Humanizmin, nəcibliyin və mübarizliyin
təcəssümü: Mehriban Əliyeva
Şərəfli missiya
Gündəlik fəaliyyətimizdə insansevərlik,
mərhəmət, qarşılıqlı
hörmət, mehribanlıq
unudulmamalıdır. Əksinə,
məhz bu mənəvi dəyərləri
uca tutaraq ən yüksək qələbələr əldə
etmək, ən böyük zirvələrə
qalxmaq olar
Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın
siyasi, iqtisadi və mədəniyyətlərarası
dialoq mərkəzlərindən
biridir. Tolerant və mehriban birgəyaşama mədəniyyəti baxımından,
artıq dünya üçün bir örnəkdir.
Eyni zamanda, bu və
ya digər ümumbəşəri dəyərləri
ölkəmizin adına
həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
da fasiləsiz və qətiyyətli fəaliyyətini
nəzərə çatdırmalıyıq.
Bu gün mübaliğəsiz
deyə bilərik ki, dünyanın eşidilən
səsində Azərbaycan
adının vurğulanmasında
Mehriban xanım Əliyevanın
xidmətləri əvəzsizdir.
Ölkənin sosial-iqtisadi,
mədəni tərəqqisi,
sivil dünya birliyinə inteqrasiyası,
xalqın maddi və mənəvi rifahının yaxşılaşması
naminə ardıcıl
fəaliyyəti, eləcə
də, Azərbaycan mədəniyyətinin geniş
təbliği, sağlam
mənəvi dəyərlərin
qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə
malik vətəndaş kimi
yetişdirilməsi istiqamətində
gördüyü işlər
Azərbaycanın beynəlxalq
arenada tanınmasına,
xalqımız haqqında
obyektiv ictimai rəyin formalaşmasına
təkan verib. Mehriban xanımın bu genişmiqyaslı layihələri
təkcə Azərbaycanda
deyil, dünya miqyasında da yüksək
qiymətləndirilir. Birinci
xanım yaşından,
milliyyətindən və
dini etiqadından asılı olmayaraq, milyonlarla insanın ürəyini fəth edib. Belə ki, ətrafındakılara humanist münasibəti,
ehtiyacı olan insanlara qayğısı,
onların dərdinə
şərik çıxması
Mehriban xanımı xeyirxahlığın
və ümidin mücəssəməsinə çevirib.
Mehriban Əliyeva 26 avqust
1964-cü ildə Bakı
şəhərində elm, təhsil və mədəniyyət dəyərlərinə
xüsusi önəm verən bir ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıqdan aldığı
yüksək mənəvi
tərbiyə və zəngin intellektual mühit onun gələcək fəaliyyətinin
bünövrəsini formalaşdırmışdır.
Orta təhsilini Bakı şəhərində
tamamladıqdan sonra
Moskva Dövlət Tibb
Universitetində ali təhsil almış, oftalmologiya ixtisası üzrə elmi fəaliyyət göstərmişdir.
Təhsil illərindən
başlayaraq humanist ideyalar,
insana sevgi və yardımlaşma dəyərləri onun həyat prinsipinə çevrilmişdir. 2004-cü ildən
Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva, Azərbaycanın sosial və mədəni inkişafında yeni bir mərhələ açdı.
Fondun fəaliyyəti
çərçivəsində ölkənin bütün
bölgələrində yüzlərlə
məktəb, uşaq
bağçası, xəstəxana
və mədəniyyət
ocaqları inşa edilmiş və yenidən qurulmuşdur. Fondun həyata keçirdiyi “Yeniləşən
Azərbaycana Yeni Məktəb”,
“Diabetli uşaqlara qayğı”, “Talassemiyasız
həyat naminə” kimi proqramlar minlərlə insana yeni həyat, yeni ümid bəxş etmişdir.
Mehriban xanımın təşəbbüsü
ilə Fondun beynəlxalq layihələri
də Azərbaycanı
dünyada humanizm mərkəzi kimi tanıtmışdır. Pakistan, Gürcüstan, Misir, Rusiya və digər ölkələrdə
məktəblərin, xəstəxanaların
inşası, qədim
abidələrin bərpası
onun qlobal humanist missiyasının bariz nümunəsidir.
Mehriban Əliyevanın fəaliyyəti
sayəsində Azərbaycan
bu gün beynəlxalq səviyyədə
mədəniyyətlərarası körpü kimi tanınır. Parisdə, Romada, Berlində, Moskvada, Vatikanda və dünyanın onlarla şəhərində
Azərbaycan Mədəniyyət
Günləri, sərgilər,
musiqi festivalları, elmi konfranslar təşkil edilmişdir.
Azərbaycan muğamının
dünyada təbliği
üçün keçirilən
Muğam Mərkəzinin
yaradılması, Muğam
müsabiqələri və
beynəlxalq festivallar
milli irsimizin qorunmasına
və gələcək
nəsillərə ötürülməsinə
mühüm töhfədir.
Mehriban Əliyeva 2005-ci ildə
Milli Məclisə deputat
seçilmiş, uzun illər ərzində ölkənin mədəniyyət,
sosial və humanitar sahələrində
mühüm qanunvericilik
təşəbbüslərinə imza atmışdır.
