Bir ömürlük xidmət:

İmran Əbilovun işıqlı yolu

 

Örnək həyat

 

Cəmiyyətdə elə şəxsiyyətlər var ki, onlar ömrünü xalqa Vətənə həsr etsələr , bu barədə danışmağı, öndə olmağı heç zaman sevmirlər. Onların təvazökarlığına baxmayaraq, gördükləri işlər, topluma verdikləri töhfələr, eləcə müxtəlif sahələrin xüsusilə elmin, iqtisadiyyatın kənd təsərrüfatının inkişafındakı rolları gənc nəsillərə örnək olmalıdır. Bu səbəbdən kənd təsərrüfatı sahəsində böyük iz qoymuş ziyalılardan biri  İmran Rəşid oğlu Əbilovun həyat yoluna nəzər salmaq yerinə düşər. İmran Rəşid oğlu Əbilov  kənd təsərrüfatı sahəsində dərin iz qoymuş, xalqına torpağına sədaqətlə xidmət etmiş ziyalı ictimai xadimdir.

23 oktyabr 1935-ci ildə Masallı rayonunun səfalı Mahmudavar kəndində dünyaya göz açan İmran Əbilov zəhmət maarif yolu ilə addımlayan ziyalı, ictimai xadim, dəyərli kənd təcərrüfatı mütəxəssisidir. İlk təhsilini kənd məktəbində alan gənc İmran, 1954-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirərək, Boradigah kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Təhsil zəhmətə sevgisi onu daha böyük hədəflərə aparıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə fərqlənmə diplomu ilə başa vurub. Ali təhsildən sonra doğma yurda dönən İmran müəllim, Həsənli kəndində yerləşənŞən həyatkolxozunda baş zootexnik kimi çalışaraq kənd təsərrüfatının inkişafına töhfə verib. Onun təşkilatçılıq bacarığı idarəçilik qabiliyyəti 1959-1962-ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı, daha sonra isə Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində çalışarkən özünü göstərib. 1962-ci ilin martından Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində təşkilatçı kimi fəaliyyətini davam etdirən İmran Əbilov, 1963-1969-cu illərdə Masallı Rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışaraq bölgənin aqrar potensialının yüksəldilməsində mühüm rol oynayıb.

1969-1991-ci illər onun dövlət səviyyəsində fəaliyyətinin zirvəsi olub. Bu dövrdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, daha sonra isə Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini kimi məsuliyyətli vəzifələrdə çalışıb. 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra edib.

1997-ci ildən etibarən Nazirlər Kabinetinin Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi dövlət qulluğunda fəaliyyətini davam etdirən İmran Əbilov, 2011-ci ildən etibarən dövlət qulluğu təqaüdçüsüdür. Onun həyat yolu - maarifə, zəhmətə dövlətə sədaqətlə xidmət edən nümunəvi bir ömrün təcəssümüdür. İmran Əbilovun zəngin mənalı fəaliyyət yolunun önəmli səhifələrindən biri onun beynəlxalq ittifaq miqyaslı tədbirlərdə Azərbaycanın layiqli təmsilçisi kimi çıxış etməsidir. Onun rəhbərlik etdiyi nümayəndə heyətləri təkcə ölkəmizin deyil, bütövlükdə SSRİ-nin kənd təsərrüfatı sahəsindəki mövqeyini ifadə edirdi. 1970-ci ildə Gürcüstanda keçirilən Kolxozçular qurultayına Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qatılan İmran müəllim, 1978-ci ildə Hindistanda təşkil olunan Beynəlxalq Camışçılıq Simpoziumunda artıq Sovet nümayəndə heyətinə rəhbərlik edirdi.  1979-cu ildə İsveçdə ölkəmizə həsr olunmuş ongünlük mədəni iqtisadi tədbirlərdə iştirak etməsi, 1985-ci ildə isə Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində Sovetlər İttifaqını təmsil edən yeganə nümayəndə kimi çıxış etməsi onun beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini sübut edirdi.

