Əmək münasibətlərində yeni mərhələ: İslahatlar qeyri-formal məşğulluğa qarşı mübarizə

 

İlqar Məmmədov: Əmək münasibətlərinin qanunauyğun şəffaf prinsiplər əsasında qurulması həm vətəndaşların rifahı, həm dövlətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır

 

Ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçi işəgötürənlərin hüquqlarının müdafiəsi, istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Əmək qanunvericiliyinə edilən dəyişikliklər yeniliklər, qeyri-formal məşğulluğa qarşı gücləndirilmiş nəzarət mexanizmləri rəqəmsallaşma prosesləri əmək bazarında yeni mərhələyə keçidi təmin edir. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov qeyd olunan istiqamətlərlə bağlı qəzetimizə müsahibə verib.

 

-Əmək qanunvericiliyinə son dövrlərdə edilən əsas dəyişikliklər nələrdir bu dəyişikliklərin işçiişəgötürən münasibətlərinə hansı təsirləri var?

 

- Son dövrlərdə əmək qanunvericiliyinə edilən dəyişiklikləri bir cümlə ilə belə ifadə edə bilərik: İşçi işəgötürənin hüquqi müdafiəsi gücləndirilib əmək münasibətlərində şəffaflıq artırılıb. Bu dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsində müsbət nəticələr doğurur. Xüsusilə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə diqqət çəkmək istərdim. Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq olunduğu halların dairəsi genişləndirilib bu halların sayı 11-ə çatdırılıb. Bu, o deməkdir ki, müəyyən kateqoriyalı xətalar üzrə işəgötürənə pozuntunu aradan qaldırmaq üçün vaxt verilir həmin müddətdə xəta aradan qaldırılarsa, cərimə tətbiq edilmir. Bu yanaşma həm intizam, həm maarifləndirici mexanizm kimi çıxış edir. Bu dairəyə artıq iki yeni hal da əlavə olunub: işçilərin yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulması, əməkhaqqı, müavinət digər ödənişlərin ödənilməməsi ya tam ödənilməməsi halları. Bununla yanaşı, əvvəldən mövcud olan bəzi məsuliyyət mexanizmləri dəqiqləşdirilərək genişləndirilib. Artıq işçilərin vaxtından artıq işlərə qanunsuz cəlb olunmasına görə məsuliyyət bütün hallarda daha aydın tətbiq olunacaq, istehsalatda baş verən bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirən işçilərin icbari sığorta olunmamasına görə isə ayrıca inzibati məsuliyyət tam şəkildə şamil ediləcək. Bu, hər bir işçinin həyat sağlamlığına dəyən zərərə görə maddi təminata hüquqi zəmanəti gücləndirəcək. Digər mühüm yenilik Dövlət Əmək Müfəttişliyi Xidmətinin tələb etdiyi zəruri məlumatların təqdim edilməməsinə, yaxud natamam, səhv ya gec təqdim edilməsinə görə inzibati məsuliyyətin müəyyən olunmasıdır ki, bu da işçi hüquqlarının müdafiəsində dövlət nəzarətinin çevikliyini effektivliyini artırır. Eyni zamanda, əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması uçotu qaydalarının pozulmasına görə inzibati cəzaya cəlbetmə müddəti 1 ilədək uzadılıb. Bu dəyişiklik belə hallardamüddətin keçməsiilə məsuliyyətdən yayınma imkanlarını xeyli məhdudlaşdırır. Paralel olaraq, əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində ciddi addımlar atılıbəmək müqavilələrinin elektron qeydiyyatı, elektron əmək kitabçaları, elektron arayışlar ƏMAS üzərindən proseslərin idarə olunması artıq praktik mexanizmə çevrilib. Nəticə etibarilə, bu dəyişikliklər işçilərin hüquqlarının real icrasına, işəgötürənlərin məsuliyyət hissinin artmasına ümumilikdə əmək bazarında daha sağlam mühitin formalaşmasına xidmət edir.

 

-Əmək münasibətlərinin rəsmiləşdirilmədən həyata keçirilməsi qanunvericilikdə necə qiymətləndirilir, bunun yaranma səbəbləri nələrdir belə hallarda işçiləri işəgötürənləri hansı nəticələr gözləyir?

 

- Əmək qanunvericiliyinə əsasən, əmək müqavilələri sərbəst bağlanır heç kəs əmək münasibətləri yaratmağa məcbur edilə bilməz. Lakin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolverilməzdir. İşəgötürən tərəfindən şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilirsə, ilk növbədə əmək müqaviləsi bağlanmalıdır. Müqavilə tərəflərin gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi andan hüquqi qüvvəyə minir.

 

Əmək müqaviləsi olmadan işləyən şəxslər sonradan bir çox hüquqlarından məhrum olurlar: minimum əməkhaqqı, məzuniyyət, pensiya təminatı, əmək qabiliyyətinin itirilməsinə görə müavinət, bədbəxt hadisələrə peşə xəstəliklərinə qarşı sığorta, təhlükəsiz əmək şəraiti yerinin saxlanması kimi fundamental hüquqlar yalnız rəsmiləşdirilmiş əmək münasibətlərində təmin olunur.

