Azərbaycanda pambıqçılıq…
Nə qədər istehsal edirik, nə qədər satırıq?
Pambıq kənd təsərrüfatında
ən strateji məhsullardan biridir. Ona görə ki, pambıq qlobal ticarətdə mühüm əmtəədir
və bütün dünyada iqtisadiyyatlara və yaşayış vasitələrinə əhəmiyyətli
təsir göstərir.
Pambıq geyim və toxuculuqdan kağız və tibbi ləvazimatlara qədər müxtəlif
məhsulların istehsalı
üçün istifadə
edilən dinamik təbii lifdir. Pambığa qlobal tələbat xam pambıq, pambıq toxumu, pambıq yağı, pambıq ipliyi və parça ilə əhəmiyyətli ticarətə
səbəb olmuşdur.
Xüsusilə pambıqçılıq milyonlarla
insanın gəlir mənbəyi olmaqla bərabər, həm də məşğulluq imkanları yaradır.
Hazırda dünyada təxminən
25 milyon ton pambıq istehsal olunur. Dünyanın ilk 10 pambıq
ölkəsi Çin,
Hindistan, Amerika Birləşmiş
Ştatları, Braziliya,
Avstraliya, Türkiyə,
Pakistan, Özbəkistan, Argentina və Malidir.
Çin
6,684,000 ton istehsal ilə dünyanın ən böyük pambıq istehsalçısıdır.
Hindistan 5.661.000 ton və ABŞ isə
3.150.000 ton illik pambıq
istehsalı ilə ikinci və üçüncü yerləri
bölüşürlər. 2024-cü ilin məlumatına əsasən, ölkəmizdə
68 min ton pambıq istehsal
edilib.
Bu gün pambığın əkib-becərilməsində Azərbaycan
dövlətinin fermerlərə
böyük dəstəyi
mövcuddur. Ölkəmizdə
fermerlər üçün
yaradılmış şəraitin
başqa bir ölkədə analoqu yoxdur. Çünki onlar torpaq vergisi
istisna olmaqla bütün vergilərdən
azaddırlar. Yanacaq və motor yağlarına
görə subsidiyaların
verilməsi, istehsalçılara
mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə
satılması, seleksiya
və elmi-tədqiqat işlərinin genişləndirilməsi,
toxumçuluğun dövlət
tərəfindən dəstəklənməsi
sahənin inkişafına
stimul yaradır.
Xatırladaq ki, Azərbaycanda pambıq
istehsalı üzrə
ən yüksək nəticə 1981-ci ildə
əldə edilmişdi.
Həmin il respublikada
1 milyon tondan çox pambıq yığılmışdı. Sonra məlum səbəblərdən
bu sahəyə diqqətin zəifləməsi
pambıqçılıqda tənəzzül yaratdı.
Hazırda dövlətin
qeyri-neft sektorunun inkişafını prioritet
elan etməsi nəticəsində
bu sahədə də bir sıra
uğurlu addımlar atılıb.
2025-ci ilin yanvar–sentyabr
aylarına dair məlumatlar göstərir
ki, Azərbaycanda pambıq
istehsalı ötən
ilin eyni dövrü ilə müqayisədə qismən
artsa da, regionlar üzrə məhsuldarlıq
səviyyəsində ciddi
fərqlər qalmaqdadır.
Dövlət Statistika
Komitəsinin məlumatına
əsasən, cari ilin ilk doqquz ayında respublika üzrə 100 468,1 hektar pambıq sahəsinin məhsuldarlığı nəticəsində
21 145,6 ton pambıq yığılıb. Müqayisə
üçün, 2024-cü ilin eyni dövründə
19 735,6 ton məhsul toplanmışdı. Beləliklə,
pambıq istehsalında
1 410 ton və ya təxminən 7,1 faiz artım qeydə alınıb.
Azərbaycanın pambıqçılıq xəritəsində ən
yüksək pay Mil-Muğan
iqtisadi rayonuna məxsusdur. Bu bölgədə
40 517,5 hektar sahədən
11 708,4 ton pambıq yığılıb. Bu, ölkə
üzrə ümumi pambıq istehsalının
55 faizindən çoxdur.
Bu bölgədə pambıqçılığın
əsas mərkəzləri
olan rayonlarda nəticələr belə
olub. Sabirabad rayonu – 11 086,2 hektar əkin sahəsindən 6 379,9 ton məhsul (məhsuldarlıq: 57,5 sent/ha), Saatlı
rayonu – 12 634,1 hektardan
3 721,9 ton (29,5 sent/ha), İmişli rayonu – 7 898,9 hektardan 1
399,1 ton (17,7 sent/ha), Beyləqan rayonu – 8 898,3 hektardan cəmi 207,5 ton (2,3 sent/ha).
Bu nəticələr göstərir
ki, eyni bölgə daxilində belə, məhsuldarlıqda kəskin
fərqlər müşahidə
olunur. Sabirabad və Saatlı pambıqçılıqda yüksək
nəticələr göstərdiyi
halda, Beyləqan rayonu ən zəif göstəricilərə
malikdir.
Şirvan-Salyan iqtisadi rayonu üzrə ümumi yığım isə 6
884 ton, əkin sahəsi
isə 24 865 hektar olub. Ən yüksək
göstəricilər Salyan
(3 831,8 ton) və Neftçala
(2 290,8 ton) rayonlarında qeydə
alınıb. Mərkəzi
Aran iqtisadi rayonunda pambıq yığımı
1 867,5 ton təşkil
edib. Burada Zərdab rayonu (1 736,7 ton) və Yevlax rayonu (130,8 ton) əsas paya sahibdir. Qarabağ iqtisadi rayonunda 615,7 ton pambıq yığılıb.
Ən çox məhsul Bərdə
(465,8 ton) rayonunda toplanıb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə pambıq istehsalı 70,1 ton olub ki, bu da ən aşağı göstəricidir.
2025-ci ildə ölkəmizin dünya bazarlarına pambıq ixracında da ciddi artımlar var. Belə ki, cari ilin yanvar- oktyabr
aylarında pambıq ipliyi ixracı 8.8 faiz artaraq 2.99 milyard ABŞ dolları təşkil edən qeyri-neft sektorunun tərkibində əhəmiyyətli
paya malik olub.
Elçin Zaman
İki sahil.- 2025.- 3 dekabr, ¹220.- S.8.