1989-cu ildə Bolqarıstanda keçirilən Beynəlxalq Federasiyanın Avropa Komissiyasının müşavirəsində, eləcə SSRİ daxilində Penza, Səmərqənd, Belqorod Qrenburqda təşkil olunan müxtəlif elmi-praktik tədbirlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən İmran Əbilov, iştirak etdiyi hər görüşdən sonra əldə etdiyi yeni bilik təcrübələri respublikanın bölgələrində tətbiq etməklə kənd təsərrüfatının inkişafına real töhfələr verirdi.  Bu səfərlər təkcə statistik göstəricilər deyil, eyni zamanda, bir alimin, bir peşəkarın bir vətənpərvərin milli maraqlar uğrunda göstərdiyi ardıcıl səylərin təcəssümüdür. Bədii yaradıcılığı isə həyatın mənəvi qatlarına işıq salır. “Bir ömrün salnaməsi”, “Vətənə vurğun ömürdən səhifələr”, “Deyilən söz yadigardırXatirələrdə yaşayan insankimi kitablarında müəllif keçdiyi mənalı ömür yolunu, zamanın axarında tanıdığı insanları, ölkənin ictimai-siyasi həyatında şahid olduğu hadisələri oxucularla bölüşür. Bu əsərlərin əhəmiyyəti təkcə xatirə janrında deyil, həm tarixi sənəd vətənpərvərlik ruhu daşıyan bədii publisistik mənbə kimi dəyərlidir.  Qeyd etmək yerinə düşər ki, “Bir ömrün salnaməsiVətənə vurğun ömürdən səhifələradlı kitablarında Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyevin xidmətlərinə dəfələrlə yer verilməsi, müəllifin dövlətə onun rəhbərlərinə olan dərin hörmətinin sarsılmaz inamının parlaq ifadəsidir.

İmran Əbilovun zəngin elmi ədəbi irsi onun çoxşaxəli dünyagörüşünün vətənə bağlı ziyalı mövqeyinin təcəssümüdür. Onun qələmindən çıxan əsərlər yalnız ixtisas sahəsində deyil, həm milli ruhun, vətəndaşlıq mövqeyinin güclü ifadəsidir. Elmi yaradıcılığı əsasən kənd təsərrüfatı heyvandarlıq sahəsinə həsr olunub. O, Azərbaycanın təbii-iqlim şəraitinə uyğun damazlıq heyvanların yetişdirilməsi, saxlanılması bəslənməsi ilə bağlı elmi əsaslara söykənən tövsiyələr hazırlamış, bu sahədə onlarla kitab məqalə qələmə almışdır. 1975-ci ildə yazdığıAzərbaycana gətirilən cins malların iqlimə uyğunlaşdırılmasıBuzovların bəslənməsikimi əsərləri bu sahədə çalışan mütəxəssislər üçün faydalı vəsaitlər olmuşdur. 1985-cı ildə nəşr etdirdiyiNauçno-obosnovannaya sistema vedeniya jivotnovodstvaadlı fundamental elmi əsər isə Azərbaycanın elmi heyvandarlıq strategiyasının əsas bünövrələrindən biri sayılır. Onun müəllifi olduğuAzərbaycanda qoyunçuluq”, “Azərbaycanda camışçılıq”, “Damazlıq heyvanların biologiyası yetişdirilməsikimi dərslik elmi vəsaitlər bu gün gənc mütəxəssislərin stolüstü kitabıdır. Eyni zamanda, xarici alimlərin əsərlərinə verdiyi elmi rəylər onun beynəlxalq elmi aləmdə qəbul edilən bir tədqiqatçı olduğunu göstərir.