2017-ci ilin fevralında
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti təyin edildikdən sonra, ölkədə sosial rifah, səhiyyə,
təhsil və mədəniyyət sahələrində
yeni islahatların aparılmasına
rəhbərlik edir. Onun təşəbbüsləri
ilə həyata keçirilən sosial layihələr yüz minlərlə insanın həyatına müsbət
təsir göstərmişdir.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti cənab
İlham Əliyevin uğurla
həyata keçirdiyi
ümummilli siyasətin
ayrılmaz hissəsidir.
Mehriban xanım Prezident
İlham Əliyevin ən
yaxın və etibarlı silahdaşı
olaraq Azərbaycanın
tərəqqi sütunlarının
daha da möhkəmlənməsində
tükənməz əmək
sərf edən nümunəvi şəxsiyyətdir.
Mehriban Əliyeva Müzəffər
Ali Baş Komandanla birgə işğaldan azad edilmiş torpaqlarımızda aparılan
sürətli bərpa
və quruculuq işlərində yaxından
iştirak edərək
tarixi ərazilərimizin
dirçəldilməsində, mədəniyyət paytaxtımız
olan Şuşanın
öz zəngin tarixi simasının özünə qaytarılmasında
yorulmaz fədakarlığını
əsirgəmir. Azərbaycanın
Birinci vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq,
insanpərvərlik örnəyidir.
Aztəminatlı ailələrə,
Qarabağ qazilərinə,
şəhid ailələrinə
və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların
sosial dayağına çevrilib. Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların qayğıları
ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli
istiqamətində mütəmadi
tədbirlər həyata
keçirir. Döyüşlərdə
yaralanan hərbçilərimiz
müalicə və reabilitasiya üçün
Türkiyəyə göndərilib,
həmçinin sağlamlıqlarını
itirmiş bir qrup əsgər və zabit yüksək
texnologiyalı protezlərlə
təmin edilib.
Heydər
Əliyev Fondu Qarabağ
ərazisində ermənilər
tərəfindən dağıdılan,
Azərbaycan xalqının
milli sərvəti olan
dini abidələrin, məscidlərin bərpası
üzrə layihəni
uğurla davam etdirir. XVIII əsrə dair Şuşa qalasının divarları,
Pənahəli xanın
sarayı, kitabxanası,
İbrahimxəlil xanın
bürcü və qəsri, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi
və türbəsi, Gövhər ağa, Saatlı, Köçərli
məscidləri, Xurşidbanu
Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin,
M.M.Nəvvabın, S.S.Axundovun,
N.B.Vəzirovun, Bəhmən
Mirzənin, Xan Şuşinskinin,
Sadıqcanın, Y.V.Çəmənzəminlinin,
Üzeyir bəy Hacıbəylinin, Bülbülün
ev-muzeyləri, digər
tikililər bərpa edilir, restavrasiya işləri aparılır.
Şəhərdə infrastruktur
layihələri ilə
yanaşı, tarix və mədəniyyət
abidələrinin bərpası
da sürətlə həyata
keçirilir. Yerli və xarici mütəxəssislərin iştirakı
ilə bölgədəki
ziyarətgahlarımızın bərpası, konservasiyası
və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə
Fond tərəfindən təşkil
olunan “Xarıbülbül”
musiqi festivalı, Azərbaycan bəstəkarlıq
məktəbinin görkəmli
nümayəndələrinin əsərlərinin notlarından
ibarət “Əbədi
imzalar” toplusunun, “Qarabağın mədəni
irsi” adlı nəşrlər toplusunun
hazırlanması Azərbaycan
xalqının mənəvi,
tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli
töhfələrdir.
Genişmiqyaslı nəcib əməllərinə
görə Azərbaycanın
birinci xanımı müxtəlif beynəlxalq
mükafatlara, fəxri
adlara, təltiflərə,
orden və medallara layiq görülmüşdür. "Heydər Əliyev" ordeni (Azərbaycan Respublikası), "Şərəf
Legionu" ordeni (Fransa Respublikası), "Dostluq" ordeni (Rusiya Federasiyası), "Hilal-e Pakistan" ordeni
(Pakistan İslam Respublikası), "Sreten" ordeni (Serbiya Respublikası),
"Macarıstanın Xidmətlərə
görə Komandor Xaçı" ordeni,
BMT-nin Ümumdünya
Əqli Mülkiyyət
Təşkilatının qızıl
medalı, Avropa Olimpiya Komitələrinin
Ali Ordeni, Beynəlxalq
Ədalətli Oyunlar Komitəsinin "Xüsusi
xidmətlərə görə"
medalı, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin qızıl
medalı, Heydər Əliyev Mükafatı, Ümumdünya Səhiyyə
Təşkilatı İcraiyyə
Komitəsinin "Qızıl
ürək" beynəlxalq
mükafatı, Beynəlxalq
Olimpiya Akademiyasının
"Olympic Excellence" xüsusi fəxri mükafatları xeyirxahlıq və ümid mücəssəməsi
Mehriban xanım Əliyevanın
ömür yolunun dəyərli anlarını
əks etdirir. Mehriban xanım Rusiya Federasiyasının İ.M.Seçenov adına
Birinci Moskva Dövlət
Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs
Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur. Mehriban Əliyeva
minlərlə insana sağlamlığı, ümidi,
həyat eşqini qaytarıb. Bu, ən ali missiya və
xeyirxahlıq, həm də bənzərsiz bir ömrün uğur səhifələridir.
Sevinc Azadi
İki sahil.- 2025.- 27 avqust, ¹151.- S.3.