Gəncliyi birləşdirən əsas amal Vətəndir!

 

Azərbaycan dövləti öz bacarıqlarından istifadə edərək böyük uğurlar qazanmaq istəyən hər bir gəncin yanındadır

 

Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

2 fevral - Azərbaycan Gəncləri Günü ərəfəsindəİki sahilolaraq gənclərlə həmsöhbət olduq.

 

Prezident İlham Əliyev Ulu Öndərin  müəllifi olduğu

gənclər siyasətini inkişaf etdirərək onlara gələcəyin

qurucusu olmaq yolunda geniş imkanlar təqdim edir

 

İlk müsahibimiz Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr, daha sonra Bakı Mühəndislik Universitetində MBA – Biznesin təşkili idarə edilməsi ixtisası üzrə magistratura təhsili almış Rəna Süleymanlıdır. Onunla söhbətimizə Ulu Öndərin gənclərə  göstərdiyi diqqət qayğıdan danışmaqla başladıq. Həmsöhbətimiz qeyd etdi ki, haqqında danışdığımız günün, yəni,  Azərbaycan  Gəncləri Gününün təsis edilməsi Ulu Öndərin bu sahədə gördüyü ən gözəl işlərdən biridir: “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycan gəncliyini yalnız bu günün deyil, gələcəyin vətənpərvər təhsilli nəsli kimi hazırlamağa yönəlmişdir. Cənab Prezidentimiz İlham Əliyev Ulu Öndərin  müəllifi olduğu gənclər siyasətini yaşadaraq, gənclərə gələcəyin qurucusu olmaq yolunda geniş imkanlar təqdim edir. Gənclər öz ideyalarını təşəbbüslərini həyata keçirmək üçün lazım olan dəstək şəraiti alırlar. Son illərdə bu sahədə həyata keçirilən Dövlət proqramları cəmiyyətdəki sosial problemlərin həllinə birbaşa təsir edir, gənclərin iqtisadiyyat, elm texnologiyalarda önə çıxmasına şərait yaradır. Bu siyasət gənclərin inkişafını təmin edir”.

Müsahibimiz vurğuladı ki, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı, onlar üçün yaradılmış şərait  yalnız dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər: “Hazırda Azərbaycanın ən ucqar nöqtəsində yaşayan bir gənc belə öz biliyi savadı ilə ölkənin ən nüfuzlu təhsil ocaqlarında təhsil alaraq inkişaf edə bununla qarşısındakı yeni zirvələri fəth edə bilər. Azərbaycan dövləti isə öz bacarıqlarından istifadə edərək böyük uğurlar qazanmaq istəyən hər bir gəncin yanındadır”.

R.Süleymanlı qeyd etdi ki, gənclərin dövlətçiliyə bağlı olması ilk növbədə onların dövlətçilik ruhunda tərbiyə alması ilə bağlıdır. Qeyd etdiyimiz kimi, gənclər bu ruhda yetişməsəydilər, müxtəlif radikal ünsürlərin, marginal qrupların təsirinə düşə bilərdilər. Dünyada bunun kifayət qədər nümunəsi var ki, bu da millətin birbaşa genefonduna zərər verən bir faktora çevrilə bilər.  Xoşbəxtlikdən Azərbaycan gəncliyi dövlətinə bağlıdır dövlətin ucalığı, milli birliyimiz gənclik üçün hər şeydən öndə dayanır.

 

Bu gəncliyin döyüş meydanında qazandığı qələbə

 

Həmsöhbətimiz vurğuladı ki, gənclik müasir dünyaya açıldıqca daha da vətənpərvər olmalıdır. Ona görə ki, bu gün ölkəmizin uğurlarını qəbul edə bilməyən qüvvələr var. Bu qüvvələri sözün əsl mənasında alovlandıran bizim şanlı Qələbəmizdir.  Belə bir dövrdə isə gəncliyin Vətənə bağlılığı, vətənpərvər olması olduqca vacibdir qürur hissi ilə deyə bilərik ki, Azərbaycan gənci Vətənə bağlıdır. Öncə qeyd etdiyimiz kimi, bu gəncliyin döyüş meydanında qazandığı qələbə , onların informasiya müharibəsində bütün dünyaya meydan oxuması da Azərbaycan gəncinin ruhuna hopmuş Vətənə bağlılıq hissi ilə bağlıdır. Qarabağ Zəfəri Azərbaycan gənclərinin həm fiziki, həm mənəvi cəhətdən bu torpaqlara bağlılığını onların vətənpərvərlik ruhunu ortaya qoydu. Gənclərin bu müharibədəki rolu bir döyüşdən daha çox, Azərbaycanın gələcəyinə olan bağlılığın istəklərinin əksidir.  Məhz Vətən anlayışının müqəddəsliyini dərk edə bilən gənclik canı bahasına zəfər qazana bilərdi qazandı...

Rəna Süleymanlı sonda gənclərə arzularını da çatdırdı: “Gənclərə belə bir gündə ən xoş arzularımı çatdırmaqdan qürur duyuram. Gənclik insan həyatının ən gözəl dövrüdür bu, təkcə yaş dövrü deyil, həm düşüncə tərzidir. Gənclərə hər zaman düşüncə tərzi ilə öndə olmağı, yeni hədəflərə çatmağı, yaradıcı olmağı, sevmək sevilməyi arzu edirəm !”