İmran Əbilov yalnız kənd təsərrüfatının tanınmış mütəxəssisi kimi deyil, eyni zamanda ziyalılarla, elm mədəniyyət adamları ilə qurduğu dərin mənəvi əlaqələrlə fərqlənmiş bir şəxsiyyətdir. O, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslərlə dostluq etmiş, fikir düşüncə mübadilələri aparmışdır. Hələ Lənkəran Pedaqoji Texnikumunda oxuduğu gənclik illərində sevimli şairimiz Səməd Vurğunla məktublaşması, bu məktubların Azərbaycan Ədəbiyyat İncəsənət Muzeyində qorunub saxlanılması onun ədəbiyyata, sənətə duyduğu ehtiramın göstəricisidir. Ədib Mehdi Hüseyn, şairlər Rəsul Rza Bəxtiyar Vahabzadə, dramaturq İlyas Əfəndiyev, qəzəlxan Əliağa Bəkir, jurnalist icmalçı Oruc Qoşqarlı, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı, Xalq artistləri Lütvəli Abdullayev, Canəli Əkbərov, Habil Əliyev, Sabir Mirzəyev, eləcə qudası, böyük xanəndə Arif Babayev onun dostluq dairəsində olmuşlar. Şair Nəbi Xəzri, yazıçı Cəmil Əlibəyov, jurnalistlər Ağababa Rzayev, Rəfail Nağıyev, Əli İldırımoğlu ilə yaxın münasibətlər saxlamışdır.

Bu dostluq çevrəsi təkcə ölkə daxilində məhdudlaşmamış, beynəlxalq səviyyəyə yüksəlmişdir. Braziliyanın keçmiş kənd təsərrüfatı naziri Antonio Kabrera, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti X. Xinkovski, professor Alekso Alekseyev, SSRİ Kənd Təsərrüfatı Nazirinin müavini S. Kuznetsov kimi nüfuzlu şəxslərlə tanışlıq əməkdaşlıq onun elmi ictimai nüfuzunu daha da möhkəmləndirmişdir. Bu görüşlər dostluqlar barədə İmran Əbilovun müxtəlif kitablarında geniş şəkildə bəhs olunmuşdur.

1989-1991-ci illərAzərbaycanın tarixinə ağır, eyni zamanda həmrəylik fədakarlıq nümunələri ilə yazılan illərMəhz belə bir dönəmdə İmran Əbilov Respublika Dövlət Aqrar Sənaye Komitəsi sədrinin göstərişi ilə işğal təcavüzə məruz qalmış bir sıra bölgələrə - keçmiş Dağlıq Qarabağa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər Ağdam rayonlarına göndərilmişdi. Bu səfərlər sadəcə xidməti tapşırıq deyildi. Vətənə, yurda, köməksiz insanlara səssiz bir sədaqətin ifadəsi idi.

İmran Əbilov o bölgələrdə təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, həm millətin ağrısını duyan bir ziyalı kimi çıxış etmiş, erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dayaq olmuş, onların yerləşdirilməsi, ehtiyaclarının qarşılanması istiqamətində əhəmiyyətli işlər görmüşdür. O günlərin ağrılı xatirələri, şahidi olduğu səhnələr, insanların çəkdiyi əzablar İmran ƏbilovunVətənə vurğunÖmürdən səhifələradlı kitablarında təsirli real boyalarla qələmə alınmış, oxuculara bir tarix dərsi kimi təqdim olunmuşdur. Bu səhifələr təkcə bir ömrün deyil, bütöv bir xalqın yaddaşını daşıyan sətirlərdir.

