Ballıqaya qətliamından 33 il ötür
Ballıqaya faciəsi Azərbaycan xalqının yaddaşında
etnik təcavüz və işğalın dəhşətini simvolizə
edən bir hadisə kimi qaldı
Ballıqaya qətliamı Azərbaycan tarixində erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi ən qanlı faciələrdən biridir. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə baş verən bu hadisə təkcə hərbi təcavüz aktı deyil, həm də insanlığa qarşı cinayət idi. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi erməni terrorunun miqyasını bir daha açıq şəkildə nümayiş etdirdi.
Bu gün
həmin faciəni xatırlamaq, tarixi həqiqətləri yeni nəsillərə çatdırmaq
və beynəlxalq ictimaiyyətin diqqətinə
təqdim etmək Azərbaycan tarixçilərinin,
ziyalılarının və
media nümayəndələrinin
üzərinə düşən
mənəvi borcdur.
Məhz bu
məsələlər ətrafında
fikir mübadiləsi etmək üçün
AMEA-nın A.A.Bakıxanov
adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan
Respublikasının tarixi
şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru Günel Musayeva ilə həmsöhbət
olduq. Müsahibimiz Ballıqaya qətliamının tarixi
kontekstdə yeri, erməni silahlı dəstələrinin bu
cinayəti törətməkdə məqsədləri, faciənin
Azərbaycan ictimai-siyasi həyatına və beynəlxalq aləmdə
ölkəmizin mövqeyinə təsiri, həmçinin gələcək
nəsillərin yaddaşında bu qətliamın necə
yaşadılmalı olduğuna dair fikirlərini
bölüşdü.
– Ballıqaya qətliamı hansı tarixi və siyasi şəraitdə baş verdi?
- 1987-ci ilin sonlarından
etibarən Ermənistanın
Azərbaycana qarşı
ərazi iddiaları və hərbi təcavüzü nəticəsində
torpaqlarımızın işğalı
prosesi başladı. Bu işğal zamanı ermənilər kəndləri və rayonları ələ keçirərkən yerli
əhalini vahiməyə
salmaq, digər bölgələrdə yaşayanlara
psixoloji təsir göstərmək üçün
qətliamlar törədirdilər.
Almatı şəhərində
Azərbaycan Respublikası
adından 1991-ci il dekabrın 21-də imzalanmış
Müstəqil Dövlətlər
Birliyinə daxil omaq haqqında sazişin təsdiq edilməməsi barədə
qərar qəbul edildikdən sonra Rusiyanın yardımlarını
daha da artırması
nəticəsində Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
daha da genişləndi.
Mülki əhalinin amansızlıqla qətlə
yetirliməsi davam etdirildi.Belə faciələrdən biri də Laçın rayonundan məcburi köçkün düşərək
Goranboy rayonunun Ballıqaya yaylağında
məskunlaşan sakinlərin
başına gətirildi.
– Qətliam nəticəsində neçə
nəfər həyatını
itirdi və onların sosial tərkibi necə idi?
- Ballıqayada əsasən Laçından
didərgin düşmüş
və heyvandarlıqla
məşğul olan ailələr məskunlaşmışdı.
1992-ci ilin avqustunda Ermənistan silahlı dəstələrinin hücumu
nəticəsində kənddə
dəhşətli qətliam
törədildi. Ümumilikdə
24 nəfər amansızcasına
qətlə yetirildi ki, onlardan 6-sı uşaq, 13-ü qadın idi. Bundan əlavə,
9 nəfər yaralandı,
onların 5-i ağır,
4-ü isə yüngül
xəsarət aldı.
Qətlə yetirilənlərin
bir hissəsi Bərdədə dəfn edildi, işğaldan azad edildikdən sonra isə Ballıqayada kütləvi
məzarlıq aşkarlandı.
– Hadisədən sağ çıxan şahidlərin verdiyi məlumatlar tarixi araşdırmalarda necə
istifadə olunub?
- Sağ qalanların
ifadələri tarix elmi üçün çox böyük əhəmiyyət daşıyır.
Onlar hadisələrin
görünməmiş tərəflərinin
canlı şahidləridir
və dedikləri faktların təsdiqlənməsinə
kömək edir. Tarixi araşdırmalarda “şifahi tarix” metodu geniş istifadə olunur: tarixçilər sağ qalanlarla müsahibələr
aparır, onların xatirələrini sistemləşdirir,
arxivləşdirir və
təhlil edirlər. Bu, yalnız hadisələrin xronikasını
yaratmır, həm də gələcək nəsillərin empatiya qurmasına imkan verir. Eyni zamanda,
soyqırımların inkarına
qarşı güclü
dəlil rolunu oynayır.
– Qətliamın Azərbaycan cəmiyyətinə
psixoloji və sosial təsirləri nədən ibarət oldu?
Ballıqaya
qətliamı təkcə
bir kəndin faciəsi deyil, bütün Azərbaycan cəmiyyətinə ciddi psixoloji zərbə vurdu. Ailələr tamamilə məhv edildi, uşaqlar, qadınlar qətlə yetirildi. Bu, xalqın yaddaşında dərin iz buraxdı
və müharibə dövründə məcburi
köçkünlərin həyatında
yeni travmalar yaratdı. İnsanlar yalnız torpaqlarından yox, həm də
yaxınlarından, uşaqlarından,
ailə üzvlərindən
ayrı düşdülər.
