Hər zaman öndə

 

Gənclərin ölkə daxilində qlobal platformalarda rolu artıb

 

2024-cü il Azərbaycanda gənclərin inkişafı, sosial fəallığı beynəlxalq platformalarda təmsilçiliyi baxımından dinamik məhsuldar bir il olub. İlin ərzində həyata keçirilən müxtəlif tədbirlər, reallaşdırılan layihələr proqramlar gənclərin liderlik, yaradıcılıq, intellektual fiziki bacarıqlarının inkişafına mühüm töhfə verib.

Bu dövrdə gənclər təşkilatlarının dəstəklənməsi, ekoloji maarifləndirmə, beynəlxalq əməkdaşlıq, idman, intellektual yarışlar startap təşəbbüsləri kimi sahələrdə əhəmiyyətli nəticələr əldə edilib. Regional beynəlxalq miqyasda təşkil edilən tədbirlər sayəsində gənclər həm yerli, həm qlobal səviyyədə bilik təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.

Belə ki, ötən ildə Gənclər İdman Nazirliyi tərəfindən gənclərin müxtəlif sahələrdə bilik bacarıqlarını inkişaf etdirmək məqsədilə hərbi vətənpərvərlik, milli adət-ənənələr, hüquq, peşə, robototexnika, yaradıcılıq, mühəndislik, məşğulluq, simulyasiya, inklüzivlik könüllülük kimi əhəmiyyətli sahələri əhatə edən 22 müxtəlif mövzu üzrə 3 395 gəncin iştirakını təmin edən 43 düşərgə uğurla təşkil olunub. Bu kimi  sahələrə fokuslanmaq gəncləri yalnız praktiki biliklərlə təmin etmir, həm onların sosial məsuliyyət hissini, vətənpərvərlik anlayışını milli dəyərləri mənimsəmələrinə kömək edir. Eyni zamanda, simulyasiya inklüzivlik kimi sahələr gənclərin təcrübələrini genişləndirir, müasir texnologiyaları cəmiyyətin müxtəlif təbəqələrini başa düşmələrinə şərait yaradır.  Bu cür təşəbbüslər gəncləri gələcəkdə peşəkar həyatda cəmiyyətdə daha fəal iştirak etməyə hazırlayır. Onlar həm gənclərin əmək bazarına daha yaxşı uyğunlaşmasına gələcəkdə liderlik mövqelərində fəaliyyət göstərmələrinə təkan verir. Ümumilikdə bu cür proqramlar ölkənin gələcəyini qurmaqda mühüm əhəmiyyətə malikdir. Çünki gənclərin inkişafı hər bir cəmiyyətin gələcəyi üçün təməl rolunu oynayır.

Ötən il gənclərin yaradıcılıq intellektual potensialını inkişaf etdirmək məqsədilə müxtəlif yarışlar, müsabiqələr intellektual oyunlar təşkil olunub. Ümumilikdə, bu tədbirlər 23 844 gəncin iştirakını təmin edən 182 yarış müsabiqəni əhatə edib. Bu rəqəmlər gənclərin fərqli sahələrdə inkişafına yönəlmiş genişmiqyaslı fəaliyyətin göstəricisidir. Tədbirlər müxtəlif sahələri əhatə edərək gənclərin bilik bacarıqlarını artırmağa kömək edib. "Şahin" hərbi-idman oyunları "Cəsur kadet" yarışları fiziki hazırlığın artırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi komandada işləmə bacarıqlarının inkişafına yönəlib. "İƏT simulyasiya modeli" "Debat forumları" diplomatiya, beynəlxalq əlaqələr tənqidi düşüncə qabiliyyətinin formalaşdırılmasına töhfə verib.

"İstedadların hazırlığı laboratoriyası" VII Beynəlxalq Elm Olimpiadası elmi biliklərin artırılması tədqiqatyönümlü düşüncənin inkişafına xidmət edib. Robot olimpiadası texnologiya mühəndislik sahəsinə marağı artıraraq innovativ düşüncəni stimullaşdırıb. "Oxu, qazan!" müsabiqəsi "Şən Gənc" TV layihəsi məntiqi təfəkkür yaradıcı ifadə bacarıqlarının inkişafına kömək edib.

