Əsgəran qalası:

Qarabağın "Böyük Çin səddi"

 

Mədəni irsimiz

 

Dünya birliyi unutmamalıdır ki, talan olunmuş, məhv edilmiş qəsdən korlanmış mədəni-tarixi abidələrimiz təkcə Azərbaycanın yox, həm bəşər sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir

 

Ən qədim zamanlardan bəri Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən istehkam qalalarla zəngindir. Bu qalalardan biri Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km-liyində, Qarqarçayın sağ sol sahillərində dağ döşündə yerləşir. XVIII əsrin tarixi memarlıq nümunəsi olan Əsgəran qalası 1751-ci ildə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa edilib.

Qala Qarabağın şərq qapısı sayılırdı. Qalanın kim tərəfindən tikildiyi tarixi mübahisəli məsələ olsa da, qalanın inşasının Mehrəli xan Qarabağlı tərəfindən tamamlandığı deyilir. Bəzi mənbələrdə deyilir ki, Mehrəli xan qalanın daha dözümlü müdafiə sisteminin güclü olması üçün memarları Çinə səfərə göndərib. Daha sonra Qarabağa qayıdan memarlar eskizi Mehrəli xana təqdim etdikdən sonra Əsgəran qalasının tikintisi davam etdirilir. Nəhayət, qala Böyük Çin Səddi üslübunda tikilir. Əbəs yerə, ona Qarabağın "Böyük Çin səddi" deməyiblər.

Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çayı vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədi daşıyıb. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqlar  kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirib. Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafizə olunub. Kvadrat formalı istehkam müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 metr, qalınlığı 2 metrdən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır. Əfsuslar olsun ki, 1992-ci ildə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb. Ermənistan Əsgəran qalasını özününküləşdirmək məqsədilə tarixi abidənin görkəminə ciddi zərər vurub. Nəhayət, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib. Hazırda Qalada təmir-bərpa işləri davam etdirilir.

Fevralın 18-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Əsgəran qalasına baş çəkiblər, qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Mədəniyyət naziri Adil Kərimli Xankəndi şəhərində, Ağdərə Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına birinci xanıma layihə barədə məlumat veriblər. Bildirilib ki, Əsgəran qala-kompleksinin dizayn layihəsiMədəni təbii irs”, “İnfrastruktur xidmətlər”, “Əyləncə istirahət”, “Marketinq təşviqatolmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur. Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada nəqliyyat) hazırlanması planlaşdırılır. Kompleks ərazisində ilin dörd fəslində festival mədəni tədbirlərin keçirilməsi, idman, istirahət əyləncə, ticarət, ictimai iaşə digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur. Qeyd etmək yerinə düşər ki, 2 avqust 2001-ci ildə qala yerli əhəmiyyətə malik memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Otuz illik işğal dövründə Azərbaycan qədər cəhd etsə UNESCO ermənilərin bu vandalizmini qiymətləndirməkdən, həmin ərazilərdə monitorinq aparmaqdan imtina edib. Erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağda fəaliyyət göstərməyib. 2022-ci il 10 mart tarixində Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə erməni lobbisinin əlində alət olan beynəlxalq regional təşkilatların riyakar ikiüzlü siyasətinin təzahürüdür. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix mədəniyyət abidələrimizin dağıdılması qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına zidd olmasına baxmayaraq bu məsələ ilə bağlı Ermənistana beynəlxalq təzyiq göstərilməyib. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra isə illərdir ki, erməni vandalizminə göz yuman dünya birliyi, xüsusilə erməni təəssübkeşləri Azərbaycanı Qarabağdaerməni mədəniyyətiniməhv etmək kimi cəfəng iddialarla günahlandırırlar. Bu isə beynəlxalq birliyin ikili standartlarının bariz təcəssümüdür. Tarixən oğurluqla məşğul olan erməni toplumu öztarixçiləri”nin əlləri ilə qədim Alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə edib bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə Çar Rusiyası Alban kilsəsini ləğv etdi, Alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi mədəni irs eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədiləyenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayıadlı kompleks vardır. İrəvanın Sərdar məscidi sistemli dağıntıya məruz qalıb 2014-cü ildə tamamilə məhv edilib.

Azərbaycan hər zaman dünyəvi çoxmədəniyyətli ölkə olması ilə seçilib. Azərbaycan onlarla kilsəni, o cümlədən Bakıdakı erməni, lüteran rus-pravoslav kilsələrini, çoxsaylı sinaqoqları bərpa edib, eyni zamanda Fransa, Vatikan, Rusiya, Macarıstan digər ölkələrdə kilsələrin bərpasına dəstək verib. Dünya birliyi unutmamalıdır ki, talan olunmuş məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm bəşər sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir. Ermənistan dağıtdığı bütün tarixi abidələrə, mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı təzminat ödəməlidir. Bunun üçün Ermənistana qarşı beynəlxalq təzyiq gücləndirilməlidir.

 

Sevinc Azadi

 

İki sahil.- 2025.- 20 fevral, №31.- S.5.