Bura məskənidir gözəlliklərin…
Azərbaycanın əsrarəngiz təbiəti
türk qardaşlarımızı
cəlb edir
Ölkəmiz
1991-ci ildə dövlət
müstəqilliyi bərpa
edəndən sonra yetmiş il əvvəl qırılmış
Azərbaycan-Türkiyə əlaqələri
sürətlə möhkəmləndirildi.
Bir-birinə gediş-gəliş
başladı və bu ünsiyyət getdikcə intensiv xarakter aldı. Qardaş ölkədən
gələn müsafirlər
respublikamızın əsrarəngiz
gözəlliklərini gördülər
və sevdilər.
COP29 konfransında iştirak
edən Türkiyə
nümayəndə heyətinin
üzvləri ölkəmizin
tarixi və təbii mənzərələri
ilə tanışlıqdan
məmnun olduqlarını
bildirdilər.
Hələ 2021-ci ildə bu əsrarəngiz
şəhərə ilk
səfər edən zaman Şuşanın füsunkar gözəlliklərini,
Cıdır düzünü
və dumanlı dağları seyr edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu diyara heyran
qaldığını bildirdi.
Qardaş ölkədə
Azərbaycanın gözəl
mənzərələrini görmək
arzusunda olanların sayı İkinci Qarabağ müharibəsindən
sonra daha da artmağa başlayıb. Axı, ölkəmizin uca dağları, yaşıl
meşələri, gölləri,
çayları, bulaqları
və digər mənzərələri cəlbedicidir.
Digər tərəfdən,
Şuşa və işğaldan azad edilən yerlərdə aparılan tikinti, yenidənqurma və bərpaetmə işləri
yüksək keyfiyyətlə
həyata keçirilib.
Dağıdılmış maddi-mədəniyət abidələri
təmir edilərək
əvvəlkindən də
gözəl şəklə
salınıb.
Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul
şəhərində işinə
başlayan Şərqi
Aralıq dənizi Beynəlxalq Səyahət
və Turizm Sərgisində (“EMITT - 2025”) təbliğ
olunur. Sərgi çərçivəsində milli stenddə 10 yerli turizm sənayesi
nümayəndəsi və
"Azərbaycan Hava Yolları" QSC (AZAL) təmsil
olunur.
Ziyarətçilərə
Azərbaycanın turizm
imkanları, o cümlədən
qastroturizm, şərabçılıq,
qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun
Ümumdünya İrs
Siyahısında yer alan maddi-mədəni irs nümunələri barədə ətraflı
məlumatlar verilir. Həmçinin Türkiyə
və digər ölkələri təmsil
edən turizm sektoru nümayəndələri
ilə B2B formatında
görüşlər təşkil
edilir.
Dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan
Şərqi Aralıq
Dənizi Beynəlxalq
Səyahət və Turizm Sərgisində
(“EMITT - 2025”) 95 ölkə təmsil olunur. Bu, hər bir
ölkə, o cümlədən
də Azərbaycan turizminin inkişafı üçün də geniş imkanlar deməkdir. Orada Azərbaycan bu sahədə özünə
yeni tərəfdaşlar
da tapa bilər.
Digər tərəfdən,
qeyri-neft sektorunun inkişafına hüdudsuz
üfüqlər açılacaqdır.
Təbii ki, yetmiş il üzümüzə bağlı
qalmış qapıdan
içəri keçmək,
babalarımızın uyuduğu
müqəddəs yerləri
ziyarət etmək çox arzuolunandır. Bununla bərabər, türkiyəli qardaşlarımız
üçün də
burada müqəddəs
və maraqlı yerlər var. Bu yerlərin biri 1918-ci ildə Azərbaycana xilaskarlıq
yürüşü edən
Nuru Paşanın ordusu ilə bağlıdır. Şamaxı
ərazisində birləşmiş
erməni-bolşevik ordularına
qarşı gedən amansız döyüşlərdə
Azərbaycanın azadlığı
uğrunda canını
qurban vermiş qəhrəman türk əsgərlərinin məzarları
müqəddəs tarixi
yerdir. Biz daim o məzarları minnətdarlıq hissi ilə ziyarət edirik. Məktəblilər
oraya ekskursiyaya aparılır, qardaşlarımızın
məzarları ziyarət
olunur. İlin bütün fəsillərində
həmin qəhrəmanların
məzarları üzərinə
tər gül-çiçək
dəstələri düzülür.
Onlar bizim qəlbimizdə və tariximizdə əbədi yaşayacaqlar. Eyni zamanda, Türkiyənin Azərbaycandakı
səfirliyi, ictimaiyyətin
nümayəndələri unudulmaz
qəhrəmanların məzarını
ziyarətə gəlirlər.
Türkiyəli qardaşlarımızı daha
çox maraqlandıran
Ermənistanın işğalından
azad edilmiş ərazilərimizdəki mənzərəli
yerləri seyr etməkdir. Çünki
o yerlərdə qədim
türklərin-babalarımızın ayaq izləri var. Dini və
tarixi məkanlarımız
müsafirlər üçün
maraqlıdır.
2024-cü ildə Türkiyə Azərbaycana
səfər edən xarici ölkə vətəndaşlarının sayına görə ikinci yerdə qərarlaşıb. Ötən
il ərzində Türkiyədən ölkəmizə
426 241 nəfər olmaqla
2023-cü ilin rəqəmlərindən
13 faiz çox ziyarətçi gəlib.
Əminik ki, yaxın illərdə qardaş ölkədən
respublikamıza turizm gəzintisinə, istirahətə
və səyahətə
gələnlərin sayına
görə birinci yerə yüksələcək.
Çünki onlar bizimlə qırılmaz tellərlə bağlıdırlar.
Bu bağın daha da möhkəmlənməsində
digər amillərlə
bərabər, turizmin
də böyük əhəmiyyəti var.
Vəli İlyasov
İki sahil.- 2025.- 7 fevral, №22.- S.7.