Bu gün Azərbaycan gəncliyi beynəlxalq
arenada da öz
sözünü deməyə
qadirdir
Onlar elmi nailiyyətlər, startap layihələri, idman uğurları və diplomatik platformalarda Azərbaycan dövlətini layiqincə
təmsil edirlər
"İki sahil"in müsahibi Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir
müavini Ülviyyə
Axundovadır.
-Bildiyimiz kimi,
hər il 2 fevral tarixi Azərbaycanda
Gənclər Günü
kimi qeyd olunur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş
dövlət gənclər
siyasəti Azərbaycan
gəncliyinin inkişafında
dərin izlər buraxıb. Ümumiyyətlə,
ölkəmizdə həyata
keçirilən dövlət
gənclər siyasətinin
əhəmiyyəti haqqında
fikirlərinizi bilmək
istərdik…
- Bütün gənclər üçün
xoş və qürurvericidir ki, hər il 2 fevralı
Azərbaycan Gəncləri
Günü kimi qeyd edirik. Bu
günün 1997-ci ildə
Ümmummilli Lider Heydər Əliyevin Sərəncamı ilə
olunub və Azərbaycan gəncliyinə
verilən dəyərin
göstəricisidir. Azərbaycan
gəncləri həyatlarının
hər bir mərhələsində dövlətin
qayğısı, dəstəyi
ilə əhatə olunublar. Azərbaycanda dövlət gənclər
siyasəti ardıcıl
və sistemli şəkildə həyata
keçirilir. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq Sərəncamı
ilə təsdiqlənən
“2015–2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf
Strategiyası”, 2013-cü ildə
təsis olunan “Gənclər üçün
Prezident Mükafatı”
bu sahədə atılan mühüm addımlardan biridir. Bu strategiya gənclərin
təhsil, mədəniyyət,
idman, ictimai fəaliyyət sahələrində
inkişafını təmin
etməyə yönəlib.
Eyni zamanda, dövlət proqramları
çərçivəsində gənclərin sosial rifahının yüksəldilməsi,
onların istedad və bacarıqlarının
dəstəklənməsi, beynəlxalq təmsilçiliyinin
artırılması istiqamətində
çoxsaylı layihələr
reallaşdırılır. Xaricdə təhsilin dəstəklənməsi proqramı
minlərlə gəncin
dünya səviyyəsində
bilik əldə etməsinə imkan yaradıb. Təbii ki, dövlətin əvəzolunmaz dəstəyi
sayəsində əldə
olunan bu beynəlxalq təhsil təcrübəsi gələcəkdə
minlərlə gənc
kadrların yetişməsinə
və Vətənə
xidmət etməsinə
öz töhfəsini
verəcək. Vurğulamaq
lazımdır ki, gənclərin sosial və ictimai fəallığını artırmaq
məqsədi ilə respublikamızın müxtəlif
şəhər və
rayonlarında gənclər
evləri fəaliyyət
göstərir. Bu məkanlar gənclərin
bilik və bacarıqlarını artırmaları,
yeni ideyaları reallaşdırmaları, dostluq
və inkişaf mühitinin formalaşdırılması
üçün çox
vacibdir.
Bütün bu addımlar Azərbaycan gəncliyinin sağlam mühitdə formalaşmasına, Vətəninə,
millətinə, milli-mənəvi
dəyərlərinə bağlılığına,
ölkənin sosial-iqtisadi
və siyasi həyatında fəal rol oynamasına imkan yaradır. Dövlət gənclər
siyasəti gənclərin
dəstəklənməsi və
potensiallarının reallaşdırılması
istiqamətində xüsusi
rol oynayır.
- Qeyd etdiniz ki, gənclərimiz
dövlət qayğısı
ilə əhatə olunublar. Bəs onlar yaradılmış şəraitdən istifadə
edərək öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi? Bugünkü Azərbaycan
gəncliyini necə görürsünüz?
