Nişanəsi Vətən olan!
Şəhid olub yaşamağı seçdim
Mən arzuları gözündə,
istəkləri ürəyində
qalan Əliyəm. Saysız hesabsız planların bir dənəsini belə həyata keçirməyə
zamanı yetməyən
o növcavan. Bir atanın, bir ananın ümid yeri, bacı, qardaşlarının arxa-dayağı,
vüsalına yetməyən
o sevdalı gəncəm.
Mən yeni-yeni pöhrə vermək istəyərkən qol-budağı
budanan o körpə fidanam. Mən coğrafiya dərslərini
sevməyən, amma coğrafiyasını qoruyan,
tarixi oxumayıb, amma tarixi yazan
o igidlərdən biriyəm.
Mən hamı kimi ölümlü olub amma əbədiyyətə
qovuşan cənnət
sakinlərindən biriyəm.
Mən milyonların duasında olan minlərlə igiddən biriyəm. Cismi ilə köç edib sanı ilə dillərə dastan olanam. Mən yaşayıb ölməyi deyil, şəhid olub yaşamağı seçən,
bu Vətənin Vətən daşıyam.
Qurbanov Əli
Murtuz oğlu 11 fevral 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur
rayonunun (indiki Kəngərli) Şahtaxtı
kəndində zəhmətkeş
ailəsində anadan olub. Atası Murtuz kişi və anası Tovuz xanım on övladını halal zəhmətləri ilə sevgi və sayğı içində böyütmüşdür.
Kənd həyatının
bütün çətinliklərinə
rəğmən övladlarına
yetərincə zaman ayırıb onların təlim-tərbiyəsi, təhsili,
bir şəxsiyyət
olaraq formalaşmasında
var qüvvələri
ilə çalışırdılar.
Onlar bu yurda yeddi igid
oğul, üç qız övladı bəxş etmişlər.
Bacı və qardaşlar ata-analarından
gördüyü sevgini
bir-birlərinə də
ötürürdülər. Böyüklər kiçiklərə
qayğı, kiçiklər
böyüklərə ehtiram
göstərirdilər. Əli
mehriban və qayğıkeşliyinə görə
digərlərindən seçilir
və sevilirdi hamı tərəfindən.
Nikbin və xoşrəftar, ədalətdə
adil idi.
O böyüdükcə zəkası da, davranışları da, danışığı da
ətrafındakılara onun
hər kəsdən fərqli olduğunu sübut edirdi. Atası Murtuz kişi oğlunun əlindən tutub 1982-ci ildə Şahtaxtı kənd məktəbinə
apardı. Bapbalaca, çəlimsiz bir uşağın qarşısında
taybatay açılan
məktəb qapıları
və ilk müəllim qolları onu on il
ən doğmaları
kimi bağrına basacaqdı. Əli məktəbdə də ədəb-ərkanı, çalışqanlığı,
diqqət və qayğısı ilə seçilirdi. Sədaqəti,
dostluğu uca bilən idi Əli. 1992-ci ildə orta məktəbi bitirən Əli
1993-cü ildə Şərur
Rayon Hərbi Komissarlığı tərəfindən
həqiqi hərbi xidmətə çağırılır.
Əvvəl Naxçıvanda
xidmət edən Əli bir müddət
sonra Qarabağda, daha sonra Qazax
rayonunun ərazisində
xidmət edir. Əlinin gəncliyi də, əsgərlik dövrü də ölkənin ən ağır dönəmlərinə
təsadüf edib. Atəşkəs bağlanmasına
baxmayaraq, üzdəniraq
qonşularımız sərhəd
boyu ərazilərimizdə
tez-tez təxribat törədir, gözlənilməz
zərbələrlə torpaqlarımıza
basqın edir, Vətənimizin digər ərazilərini də işğal etməyə çalışırdılar. Əlbəttə ki, əlləri boş qalırdı. Axı, yurdumuzun keşiyində Əli kimi neçə-neçə
cəsarətli oğullarımız
dayanmışdı. O, dəfələrlə
riyakar düşmənlə
amansız döyüşdən
qələbə ilə
çıxmışdı. Qorxu bilmir, şəhid
olan silahdaşlarının
və amansızcasına
qətl edilən Qarabağın, o cümlədən
Xocalının və
digər ərazilərin
günahsız sakinlərinin
intiqamını almaq hissi ilə odlanırdı. 1997-ci ilin
yaz ayları idi. Sərhəd boyunca təxribatlar davam edirdi. Əli
düşmənlə mübarizələrdə
şücaət göstərirdi.
Qəhrəmanlığı komandir heyətinin nəzərindən qaçmırdı.
