Ali Ağaoğlu: “Yaşıl” istiqrazlardan
əldə edilən gəlirlər vergidən azaddır
Bu istiqrazdan
gələn vəsait
“yaşıl” təyinatlı
layihələrin icrasına
sərf olunacaq
Xəbər verildiyi kimi, Azərbaycan iqtisadiyyatının
flaqmanı, ölkənin
ən böyük yerli investoru olan Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti
(SOCAR) özünün yeni
“yaşıl” istiqrazlarını
dövriyyəyə buraxıb.
SOCAR-ın “yaşıl”
istiqrazları ilə bağlı “SOCAR Capital”ın kapital bazarları üzrə baş məsləhətçisi
Ali Ağaoğlu “İki sahil”in suallarını cavablandırır:
- Ali bəy,
ilk öncə bilmək istərdik ki, SOCAR-ın “yaşıl” təyinatlı
istiqrazları digər
istiqrazlardan nə ilə fərqlənir?
- Şərtlərinə görə, bunun adi istiqrazdan heç bir fərqi yoxdur, normal istiqrazla tamamilə eynidir. SOCAR-ın “yaşıl” istiqrazlarının digərlərindən fərqliliyi, özəlliyi 5 illikdir, illik 6 faiz gəlir qazandırır, faiz ödənişləri isə 3 aydan bir həyata keçirilməsidir. “Yaşıl Gəlir, Yaşıl Gələcək!” şüarı ilə hazırlanan bu istiqrazlar yalnız vətəndaşlara etibarlı və sabit gəlir qazandırmaqla kifayətlənmir, eyni zamanda ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını da dəstəkləmək niyyətindədir. İstiqrazlardan əldə olunan vəsait yalnız yaşıl enerji layihələrinə sərf ediləcək. Bu, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərinə dəstək vermək məqsədini güdür.
SOCAR istiqrazları beynəlxalq maliyyə təşkilatları tərəfindən də girov olaraq qəbul edilir, dəstəklənir
- “Yaşıl” təyinatlı istiqrazların
əsas auditoriyası
kimlərdir? Yəni, iri investorlar, kiçik sahibkarlar, yoxsa bütün vətəndaşlar?
- Hər kəs üçündür. Bütün investorlara açıqdır. Fiziki şəxslər də, hüquqi şəxslər də, sahibkarlar da istiqrazı əldə edə bilər. Hər hansı ayırmadan söhbət gedə bilməz. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix fevralın 28-dir. Martın 7-də yerləşdirmələr aparılacaq. Bu tarixdən 3 aydan bir – iyunda, sentyabrda və dekabrda faiz ödənişləri ödəniləcək. Bir faktı da deyim ki, istiqrazların satışının sonuna sayılı günlər qalır, kifayət qədər satış həyata keçirilib. Tələbin 200 milyondan çox olacağına ümid edirəm.
- “Yaşıl” təyinatlı istiqrazları
almaq prosesi necə həyata keçirilir? Onlayn və ya bank
vasitəsilə əldə
etmək mümkündürmü?
- “Yaşıl” istiqrazları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, eləcə də ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür. Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az veb-saytına müraciət edə bilərsiniz. Bundan əlavə, “Birbank”, “Pashabank”, ABB və “Bank Respublika” vasitəsilə əldə etmək mümkündür.
- “Yaşıl” təyinatlı istiqrazları
daha cəlbedici edən əsas amillər hansılardır?
Bu istiqrazların likvidlik və gəlirlilik baxımından
digər investisiya alətləri ilə müqayisədə nə
kimi üstünlükləri
var?