1990-cı ilin iyun ayında ölkəni quraqlıq bürüdü, qaba yem ehtiyatları kəskin azaldı bu, hər kəsi dərin narahatlığa sürüklədi. Respublika hökuməti Krasnodar bölgəsindən Azərbaycana 100 min ton qaba qüvvətli yem gətirilməsi qərarını verdi. Lakin bu təkcə yemlərin alınması ilə bitmirdi, rayondakı nümayəndələr Krasnodarda öz təsərrüfatlarında yemi toplamalı, presləməli, sonra isə maşınlarla dəmir yolu stansiyalarına çatdırmalı vaqonlarla ölkəyə göndərməli idilər.  Bu, ağır mürəkkəb idi, üstəlik Krasnodarda yaşayan erməni əhalisi məqsədyönlü şəkildə bu işin həyata keçməsinə mane olur, işçilərə qarşı təzyiqlər göstərirdi. Bu məsuliyyətli nazir müavini İmran Əbilova tapşırıldı. O, böyük məharətlə Krasnodarda vəziyyətə nəzarət etdi cəmi bir ay ərzində respublikaya 110.0 min ton qaba qüvvətli yem daşıyıb gətirdilər. İ.Əbilovun kənd təsərrüfatının inkişafında rolu saymaqla bitməz. Silajın - yəni mal-qaranın qida ehtiyatlarını qorumaq üçün torpağa basdırılan yemlərin-Azərbaycanda ilk dəfə tətbiqi, damazlıq işinin sənaye prinsiplərinə uyğun qurulması, mədəni otlaqların yaradılması, qoyunların yaylaq çatışmazlığı səbəbindən stasionar şəraitdə saxlanılması, gətirilən cins malların iqlimə uyğunlaşdırılması kimi uğurlar onun adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilirdi. O dövrdə bir inəkdən süd sağımı keçmiş SSRİ- aşağı sayılan 650 kq-dan 2200 kq-a qədər yüksəldi mal-qara cins tərkibi 96 faizə çataraq nadir göstəricilərdən biri oldu. İmran Əbilovun fəaliyyəti sayəsində Azərbaycana 300 min cins düyələr, 1 milyondan çox cins qoyun gətirildi bu, ölkə rayonlarında heyvandarlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb oldu. Heyvandarlıq sənaye əsaslarına keçərək, 200-ə yaxın iri heyvandarlıq kompleksi quşçuluq fabrikləri inşa edildi.  Xarici ölkələrdən gətirilən müxtəlif cinsli mallar da ölkəmizin heyvandarlıq potensialını artırdı: Bolqarıstandan 1200 başMürrahcamışı, Türkmənistandan 400 baş dəvə, Kubadan 200 baş zebu cinsli heyvanlar digər ətlik cinsli mallar ölkə təsərrüfatlarında yetişdirildi.  Hər il Azərbaycana Sovet hökuməti tərəfindən ayrılan 1 milyon ton qüvvətli qarışıq yemə əlavə olaraq, İmran Əbilovun səfərləri sayəsində əlavə 200-300 min ton yem təmin edilirdi ki, bu da heyvandarlığın inkişafında əvəzsiz rol oynadı.

İmran Əbilovun zəhmət xidmətləri həm yerli, həm ölkə səviyyəsində daim yüksək qiymətləndirilmişdir. Onun 60 ilə yaxın davam edən fəaliyyət dövründə rəhbərlik tərəfindən göstərilən etimad hörmət hər zaman bariz şəkildə özünü göstərmişdir. Masallıda işlədiyi illərdə xalq arasında dərin ehtiram qazanmış, bu gün yaşlı nəsillə sıx əlaqələrini qoruyub saxlamışdır. 1965-ci ildə MasallıdaŞərəf nişanıordeni ilə təltif olunmuş, nazir müavini olduğu dövrdə isəŞərəf nişanı”, “Xalqlar dostluğuordenləri, yubiley medalları, eləcə Xalq Təsərrüfatı Sərgisinin medalları diplomları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı Əməkdar kənd təsərrüfatı işçisifəxri adı onun fəaliyyətinə verilən  yüksək qiymətdir. Bundan başqa, İmran Əbilov keçmiş SSRİ- Ümumdünya Buffalo Federasiyasının Daimi Komitəsinin yeganə üzvü kimi seçilmiş Federasiyanın Qızıl medalı ilə təltif olunmuşdur. O, həmçinin keçmiş SSRİ Damazlıq Şurasının fəal üzvü Zebuçuluq üzrə həmin Şuranın həmsədriseçilmişdir. Bu yüksək rütbələr onun peşəkarlığını ölkənin kənd təsərrüfatı sahəsindəki nüfuzunu göstərir.