O, hərbi xidmətdə
olduğu müddətcə
dəfələrlə fəxri
fərmanlar, təşəkkürnamələr,
diplomlarla təltif olunmuşdu. Ailəsinə
verdiyi sözü tutmaq, Qarabağın işğal altında olan ərazilərini düşməndən xilas
etmək və artıq bir qarış da olsa torpağımızı
düşmənə verməmək
üçün gecəsini
gündüzə qatırdı
Əli. Məqsəd və məramı ali olanın məqamı da ali olar. Necə
ki, Əli də o məqama çatdı. 1997-ci il aprel ayının 18-də
Qazax rayonu ərazisində gedən döyüşlərin birində
Əli arzu etdiyi əbədiyyətə
qovuşdu. Ali zirvəyə ucalaraq şəhadətini qazandı.
Şəhidlər seçilmişlərdir. Onların
şəhadətindən sonra
dönüb həyatlarına
nəzər yetirəndə
anlayırsan ki, o bu dünyaya Uca Yaradan tərəfindən
görəvləndirilərək gəlibmiş! Gəlişin
də, gedişin də mübarəkdir, cənnət qoxulu Şəhidim. Sən şəhadətinə kimi
bir evin, bir ailənin baş tacı idin. Ancaq şəhadətindən
sonra bir elin qürur mənbəyi, and
yerisən!
Ata-ananın dağdan ağır Əli dağı
Əli Qurbanov
soyuq bir qış günündə
ata-anasının külfəti
çox olan ocağına öz körpə nəfəsi ilə bir az
da istilik, sevinc gətirmişdi. Bapbalaca gözləri ilə ona baxan
ata-anasına böyük
ümidlər verirdi. Əlinin və bacı qardaşlarının
böyüyüb boya-başa
çatmaları heç
də asan olmadı. Dəridən-qabıqdan
çıxdı Murtuz
ata və Tovuz ana onları
ərsəyə gətirmək
üçün. Yeməyib
yedirdilər, geyməyib
geydirdilər. Övlad
belə bir şeydir. İnsanın özündən önə
keçir və sən ancaq onlar üçün yaşamağa başlayırsan.
Necə ki, Əlinin valideynləri də elə idi. Onlar artıq
uzun illər idi ki, özləri
haqqında heç düşünmürdülər belə. Sadəcə balalarının rifahı
idi qarşılarında
duran əsas şərt.
Onlar nələr
planlayırdılar gələcək
üçün, tale
onlara nə yazmışdır?!
Əli onların
ikisini də yıxdı. Necə də ağır olurmuş övlad itkisi. Bunu yaşayanlar
bilər, yaşamayanlar
sadəcə təskinlik
verməyə çalışar.
Qış günü
ocağına daha da hərarət gətirən, bir yaz günü anasının güllü
bağçasını soldurub
gedir. Atasının arxasını söykəndiyi
dağ olan Əli bir göz
qırpımında qeyb
olaraq onun dizinin taqətini, ürəyinin təpərini
əlindən alır.
Dünyaları dağılır,
həyatları bala itkisi ilə mənasını itirir. Deyilənə görə
hər ikisi məğrur dayanmağa çalışır, dərdərini
içlərində çəkməyə
başlayırlar. Amma
dərd də ağır dərd idi axı. Mülayim
bir yaz günündə
ömürlərini şaxta
vurdu onların.
Təzəcə pöhrə verməyə
başlayan ağacını
fələk budamışdı
ata-ananın. Zamanla hər şey axarında kimi görünsə də, əslində belə deyildi. Onlar daxilən artıq o gün parçalanmışdılar.
Əli cəmi 22 yaşında gözlərini
əbədi olaraq həyata yumduğu gün. Əlidən sonra onlar Əliyə
çatana qədər
Əli ilə olan günlərində qaldılar. Həyat dayandı, bütün dünyaya hökm oxuyan zamanın onlara gücü çatmadı. Onlar elə həmin vaxtda qaldılar-18 aprel
1997-ci ildə. Yaşadılar,
əgər yaşamaq
sayılarsa. Bir-birinə
və digər övladlarına sarılaraq.
“Vətən sağ olsun”,-dedi
hər ikisi. “Vətən üçün
canımız da, qanımız da fəda olsun”,-deyib Əlinin xatirələrinə tutunub
durdular ayaqda. Tovuz ana uzun
müddət xəstə
yatağına düşdü
Əlidən sonra.
2012-ci ilin 8 sentyabr tarixində o, ondan qısa müddət sonra 2013-cü ilin 25 yanvar tarixində həyat yoldaşı Murtuz ata dünyasını
dəyişdi. Beləcə
böyük bir külfətin dayağı
laxladı. Qardaş dağının üstünə
bir də ata, ana dağı
da gəldi. Bunun düşünülməsi
çətin olduğu
halda yaşanmasını
təsəvvür etməksə
daha da çətindir.