- Bank depozitləri ilə müqayisədə bu istiqraz daha cəlbedicidir. Bu istiqrazları girov qoyaraq kredit əldə etmək və başqa iş görmək olar. Məsələn, əgər 10 min dollarlıq istiqrazınız varsa və 2 min dollara ehtiyacınız varsa istiqrazı satmaq, banka girov qoyub kredit götürmək, repo əməliyyatı etmək mümkündür. Repo – müvəqqəti pul ehtiyacını qarşılamaq üçün istiqrazı satmadan istifadə etməkdir. Əslində, istiqrazın gətirdiyi faiz gəliri mənim üçün cazibədardır. Həmin istiqrazdan imtina etmək istəmirəm. Əgər mən istiqrazımı satıb vəsait əldə etsəm, sonra həmin istiqrazı geri almaq istədikdə, bazarda qiymət dəyişikliyi səbəbindən onu daha yüksək qiymətə almaq məcburiyyətində qala bilərəm. Bu vəziyyətdən yayınmaq üçün repo əməliyyatından istifadə edə bilərəm. Repo mənə istiqrazımı satmadan, müvəqqəti olaraq girov qoyaraq lazımi məbləği əldə etmək imkanı verir.
Ödənişlər avtomatik olaraq vətəndaşın bank hesablarına köçürülür
- “Yaşıl” təyinatlı istiqrazların
gəlirliliyi necə müəyyənləşir? Faiz
dərəcəsi sabitdirmi,
yoxsa dəyişiklik mümkündür?
- “Yaşıl” təyinatlı istiqrazların faiz dərəcələri sabit olacaq. 6 faizlik dərəcəsi ilə hər rübdə 1000 dollara görə 15 dollar, illik isə ümumilikdə 60 dollar ödəniləcək. İkinci bazar əməliyyatlarında qiymət dəyişə bilər.
- “Yaşıl” istiqrazlardan əldə olunan gəlirlər vergi tutulmasına məruz qalırmı? Əgər tutulursa, hansı faiz dərəcəsi tətbiq olunur?
- Çox gözəl
sualdır. Vətəndaşları ən çox maraqlandıran suallardan biridir. “Yaşıl” istiqrazlardan əldə edilən gəlirlər vergidən azaddır. Ödənişlər avtomatik
olaraq vətəndaşın
bank hesablarına köçürülür.
- Yeni istiqrazların dəyəri
zamanla dəyişə
bilərmi? Yəni,
bazar tələbi istiqraz
qiymətinə təsir
edirmi?
- SOCAR əvvəllər iki dəfə – 2016 və
2021-ci illərdə istiqraz
buraxıb. Əvvəlki
istiqraz təcrübələrimizdə
belə bir problem yaşanmayıb. İlk istiqrazlarda
SOCAR-ın zəmanəti
olduğuna görə
dəyər itirmə
halı müşahidə
edilmədi. Hətta
SOCAR-ın zəmanətinin
olmadığı ikinci
istiqrazlarda belə, bu hal yaşanmadı.
Bu, istiqrazlara olan inamın möhkəm olduğunu və kapital bazarlarımızın
inkişaf etdiyini göstərir. Bu dəfə
isə ilk dəfə
olaraq “Yaşıl” istiqraz təqdim edəcək. Əvvəlki
təcrübəyə əsaslanaraq
deyə bilərəm
ki, faizlər sabit qalacaq, qiyməti arta bilər.
- Ali bəy, kupon ödənişləri hansı
tarixlərdə və
hansı mexanizmlə həyata keçirilir?
- Kupon ödənişləri
hər 3 aydan bir həyata keçiriləcək. Ödənişlər
avtomatik olaraq vətəndaşın bank hesablarına
köçürülür. Vətəndaşlar kupon ödənişlərini banklardakı
hesablarından çıxara
bilərlər. Hər
bir istiqraz üzrə 5 il ərzində
ümumi qazanc 300 dollar təşkil edəcək. Əvvəlki
istiqrazlarda bununla bağlı hər hansı bir problem müşahidə olunmamışdı.
Kupon ödənişləri
vaxtında ödənilmişdi.