– Hadisə ilə bağlı beynəlxalq təşkilatlar
və insan haqları qurumlarının
reaksiyası necə oldu?
- Ballıqaya qətliamı da daxil olmaqla, ermənilərin Qarabağda
azərbaycanlılara qarşı
həyata keçirdiyi
etnik təmizləmə
və soyqırımı
aktları beynəlxalq
təşkilatlar tərəfindən
pislənilib. BMT, İslam
Əməkdaşlıq Təşkilatı,
"Genocide Watch" kimi
qurumlar bu cinayətlərə münasibət
bildiriblər. "Genocide
Watch" hətta Ermənistanın
hərəkətlərini soyqırımı
təhlükəsi kimi
qiymətləndirərək “Genocide Alert” səviyyəsində elan etmişdi. 2008-ci il martın 14-də BMT Baş
Assambleyası Azərbaycan
torpaqlarının işğalını
və etnik təmizləmə siyasətini
pisləyən qətnamə
qəbul etdi. ABŞ-ın bir sıra
ştatları, həmçinin
15-dən çox ölkə
Xocalı soyqırımını
tanıdı. Ballıqaya
ayrıca sənədlərdə
xüsusi qeyd olunmasa da, Azərbaycan
dövləti beynəlxalq
müstəvidə bütün
bu qətliamların tanıdılması istiqamətində
fəaliyyət göstərir.
– Ballıqaya qətliamına hüquqi-siyasi
qiymət verilməsi istiqamətində hansı
addımlar atılıb?
- Soyqırımı və etnik təmizləmə
beynəlxalq hüquqa
görə ən ağır cinayətlərdən
sayılır. Tarixçilərin
və hüquqşünasların
araşdırmaları bu
hadisələrin müharibə
cinayətləri, insanlığa
qarşı cinayətlər
və soyqırımı
kimi təsnif olunmasına imkan yaradır. Bu araşdırmalar həm hüquqi sübut bazası yaradır, həm də dövlətlərin və
beynəlxalq təşkilatların
məsuliyyət daşımasına
zəmin hazırlayır.
Azərbaycan tərəfi
də beynəlxalq hüquq müstəvisində
bu hadisələrə
siyasi-hüquqi qiymət
verilməsi üçün
ardıcıl mübarizə
aparır.
– Ballıqaya qətliamının xatirəsi
bu gün necə yaşadılır?
Hadisənin gənc nəsillərə çatdırılması
üçün hansı
işlər görülür?
- Hazırda Ballıqaya
da daxil olmaqla, soyqırımlar və qətliamlarla bağlı xatirələr
həm məktəb dərsliklərində, həm
də memorial komplekslərdə yaşadılır.
Azərbaycanın müxtəlif
bölgələrində memorial
yerlər yaradılıb,
muzeylər fəaliyyət
göstərir. Gənclər
bu məkanlara aparılır, tarixi öyrənmələri üçün
şərait yaradılır.
Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən
“Xocalıya ədalət”
beynəlxalq kampaniyası
da bu hadisələrin
dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynayır.
– Tarixçilər
və tədqiqatçılar
üçün bu qətliamın araşdırılması
niyə vacibdir?
- Ballıqaya kimi qətliamların araşdırılması yalnız
tarixi faktları üzə çıxarmaq
üçün deyil,
həm də ədalətin bərpası
və gələcək
nəsillərə düzgün
yaddaşın ötürülməsi
üçün mühümdür.
Tarixi sənədləşdirmək,
şahidlərin ifadələrini
qorumaq, bu hadisələri hüquqi və siyasi müstəviyə çıxarmaq
tarixçilərin üzərinə
düşən vəzifədir.
Bu tədqiqatlar həm beynəlxalq aləmdə inkarçılığa
qarşı ən güclü vasitədir, həm də Azərbaycan xalqının
yaddaşında milli kimlik və ədalət hissini möhkəmləndirir.
- Son olaraq,
Ballıqaya qətliamı
və Qarabağda baş verən digər faciələrin Azərbaycan tarixindəki yeri və önəmi
barədə nə demək istərdiniz?
- Bu hadisələr
yalnız itkilər və acılardan ibarət deyil; onlar xalqımızın birliyini, iradəsini və milli şüurunu
gücləndirdi. Bu faciələrdən çıxarılan
dərslər, vətənpərvərlik
ruhu və xalqın azadlıq arzusu nəticəsində
Azərbaycan 2020-ci ilin
44 günlük Vətən
müharibəsində tarixi
qələbə qazandı.
Ballıqaya soyqrımı
qurbanlarının ruhu
şaddır. Bu yaddaş, həm tarixi ədaləti bərpa etmək, həm də gələcək nəsillərə
vətənpərvərlik nümunəsi təqdim etmək baxımından əvəzsizdir.
Nigar Orucova
İki sahil.- 2025.- 28 avqust, ¹152.- S.6.