Erməni saxtakarlığının

həddi-hüdüdu yoxdur

 

Müsahibə

 

Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası yeni hədəfə yol açdı. Dövlətimizin başçısı İlham Əliyev 2022-ci ilin dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var ki, onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da tarixi, dini abidələrimizi yerlə - yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

 

Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti,  tarix elmləri namizədi  Boran Əzizİki sahilqəzetinə müsahibəsində tariximizin ayrı-ayrı mərhələlərindən geniş bəhs etdi.

 

- Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin miqyası qədərdir? Bu irsin qorunması ilə bağlı hansı əsas problemlər mövcuddur?

- Azərbaycan adının mənası bugünki mövcudiyyətimiz haqqında danışarkən çox önəmli bir məsələni vurğulamaq istərdim. Azərbaycan tarixini öyrənərkən çox vacibdir ki, bizim dəyərli oxucularımız bilsinlər ki, biz heç vaxt Azərbaycanın qədim orta əsrlərdəki ərazilərini, hazırda digər dövlətlərin tərkibində olan torpaqları geri tələb etmirik. Bu gün Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün qəbul edilmiş bütün dövlətlərin ərazisini biz tanıyırıq. Lakin buna baxmayaraq bizim xalqımız tarix boyu məxsus olduğu torpaqların gerçəkliyini heç zaman yaddan çıxarmamalıdır. Məhz bu səbəbdən biz dünya ictimaiyyətinə daim bildiririk ki, biz bəlkə dünyada yeganə xalqıq ki, şimal, cənub, şərq qərbdən tarixən özümüzə məxsus olan torpaqlarımızla əhatə olunmuşuq. Bu torpaqlardan biri Qərbi Azərbaycandır. Gənc nəsil bilməlidir ki, Ermənistan adlı dövlətin yaranması əsasən çar Rusiyasının XIX əsrdə Qafqazda apardığı köçürmə siyasəti ilə bağlıdır. 1828-ci ildə çar Rusiyasının qərarı ilə əvvəlcə Çuxursəəd bəylərbəyliyi, sonra İrəvan Naxçıvan xanlıqlarının ərazilərində ruslar tərəfindən erməni vilayəti, sonra isə erməni quberniyası qurulub nəticədə bugünkü Ermənistan dövləti yaradılıb. Buna görə Qərbi Azərbaycan bu torpaqlarda yerləşən abidələr bizim tarixi-mədəni irsimizi sübut edir. Bu abidələrin tədqiqi bu tarixi gerçəkliyi bir daha təsdiqləyir.

- Boran müəllim, Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsinin erməni mədəni irsi kimi təqdim edilməsi, ümumilikdə, erməni cəmiyyətində bu ya digər formada Azərbaycanofob münasibətin formalaşması barədə deyərdiniz?

- Tarixən çox qədim dövrlərdə yadelli qüvvələr torpaqları işğal edərkən bu siyasəti üç əsas istiqamətdə - siyasi, iqtisadi mədəni sahələrdə həyata keçirirdilər. İlk növbədə dil, din, məktəb tarix sahələrində yerli xalqların mədəniyyətini irsini məhv etmək məqsədini güdürdülər. Bu, əsasən, həmin ərazilərin qədim əhalisinin maddi mədəniyyət abidələrinin yer üzündən silinməsi ilə həyata keçirilirdi. Çünki bu abidələr yerli əhalinin buraya gəlmə olmadığı işğalçı olmadığı gerçəyini üzə çıxarırdı. Bu səbəbdən mədəni irsin məhv edilməsi yerli xalqın tarixini, kimliyini tarixi torpaqlara olan haqqını inkar etməyə xidmət edirdi. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində dövlətçilik tarixi eradan əvvəlki ikinci minilliklərə gedib çıxır. Bu müddət ərzində torpaqlarımız təxminən 20 dəfə müxtəlif dövlətlər tərəfindən işğal edilib. Lakin heç bir işğalçı qüvvənin hərəkətləri ermənilərin etdiyi qədər qəddar olmayıb. Hətta alman faşistləri beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq qınanılıb faşizm təhlükəsi dünya miqyasında təkzibedilməz olaraq qəbul edilib. Ancaq tam məsuliyyətlə deyə bilərik ki, erməni faşizmi alman faşizmindən daha təhlükəlidir. Çünki almanlar işğal etdikdən sonra yerli əhalinin maddi mədəniyyət abidələrini yeraltı, yerüstü zənginliklərini istifadə edirdilər. Ermənilər isə əksinə əvvəlcə yerli əhalini məhv edir, sonra isə onların maddi mədəniyyət abidələrini dağıdaraq silirdilər. Erməni faşizminin miqyası forması çox zaman diqqətdən kənarda qalır.