 

Qeyri-formal məşğulluğun yaranmasının əsas səbəbləri isə üç istiqamət üzrə formalaşır:

 

Vergi sosial ödənişlərdən yayınma meylibəzi işəgötürənlərin qısa müddətliqənaətməqsədilə öhdəliklərdən yayınması həm dövlət büdcəsinə, həm işçinin sosial təminatına ciddi zərər vurur.

 

Əmək qanunvericiliyinin tələblərindən qaçmaq istəyi istirahət rejimi, məzuniyyət, təhlükəsizlik tədbirləri digər öhdəliklərdən yayınmaq məqsədilə əmək münasibətləri rəsmiləşdirilmir.

 

İşçilərin hüquqi məlumatlılığının az olmasıbəzi işçilər hüquqlarını bilmədiyi ya işlərini itirmək qorxusu səbəbindən qeyri-formal işləməyə razı olurlar.

 

Qanunvericiliyə görə, əmək müqaviləsi olmadan işçi işlədilməsi ciddi inzibati məsuliyyət yaradır. Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədəQeyri-formal məşğulluğa nəzarətvahid elektron sistemi vasitəsilə monitorinqlər aparır, müxtəlif dövlət informasiya bazaları ilə çarpaz yoxlamalar həyata keçirir. Uyğunsuzluq aşkarlananda işəgötürənə elektron bildiriş göndərilir pozuntu aradan qaldırılmadıqda İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələr tətbiq olunur. Eyni zamanda, elektron protokol ya elektron qərar real vaxt rejimində rəsmiləşdirilir.

 

Rəsmi əmək münasibətləri həm işçi, həm işəgötürən üçün mühüm üstünlüklər yaradır. Nəticədə işçinin sosial müdafiəsi güclənir, hüquqi təminat artır, işəgötürən cərimə reputasiya risklərindən qorunur, əmək münasibətlərində şəffaflıq davamlılıq təmin edilir. Bu, bütövlükdə sosial ədalətin dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir.

 

Gələcək dövrdə qeyri-formal məşğulluğun azaldılması məqsədilə rəqəmsal nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, süni intellektə əsaslanan risk modellərinin tətbiqi, regionlarda maarifləndirici tədbirlərin genişləndirilməsi, işəgötürənlər üçün özünütəftiş (“self-inspection”) alətlərinin inkişaf etdirilməsi hüquqi bazanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur.

 

-Əmək münasibətlərinin rəqəmsallaşmasının müsbət nəticələri hansılardır bu dəyişikliklər işəgötürənlər, işçilər üçün hansı üstünlüklər yaradır?

 

- Son illər ölkəmizdə əmək münasibətlərinin rəqəmsallaşdırılması sahəsində ardıcıl islahatlar həyata keçirilir. 28 iyun 2024-cü il tarixli Qanun Prezidentin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə artıq əmək müqavilələrinin bağlanması kağız üzərindən tamamilə elektron formata keçirilib. Necə deyərlər, kağız daşıyıcılar artıq tarixə qovuşub. Bu yanaşma həm işçi, həm işəgötürən üçün prosedurları asanlaşdırır, şəffaflığı artırır idarəetmədə operativlik yaradır. Hazırda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlərdən artıq 90%-dən çoxu elektronlaşdırılıb, o cümlədən 52 xidmət proaktiv qaydada həyata keçirilir. Bu rəqəmsal transformasiyanın mərkəzindəƏmək məşğulluqaltsistemi (ƏMAS) dayanır. ƏMAS əmək münasibətlərinin bütün mərhələləriniişə qəbuldan tutmuş əməkhaqqının hesablanmasına, kadr uçotundan əməyin mühafizəsinə qədərvahid platformada birləşdirir. Elektron müqavilələr, kadr sənədlərinin rəqəmsal idarə olunması, arayışların inteqrasiyası, vaxtı cədvəllərinin tərtibi, elektron yazışma risk əsaslı nəzarət mexanizmləri sistemin əsas üstünlüklərindəndir.

 

