800 yaşlı Govurarx

 

Xan qızı arxıadlanan su kanalı Beyləqan rayonu ərazisində yeddi yüz il əvvəl çəkilmiş Govurarxın bir hissəsini təşkil edir. Uzaq əsrlərdə Govurarx həm Beyləqan şəhərini, həm onun ətrafındakı kəndləri su ilə təchiz etmişdir. Lakin şəhər 1220-1222-ci illərdə monqol imperiyasının banisi Çingiz xanın oğulları Cəbə Subutay tərəfindən dağıdıldıqdan sonra Govurarxın suyu qurumuşdur. 1870-ci illərdə Qarabağ hakimi Mehdiqulu xanın qızı Xurşudbanu Natəvan Govurarxı yenidən təmir etdirmiş Mil düzünə su gətirilməsinə nail olmuşdur. Həmin vaxtdan da GovurarxXan qızı arxıadlandırılmışdır.

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonda əhalinin içməli suya olan tələbatını ödəmək rayon ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə tədbirlərini plan əsasında davam etdirir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Rayon SMSİİ Beyləqan şəhər ərazisində 5418 abonentə xidmət edir. Ötən il ərzində 236 qəza baş verib qəzalar dərhal aradan qaldırılıb. Bundan başqa, il ərzində 34 abonentlə müqavilə bağlanaraq yeni su ilə təmin edilib, 246 ədəd su sayğacları yenisi ilə əvəz olunub 668 su sayğacı isə təmir olunub. Beyləqan rayon ərazisində dörd kənddə modul tipli qurğu fəaliyyət göstərir, 59 bulağa xidmət edir. İki kənddə isə dəyəri ödənilməyən 31 bulaq fəaliyyət göstərir. Ümumilikdə idarə altı kənddə əhalini bulaq suyu ilə təmin edir. İdarənin balansında olan laboratoriyada 13 rayon 4 köçkün qəsəbə ərazisindən götürülən içməli su analiz edilir.

Beyləqan Su Meliorasiya Sistemləri İstismarı İdarəsi Qarabağ Suvarama kanalı vasitəsilə 8068 hektar, “Xan qızı kanalıvasitəsilə 40388 hektar, subartezian quyuları vasitəsilə 2900 hektar olmaqla ümumilikdə 51536 hektar əkin sahəsini suvarır.  Ötən il suvarma kanallarında kollektor-drenaj şəbəkələrində lildən təmizlənmə işləri müvəffəqiyyətlə aparılıb, 87 ədəd hidrotexniki qurğu, 119 ədəd isə subartezian quyusu təmir edilərək istismara verilib. Hazırda idarə tərəfindən Türklər nasos stansiyasından suyu nəql edən Türklər kanalının başlanğıcında təmir bərpa işləri davam etdirilir. Keçən il su təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində yerləşən 200 hektar əkin sahəsinə xidmət edən suvarma kanalının 1,3 kilometr hissəsində üzərindəki qurğularla birlikdə əsaslı təmir işləri aparılıb ki, bu da su istifadəçilərinə suvarma suyunun vaxtında itkisiz çatdırılmasına xidmət edir.

Qarşıdan yaz-yay ayları gəlir. Həmin aylarda Beyləqanda yandırıcı istilər olur. Ona görə idarənin tədbirlər planında nəzərdə tutulmuş 3 ədəd subartezian quyusunun əsaslı təmir-bərpa işlərinə başlanılıb hazırda bu işlər davam etdirilir. Günəş su kənd təsərrüfatı üçün ən vacib şərtdir. Bunlar isə Beyləqanda təsərrüfatın bütün sahələrində məhsul bolluğu yaradacaq.

 

Vəli İlyasov

 

İki sahil.- 2025.- 12 fevral, №25.- S.7.