Məsələn, 1964-cü ildən başlayaraq erməni alimi Ayvazyan bütün dünyaya səs salmışdı ki, guya yer üzündə ən qədim əlifba ermənilərə məxsusdur. Vaxtilə Azərbaycanın Zeyvə kəndi yaxınlığında qayaüstü yazılar tapılıb, orada tapılan qədim yazılarla bağlı böyük bir saxtakarlıq olub. Ayvazyan həmin yazıların da erməni yazısı olaraq təqdim etməyə çalışıb bununla bağlı dünya miqyasında səs salıb. Hətta pul sikkələri qəbir daşları üzərindəki yazıların erməni yazısı olduğu iddia olunub. Bu məsələyə dair keçmiş SSRİ-nin mərkəzi mətbuatında, o cümlədən "Komsomolskaya pravda" İzvestiyaqəzetlərində məqalələr dərc olunub. Lakin SSRİ Elmlər Akademiyasının tanınmış alimləri, o cümlədən akademik Piatrovski bu iddiaların saxta olduğunu sübuta yetirdilər. O, bu yazıların əslində Azərbaycan Atabəylər dövlətinə aid olduğunu həmin dövrə aid olan pul sikkələrinin qəbirüstü abidələrin heç bir şəkildə ermənilərə məxsus olmadığını bildirdi. Hətta həmin yazılar tərcümə edildikdə orada Məhəmməd, Həsən, Əli Qasım xan kimi adlar yer alırdı. Bu yazıların tərcüməsini saxtalaşdıraraq ermənilər guya yeni bir erməni əlifbası mətni kimi tərcümə ediblər. Bu məsələnin maraqlı tərəfi isə odur ki, ermənilər həmin yazıların tərcüməsini həm yanlış şəkildə ərəb əlifbasından fərqli olaraq soldan sağa çevirərək təqdim etdilər. Tərcümədə yazıblar ki, "Sonra o deyilir zəngin binadır. Allah mərhəmət göstərsin Akopa bu çeşməli torpaqlar əbədilik, ona məxsusdur”. Hətta Ermənistan SSR Elmlər Akademiyasının ərəbşünasları bu tərcümənin saxta olduğunu bildirdilər. Bayaq dediyimiz kimi qəbir üzərində Məhəmməd, Həsən, Əli adları yazılıb. Orada tamğalar var. Qoç buynuzu planı, bu tamğa qoç buynuzundan da saxta bir mətn düzəldilib. Onu da tərcümə ediblər. Bu cür saxtakarlıq olmaz. Maraqlıdır burasıdır ki, bunu necə tərcümə ediblər? Yazıblar ki, “Yay çölü yol keçən tamahkar əsas, zəngin, zənginləşdirilmiş binadır. İribuynuzlu mal, qurban gətirilib. Zəngin evə hamıya buraya girmək qadağandır, çünki bura cəhənnəmdir”. Gördüyünüz kimi erməni saxtakarlığının həddi-hüdudu yoxdur. Ermənilərin daha bir saxtakarlıq nümunəsinə baxaq. Rəsmi İrəvanın saxtalaşdırma siyasətinin qurbanı olan ən möhtəşəm abidələrimizdən biri Əmir Səəd məqbərəsidir. Əmir Səəd vəfat edəndən sonra onun oğlu Pir Hüseyn 1415-ci ildə çox möhtəşəm bir məqbərə tikdirir. Bu məqbərə memarlıq baxımından diqqəti cəlb edir. Hətta orta çağlarda Avropa ölkələrindən bura gələn səyyahların əsərlərində bu abidənin rəsmi çəkilib.

Maraqlıdır ki, 1939-cu ildə Ermənistanda maddi mədəniyyət abidələri haqqında kitab çap edilib həmin abidəni erməni abidəsi kimi təqdim ediblər. Amma onlar unudurdular ki, orada daş üzərində çox gözəl işlənmiş iki mühüm rəsm var. Bu rəsmin biri "Əmir Səəd ov səhnəsində" adlanır. İkincisi isə “1411-ci ilə qədər xarici qonaqları qəbul edərkən”. Bu şəkilə baxarkən həmin şəxslərin antropologiyasına əsasən erməniyə aid olmadığı dərhal görünür. Bu, türklərə, xüsusilə qıpçaq türklərinə oxşar şəxslərin təsviridir.

Yeri gəlmişkən, erməni saxtakarlığı təhrif siyasətinin bir hissəsi kimi deyim ki, 1946-cı ildə ermənilər Cəfərabad ərazisinin adını tamamilə dəyişdilər. Orada olan 12 metr hündürlüyündə, içəridən 5 metr enində, möhtəşəm memarlıq abidəsi var idi. Bu abidə tamamilə məhv edilib. Hətta erməni alimləri 1961-ci ildə Moskvada nəşr etdirdikləri kitabda qeyd edirdilər ki, yerli əhali dövründə ermənilər Azərbaycan xalqına məxsus daha iki  maddi mədəniyyət abidələrini tamamilə məhv ediblər. Bütövlükdə, insanlıq tarixini öyrənə biləcək onun təkamül tarixini üzə çıxara biləcək maddi mədəniyyət abidələri məhv edilib. Buna görə ermənilərin bu cür hərəkətləri bəşəri bir cinayətdir.

