Minsk
qrupu tarixin arxivinə gömüldü:
Yaxın keçmişə
baxış
Xəbər verildiyi kimi, ATƏT Minsk Prosesini və əlaqədar strukturları bağlayıb.
Bu barədə təşkilatın bəyanatında
qeyd olunub. “ATƏT Minsk Prosesinin və əlaqədar strukturların bağlanması
üzrə işini
30 noyabr 2025-ci il tarixində saat 23:59-da Azərbaycan və Ermənistanın Finlandiyanın
ATƏT sədrliyinə birgə
müraciətindən sonra
Nazirlər Şurasının
2025-ci il sentyabrın
1-də qəbul etdiyi
qərarına uyğun
olaraq başa çatdırıb”, - bəyanatda
deyilir. Həmçinin
qeyd olunur ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma
prosesinin başa çatması deməkdir.
“Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları tarixi Birgə Bəyannamənin ardınca
qəbul edilmiş
ATƏT-in bütün
57 iştirakçı dövlətinin
sentyabrın 1-də qəbul
edilmiş konsensus qərarının icrası
idi”, - mətndə qeyd olunur.
Minsk qrupunun
tarixinə qısa ekskurs edək: SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci
ildə Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinin
(ATƏM, 1 yanvar 1995-ci ildən
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatı və
ya ATƏT) işinə
qoşuldular. 1994-cü il
dekabrın 5-6-da Budapeştdə
keçirilən Zirvə
toplantısında həmsədrlik
institutu yaradıldı,
1997-ci ildən Minsk Prosesinə Həmsədrlər
qismində ABŞ, Rusiya
və Fransa başçılıq edirdi.
ATƏT-in Minsk qrupu ilə yanaşı, Yüksək
Səviyyəli Planlaşdırma
Komitəsi və
ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi
kimi strukturlar da mövcud idi. Otuz ilə
yaxın bir müddətdə Minsk qrupu çərçivəsində
aparılan danışıqlarda
tərəflər arasında
ziddiyyətlərin qalması,
xüsusilə Ermənistanın
qeyri-konstruktiv mövqe
tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin
mövqeyində də
yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə
və münaqişənin
dondurulmuş vəziyyətdə
qalmasına gətirib
çıxardı.
2020-ci ilin Vətən
müharibəsindən sonra
Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü
təmin etdi və münaqişənin
hərbi-siyasi yolla həlli reallığa çevrildi. Prezidenti İlham Əliyev Vətən müharibəsindən
dərhal sonra “Dağlıq Qarabağ”ın
statusunun cəhənnəmə
getdiyini elan etdi. Dövlət başçısı həmin
vaxt həm də ATƏT-in Minsk qrupunun da fəaliyyətinin başa çatdığını
bildirdi. O zaman bu məsələ bəzi dövlətlərə,
təşkilatlara və
şəxslərə mümkünsüz,
qeyri-müəyyən bir
məsələ kimi görünürdü. Artıq
bu gün bunun nə qədər
real bir məsələ olduğu
bəlli oldu. Azərbaycan Vətən müharibəsindən sonra
ATƏT-in Minsk qrupu formatında olan görüşlərin
keçirilməsini, həmsədrlərin
Bakıya gəlməsini
qəbul etmədi. Bütün təzyiqlərə
rəğmən rəsmi
Bakı geri çəkilmədi. Hətta
münaqişənin həllindən
sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması
üçün ATƏT-in
Minsk qrupunun aktiv fəaliyyətə keçməsini təklif
edənlər də oldu. Azərbaycan haqlı olaraq bu məsələyə də razılaşmadı.
Münaqişəni həll
edə bilməyən
bir təşkilat illərlə müharibə
şəraitində olan
iki dövlət arasında münasibətləri
necə tənzimləyəcəkdi?
Aydındır ki, bu, mümkünsüz idi. Hətta ATƏT-in Minsk qrupu
qurulmaqda olan kövrək münasibətləri
daha da gərginləşdirə
bilərdi. Ona görə də qrup bu proseslərdən
kənarda saxlanıldı.
