Bakı Ali Neft Məktəbinin yaradılmasından
14 il ötür
SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi bu illər ərzində bir çox mühüm uğurlara imza atıb.
Bakı
Ali Neft Məktəbinin
hər cür şəraiti olan bir kampus binası
və bir korpusu istifadəyə
verilib.
Bakı
Ali Neft Məktəbi ən yüksək keçid balına malik ali təhsil müəssisəsi kimi fərqlənir. BANM ilk qəbul
aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib
etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi
arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub.
BANM Prezident təqaüdçülərinin
sayına görə Azərbaycan təhsil tarixində rekord göstərərək bir
neçə ildir ardıcıl olaraq liderliyini qoruyur və bu il 36 Prezident təqaüdçüsü
ilə rekordunu yeniləyib.
İlk ildə yalnız iki ixtisas üzrə
qəbul həyata keçirilsə də, hazırda Bakı Ali Neft Məktəbi 9 ixtisas üzrə bakalavr, 8 ixtisaslaşma üzrə magistratura və 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul
aparır.
İlk illər yalnız I ixtisas qrupu üzrə
qəbul həyata keçirilsə də,
son illər II ixtisas qrupunun Biznesin idarəedilməsi ixtisasında
da qəbul aparılır
və bu il ilk dəfə II ixtisas qrupu üzrə Maliyyə ixtisasına qəbul həyata keçirilib, İlk dəfə
qəbul həyata keçirilməsinə baxmayaraq,
bu qrup üzrə
Prezident təqaüdçüsü
olan 25 tələbənin
məhz 12-si bu yeni açılmış ixtisasın
tələbəsi olub.
Bakı
Ali Neft Məktəbi əmək bazarının
tələblərinə uyğun
ixtisaslarda qəbul aparır. Bu il BANM-in təşəbbüsü
ilə Azərbaycanda
ilk dəfə Data analitikası
ixtisasına qəbul həyata keçirilib.
İlk il olmasına baxmayaraq,
bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin
seçimi olub.
BANM-in məzunlarının işlə
təmin olunma göstəricisi 100% təşkil
edir və məzunlar SOCAR-da, müxtəlif
transmilli şirkətlərdə,
dövlət qurumlarında
və nüfuzlu müəssisələrdə çalışırlar.
Dövlət Məşğulluq
Agentliyinin 2025-ci il statistikası
da bunu təsdiqləyir.DMA-nın
2025-ci il üzrə məzunları
ən çox iş tapan TOP 5 universitet siyahısında
Bakı Ali Neft Məktəbi liderdir.
Bakı
Ali Neft Məktəbi startaplar və innovasiyalar sahəsində
də liderdir, tələbələr bu illər ərzində bir çox beynəlxalq və yerli yarışlarda uğur qazanıb və qalibiyyətlər əldə ediblər. Təkcə 2025-ci ildə
30-dan çox startap layihəsi təqdim olunub və 20-dən çox hakatonda qalibiyyət əldə edilib, “Teknofest 2025”də isə 1 qızıl, 1 gümüş,
2 bürünc medal və
4 xüsusi mükafat qazanaraq ən çox mükafat qazanan ali təhsil
müəssisəsi olub.
Bu illər ərzində Bakı Ali Neft Məktəbinin beynəlxalq
əlaqələri genişlənib
və əcnəbi tələbələrin sayı
əhəmiyyətli dərəcədə
artıb. Bu il əcnəbi
tələbələrin sayında
67% artım qeydə alınıb.
BANM Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq ali təhsil proqramlarının ixracını
həyata keçirməyə
başlayıb. SOCAR və
“Uzbekneftegaz” şirkəti
arasında 18 iyul
2023-cü il tarixində imzalanmış
Anlaşma Memorandumunun
müddəalarından irəli
gələrək BANM ilə
Özbəkistan universitetləri
arasındakı müqavilələrə
əsasən, Özbəkistanın
Daşkənd Kimya-Texnologiyası
İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında ikili diplom proqramı həyata keçirilir.
Hazırda bu ali təhsil müəssisələrindən
16 özbək tələbə
Kimya mühəndisliyi
ixtisasının magistratura
səviyyəsinin 2-ci kursunda
təhsil almaq üçün BANM-də
tədrisə cəlb
olunublar. Onlar həm təhsil aldıqları Universitetin,
həm də Bakı Ali NeftMəktəbinin
diplomuna sahib olacaqlar.
Bakı
Ali Neft Məktəbi Konqoda insan kapitalının
inkişafına dəstək
göstərir. SOCAR və
Konqo Milli Neft Korporasiyası (SNPC) arasında
imzalanmış Anlaşma
Memorandumuna əsasən,
konqolu tələbələr
BANM-də təhsil alır və məzun olduqdan sonra SNPC şirkətində
çalışacaqlar.
2025-ci ildə BANM-in bütün
akademik proqramları
ilk dəfə olaraq beynəlxalq proqram akkreditasiyasına cəlb olunub. Bu proses Almaniyanın
mühəndislik sahəsində
nüfuz qazanmış
ASIIN agentliyi tərəfindən
aparılıb.
Bakı
Ali Neft Məktəbi beynəlxalq reytinqlərdə
uğurlar əldə
edib və “Times Higher
Education (THE) Impact Rankings 2025”də ölkə üzrə III
yerdə, dünya universitetləri arasında
isə 801–1000-ci yerlərdə
qərarlaşaraq yüksək
nəticəyə nail olub.
Bakı
Ali Neft Məktəbinin
tərkibində artıq
Rəqəmsal Biliklər
Liseyi fəaliyyətə
başlayıb. Texniki
biliklərin öyrədilməsinə
üstünlük verilən
bu orta təhsil
müəssisəsi ilk ildən
yüksək nəticələr
göstərən şagirdlərin
seçimi olub.
İki sahil .- 2025.- 2 dekabr ( ¹219). - S.7.