- Bugünkü Azərbaycan gəncliyi dinamik, bilikli və yeniliklərə açıqdır. Onlar təkcə yerli səviyyədə deyil, beynəlxalq arenada da öz bacarıqlarını
sübut edirlər. Gənclərimiz müxtəlif
sahələrdə-elm, təhsil,
texnologiya, mədəniyyət,
diplomatiya, incəsənət,
idman və sahibkarlıqda mühüm
uğurlar qazanırlar.
Beynəlxalq müsabiqələrdə,
startap layihələrində
və idman yarışlarında Azərbaycan
Bayrağını dalğalandıran
gənclərimiz bunun
bariz nümunəsidir.
Dövlət tərəfindən yaradılan
imkanlar, təhsil proqramları, startap və innovasiya mərkəzləri, Azərbaycan
Gənclər Fondu və qrant layihələri
gənclərin inkişafına
mühüm töhfə
verir. Xüsusilə xaricdə təhsil imkanları və müxtəlif təqaüd
proqramları onların
bilik və bacarıqlarını artırmalarına
şərait yaradır.
Bundan əlavə, texnoparklar, inkubatorlar və kreativ sənaye sahələri gənclərin öz ideyalarını reallaşdırmasına
dəstək verir.
Ancaq burada
əsas sual bu imkanlardan nə dərəcədə
səmərəli istifadə
olunmasıdır. Hər
kəs üçün
açıq olan bu fürsətlərdən
bəzi gənclər
maksimum yararlanır, bəziləri isə asudə vaxtlarında yararlanmağa üstünlük
verir. Lakin ümumi mənzərə
onu göstərir ki, Azərbaycan gəncliyi potensialından
istifadə etməyi bacarır və hətta daha da böyük uğurlara imza atmağa qadirdir. Eyni zamanda, gənclərin
dünyagörüşü də genişlənib. Onlar qlobal trendləri
izləyir, texnoloji yeniliklərə maraq göstərir və kreativ düşüncəyə
sahibdirlər. Bugünkü
Azərbaycan gənci təkcə bilik və bacarıqları ilə deyil, həm də vətənpərvərliyi, milli-mənəvi
dəyərlərə bağlılığı
ilə seçilir. Daha çox gəncin bu imkanlardan istifadə etməsi üçün
maarifləndirmə və
motivasiya işlərinin
gücləndirilməsi vacibdir.
Çünki Azərbaycan
gəncliyi yalnız mövcud potensialı ilə deyil, həm də inkişaf edə biləcəyi yüksək
potensialı ilə fərqlənir.
- Gənclər
və dövlətçilik...
Sizcə, bu sahədə ümumi mənzərə necədir?
Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsində gənclərin rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində
gənclərin rolu əvəzsizdir. Bu gün gənclərimiz ölkənin idarəçilik
sistemində, iqtisadi inkişafında, ictimai və mədəni həyatında fəal iştirak edirlər. Onlara göstərilən etimad və yaradılan şərait nəticəsində yeni nəsil idarəçilər,
elm adamları, sahibkarlar və ictimai xadimlər yetişməkdədir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan gəncliyi dövlətçilik ideyalarına
bağlı, milli-mənəvi
dəyərlərə sadiqdir.
Hər bir gənc tarixini, dilini, Vətənini sevməli və bu sevgi ilə
dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Gənclərimizin vətənpərvər
ruhda yetişməsi, bayrağımızı daim
uca tutması dövlət siyasətinin
əsas prioritetlərindən
biridir.
Ümumi mənzərə
göstərir ki, bu gün Azərbaycan
gəncliyi təkcə
daxildə deyil, beynəlxalq arenada da öz sözünü
deməyə qadirdir. Onlar elmi nailiyyətlər,
startap layihələri,
idman uğurları və diplomatik platformalarda Azərbaycan dövlətini layiqincə
təmsil edirlər.
Tarixi qələbəmiz
olan Qarabağ Zəfəri bunu bir daha sübut
etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında
yetişən gənc
nəsil xüsusilə
də Vətən müharibəsində ön
və arxa cəbhədə misilsiz qəhrəmanlıq göstərdi.
Həm döyüş
meydanında, həm informasiya savaşında, həm də diplomatik arenada mübarizə aparan gənclər Azərbaycanın
haqlı mübarizəsini
dünyaya çatdırdı.
