Xocalı: Unudulmayan soyqırımı

ədalət uğrunda mübarizə

 

Qan yaddaşı

 

Xocalı soyqırımı XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciələrdən biri kimi tarixə düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək, dinc əhalini misli görünməmiş vəhşiliklə qətlə yetirib.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş bir faciədir. Ermənistanın uzun illər həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olan bu qətliam, beynəlxalq ictimaiyyətin gözü önündə baş versə , dünya dövlətlərinin bir çoxu tərəfindən hələ tam olaraq tanınmayıb.

Faciənin səbəbləri ağır nəticələrinə nəzər salsaq görərik ki, Xocalı şəhəri Qarabağın strateji nöqtələrindən biri idi. 1991-ci ilin oktyabrından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Şəhərə gedən yollar bağlanmış, əhali blokada şəraitində ağır vəziyyətdə yaşamışdı. Elektrik, su, ərzaq tibbi ləvazimat qıtlığı ilə üzləşən Xocalı sakinləri üçün vəziyyət getdikcə pisləşirdi. Fevralın 25-də Ermənistan ordusu ağır texnika silahlarla şəhərə hücum edərək, buradakı dinc əhalini tamamilə məhv etməyi qarşısına məqsəd qoymuşdu. Qətliam zamanı insanlar evlərindən çıxarılaraq güllələnib, bəziləri diri-diri yandırılıb, baş dəriləri soyulub, gözləri çıxarılıb. Hamilə qadınlar işgəncə ilə öldürülüb, uşaqların isə meyitləri tanınmaz hala salınıb. Şəhəri tərk etməyə çalışan insanlar meşələrdə, dərələrdə erməni silahlı qüvvələri tərəfindən pusquya salınaraq gülləbaran edilib. Xocalıdan qaçıb xilas olmağa çalışan yüzlərlə insan soyuq hava şəraitində donaraq həlak olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib,         56 nəfər xüsusi işgəncələrlə öldürülüb,  487 nəfər şikəst olub, onların 76-sı uşaqdır, 1275 nəfər əsir götürülərək dəhşətli işgəncələrə məruz qalıb. 150 nəfərin isə  taleyi hələ məlum deyil. Bütün bunlar göstərir ki, Xocalıda törədilənlər müharibə deyil, məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktıdır.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı. Xocalı soyqırımına hüquqi-siyasi qiyməti İlk dəfə  Ulu Öndər  Heydər Əliyev verdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli MəclisXocalı Soyqırımı Günü haqqındaqərar qəbul etdi.  Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzaladı.  Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevralXocalı soyqırımı milli matəm günüelan olundu. Ümummilli Lider  Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqındanövbəti Fərman imzaladı.  Ulu Öndərin   Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında da bu fakt xüsusi qeyd edilir  ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi. Dövlət başçısı İlham Əliyevin 2018-ci iliAzərbaycan Xalq Cümhuriyyəti İlielan etməsi, həmin il “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqındaimzaladığı Sərəncamı tariximizin hər bir səhifəsinin, xüsusilə erməni vəhşiliklərinin təqdimatı olan faciələrimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynadı.

Dövlət başçısı  İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə   Xocalı həqiqətlərinin dünyaya çatdırılması,  bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.

Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqətini çəksə , hələ bir çox ölkələr bu faciəyə adekvat hüquqi qiymət verməyib. Bununla belə, bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər. Bosniya Herseqovina, Meksika, Kolumbiya, Çexiya, Pakistan, Peru, Honduras, Sudan, İordaniya, Sloveniya digər ölkələr bu soyqırımı rəsmi şəkildə tanıyaraq pisləyiblər. ABŞ-ın 20-dən çox ştatı da Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib.

Azərbaycan dövləti xaricdəki diaspor təşkilatlarımız Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü iləXocalıya ədalətbeynəlxalq kampaniyası həyata keçirilir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım tədbirləri, sərgilər, konfranslar digər maarifləndirmə işləri aparılır.

BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyiSoyqırımı cinayətinin qarşısının alınması ona görə cəzalar haqqında Konvensiya”da soyqırımı termini müəyyən edilib. Bu sənədə əsasən, hər hansı etnik, milli ya dini qrupun tam ya qismən məhv edilməsi məqsədi ilə törədilmiş hərəkətlər soyqırımı hesab edilir.

Xocalıda baş verənlər bu beynəlxalq konvensiyanın bütün tələblərinə uyğun şəkildə soyqırımı aktı hesab edilməlidir. Çünki Xocalı qətliamında kütləvi insan qətlləri törədilib, xüsusi işgəncə metodları tətbiq edilərək birmənalı şəkildə mülki əhali hədəfə alınıb. Bu cinayətlərə görə Ermənistanın keçmiş indiki rəhbərləri beynəlxalq tribunal qarşısında cavab verməlidir.

Xocalı soyqırımı hər il Azərbaycanda dünyanın müxtəlif ölkələrində anılır. Bakının Xətai rayonunda ucaldılmışAna harayıabidəsi Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olunmuşdur. Hər il fevralın 26-da bu abidə önündə ümumxalq anım mərasimi keçirilir, insanlar qətliam qurbanlarının ruhuna ehtiram göstərirlər.

Azərbaycanın Müzəffər Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək, işğal altında olan torpaqları azad etdi. 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri tam olaraq separatçılardan təmizləndi Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, Xocalı şəhidlərinin ruhunun rahatlıq tapması Azərbaycanın haqlı qisasının alınması demək idi.

Xocalı soyqırımı unudulmamalıdır. Bu faciəni törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Azərbaycan dövləti Xocalı qurbanlarının xatirəsini daim yaşadır, onların haqq səsini dünyaya çatdırmaq üçün bütün səylərini əsirgəmir. Bu tarixi ədalətsizliyin unudulmaması, cinayətkarların cəzalandırılması dünya ictimaiyyətinin həqiqətləri tanıması üçün hər birimiz mübarizəmizi davam etdirməliyik. Ədalət bərqərar olana qədər Xocalı qurbanlarının haqq səsi susmayacaq!

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.- 20 fevral, №31.- S.3.