Laçının azad edilməsi
Zəfər tariximizin
şanlı səhifələrindəndir
44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli
Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan
rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd
rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər
rayonunun Suqovuşan qəsəbəsi, Xocalı
və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox
yaşayış məntəqəsi,
həmçinin Ağdərə,
Murovdağ və Zəngilan istiqamətlərində
mühüm strateji yüksəkliklər işğaldan
azad edildi. Qarabağın tacı Şuşa şəhərinin
azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın
döyüş meydanında
qazandığı böyük
Qələbə siyasi
müstəvidə də
öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər
və Laçın rayonlarını Azərbaycana
təhvil vermək məcburiyyətində qaldı
və bununla da tarixi ədalət
bərpa olundu.
Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana
təhvil verildi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək
bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə
atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni
buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə
gətirib çıxardı
ki, üç rayonumuz-Ağdam, Kəlbəcər
və Laçın bizə qaytarıldı. Biz bu rayonları
bir güllə atmadan, bir şəhid
vermədən qaytarmışıq.
Laçın rayonunun
Azərbaycanın gələcək
iqtisadi inkişaf işlərində mühüm
rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”.
Bu fikirləri
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin
deputatı qeyd edib ki, böyük
strateji əhəmiyyətə
malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
olunmuşdu. İşğal
nəticəsində rayonun
əhalisi etnik təmizləməyə məruz
qalıb, 300-dən artıq
hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
İşğal nəticəsində
217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə
müəssisəsi, 462 ticarət,
30 rabitə, 133 idarə
və müəssisə,
5 musiqi məktəbi,
1 internat məktəbi,
1 orta texniki peşə məktəbi,
2 avtonəqliyyat və
müxtəlif təyinatlı
istehsal müəssisələri
işğalçılar tərəfindən
məhv edilib, beynəlxalq və yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Laçının
ermənilərə təhvil
verilməsinin arxasında
məkrli siyasi niyyətlər, xəyanət
dayanmışdı. Həmin
dövrdə AXC-Müsavat
cütlüyü hakimiyyəti
zəbt etməyə can atırdı. Hakimiyyəti ələ keçirmək üçün
ən çirkin əməllərə əl
atdılar, təcavüzkar
Ermənistan tərəfindən
Şuşanın, Laçının
işğal edilməsinə
şərait yaratdılar.
Beləliklə, Şuşa,
Laçın düşmənə
təhvil verildi. Hər bir kəndin,
şəhərin işğala
məruz qalması böyük faciə idi. Amma Laçının
işğalı strateji
nöqteyi-nəzərindən fəlakət idi. Sonrakı itkilərimizin başlanğıcı məhz
Şuşa və Laçının itirilməsi
oldu.
Vüqar Rəhimzadə
qeyd edib ki, otuz ilə
yaxın dövrdə
erməni vandalizminə
məruz qalan Laçın bu gün özünün yeni həyatına qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin
inkişafını daim
diqqətdə saxlayan
Prezident İlham Əliyevin Laçın rayonuna səfərləri
Böyük Qayıdışa
xidmət edən mühüm sosial obyektlərin açılışı
və təməlqoyma
mərasimlərinin keçirilməsi
ilə yadda qalıb. 2023-cü ilin 28 May -Müstəqillik Günü laçınlıların
Laçın şəhərinə
qayıdışı ilə
tarixə yazıldı.
Dövlətimizin başçısı
İlham Əliyev Laçında şəhərə
qayıdan əhali ilə görüşüb
evlərin açarlarını
onlara təqdim edərkən azad edilmiş torpaqlarımızda
aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərinin
fonunda bu çağırışı edib ki, biz
öz doğma torpaqlarımızı işğalçılardan
azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik. Cənnətin
əgər təsviri
varsa, bu gün bax, budur.
Gözəl təbiət,
əzəmətli dağlar,
gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar,
həm də Laçın şəhərinin
müasir siması Azərbaycanın əldə
etdiyi uğurları ilə eyni səviyyədə
olsun.
Dövlət başçısı İlham
Əliyev laçınlılarla
görüşündə bu mühüm məqamı da xatırlatmışdır ki,
2011-ci il dekabrın
24-də doğum günümdə
laçınlılarla Ağcabədi
rayonunun Taxtakörpü
qəsəbəsində görüşmüşdüm.
O vaxt Taxtakörpü
qəsəbəsində laçınlılar
üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı:
“O görüşdə demişdim
ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük
və bundan böyük xoşbəxtlik
ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq.
Böyük nikbinliklə
yaşayırıq. Qürur
hissi ilə yaşayırıq. Çünki
İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər
qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır.”
Millət vəkili
bildirib ki, bu gün sevinc
hissi ilə qeyd edirik ki,
işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır.
Bütövlükdə Laçında
1000-dən çox yaşayış
evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında
şəhərin turizm
potensialı da nəzərə alınaraq
ona uyğun infrastruktur yaradılır.
Laçında bərpa
və quruculuq işləri istehsal müəssisələrinin yaradılması
ilə paralel şəkildə davam etdirilir. İşğaldan
azad olunmuş ərazilərdə, o cümlədən
Laçında beynəlxalq
status daşıyan hava limanının istifadəyə verilməsi
mühüm əhəmiyyət
kəsb edir. Artıq azad edilmiş torpaqlarda ümumilikdə üç
beynəlxalq hava limanı fəaliyyət göstərir.
Vüqar Rəhimzadə qeyd edib ki, 1 dekabr Laçının azad edilməsinin beşinci ildönümü Azərbaycan xalqı üçün daha bir qürur günüdür. Bu gün biz şanlı Zəfər tariximizi, beş il ərzində görülən böyük abadlıq-quruculuq işlərini, dirçələn həyatın hər addımını, öz yurdlarına qayıdan insanların sevincini qürurla izləyirik. Laçının azadlığı Azərbaycanın yenilməzliyinin, dövlətimizin iradəsinin və xalqımızın sarsılmaz birliyinin ən parlaq səhifələrindən biri kimi tarixdə əbədi qalacaq.
İki sahil 2025.- 2 dekabr
( ¹219). - S.2.