- “Yaşıl” təyinatlı
istiqraz sahibi istədiyi vaxt onları satıb likvid vəsaitə çevirə bilərmi? Yoxsa yalnız müəyyən dövrlərdə
satış mümkündür?
- Əlbəttə çevirə
bilər. İstiqrazları
istənilən vaxt ikinci bazarlarda alıb, satmaq mümkündür. Bayaq
da bildirdiyim kimi, istiqrazları girov qoymaqla nağdlaşdırmaq
olar. Onları repo əməliyyatları vasitəsilə
və ya banklara girov qoyaraq sata bilərsiniz.
Repo əməliyyatı mənə
istiqrazımı satmadan,
lazımi məbləği
əldə etmək imkanı verir. Beləliklə, istiqrazın
gəlirlərini qoruyub
saxlamaqla yanaşı,
qısamüddətli maliyyə
ehtiyaclarımı da qarşılaya
bilirəm.
Hər hansı komissiya
tələbindən,
xərcdən söhbət gedə
bilməz
- İstiqrazların alqı-satqısı
zamanı hər hansı komissiya tutulurmu? Məsələn,
investor istiqrazı satmaq
istəsə əlavə
xərc ödəyəcəkmi?
- Xeyr, heç bir komissiya yoxdur.
İstiqrazı alanda və ya satanda
heç bir ödəniş tələb
olunmur. Alqı-satqı
zamanı sadəcə
investisiya şirkətlərinə
nəzərdə tutulan
komissiya qiymətlərindən
başqa heç bir xərc tələb
olunmur. Burada SOCAR-ın hər hansı komissiya tələbindən, birjanın
tələbləri çərçivəsində
heç bir xərcdən söhbət
gedə bilməz.
- “Yaşıl” istiqrazlardan
əldə olunan vəsait konkret olaraq hansı layihələrə yönləndiriləcək?
Hər hansı spesifik yaşıl enerji layihəsi üzərində iş gedirmi?
- Məlumdur ki, SOCAR-ın Azərbaycanın bərpaolunan
enerji sahəsində ciddi yatırım planları mövcuddur. Ona
görə də, bu istiqrazın vəsaitləri ilə
SOCAR tərəfindən yaradılan
“SOCAR Green” adlı şirkət
vasitəsilə yaşıl
enerji və davamlılıq ilə bağlı müxtəlif
layihələrə yatırımı
nəzərdə tutulur.
Əldə olunan vəsait əsasən günəş və külək enerjisini istehsal edən layihələrə yönləndirilcək. SOCAR-ın burada yaşıl enerji və davamlılıq ilə bağlı müxtəlif
layihələrə yatırımı
nəzərdə tutulur.
Bu istiqrazdan gələn
vəsait başqa layihələrdə istifadə
edilməyəcək. “Yaşıl”
təyinatlı layihələrin
icrasına sərf olunacaq.
“Yaşıl” istiqrazlara tələbat 200 milyon dolları ötüb
- SOCAR-ın əvvəlki istiqraz emissiyaları ilə müqayisədə
“yaşıl” istiqrazlara
maraq hansı səviyyədədir?
- SOCAR-ın istiqrazlarının
yerləşdirilməsi ilə
bağlı əvvəlki
təcrübələr də
bazarın inkişafında
mühüm rol oynayıb. İlk istiqraz
2016-cı ildə yerləşdirilərkən
çətinliklərlə üzləşsək də,
sonrakı dövrlərdə
bu istiqrazlara olan inam artıb
və yerləşdirmə
prosesi daha asan olub. Xatırladım
ki, SOCAR-ın ilk istiqrazı
2015-ci il devalvasiyasından sonrakı
dövrü əhatə
edirdi. Maraq az olmasına baxmayaraq 100 milyonluq istiqrazı sata bildik. İkinci istiqraz isə daha asan
oldu. Çünki birinci istiqraz faiz ödənişlərinin
vaxtında ödənilməsi,
ikinci bazarlarda yaratdığı inamla özünü doğruldaraq
buna yol aça bildi. 100 milyonluq ikinci istiqraza 2-3 dəfə artıq tələb qeydə alınmışdı. İkinci
istiqrazda əsasən
fiziki şəxslərə
önəm verilmişdi.