 

Hər bir Azərbaycan gənci bu gün özü üçün individual

olaraq milli inkişaf proqramı hazırlamalı ölkənin sosial-iqtisadi

inkişafının dayanıqlılığının təmin edilməsinə xidmət göstərməlidir

 

Odlar Yurdu Universitetinin İqtisadiyyat iqtisadi münasibətlər kafedrasının müəllimi, Çin İqtisadçılar Cəmiyyətinin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə mövzu ilə bağlı qəzetimizə açıqlamasında qalib xalqın gəncliyini təmsil etməsindən böyük qürur hissi keçirdiyini bildirdi: “Lakin bu qürurla paralel olaraq gənclərimizdə yüksək məsuliyyət hissi formalaşmışdır. İkinci Qarabağ müharibəsi onu göstərdi ki, dinindən, etnik mənsubiyyətindən, siyasi-ideoloji düşüncəsindən asılı olmayaraq Azərbaycan gəncliyini birləşdirən magistral istiqamət məhz Vətəndir! Gənclərimizdəki yüksək vətənpərvərlik ruhu triumfal Zəfərimizin əsasını təşkil edən faktorlardan biri kimi səciyyələndirilə bilər”.

 

Bu amil Azərbaycan gəncliyinin

əsas ideoloji istiqaməti olmalıdır

 

Aslan Əzimzadənin sözlərinə görə, bu gün hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu vətəndaşlıq modelini inkişaf etdirməlidir. Bunun üçün hər bir gənc öz sahəsində rəqabətqabiliyyətliliyini artırmalıdır. Xüsusən elm təhsil sahəsində bu faktorun reallaşdırılması zəruridir. Məhz bu istiqamətdə dövlətin apardığı mütərəqqi effektiv gənclər siyasətini qeyd etmək vacibdir. Belə ki, bu gün Azərbaycan gəncliyiGənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramıçərçivəsində dünyanın TOP-500 reytinqində yer alan ali təhsil müəssisələrində oxuyur elmi-tədqiqat ilə məşğul olurlar. Bu isə öz növbəsində resurs kapitalından insan kapitalına keçid üçün struktur amillərdən biri kimi şərtlənə bilər. Lakin burada gəncliyin öhdəsinə müəyyən işlər düşməkdədir. Hər bir Azərbaycan gənci bu gün özü üçün individual olaraq milli inkişaf proqramı hazırlamalı uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığının təmin edilməsinə xidmət göstərməlidir. Məhz bu amil Azərbaycan gəncliyinin əsas ideoloji istiqaməti olmalıdır”.

 

Gənclərimiz artıq müzəffər xalqın gəncləri olaraq, böyük qürurla

Ulu Öndərin adı ilə bağlı olan Azərbaycan Gəncləri Gününü

öz bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd edirlər

 

İki sahil”in digər gənc müsahibi isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyat”ı ixtisası üzrə bakalavr təhsili, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət UniversitetindəMenecment (musiqi)” ixtisası üzrə magistr təhsili almış, istedadlı muğam ifaçısı, ictimai fəal gənc Yusif Cəfərbəylidir. O qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq”.

Müsahibimiz bildirdi ki, gənclər siyasəti hər bir ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, onun müstəqil  dövlət kimi möhkəmlənməsində olduqca mühüm əhəmiyyət kəsb edir: “Bu gün gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib aktual vəzifələr dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir.  Təsadüfi deyildir ki, gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Dövlətin qayğısından faydalanan gənclər yüksək səviyyədə təhsil alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər olmalıdırlar ki, gələcəkdə Azərbaycanı daha da inkişaf etdirib irəliyə apara bilsinlər. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin xarici ölkələrdə təhsil almalarını ona görə təmin edir ki, bu gün qazanılan uğurlar qorunub saxlanılsın ölkəmiz daim dinamik şəkildə inkişaf yolunda daha da böyük uğurlar qazansın. Son illər Azərbaycanda gənclərlə sahəsində həyata keçirilən tədbirlər ölkə gəncliyinin inkişafında əhəmiyyətli rol oynayıb. Bu gün gənclər  dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında s. sahələrdə təmsil olunur cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Ümumiyyətlə, bu gün gəncləri onları birləşdirən gənclər təşkilatlarını əhatə edən məsələlər kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması,  onların sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği s. məsələlər aktualdır. Bütün bu proseslərdə dövlətimiz Azərbaycan gəncliyinə böyük ümid bəsləyir. Gənclərimiz fəaliyyət göstərdikləri hər bir sahədə dövlətin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar”.

 

Vətən müharibəsi Azərbaycan gəncləri

üçün ən həlledici sınaqlardan biri oldu

 

Y.Cəfərbəyli diqqətə çatdırdı ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci il sentyabrın 27-də başlayan noyabrın 10-dək davam edən tarixi Vətən müharibəsi oldu. Eyni zamanda, 2023-cü ilin sentyabr ayının 19-da başlamış cəmi bir  sutkadan da az davam edən, Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələn antiterror əməliyyatında da şanlı Silahlı Qüvvələrimizin sıralarında Vətən uğrunda cəsarətlə döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Zəfərlə Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra əzəli torpaqlarına qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın qədim torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün artıq düşmən əsarətindən azad olan doğma yurdlarımız yenidən qurulur, dirçəlir. Gənclərimiz artıq müzəffər xalqın gəncləri olaraq, böyük qürurla Ulu Öndərin adı ilə bağlı olan Azərbaycan Gəncləri Gününü - öz bayramlarını işğaldan azad olunmuş torpaqlarda  qeyd edirlər.

Sonda həmsöhbətimiz təbriklərini çatdırdı: “Mən öz növbəmdə nəinki Azərbaycanda, dünyanın müxtəlif nöqtələrində yaşayan bütün azərbaycanlı gəncləri 2 fevralAzərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yüksək əzmkarlıq gələcək işlərində tükənməz müvəffəqiyyətlər arzulayıram”.

Əziz gənclər, biz İki sahilredaksiyasının kollektivi olaraq sizi 2 fevralAzərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə gələcək işlərinizdə uğurlar arzulayırıq.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.- 1 fevral, №18.- S.6.