Yerin altında metro, üstündə
tramvay, şəhərətrafı
elektrik qatarı…
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Bakı və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər
üçün Dövlət
Proqramını təsdiq
edib. Dövlət Proqramı Bakı şəhərinin Baş
planına (2020–2040) uyğun
olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və
insanların həyat keyfiyyətinin artırılmasını
hədəfləyir.
Dövlət Proqramı ekoloji təmiz, komfortlu, təhlükəsiz, dayanıqlı
nəqliyyata təminat
verəcək
Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə
tutulan Bakı şəhərində və
ətraf ərazilərdə
dayanıqlı nəqliyyat
sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması
və yol-nəqliyyat hadisələrinin, habelə
ekologiyaya dəyən
ziyanın həcminin azaldılması üçün
zəruri tədbirlər
görülməsidir. Proqram
paytaxt və ətraf ərazilərdə
sıxlığın azaldılmasını
və geniş nəqliyyat şəbəkəsinin
qurulmasını təmin
etməklə yanaşı,
ictimai nəqliyyatdan istifadənin səmərəliliyini
artıracaq, mobillilik təmin olunacaq, ekoloji cəhətdən innovativ həllərlə
proseslərə töhfə
verməsini təşviq
edəcək və şəhərin iqtisadi rifahın artmasına şərait yaradacaq.
Səfər planlamasını asanlaşdırmaq
və daha çevik həllər təqdim etmək
Dövlət Proqramında nəzərdə
tutulan bəzi məqamları “İki sahil”ə şərh
edən nəqliyyat məsələləri üzrə
ekspert Rauf Ağamirzəyev bildirib ki, mobillik xidmətinin
məqsədi istifadəçilərə
müxtəlif nəqliyyat
növlərini bir platformada birləşdirərək
səfər planlamasını
asanlaşdırmaq və
daha çevik həllər təqdim etməkdir: “Bu xidmət ictimai nəqliyyat, velosiped və kiçik elektrik nəqliyyat vasitələrini inteqrasiya
edərək, istifadəçilərə
sərfəli və rahat nəqliyyat marşrutları seçmək
imkanı yaradır. Gələcəkdə özəl
sektorun bu proqramların hazırlanmasına
aktiv cəlb edilməsi belə xidmət modelinin inkişafına töhfə
verə bilər. Mobillik xidməti bir yerdən digər yerə hərəkətlilikdir. Bura
fərqli hərəkət
növləri daxildir.
Uzun və qısa məsafəli mobillik elementləri mövcuddur. Səfər planlaması ümumi olaraq vacib bir
alətdir. Bu tətbiqlər bizim nəqliyyat sektoruna hava və su
kimi lazımdır. Dəyişən şəhər
nəqliyyatına bunu
əlavə etməliyik.
Səfəri necə planlayırıq? Məlumat
əlçatandırmı? Avtobusun hərəkət istiqamətini necə izləmək olar?
Evdən, işdə
ofisdən çıxmadan
dayanacaqda hansı avtobusun dayandığını,
həmin avtobusun hansı traektoriya ilə hərəkət etdiyini, avtobusun dayanacağa neçə dəqiqəyə yaxınlaşacağını
izləyə bilirsiniz
Bu suallara
cavab və hava şəraitindən asılı olaraq öz səfərimizi planlamaq imkanımız olmalıdır. Bu tətbiqlər qonşu ölkə Gürcüstanın
paytaxtı Tbilisi şəhərində istifadəyə
verilib. Səfər planlaması rahat istifadə olunur və bütün məlumatları əldə
etmək olur. Evdən, işdə ofisdən çıxmadan
dayanacaqda hansı avtobusun dayandığını,
həmin avtobusun hansı traektoriya ilə hərəkət etdiyini, avtobusun dayanacağa neçə dəqiqəyə yaxınlaşacağını
izləyə bilirsiniz.
Hazırda Azərbaycanda,
xüsusilə Bakıda
belə bir tətbiq mövcud deyil. Bu da
diskomfortluğa səbəb
ola bilir. Dövlət Proqramında
bununla bağlı müvafiq bənd mövcuddur. Düşünürəm
ki, bu tətbiqin
daha sürətli icrasına ehtiyac var. İnsanlar fərdi nəqliyyatdan ictimai nəqliyyata keçirsə bunun tətbiqini vacib hesab etmək olar.”