2011-ci ildə dövlət qulluğundan təqaüdə çıxdıqdan sonra belə, İmran Əbilov ictimai fəaliyyətini davam etdirərək, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətində (2013-2020) aktiv üzv olmuş, hazırda isə Respublika Əmək, Müharibə Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətində təmsil olunur. Respublika Nazirlər Kabinetində çalışdığı illərdə, xüsusən 2005 2010-cu illərdə, onun əməyinə rəhbərlik tərəfindən yüksək qiymət verilib, təşəkkürnamələr pul mükafatları ilə təltif olunmuşdur. Masallı rayonunda isə uzun müddət Ağsaqqallarla sıx əməkdaşlıq etdiyinə görə 2023-cü ildə rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə şərəfləndirilmişdir.

O, həmçinin Respublika Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley medalı ilə təltif olunub. Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsində, vətənpərvərlik duyğusunun gücləndirilməsində ordu ilə xalq arasında mənəvi birliyin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə qiymətləndirilib. Veteranlar hərəkatının inkişafında göstərdiyi töhfələrə görə həmçinin Beynəlxalq Veteranlar İttifaqının Fəxri Fərmanları ilə təltif edilmişdir.

İmran Əbilov həm Ulu Öndər Heydər Əliyevin, həm Prezident İlham Əliyevin seçki kampaniyalarında aktiv şəkildə iştirak edərək, zəruri təbliğat işlərini uğurla həyata keçirmişdir. Bu gün o Ulu Öndərin onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətin mətbuatda işıqlandırılması üçün səylə çalışır.

Birinci Qarabağ müharibəsinin qazisi olaraq, Vətənə bağlılığı torpağa sədaqəti ilə daim seçilmişdir. O, 44 günlük Vətən müharibəsi zamanı da bu mövqeyindən geri çəkilməmiş, xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında fəal iştirak etmişdir. İmran Əbilovovun keçdiyi həyat yolu, mübarizə təcrübəsi milli dəyərlərə bağlılığı bu işdə əsas örnək rolunu oynamışdır. İmran müəllim bu mühüm missiyanı bu gün davam etdirir, gənc nəslə vətən sevgisi, milli ruh dövlətə sədaqət hisslərinin aşılanmasında yorulmadan çalışır.

İ.Əbilov özünü Ulu Öndər Heydər Əliyev məktəbinin yetişdirdiyi dəyərli şəxsiyyət hesab edir bundan qürur duyur. O, dövlətçiliyə Prezident İlham Əliyevin yürütdüyü siyasətə sarsılmaz sədaqətini daim əməlləri ilə təsdiqləmiş, bu yolda bundan sonra da yorulmadan çalışmaqda qərarlıdır. İmran Əbilov özünü Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi hesab edir bu mənəvi bağlılıqla hər zaman fəxrlə yaşayır. Onun həyat fəlsəfəsinin, fəaliyyət yolunun dövlətə xidmət prinsipinin formalaşmasında dahi rəhbərin ideyaları mühüm rol oynayıb. İ.Əbilov bu məktəbdən aldığı tərbiyə dövlətçilik ənənələrini yalnız özü yaşatmaqla kifayətlənməyib, eyni zamanda onu gənc nəslə aşılamaq üçün daim çalışıb.

O, həm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası iqtisadi inkişafı istiqamətində aparılan islahatlara sonsuz inam sədaqətlə yanaşır. Bunu o, təkcə sözlə deyil, illərlə gördüyü ictimai peşəkar fəaliyyəti ilə dəfələrlə sübuta yetirib.

İ.Əbilov dövlətçiliyin keşiyində durmağı bir vətəndaşlıq borcu kimi qəbul edir bu amal uğrunda bundan sonra da əzmlə çalışacağını qətiyyətlə bildirir. Onun bu mövqeyi həm öz nəsli, həm gələcək nəsillər üçün nümunəvi vətənpərvərliklə yoğrulmuş bir örnəkdir.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.- 30 avqust, ¹154.- S.5.