Hərdən düşünürəm
ki, yaxşı ki, şəkillər var. Yoxsa necə
olardıq. Axı insanın göz yaddaşı digər yaddaşlardan daha güclüdür. Bizdən
arxada qalan şəkillərə əsasən
bir müddət də insan xatirələrdə
möhürlənib qalır.
Əlinin şəkilləri
içərisində Tovuz
ananın bir şəkli ürəyimin
ağrılı yerindən
bir neçə bəndi qopardı. Həsrət dolu baxışlarından Əlinin
yolunu gözlədiyini
hiss etdim. Köksümə Əli adında bir ağrı çökdü.
Səndən sonra
Birinci Qarabağ müharibəsi
şəhidi Əli Qurbanovun anası Tovuz ananın dilindən. Allah hər ikisinə rəhmət eləsin.
Sağlığında gül açan əlvan bağça, bağ idim,
Səndən sonra tükəndim,
saraldım, soldum, oğul!
Aydın
səmaydı ömrüm,
bütün dövrlərində,
Səndən sonra bir qara buludtək doldum, oğul!
Bəlalı günlər gəlib
həyatıma yetişdi,
Fələk qarğıdı məni,
ocağıma od düşdü.
Çatladı kürəklərim, ciyərim yandı, bişdi,
Tabutunun
üstündə saçımı
yoldum, oğul!
Aldım
qara xəbərin yerlər ilə süründüm,
Ağ yaylığımı atdım,
qaralara büründüm,
Çoxlarına vüqarlı, əzəmətli
göründüm,
Susdum dərdin əlindən lal-dinməz oldum, oğul!
Gör mənim xoşbəxt yuvam necə günlərə qaldı,
Başımızın üstünü
çovğun, boran, qar aldı.
Həsrətin üzdü məni
ağır mərəzə
saldı,
Təbib
dərman tapmadı yataqda qaldım, oğul!
Sən gedəndən üzüldü
yerdən, göydən
də əlim,
Qoxunu baş daşından alırdım, igid Əlim.
Əşədənlə bərabər səni zikr etdi dilim,
İnan
son nəfəsimdə ətrini
aldım, oğul!
Yaşamadığın yaşın mübarək, şəhidim!
Yaşasaydın 50 yaşın olacaqdı
bu il. Öz ailən, övladların,
nəvələrin belə
olacaqdı. Başına
yığılacaqdı doğmaların,
yubiley yaşını
qeyd etmək üçün. Yaşasaydın
bu məqamda olmayacaqdın, əlbəttə.
Amma yaşamış, yaşlanmış
olacaqdın. Səndən
sonra neçə-neçə
qırıq qəlblər
qaldı. Kim bilir o qəlblərin arasında
sənə könül
verən qızın qəlbi heç bir vəchlə toparlana bilməyəcək
minlərlə hissəyə
bölündü, bəlkə
də. İllərlə
yasını tutmuş,
yolunu gözləmişdir,
bəlkə. Bəlkə,
yazdığın məktubu
hələ də saxlayır. Bilirsən, şəhidim, aşkarda yas saxlamaq daha
asandır, məncə.
Sədanı duyub səsini duyurmadan fəryad salan, sənə ürəyində
heç kimə sezdirmədən yas tutan o qızın matəmi illərlə sürmüşdür, əminəm.
Sən həyatının
başlanğıcında, cəmi 22 yaşında gözlərini əbədiyyən
yumarkən könül
verib, könül adığın o qız
da cismən ölmüşdür
səninlə birlikdə.
Bəlkə də, əllərinin ətri tellərində qaldığı
üçün saçını
daradıqca bir də qoxlayırmış
əllərinin iyini
ala bilsin deyə?! Bəlkə də, eyvanlarının qarşısından
yenə keçərsən
deyə həsrətlə
gözləmiş səni
aylarla. Yazdığın
məktubları kimsə
görməsin deyə
gecələr şam işığında oxuyub
xısın-xısın ağladığı
da az olmamışdır
onun, güman ki. İllər sonra səninlə xəyalını
qurduğu toyuna da qəlbi qan ağlaya-ağlaya razılıq
vermişdir sevdiyin, Əli. Sənin sevdalarının içində
ən alisi olan Vətən sevdana həsəd aparmış, qürür
duymuşdur səninlə
o sirli sevgilin. Sən 22-də qalsan da, bəlkə, sənin adını qoyduğu nəvəsində adın
səksənə çatacaq,
igidim. Və qovuşmadığın yarın
yaşının bir dövründə səni
kimlərəsə etiraf
edəcək, nəvəsinə
sən mənim şəhid sevdamın adını daşıyırsan
deyəcəkdir. İnanıram
ki, adını daşıyanın
da nənəsi və
minlərlə digər
yurddaşların kimi
səninlə fəxr
edəcəkdir. Cənnətdəki
dəyişməyən yaşın
mübarək, nişanəsi
vətən olanım!
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi
İki
sahil.- 2025.- 11 fevral, №24.- S.8.