“Yaşıl” istiqrazda
isə şəxslər
arasında fərq qoyulmadı. Hazırda “yaşıl” istiqrazlara maraq daha böyükdür,
hətta deyərdim
ki, tələbat 200 milyon
dolları ötüb.
15 dəqiqə ərzində
istiqraza
sahib olmaq mümkündür
- Azərbaycan vətəndaşlarının
investisiya mədəniyyəti
necə formalaşır?
“Yaşıl” təyinatlı
istiqrazlar insanları investisiya etməyə həvəsləndirirmi?
- Bəli, maraq olduqca böyükdür.
Son illərdə azərbaycanlı
investorların istiqrazlara
marağı əhəmiyyətli
dərəcədə artıb.
SOCAR-ın ilk istiqrazının
buraxıldığı il bu sahə yeni idi, amma indi
həm investorlar, həm də şirkətlər istiqrazlar
haqqında daha çox məlumatlıdırlar
və onlara daha çox etibar edirlər. İkinci istiqraz zamanı insanlarda daha böyük həvəs yaranmışdı.
Çünki o zaman fiziki
şəxslərə önəm
verilirdi. İstiqrazların
60 faizdən çoxunu
fiziki şəxslər
əldə etmişdi.
Düşünürəm ki, bu həvəs “yaşıl” istiqrazda da belə yüksək olacaq.
Son illər ərzində Azərbaycanda maliyyə bazarlarının inkişafını
xüsusi vurğulamaq
lazımdır. İlk istiqrazı
buraxdığımız zaman fiziki şəxslər 2 gün yarım vaxt sərf edirdilər. İndi artıq
15 dəqiqə ərzində
istiqraza sahib olmaq mümkündür. Bu da istiqraz
bazarlarında fəallığı
artırdı. Likvidlik
artdı, inamsızlıq
aradan qaldırıldı.
SOCAR yaşıl istiqraz buraxılışını
davam etdirməyi planlaşdırır
- Gələcəkdə SOCAR daha
böyük məbləğdə
və ya yeni şərtlərlə “yaşıl”
istiqraz emissiyası həyata keçirməyi
planlaşdırırmı?
- Bəli, SOCAR yaşıl istiqraz buraxılışını
davam etdirməyi planlaşdırır. İlk istiqraz
100 milyon həcmində
idisə, “yaşıl”
istiqrazlar 200 milyon
dollar təşkil edir.
Rəqəmlərin, SOCAR-a olan inamın da artması, maliyyə bazarlarının inkişaf
etdiyi üçün
daha çox istiqraz emissiyası hazırlamağa başladıq.
Təbii ki, yeni istiqrazların
olması davam edəcək. Hətta
2030-cu ili gözləməyə
də bilərik. Çünki həm SOCAR-ın, həm də Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi yatırım planları mövcuddur. Bu investisiyaların
həyata keçirilməsi
üçün yalnız
SOCAR-ın öz mənbələri kifayət
etməyəcək. Buna görə
də investisiyaların
həm ilkin mərhələsi, həm
də daha tez bir zamanda
reallaşması üçün
əlavə maliyyə
vəsaitlərinə ehtiyac
var. Layihələr irəlilədikcə
onların maliyyələşdirilməsi
üçün yeni “yaşıl”
istiqrazlar buraxılacaq.
Həm qazanırsan, həm
də hansısa külək enerjisi
istehsal edəcək pərin
tikintisinə vəsait
qoyursan
- SOCAR-ın yeni emissiyası Azərbaycanda ekoloji şüurun formalaşmasına
hansı töhfəni
verə bilər?