Bu gün
gənclər dövlətin
müxtəlif sahələrində
aparıcı mövqelərdədir.
Dövlət gənc kadrların yetişməsinə
böyük önəm
verir və idarəçilikdə onların
fəal iştirakını
təmin edir. Ölkə rəhbərinin
müvafiq Sərəncamı
ilə “Yüksəliş”
müsabiqəsinin təsis
edilməsi xüsusi bir hadisə və gənc kadrlara verilən dəyərdir. Gənclər
gələcəyin liderləridir
və onların düzgün yetişməsi
ölkənin davamlı
inkişafının əsas
təminatıdır.
- Gənclər siyasətinin uğurlu nəticələrindən bəhs
edərkən ölkəmizdə
vətənpərvər gənclər
nəslinin formalaşmasını
məmnunluq hissi ilə qeyd edə
bilərik. İkinci Qarabağ savaşında tarixi Zəfər qazanılmasında gənclərimizin
həlledici rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan gəncliyi İkinci Qarabağ müharibəsində
tarixi missiyanı yerinə yetirdi. Prezident İlham Əliyevin rəhbərliyi
altında yetişən
bu gənc nəsil torpaqlarımızın
azad olunmasında həlledici rol oynadı. Həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz fədakarlıq göstərən gənclərimiz,
sözün əsl mənasında, Zəfər
tariximizin əsas qəhrəmanları oldular.
Ölkə başçısı
da müxtəlif çıxışlarında bu
məsələyə xüsusi
diqqət çəkərək
vurğulayıb ki, məhz onun dövründə yetişən
vətənpərvər, cəsarətli
və bilikli gənclik Qarabağı azad etdi. Bu,
yalnız hərbi güclə deyil, həm də mənəvi-ruhi hazırlıq,
yüksək ideoloji sədaqət və milli birlik sayəsində
mümkün oldu. Gənclərə göstərilən
inam və dəstək onlarda böyük ruh yüksəkliyi və özünəinam yaratdı.
Onlar bu gün də Qarabağın bərpasında,
dirçəlişində fəal iştirak edirlər, şəhər
və kəndlərimizin
yenidən qurulmasında,
iqtisadi və sosial inkişafında mühüm rol oynayırlar.
Bu, qəhrəmanlıq
tariximizə qızıl
hərflərlə yazılıb
və gələcək
nəsillərə örnək
olacaq. Ona görə də vətənpərvər dəyərlərə
sadiq gənclərin yetişməsi son dərəcə vacibdir. Bunun üçün müxtəlif vətənpərvərlik
proqramlarının, görüşlərin,
hərbi-vətənpərvərlik düşərgələrinin təşkilinin
daimi olması müsbət addımdır.
Gənclərimizin milli
ruhda tərbiyə olunması, onların dövlətçilik prinsiplərinə
bağlılığı və Azərbaycanın gələcəyi üçün
məsuliyyət hissi daşıması ölkəmizin
güclənməsinin əsas
təminatlarından biridir.
- Gəncləri narkomaniyanın cəmiyyət
üçün ciddi
təhlükə olduğunu
izah etmək, onları narkotik asılılığı ilə
mübarizə yolları
barədə maarifləndirmək,
eləcə də sağlam həyat tərzini təşviq etmək üçün hansı tədbirlər görülür?
- Narkomaniya bu
gün yalnız Azərbaycanın deyil, bütün dünyanın
üzləşdiyi ciddi
problemlərdən biridir.
Bu sosial bəla ilə mübarizə aparmaq üçün ölkəmizdə
müxtəlif proqramlar
və layihələr
həyata keçirilir.
Gənclərin narkotik
asılılığından qorunması üçün
əsas istiqamətlərdən
biri maarifləndirmə
və təbliğat işlərinin gücləndirilməsidir.
Gənclər evlərində,
təhsil müəssisələrində,
gənclər təşkilatlarında
və media vasitələrində narkotiklərin
fəsadları barədə
məlumatlandırıcı tədbirlər təşkil
olunur, psixoloqlar və uğurlu şəxslərin iştirakı
ilə seminarlar keçirilir. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli dəyərləndirilməsi
də mühüm əhəmiyyət daşıyır.