Tramvay, şəhərətrafı elektrik
qatarı…
Proqramda diqqəti
çəkən əsas
məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı ekoloji meyarların nəzərə alınmasıdır.
Ekologiyaya dəyən
ziyanın həcminin azaldılması üçün
zəruri tədbirlər
görülməsi də
qeyd olunur.
Relsli nəqliyyat
növlərinin ekoloji
cəhətdən təmiz
olduğunu diqqətə
çatdıran ekspert
vurğulayıb ki, bu nəqliyyat növü sərnişindaşıma
qabiliyyətinə görə
də rəqib tanımır: “Xüsusən
yeraltı metro xətləri daha qısa intervalla eyni anda daha
çox sərnişin
daşımaq qabiliyyətinə
malikdir. Yerüstü
tramvay və şəhərətrafı elektrik
qatarı yerüstü
metro funksiyasını
yerinə yetirərək
dayanacaq sayı artırılarsa, doğru
tənzimləmə olarsa
sərnişin daşımanı
yerinə yetirə bilər. Bu, nəqliyyat sektorunda şəhərlərin onurğa
sütunu hesab olunur. Sözügedən nəqliyyat növləri həm ekoloji cəhətdən təmiz,
həm komfortlu, həm də təhlükəsiz və
dayanıqlıdır. İstənilən
hava şəraitində
fəaliyyət göstərə
bilir.
Su taksisi
realdırmı?
Son günlər
tez-tez səsləndirilən
dənizdən su taksisi kimi istifadə
metodunda bir faktı unudurlar ki, Bakı küləklər
şəhəridir. Küləkli
hava şəraitində
bu daşımalar mümkünsüzdür. Relsli
nəqliyyat növləri
isə havadan asılı olmayaraq daim hərəkətdədir,
dayanıqlı və
təhlükəsizdir. Bu
növ nəqliyyata investisiyalar artırılmalıdır
ki, insanlar məhz səfərlərini
relsli nəqliyyatla təşkil etsinlər.”
Eyni yolda
həm avtobus, həm velosiped, həm də şəxsi avtomobil
Rauf Ağamirzəyev
qeyd edib ki, son bir
il ərzində Bakıda mikromobillik üçün də şərait yaradılıb:
“Velozolaq şəbəkəsi
yaradılıb. Bu da qısa məsafəli
hərəkət üçün
yeni imkanlardır. Bu hərəkət növü əvvəllər
Bakıda mövcud deyildi. Son bir
il ərzində 35 km-lik bir hərəkət
şəbəkəsi yaradılıb.
Yaxın vaxtlarda bunun da 100 km-ə
çatdırılması nəzərdə tutulur. Bu hərəkətin təşviqinə və təbliğinə ciddi ehtiyac var. İlkin
olaraq müsbət tendensiyanın şahidi oluruq ki, gənclərimiz
artıq bu nəqliyyat növündən
istifadə edirlər.
Ekoloji cəhətdən
həm təmizdir, həm də şəhər nəqliyyatında
önəmli bir payı öz üzərinə götürmək
qabiliyyətinə malikdir.
Bu növlərə diqqət ayırmaqla eyni küçədə
hamı öz avtomobili ilə hərəkət edirdisə,
bir il ərzində
yaradılan şərait
qısa zamanda insanlarda alternativlərdən
istifadə etməyin formalaşmasına kömək
oldu. Yəni, avtobus zolağı çəkilməklə sərnişindaşımada
say artdı, mikromobillik tətbiq edilməklə insanlarda bu nəqliyyata maraq artır. Bu ildən artıq
elan olunmuş yeni istiqamətlər Dövlət Proqramında
da öz əksini tapır. Bu da birbaşa
yerüstü nəqliyyatın
inkişafı deməkdir.
Sərnişin tələbini
qarşılamaq istiqamətində
formalaşmış təkliflər
yaxın 5 il ərzində daha real olaraq insanlarımızın
mərhələli şəkildə
bu növlərə daha çox keçidini müşahidə
edəcəyik.”
Orxan Vahidoğlu
İki sahil.- 2025.- 4 fevral, №19.- S.3.