keçirilən açılış
mərasimi şəhərin
beynəlxalq mədəniyyət
və turizm xəritəsində önəmini
daha da artırdı.
Şəhərdə aparılan
yol-infrastruktur işləri
həm sakinlərin, həm də qonaqların rahat hərəkətini təmin
edir.
Ümumilikdə, Laçında 1000-dən çox
yaşayış evi tikilib və ya bərpa olunub.
Təkcə Laçın
şəhərində 626 fərdi
ev, 138 mənzilli çoxmənzilli bina və 87 qeyri-yaşayış
sahəsi istifadəyə
verilib. Hazırda 89 fərdi ev, 28 çoxmənzilli bina və 26 qeyri-yaşayış
obyektinin tikintisi davam edir. Yaxın
illərdə isə əlavə 237 fərdi ev və 29 çoxmənzilli
binanın (436 mənzil)
inşası planlaşdırılır.
Təhsil sahəsində
də ciddi addımlar atılıb. Laçın rayon 2 nömrəli tam orta məktəbi 510 şagird yerlikdir, üçmərtəbəli binada
sinif otaqları, laboratoriyalar, informatika və texnologiya kabinetləri, məktəbəhazırlıq
və hərbi hazırlıq otaqları fəaliyyət göstərir.
2023-cü ildə isə
Zabux kənd tam orta məktəbi
istifadəyə verilib
və 176 şagird yerlikdir.
Şəhərin turizm imkanları da bərpa prosesində
nəzərə alınıb.
2025-ci ildə Zerti kəndində “Laçın”
İstirahət Kompleksi
istifadəyə verilib.
11,2 hektarlıq ərazidə
yerləşən kompleksdə
120 otaqlı hotel, 8 kottec, ümumilikdə isə 324 nəfərlik qonaq tutumu var.
Burada konfrans və tədbir zalları, toplantı otaqları yaradılıb.
Kompleks 174 nəfəri
işlə təmin edib, onların əksəriyyəti Laçın,
Kəlbəcər və
ətraf bölgələrin
sakinləridir.
2023-cü ilin avqustunda Laçında “Hoçazfilm” yaradıcılıq
studiyasının açılışı
da baş tutub. Qarabağın nadir yaradıcılıq məkanlarından biri sayılan bu studiya iki inzibati
bina və bir çəkiliş pavilyonundan ibarətdir. Adını Laçının
rəmzlərindən olan
Hoçaz qayalıqlarından
götürən studiya
bölgənin təbiətini,
mədəniyyətini və
yaradıcı potensialını
həm sənətsevərlərə,
həm də film istehsalçılarına
təqdim etməyi hədəfləyir.
Beləliklə, Laçın bu gün yalnız işğaldan azad edilmiş torpaq deyil, həm də mədəniyyət,
təhsil, turizm və sənaye baxımından inkişaf
edən, sakinləri üçün yeni imkanlar açan bir məkandır. Hər yeni ev,
hər müəssisə,
hər təhsil və mədəniyyət
ocağı bu torpaqlarda sabahın ümidini və firavanlığını simvolizə
edir.
Hər səfər,
hər açılış
Laçına yeni nəfəs, yeni həyat gətirir
Azad olunmuş
Laçın torpaqlarına
Prezident İlham Əliyevin səfərləri
bölgənin dirçəliş
tarixində mühüm
dönüş nöqtələrini
əks etdirir. 2021-ci ilin 14 fevralında dövlət başçısının
Güləbird kəndinə
səfəri zamanı
ucaldılan Azərbaycan
bayrağı təkcə
Laçına deyil, bütün Qarabağa mesaj idi: azadlıq
və dirçəliş
artıq başlanıb.
Elə həmin gün Güləbird Su Elektrik Stansiyasının
istifadəyə verilməsi
isə kəndin gələcək inkişafının
enerji təminatını
simvolizə edirdi. Laçın torpaqlarına
dövlətimizin başçısının
səfərləri bölgənin
bərpası və inkişafı prosesində
mühüm dönüş
nöqtələrini təşkil
edir. Hər səfər bölgənin
yalnız fiziki deyil, həm də mənəvi bərpasının simvolu
kimi diqqət çəkir. Prezidentin bölgəyə gəlişi
zamanı həyata keçirilən enerji, nəqliyyat, infrastruktur və mədəni layihələr Laçının
gələcək inkişafının
təməlini qoyur və sakinlərin yeni həyatını təmin edir. Bu dövrdə açılışı və
ya təməlqoyması
həyata keçirilən
obyektlər arasında
hava limanı, avtomobil yolları, su və enerji
stansiyaları, sənaye
müəssisələri, turizm
və mədəniyyət
obyektləri yer alır. Hər bir layihə bölgənin iqtisadiyyatını
gücləndirir, yeni
iş yerləri yaradır və həyat səviyyəsini yüksəldir. Eyni zamanda, Prezidentin regional və beynəlxalq səviyyədə
görüşləri Laçının
artıq strateji mövqeyini gücləndirdiyini
göstərir, bu isə bölgənin həm daxili inkişafına, həm də beynəlxalq əməkdaşlığa açıq
olduğunu nümayiş
etdirir.
Hər səfər,
hər açılış
Laçına yeni nəfəs, yeni həyat gətirir. Bu torpaq indi
həm tarixi xatirələrin, həm də gələcək ümidlərin ünvanıdır.
İnşa edilən hər tunel, çəkilən hər
yol, qurulan hər ev və
açılan hər
müəssisə Laçının
yenidən doğuşunun
canlı şahididir. Prezident İlham Əliyevin səfərləri
isə sadəcə rəsmi tədbirlər deyil; onlar azad
edilmiş torpaqlara göstərilən diqqətin,
qayğının və
gələcəyə olan
böyük inamın
təcəssümüdür.
Nigar Orucova
İki sahil.- 2025.- 19 avqust, ¹145.- S.4.