- Ermənistan tərəfi Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin onlara məxsus olduğunu iddia edirdi. Eynilə İrəvandakı Göy məscid ilə bağlı da oxşar iddialar mövcuddur. Onlar həmin məscidi İran məscidi, fars məscidi kimi təqdim etməyə çalışırlar. Bu kontekstdə fikirlərinizi bilmək istərdik.

- Bütün mənbələrdə, xüsusilə Qarabağnamə”lərdə Gövhər Ağa məscidinin tikilmə tarixi, onu tikən memarın adı digər detalları məlumdur. Hətta Yuxarı Gövhər Ağa məscidinin təmiri tarixlə bağlı açıq faktlardır. İrəvan xanlığı dövründə bu ərazidə 8, bəzi mənbələrə görə isə 11 məscid mövcud olub. Həmçinin hamamlar, karvansaralar digər mühüm memarlıq abidələri var idi. Lakin ermənilər bu abidələrin hamısını məhv edərək yalnız böyük məscidlərin qalıqlarını saxlamağa çalışıblar. Bu məscidlərin bəzilərini isə fars məscidi kimi təqdim edirlər. Məsələnin əsas məğzi budur ki, bu ərazilər qədim dövrlərdən etibarən türk xalqlarının torpaqları olub. Həmçinin Səfəvilər dövründə bu ərazidəki əhali idarəedicilər arasında heç bir erməni olmayıb. Onlar İranla siyasi məqsədlərini həyata keçirərək Göy məscidi fars məscidi kimi qələmə verməyə çalışırlar. Bu, tamamilə yanlışdır bu məscid Azərbaycan türklərinə məxsusdur. Təpəbaşı məhəlləsində bir məscid mövcud olub. Bu məscid məhəllə məscidlərindən biri idi. Lakin bu məscid tamamilə dağıdılıb. Bu yaxınlarda isə məlum olub ki, həmin məscidin yerləşdiyi müqəddəs torpaq artıq içki istehsalı istifadəsi məqsədilə istifadə olunur. Bu da ermənilərin Tanrıya müqəddəs yerlərə olan münasibətlərinin göstəricisidir. Məsələn, Bakı şəhərində ermənilərə məxsus olan kilsəni biz göz bəbəyimiz kimi qoruyub saxlayırıq. Oradan kommersiya məqsədli istifadə edən restoran ya kafe açmağa cəhd etmirik. Bu, bizim əxlaqımıza uyğun bir yanaşmadır. Digər tərəfdən, Qərbi Azərbaycanda 259-dan çox Azərbaycan xalqına məxsus kənd var idi. Bu kəndlərin əksəriyyətində qəbiristanlıqlar yerləşirdi. Lakin bu günə qədər Qarabağın dağlıq hissəsində ermənilərin ərazilərində bir dənə olsun qəbiristanlığın ya kilsənin dağıdıldığını görmək mümkün deyil.

- Boran müəllim, beynəlxalq təşkilatların, bu məsələyə münasibəti necədir?

- Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş edirdi. Azərbaycan, həmçinin beynəlxalq təşkilatlardan faktaraşdırıcı missiya göndərməyi tələb edirdi. Məqsəd ermənilərin qanunsuz olaraq başqa ölkələrdən buraya köçürülməsini sübut etmək idi.   Eyni zamanda, Azərbaycan  dağıdılmış məscidlərin, müqəddəs yerlərin ziyarətgahların vəziyyətinin öyrənilməsini istəyirdi. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələləri araşdırmaqdan imtina etdilər.

Qeyd edim ki, bu müqəddəs yerlər, pirlər ziyarətgahlar yalnız Qarabağda deyil, həm Qərbi Azərbaycan ərazisində mövcud idi. Təəssüf ki, bu müqəddəs yerlərdən heç biri indiyə qədər salamat qalmayıb.

Necə olu ki, beynəlxalq təşkilatlar Azərbaycanda ermənilərə məxsus qəbiristanlıqların kilsələrin qeydinə qalmaq fikrinə düşürlər, amma Azərbaycan xalqına məxsus olan müqəddəs yerlər onların heç yadlarına da düşmür? Azərbaycan dövləti bununla bağlı dəfələrlə müraciət edib, amma nəticə əldə edilməyib. 44 günlük müharibədən sonra da bu məsələlərlə bağlı təkrar müraciətlər olunub. Lakin hələ bir nəticə yoxdur. Məsələn, işğal dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus 60-dan çox məscid dağıdılıb onların çoxu artıq təyinatı üzrə istifadə olunmur. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələlərə nəzarət etmirlər bu da göstərir ki, həmin təşkilatlar Azərbaycan xalqına qarşı xoşagəlməz münasibət bəsləyən bəzi dövlətlərin təsiri altındadır.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 20 fevral, №31.- S.7.