"Mən Cazmenəm" Bakı Caz Festivalı "Qızıl şah" Milli Kulinariya Çempionatı musiqi kulinariya sahəsində istedadlı gəncləri üzə çıxarmağa şərait yaradıb. "İdeya var!" elmi-yaradıcılıq müsabiqəsi yeni ideyaların gerçəkləşdirilməsinə startap təşəbbüslərinin inkişafına imkan yaradıb. Bu tədbirlər gənclərin müxtəlif sahələrdə inkişafını stimullaşdıraraq onların gələcək karyera yaradıcılıq fəaliyyətlərinə töhfə verir.

Bu inkişaf təşəbbüsləri təkcə paytaxtda deyil, ölkənin müxtəlif bölgələrində geniş miqyasda həyata keçirilib. Lənkəran şəhəri 2024-cü ildəAzərbaycanın Gənclər Paytaxtıolaraq, gənclərin inkişafını sosial fəallığını dəstəkləyən, müxtəlif sahələri əhatə edən 41 tədbirə ev sahibliyi edib. Bu tədbirlər 15 000-dən çox gənci əhatə edərək onların yaradıcılıq, intellektual fiziki potensiallarının inkişafına mühüm töhfə verib. Bu tədbirlər çərçivəsində müxtəlif yarışlar, müsabiqələr forumlar təşkil olunub ki, bu da gənclərin potensialını üzə çıxarmaq üçün əhəmiyyətli bir platforma yaradıb. Layihələr gənclərin cəmiyyətə inteqrasiyasını ictimai proseslərdə fəal iştirakını təşviq edərək onların sosial bacarıqlarının inkişafına da töhfə verib. Lənkəranın Gənclər Paytaxtı seçilməsi şəhərin sosial-iqtisadi mədəni inkişafına da müsbət təsir göstərib. Bu təşəbbüs həm yerli gənclərin, həm ölkənin müxtəlif bölgələrindən gələn iştirakçıların Lənkəranla yaxından tanış olmasına şərait yaradıb. Tədbirlər gənclərin bir-biri ilə tanış olması, ideya bilik mübadiləsi aparması üçün geniş imkanlar açıb. Eyni zamanda, bəzi layihələr beynəlxalq əməkdaşlığa da töhfə verib. Ümumilikdə, Gənclər Paytaxtı təşəbbüsü Azərbaycan gəncləri üçün mühüm imkanlar açır Lənkəran bu statusu uğurla dəyərləndirib.

Ötən il gənclərin ekoloji maarifləndirilməsi iqlim dəyişikliyi ilə mübarizəyə cəlb edilməsi baxımından da olduqca məhsuldar keçib. “Gənc İqlim Elçiləriproqramı İqlim Həftələriçərçivəsində 45 000 gənci əhatə edən 625 tədbirin təşkili genişmiqyaslı ekoloji fəaliyyətin göstəricisidir. Bu təşəbbüslər sayəsində gənclər ekoloji problemlərlə daha yaxından tanış olub ekoloji davamlılığa dair biliklərini artırıblar. Ekoloji maarifləndirmə tədbirləri çərçivəsində həyata keçirilən təmizlik ağacəkmə aksiyaları da mühüm nəticələr verib. Ümumilikdə 5 592 ağacın əkilməsi ekoloji şüurun artırılması ilə yanaşı, ətraf mühitin qorunmasına da real töhfə olub. Bu cür aksiyalar gəncləri ekoloji fəaliyyətlərdə daha aktiv iştirak etməyə təşviq edib.

Noyabrın 11-22-də Bakıda keçirilən BMT-nin COP29 Konfransı isə Azərbaycanın qlobal iqlim gündəmində fəal iştirakını nümayiş etdirib. Konfrans çərçivəsində Yaşıl zonada fəaliyyət göstərənGənclər Evipavilyonu xüsusi əhəmiyyət daşıyıb. Burada davamlılıq iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar panel müzakirələri daxil olmaqla ümumilikdə 27 tədbir təşkil edilib. Gənclərin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyon 7000 nəfər tərəfindən ziyarət olunub. Bütün bu tədbirlər Azərbaycan gənclərinin ekoloji bilik bacarıqlarını artıraraq onların iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını təmin edib.