- “Yaşıl” istiqrazın digərlərindən texniki
olaraq heç bir fərqi yoxdur. “Yaşıl” iqtisadiyyata təyinatlı
olması xüsusi fərqidir. Düşünürəm
ki, dayanıqlılığa və davamlılığa
bir töhfən olacaqsa “yaşıl” istiqraza üstünlük
verilməlidir. Yatıracağın
pulun dünyanın sağlamlaşmasına qatqın
olacağını və
hansı istiqamətə
yönələcəyini bilirsən.
Belə düşünən
insanlar var. Məsələn,
mən həm qazanıram, həm də bilirəm ki, hansısa bir günəş enerjisi paneli və ya külək enerjisi istehsal edəcək pərin tikintisinə vəsait qoyuram.
SOCAR-ın bu təşəbbüsü
həm investorlar, həm də təbiət üçün
faydalıdır
Geyindiyim
paltarın tikilməsində
alınan enerjinin mənbəyində mənim
də payım var. Hər birimizin təbiətə və gələcək nəsillərə
qarşı məsuliyyəti
var. Mənim üçün
əsas olan gəlirdən çox, gələcək nəsillərə
təmiz bir dünya buraxmaqdır.
SOCAR-ın bu təşəbbüsü həm
investorlar, həm də təbiət üçün faydalıdır.
Mən şəxsən
belə layihələrə
yatırım etməyi
vacib hesab edirəm. Məsələn,
Avropada “yaşıl” investisiyalar yüksək mənfəətdən çox,
ekoloji təsirə fokuslanır. SOCAR-ın bu təşəbbüsü
də eyni məqsədə xidmət
edir.
SOCAR-ın açdığı
yol…
- Sizcə, SOCAR-ın “yaşıl” istiqraz layihəsi gələcəkdə
digər dövlət
və özəl şirkətlər üçün
də nümunə
ola bilərmi?
- Hər kəsin yaşıl məsuliyyəti
olmalıdır. Avropada
“green” deyillər. Dünyada
yaşanan iqlim böhranlarına baxdıqda
gələcək nəsillərə
ekoloji təmiz təbiət bəxş etməyin mümkünsüzlüyü
görünür. SOCAR dayanıqlığı
təmin etmək məqsədilə Azərbaycanda
önəmli layihələr
icra etməkdədir.
İlk istiqrazın buraxılması
ilə maliyyə bazarlarının inkişafı
istiqamətində SOCAR-ın
böyük xidmətləri
olub. Eyni zamanda, SOCAR-ın “yaşıl” layihələrin
icrasına sərmayələr
yatırması, bu istiqamətdə vəsaitləri
cəlb etməsi Azərbaycan dövlətinin
və ölkənin gələcəyinə töhfə
verir. Bu istiqamətdə
SOCAR-ın atdığı
addımlar digər dövlət və özəl müəssisələrə
örnək olacağına
ümid edirəm.
SOCAR-ın açdığı
yol ilə maliyyə bazarlarında hazırda 39 emitent fəaliyyət göstərir
və ümumilikdə
145 emissiya həyata keçirilib. Bütün
bunlar SOCAR-ın ilk istiqrazlarından sonra baş verib.
Bu məsələyə sırf
maliyyə nöqteyi nəzərindən
yox,
həm də ekoloji yanaşmaq vacibdir
- Dünya təcrübəsində
“yaşıl” istiqrazlara
maraq hansı səviyyədədir və
SOCAR yeni istiqrazlarla hansı
beynəlxalq trendlərə
uyğunlaşır?
- Dünyada hazırda yaşıl enerjiyə, bərpaolunan enerjiyə maraq olduqca artıb
və artmaqda davam edir. Dünyanın
gələcəyi bərpaolunan
enerjidədir. Hazırda
dövlət qurumları
və banklar tərəfindən yaşıl
enerji layihələri
yaxından dəstəklənməkdədir.