Onların müxtəlif
düşərgələrə, festivallara, könüllülük
proqramlarına və yaradıcı layihələrə
cəlb edilməsi, məşğulluq imkanlarının
artırılması risk
faktorlarını azaldır.
İşsiz və ya məqsədsiz qalan gənclər daha çox təhlükə altında
olduğuna görə,
onların təhsilə,
startaplara, sahibkarlıq
və karyera inkişafına yönləndirilməsi
mühüm addımlardan
biridir.
Bundan əlavə,
idmanın təşviqi
də sağlam həyat tərzinə çağırışın əsas istiqamətlərindəndir.
"Sağlam bədəndə
sağlam ruh olar" prinsipi çərçivəsində idman yarışlarının
və çempionatların
təşkili, idmana əlçatanlığın artırılması
gəncləri zərərli
vərdişlərdən uzaqlaşdırır.
Bu sahədə uğur qazanmış idmançılar, ictimai xadimlər və məşhurların iştirakı
ilə müxtəlif
aksiyalar keçirilməklə
sağlam həyat tərzi təbliğ olunur.
Sağlam həyat
tərzinin təşviqi
və gənclərin
düzgün istiqamətləndirilməsi
narkomaniya ilə mübarizədə ən
təsirli üsullardan
biridir. Davamlı tədbirlərin həyata
keçirilməsi, maarifləndirici
fəaliyyətlərin gücləndirilməsi
və sosial dəstəyin artırılması
gəncləri zərərli
vərdişlərdən uzaq
saxlamaqla, sağlam və uğurlu bir nəslin yetişməsinə töhfə
verir.
- Hər zaman
aktiv həyata meyilli olan Azərbaycan
gənclərinin asudə
vaxtlarının təşkili
istiqamətində işlər
necə qurulur və bu sahədə
hansı tədbirlərin
ğörülməsi nəzərdə
tutulur? Sizcə, bu gün Azərbaycan
gənclərinin əsas
problemləri nələrdir?
- Azərbaycan gəncləri hər zaman aktiv həyata
meyilli olub və onların asudə vaxtlarının səmərəli təşkilinə
xüsusi diqqət yetirilir. Bu sahədə
görülən işlər
genişmiqyaslıdır və
müxtəlif istiqamətləri
əhatə edir. Gənclər üçün
intellektual və komanda quruculuğu oyunları, yarışlar,
eləcə də debat forumları, yay və qış
məktəbləri təşkil
edilir. Eyni zamanda, robotexnika sahəsində hakatonlar, intellektual və biznes oyunları, startap layihələri kimi tədbirlər gənclərin bilik və bacarıqlarını
inkişaf etdirmək üçün mühüm
platformalardır.
Gənclər festivalları və "Gənclər Paytaxtı"
çərçivəsində keçirilən tədbirlər
onların sosiallaşmasına
və şəbəkələşməsinə
imkan yaradır. Fərdi inkişaf proqramları, kommunikasiya, natiqlik, ünsiyyət bacarıqlarını gücləndirən
seminarlar, karyera planlaması və peşə seçimi ilə bağlı maarifləndirmə işləri
də gənclərin
özlərini inkişaf
etdirməsi üçün
vacib amillərdəndir.
Bununla belə,
bu gün Azərbaycan gənclərinin
üzləşdiyi bəzi
problemlər də mövcuddur. Əsas çətinliklərdən biri
karyera planlaması və peşə seçimi məsələsidir.
Bəzi gənclər
doğru istiqaməti müəyyənləşdirməkdə çətinlik çəkir
və bu, onların gələcək
uğurlarına təsir
edə bilər. Eyni zamanda, kommunikasiya
və yumşaq bacarıqların inkişaf
etdirilməsi üzərində
daha çox işləmək vacibdir. Gənclərin öz potensiallarını tam reallaşdıra bilməsi
üçün onların
intellektual, sosial və peşəkar inkişafını dəstəkləyən
layihələrin daha da genişləndirilməsi
üçün də
işlər daimi aparılır.
