Cəbrayılda həyat
öz axarına düşür…
Böyük
Qayıdış
İkinci Qarabağ müharibəsindən
ötən müddət ərzində işğaldan azad
olunmuş ərazilərin minalardan və partlamamış hərbi
sursatdan təmizlənməsi, müasir yaşayış,
istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin,
o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası
istiqamətində mühüm işlər görülüb.
Sürətlə həyata keçirilən bərpa-quruculuq
işlərində əsas məqsədlərdən biri də
Dayanıqlı İnkişaf Məqsədlərinə
uyğun olaraq inklüziv, təhlükəsiz,
dözümlü və dayanıqlı şəhər və
kəndlərin inşasıdır. Yeni şəhərlərdə,
kəndlərdə yaşamaq və işləmək şəraiti
vəhdət təşkil edəcək. Qarabağın və
Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından,
təbii sərvətlərindən və geniş turizm
imkanlarından səmərəli istifadə etməklə
onların bərabər inkişafının təmin edilməsi
üçün ciddi addımlar atılır. Prezident
İlham Əliyevin “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir.
Ekspertlərin qeyd etdikləri kimi, Dövlət
Proqramının əsas hədəfləri infrastrukturun,
iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial
inkişaf və ərazilərdə ekoloji mühitin
yaxşılaşdırılmasıdır. Hədəflər
müasir çağırışlara uyğundur. Qarabağ
və Şərqi Zəngəzurda mənfur düşmən
tərəfindən infrastruktur tamamilə
dağıdılıb. Hazırda onun yenidən qurulması
istiqamətində işlər gedir. Proqramda nəqliyyat və
logistik imkanların genişlənməsi, şəhər, qəsəbə
və kənd tipli yaşayış məntəqələrinin
qurulması nəzərdə tutulub.
Bu gün işğaldan azad edilmiş ərazilərə
həyat yenidən qayıdır. Hazırda Qarabağda və
Şərqi Zəngəzurda, ora köçürülən
keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə, 30 mindən çox insan
yaşayır.
Bu gün işğaldan azad edilmiş digər
rayonlarımız kimi, Cəbrayılda da həyat yenidən
canlanır. Həyata keçirilən
genişmiqyaslı infrastruktur və sənaye layihələri
bu şəhərin və bütövlükdə rayonun
simasını dəyişir. Cəbrayıl rayonunun elektrik təchizatı
ilə bağlı mühüm işlər
görülür. Ölkəmizin
başçısının tapşırığına
uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramına
əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə
respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdən ibarət növbəti köç
karvanının fevralın 17-də Bakı şəhərinin
Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə
Cəbrayıl şəhərinə daha 42 ailə (205) nəfər
köçürülüb.
Prezident İlham Əliyev 2021-ci ildə Cəbrayıl
ictimaiyyətinin nümayəndələri ilə
görüşündə bir daha vurğulamışdı
ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan,
yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki,
bütün dünya bizə qibtə edəcək. Dövlətimizin
başçısı, həmçinin bildirib ki, bizim
“Böyük Qayıdış”ımız Cəbrayıldan
başlamışdır və İkinci Qarabağ müharibəsindəki
birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri
ilə, Cəbrayıl rayonu ilə bağlıdır: “Bu,
ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir.
Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz
tarixi qələbədir. Buna bənzər Qələbə
xalqımızın çoxəsrlik tarixində
olmamışdır. Bütün xalq bu Qələbəni əldə
etmək üçün birləşdi, ordumuzun arxasında
durdu və ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə
yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq,
fədakarlıq göstərərək, qan tökərək,
şəhidlər verərək biz tarixi ədaləti bərpa
etdik, düşməni öz torpağımızdan qovduq,
düşmənə lazımi dərsi verdik. Düşmən
bizim qabağımızda diz çökdü, ağ bayraq
qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi
olaraq qalib xalq kimi yaşayacaq”.
Zahid Rza
İki sahil.- 2025.- 18 fevral, №29.- S.5.