Xüsusən investorların
yaşıl enerji layihələrinin reallaşdırılmasına
dövlətlərin əlavə
dəstəyi olur ki, bu istiqamətdə xərclərin bir hissəsini qarşılayırlar.
SOCAR istiqrazları “yaşıl”
təyinatlı olsa da
dövlətin əlavə
dəstəyinə ehtiyac
duyulmur. Çünki
investorlar tərəfindən
bu istiqrazlara kifayət qədər maraq göstərilir. Əldə olunan vəsaitlə reallaşacaq
layihələrə gələcəkdə
dövlət tərəfindən
hər hansı bir yardımın olması hələ ki, bilinmir. Hər zaman olduğu kimi, SOCAR emitent kimi öz
öhdəliyini “yaşıl”
istiqrazlara da yetirəcək.
Bərpaolunan enerjidən bəhs
edərkən Çini
xüsusilə vurğulamaq
lazımdır. Çünki
Çin hazırda dünyanın bərpaolunan
enerjiyə ən çox investisiya qoyan ölkəsidir. Çin bunu həm öz ölkəsində mövcud
olan ekoloji problemlərlə əlaqələndirir, həm də dünyanın gələcəyini yaşıl
enerjidə gördüyü
üçün edir.
Həmçinin Azərbaycan
və Türkiyənin
yaxın olduğu Avropa coğrafiyası çoxdandır ki, yaşıl
enerjinin əhəmiyyətini,
strateji vacibliyini dərk edib və layihələri buna
yönləndirib. Dünyada
olan tendensiyalara baxsaq görərik ki, dövlətlər, banklar
yaşıl enerji ilə bağlı kreditləri daha asan və aşağı
faiz dərəcələri
ilə verirlər. Ona
görə də yaşıl enerjinin maliyyə baxımından
digər bir üstünlüyü budur.
Bu gün dünyada dekarbonizasiya cəhdləri
dəstəklənməkdədir. Çünki iqlim problemləri artıq mütəxəssislər tərəfindən
illərdir ki, vurğulanır.
Bu məsələyə sırf
maliyyə nöqteyi nəzərindən yox, həm də ekoloji yanaşmaq mütləq vacibdir. SOCAR
“yaşıl” təyinatlı
istiqrazlarında bunu xüsusi vurğulamışdı.
Bir faktı da deyim ki, gənclər arasında yaşıl
enerjiyə, bərpaolunan
enerjiyə maraq gündən-günə artmaqdadır.
Yaşıl enerji vasitəsilə əldə
olunan məhsullara tələbat gənclər
arasında daha yüksəkdir.
Xaricdə yaşayan azərbaycanlılar,
xarici
investorlar da bu istiqrazlardan
ala bilərlər
- Xaricdə yaşayan azərbaycanlılar və
ya beynəlxalq investorlar “yaşıl” istiqrazları əldə edə bilərlərmi? Onlar üçün prosedurlar necə tənzimlənir?
- Bəli, xaricdə yaşayan azərbaycanlılar,
xarici investorlar da bu istiqrazlardan ala bilərlər. Gəlirdən
vergi azadlığı
onlar üçün
də keçərlidir.
Bir faktı da deyim ki,
SOCAR istiqrazları beynəlxalq
maliyyə təşkilatları
tərəfindən də
girov olaraq qəbul edilir, dəstəklənir. Fiziki
şəxslər üçün
önəmli olmasa da,
hüquqi şəxslər
üçün əhəmiyyətlidir.
Hüquqi şəxslər
SOCAR istiqrazlarına yatırım
edərlərsə, bunu
lazım olduqda beynəlxalq maliyyə təşkilatlarına təminat
olaraq və ya girov olaraq
verib likvidliyi qoruya bilərlər. Bu da
SOCAR istiqrazlarına dünya
birjalarında inamın
artmasını göstərir.
Orxan Vahidoğlu
İki sahil.- 2025.- 21 fevral, №32.- S.5.