Azərbaycan daha sonra Minsk
qrupunun ləğvi məsələsini gündəmə
gətirdi. Rəsmi İrəvan bu faktdan Azərbaycanı, müsbət məcrada gedən sülh prosesini, sülh sazişi çalışmalarını
və digər məsələləri şantaj
etmək üçün
yararlanmağa cəhd
etdi. Ermənistan bunu Azərbaycana qarşı istifadə edərək Bakının
haqlı tələblərinin
qarşısını almaq
üçün şərt
kimi irəli sürməkdəydi. Fürsəti
əldən vermək
istəməyən xarici
qüvvələr də
bu prosesi qızışdırmağa başlamışdılar.
Lakin Azərbaycan, Prezident İlham Əliyev geri çəkilmədi. Nəticə
ortadadır. Vaşinqtonda
8 avqustda Azərbaycan-Ermənistan-ABŞ liderləri
arasında əldə
olunan razılaşmadan
sonra Minsk qrupunun ləğv ediləcəyi artıq heç kimdə şübhə doğrumurdu.
Vaşiqnton görüşündən
dərhal sonra
ATƏT-ə sədrlik edən
Finlandiya artıq Minsk qrupunun ləğvi prosesinin başladığını, bununla
bağlı tərəflərin
müraciətlərinin öyrənildiyini
elan etdi. Bundan sonra Fransa
da həmsədr ölkə kimi Minsk qrupunun buraxılmasına etiraz etmədiyini açıqladı.
Rusiya da bu prosesi dəstəklədiyini
qeyd etdi. Moskvanın ATƏT-in Minsk qrupundakı təmsilçisi dekabra qədər prosesin başa çatacağını
söylədi.
Minsk qrupunun
ləğvi Ermənistanda
və erməni diasporunun daxilindəki revanşist qüvvələrə
ağır zərbə
oldu. Ermənistanın
keçmiş prezidentləri
– Levon Ter-Petrosyan,
Robert Koçaryan və
Serjik Sarqsyan kimi siyasi fiqurlar
illərlə “status” danışıqlarını uzadaraq,
işğal faktını
qorumağa çalışıblar.
İndi isə həmin qüvvələrin
əlində siyasi və diplomatik “tutacaq” qalmadı. Siyasi ritorikada “Qarabağ məsələsi”
artıq manevr aləti kimi istifadə oluna bilməyəcək, çünki
beynəlxalq hüquq müstəvisində bu mövzu bağlanmış
hesab olunur.
Onu da qeyd edək ki, 30 illik fəaliyyəti
dövründə Minsk
qrupu cəmi iki dəfə Azərbaycanın işğal
olunmuş ərazilərinə
faktaraşdırıcı missiya göndərdi. Bu missiyaların isə beynəlxalq hüquqi müstəvidə
heç bir real təsiri olmadı. Bu missiyalar arasında ötən müddət ərzində Ermənistan
işğaldakı torpaqlarımızda
daha aktiv və cəsarətli şəkildə dağıntılar
həyata keçirdi,
bu fəaliyyətin beynəlxalq səviyyədə
cavabsız qalması isə işğalçının
cəsarətini daha da artırırdı.
ATƏT-in Minsk qrupunun susqunluğu isə faktiki olaraq bu prosesə
dolayısı ilə
dəstək verdiyini göstərirdi. Bu reallıqlar fonunda
ATƏT-in Minsk qrupu təkcə öz fəaliyyətində
deyil, ümumilikdə
təmsil olunduğu beynəlxalq sistemin, yəni kollektiv təhlükəsizlik və
hüquq əsaslı
beynəlxalq münasibətlər
prinsipinin uğursuzluğunu
simvolizə edirdi.
Sevinc Azadi
İki sahil .- 2025.- 2 dekabr ( ¹219). -
S.7.