2024-cü il Azərbaycan gənclərinin beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin qlobal miqyasda tanıdılması baxımından da mühüm il olub. Gənclərin liderlik əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək məqsədilə keçirilən beynəlxalq tədbirlər ölkələrarası əlaqələrin möhkəmlənməsinə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb. Bu çərçivədə "Bakı qərar verir" Gənclərin I İqlim Danışıqları, "By Youth For Youth" Beynəlxalq Forumu, "Şuşa – İƏT-in Gənclər Paytaxtı" "LənkəranTürk Dünyasının Gənclər Paytaxtı" proqramları xüsusi əhəmiyyət daşıyıb. 57 ölkədən 650 iştirakçının qatıldığı bu 24 beynəlxalq tədbir gənclərin qlobal problemlərin həllində fəal iştirakını təmin edib, eyni zamanda, Azərbaycanın gənclər siyasətini multikultural dəyərlərini beynəlxalq arenada tanıtmağa kömək edib. Bundan əlavə, Azərbaycan gənclərinin beynəlxalq təcrübə qazanması fərqli mədəniyyətlər arasında əməkdaşlıq qurması üçün 20 ölkədə keçirilən 30 beynəlxalq tədbirə 301 gəncin ezam olunması mühüm addım olub. Bu təşəbbüs gənclərin liderlik bacarıqlarını inkişaf etdirməsinə, qlobal şəbəkələşməsinə müxtəlif sahələrdə bilik təcrübə mübadiləsi aparmasına imkan yaradıb. Ümumilikdə beynəlxalq tədbirlərdə fəal iştirak Azərbaycan gənclərinin qlobal arenada söz sahibi olmasını təmin etməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına da töhfə verib.

2024-cü il həm gənclərin sosial inteqrasiyasını inkişafını dəstəkləmək baxımından Azərbaycanın müxtəlif bölgələrində genişmiqyaslı tədbirlərlə yadda qalıb. “Gənclər Evisosial xidmət müəssisələri tərəfindən təşkil olunan 4 773 tədbir ölkə üzrə 132 639 gənci əhatə edərək onların sosial, intellektual yaradıcılıq bacarıqlarının inkişafına mühüm töhfə verib. Bundan əlavə, Regional gənclər idman idarələri tərəfindən keçirilən 2 708 tədbir 181 942 gəncin fəal iştirakına şərait yaradıb. Bu tədbirlər mədəni, idman, intellektual sosial fəaliyyətləri əhatə edərək gənclərin bir-biri ilə ünsiyyət qurmasına, bilik təcrübə mübadiləsi aparmasına, eləcə cəmiyyətə daha aktiv inteqrasiya olunmasına imkan yaradıb. Bu rəqəmlər göstərir ki, gənclərin inkişafı yalnız paytaxtda deyil ölkənin bütün regionlarında prioritet məsələlərdən biridir.

Ötən il Gənclər İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə genişmiqyaslı qrant proqramı həyata keçirilib. 9 mövzu 31 istiqamət üzrə 74 layihənin maliyyələşdirilməsi gənclərin cəmiyyətin inkişafına töhfə verməsi, innovativ ideyalarını reallaşdırması fərdi bacarıqlarını inkişaf etdirməsi üçün mühüm addım olub. Bu qrant proqramı təhsil, ekoloji maarifləndirmə, sahibkarlıq, sosial innovasiyalar, vətənpərvərlik, idman, intellektual inkişaf digər sahələri əhatə edərək geniş spektrdə layihələrin reallaşmasına imkan yaradıb. Layihələr sayəsində gənclər təşkilatları öz fəaliyyət dairələrini genişləndirib, müxtəlif təlimlər, seminarlar sosial layihələr vasitəsilə gənclərin aktivliyini artırıb.

Nəticə etibarilə 2024-cü il Azərbaycan gəncləri üçün inkişaf, innovasiya beynəlxalq əməkdaşlıq baxımından mühüm uğurlarla yadda qalıb. Gənclərin ölkə daxilində qlobal platformalarda rolu artıb. Bu uğurlar göstərir ki, gənclərin inkişafına yönəlmiş təşəbbüslər dayanmadan davam edəcək yeni imkanlarla daha da genişlənəcək.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 1 fevral, №18.- S.4.