Ümumilikdə, gənclərin asudə vaxtlarının səmərəli
təşkili üçün
yaradılan imkanlar onların şəxsi və peşəkar inkişafına böyük
töhfə verir. Davamlı olaraq yeni layihələrin icrası, gənclərin istedad və maraqlarına uyğun proqramların genişləndirilməsi
onların daha fəal, bilikli və uğurlu gələcək qurmasına
imkan yaradır.
- Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin
inkişafı üçün
yeni platformalar açacaq hansı tədbirlərin, təşəbbüslərin,
layihələrin reallaşdırılması
planlaşdırılır?
- Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi tərəfindən
gənclərin inkişafı,
dünya gəncləri
ilə qarşılıqlı
əlaqələrinin genişləndirilməsi
üçün genişmiqyaslı
layihələr və
təşəbbüslər həyata keçirilir.
2024-cü ildə Şuşa
şəhəri İslam
dünyasının, Lənkəran
şəhəri isə
Türk dünyasının
Gənclər Paytaxtı
seçildi və bu çərçivədə
müxtəlif ölkələrdən
gələn gənclər
Azərbaycanın tarixi,
adət-ənənələri, milli mətbəxi və qonaqpərvərliyi
ilə yaxından tanış oldular. Bu tədbirlər vasitəsilə Azərbaycan
gəncləri beynəlxalq
platformalarda ölkəmizi
təbliğ etməyə,
qlobal şəbəkələrdə
aktiv iştiraka və yeni əlaqələr
qurmağa nail oldular.
Bu il də Qəbələ şəhəri MDB ölkələrinin
Gənclər Paytaxtı
elan edilib və bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Qarabağ
və Şərqi Zəngəzurda müxtəlif
gənclər tədbirlərinin
keçirilməsi, 35 Gənclər
Evinin yeni konsepsiyasının hazırlanması
və icrası, gənclər təşkilatlarının
elektron şəbəkəsinin
yaradılması, reytinq
sisteminin formalaşdırılması
(Gənclər təşkilatlarının
TƏSDİQ platforması), gənclərlə iş sahəsində kitab, jurnalların hazırlanması
və nəşri, gənclər sahəsində
çalışan təlimçilərdən
ibarət öyrənmə
şəbəkəsinin qurulması
nəzərdə tutulur.
Bundan əlavə,
beynəlxalq forumların,
gənclər festivallarının,
karyera inkişaf proqramlarının təşkili
gənclərin həm
yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi
aparmasına imkan yaradacaq. Sumqayıtın
2025-ci il üçün
Gənclər Paytaxtı
seçilməsi çərçivəsində
də silsilə tədbirlər planlaşdırılır.
Beynəlxalq yarışlarda
və platformalarda gənclərin aktiv iştirakı üçün
xüsusi proqramlar həyata keçiriləcək.
Sosial problemlərlə
bağlı tədbirlərin
təşkili, kənd
gəncləri üçün
layihələrin icrası,
şəhid ailələrinin
övladları üçün
xüsusi proqramların
reallaşdırılması və dövlət proqramından irəli gələn öhdəliklərin
icrası da bu sahədə mühüm addımlardandır.
Bundan başqa, yerli gənclərin İT
bacarıqlarına dəstək
layihəsi çərçivəsində
startaplar, proqramlaşdırma
və texnoloji yeniliklərə dair müxtəlif təlimlər,
seminarlar təşkil
olunur. Bu proqramlar gənclərin rəqəmsal sahədə
inkişafına, qlobal
bazara çıxış
imkanlarının genişlənməsinə
və yeni texnoloji trendləri mənimsəmələrinə şərait yaradır.
Bütün bu təşəbbüslər
Azərbaycan gənclərinin
inkişafına, onların
dövlətinə sadiq,
savadlı, bacarıqlı
vətəndaş kimi
yetişməsinə zəmin
yaradır və müasir çağırışlara
uyğun inkişafına
xidmət edir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 8 fevral, №23.- S.5.