Rəqəmsallaşma qeyri-formal məşğulluğun qarşısının alınmasına da mühüm təsir göstərir. 25 noyabr 2025-ci il tarixinə elektron əmək müqavilələrinin ümumi sayı 1 829 095 olub. Bunun 865 121-i dövlət, 963 974-ü özəl müəssisələrin payına düşür. Elektron müqavilələrin ümumi müqavilələrdə xüsusi çəkisi 95,98% təşkil edir. Bu il ərzində müqavilələrin sayında 578 225 artım qeydə alınıb. Keçidi tamamlamaqda gecikən işəgötürənlərə ƏMAS üzərindən bildirişlər SMS xəbərdarlıqlar göndərilib. Uşaq əməyinə nəzarət artıq sistem üzərindən avtomatik həyata keçirilir. ƏMAS 15 yaşdan aşağı şəxslərlə müqavilə bağlanmasına imkan vermir. 15–18 yaş arasında müqavilə yalnız valideyn ya qəyyumun razılığı ilə rəsmiləşdirilir, zərərli ağır yerlərinə isə 18 yaşdan aşağı şəxslərin qəbuluna sistem tərəfindən avtomatik məhdudiyyət tətbiq olunur. Həssas kateqoriyalar üçün qısaldılmış vaxtı norması da rəqəmsal şəkildə müəyyən edilir: 16 yaşınadək 24 saat, 16–18 yaş arası bir sıra digər kateqoriyalar üçün həftədə 36 saatdan artıq olmamaqla. ƏMAS həmçinin yerlərinin zərərlilik attestasiyasının aparılması, əmək stajının avtomatik hesablanması son yenilik olaraq əmək müqavilələrindən əlavə digər hüquqi sənədlərin elektron imzalanması imkanını təqdim edir. Bütün bunlar işçi-müəssisə münasibətlərində hüquqi məsuliyyəti, şəffaflığı idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə gücləndirir. Nəticə etibarilə, ƏMAS ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğun qurulmasına, rəqəmsal əmək mühitinin formalaşmasına hər iki tərəf üçün təhlükəsiz, şəffaf, etibarlı əmək münasibətlərinin təmin edilməsinə xidmət edir.

 

  Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər xüsusilə maarifləndirmə tədbirləri ilə daha da möhkəmləndirilir. Bu istiqamət üzrə fəaliyyət yalnız Bakıda deyil, həmçinin bölgələrdə, Naxçıvanda işğaldan azad edilmiş ərazilərdə mütəmadi şəkildə həyata keçirilir. Xidmət tərəfindən əmək münasibətlərində dövlət nəzarətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Layiqli əməyin təmin edilməsi, əmək müqavilələrinin qanunvericiliyə uyğun şəkildə bağlanması, sağlam təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra genişmiqyaslı maarifləndirmə işləri aparılır. Xidmət olaraq maarifləndirmə işlərinə xüsusi önəm veririk. Həm işəgötürənlər, həm işçilər üçün müxtəlif görüşlər, seminarlar təlimlər təşkil edirik. Eyni zamanda, uşaqların əmək hüquqları, gender bərabərliyi, təhlükəsizlik insan alverinə qarşı mübarizə kimi mövzularda məlumatlandırıcı tədbirlər geniş şəkildə davam etdirilir.

 

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, il ərzində işəgötürənlər onların nümayəndələri üçün əmək münasibətləri sahəsində 59 maarifləndirmə tədbirinin keçirilməsi nəzərdə tutulmuşdu. Bu tədbirlər əmək qanunvericiliyinin düzgün tətbiqi, əməyin mühafizəsi, qeyri-formal məşğulluğa qarşı mübarizə, ƏMAS-dakı yeniliklərin tətbiqi s. mövzuları əhatə edir. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə əmək hüquqlarının qorunması - işçilərin təhlükəsiz şəraitdə çalışmasının təmin edilməsi əməyin mühafizəsi sahəsində nəzarət mexanizmlərinin qurulması əsas prioritetlərdəndir. Bu ərazilərdə fəaliyyət göstərən işəgötürənlər ya onların nümayəndələrinin əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi, eləcə rəqəmsal nəzarət alətləri vasitəsilə əmək münasibətlərinin şəffaf şəkildə tənzimlənməsi istiqamətində müvafiq işlər görülür. Bu istiqamətdə Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi maarifləndirmə işlərini həyata keçirir. Müvafiq tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına göstərilən dövlət dəstəyinin davamı olaraq təşkil edilir. Qeyd edək ki, Xidmətin təşkilatçılığı ilə sosial tərəfdaşlarımız olan Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Dövlət Məşğulluq Agentliyi (DMA), Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə işğaldan azad edilmiş ərazilərdə ənənəvi maarifləndirmə tədbirləri bu il davam etdirilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq təhlükəsiz yaşayışın təmin edilməsi, məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, sosial xidmətlərin genişləndirilməsi biznes mühitinin inkişafına dəstək məqsədilə keçirilən tədbirlərə dövlət özəl sektor üzrə 135 işəgötürənin 5000-ə yaxın işçisi cəlb edilib. Görüşlər zamanı Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumatlar verilir. Bununla yanaşı, əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri tətbiq sahələri işəgötürənlərin diqqətinə çatdırılır.

 

Əmək münasibətlərinin qanunauyğun şəffaf prinsiplər əsasında qurulması həm vətəndaşların rifahı, həm dövlətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Qanunvericilikdə edilmiş yeniliklər, rəqəmsal nəzarət mexanizmləri həyata keçirilən maarifləndirmə tədbirləri işçilərin hüquqlarının qorunduğu, işəgötürənlərin məsuliyyətli davranış sərgilədiyi qeyri-formal məşğulluğun minimuma endirildiyi sağlam əmək bazarının formalaşmasına xidmət edir.

 

Yaqut Ağaşahqızı, “İki sahil

 

İki sahil .-  2025.- 2 dekabr ( ¹219). - S.6.