Vətənini sevən hər kəs ana dilini sevməli
və
onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir
Şərh
21 fevral dünyada
Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun dilidir. Ölkəmizdə
ana dilinin hərtərəfli inkişafı
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycan
dilinə dövlət
dili statusunun verilməsi təşəbbüsünü
irəli sürdü. Ümummilli Liderin bu təşəbbüsü
1978-ci ildə qəbul
olunmuş Azərbaycan
SSR Konstitusiyasında öz
əksini tapdı. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı
edirdi ki, xalqı
xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan
ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir.
Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin
tərəqqisi mümkün
deyil. Ümumilikdə
azərbaycançılıq ideologiyasının inkişaf
etdirilməsi, təbliği
dahi şəxsiyyət
Heydər Əliyevin fəaliyyətinin əsas
tərkib hissəsi idi. Dilimizin, milli-mənəvi dəyərlərimizin,
tariximizin öyrənilməsi,
inkişaf etdirilməsi
hər bir azərbaycanlının qarşısında
mühüm vəzifə
kimi qoyulmuşdu. Məhz atılan bu kimi addımların,
Azərbaycanın bu günü və gələcəyi üçün
görülən işlərin
fonunda böyük qürur hissi ilə qeyd edirik
ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Onun “Mən həmişə fəxr etmişəm və bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam”
çağırışı bütün dövrlərdə
aktuallığını qorumaqla
yanaşı, hər birimizin həyat amalına çevrilib.
Bu fikirləri
Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında
bildirib.
Millət vəkili
qeyd edib ki, hər bir
xalqın, millətin təqdimatında onun dili əhəmiyyətli rol oynayır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi
tarixi hadisə, milli dövlətçilik
tarixinin qızıl səhifəsidir. Azərbaycan
dili bu tarixi
hadisəni yaşadı.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycan
dilinin idarəçilikdə
geniş tətbiqinə,
bütün böyük
klassiklərin İttifaq
miqyasında yubileylərinin
keçirilməsinə, Azərbaycan
mədəniyyətinin ümumittifaq
miqyasında ön mövqelərə çıxmasına
xüsusi diqqət göstərdi. Azərbaycan xalqı
həmişə
tarixinə sahib çıxan, milli-mənəvi
dəyərlərini, dilini
qoruyan və inkişaf etdirən xalq kimi tanınır.
Vüqar Rəhimzadə
vurğulayıb ki, Azərbaycan dilinin qorunması və saflaşdırılması istiqamətində
dövlətimizin həyata
keçirdiyi tədbirlər
davamlılığı ilə
diqqət çəkir.
Belə ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi,
sosial-iqtisadi, elmi və mədəni həyatının bütün
sahələrində daha
geniş istifadə edilməyə başladı,
onun dövlət dili kimi maneəsiz
inkişafı üçün
münbit zəmin yarandı. 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının
dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dilinin inkişafı, tətbiqi sahəsində atılan addımlar davamlılığı
ilə diqqətdədir.
Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Fərman imzalamışdır.
2002-ci ildə “Azərbaycan
Respublikasında dövlət
dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə
ehtiyaclarının ödənilməsi
istiqamətində daha
bir addım olmuşdur. Bu sənədlər özündə
mühüm çağırışları
ehtiva edir. Bu baxımdan ki, Ümummilli Lider daim bildirirdi
ki, digər dilləri də öyrənmək lazımdır,
amma əvvəl öz ana dilimizi
öyrənək, onu
yad təsirlərdən
qoruyaq.
Millət vəkili
son 21 ildən artıq müddətdə
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması
istiqamətində atdığı
addımlara da diqqəti yönəldib. Bildirib ki, dövlət
başçısı İlham
Əliyevin “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında”, “Dünya
ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə
tutulan əsərlərinin
siyahısının təsdiq
edilməsi haqqında”
sərəncamları, həmçinin
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nın təsdiq
edilməsi də bunun bariz nümunəsidir.
Dövlət Proqramının
icrasında məqsəd
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət
qayğısının artırılması,
dilimizin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsi, ölkədə
dilçilik araşdırmalarının
yaxşılaşdırılması idi. Dövlət başçısı İlham
Əliyevin 1 noyabr
2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması
və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Fərmanı da atılan addımların davamlılğını, dilimizin
qorunmasının prioritetliyini
təsdiqləyir.
Vüqar Rəhimzadə
bu günədək atılan addımlara qısa baxış əsasında belə bir ümumiləşdirməni
aparıb ki, bu
gün cəmiyyət
həyatının bütün
sahələrində Azərbaycan
dilinin geniş işlədilməsi imkanları
mövcuddur. Prezident İlham Əliyev çıxışlarında Azərbaycan
gənclərinə bu
çağırışı edir ki, dilimizi,
milli-mənəvi dəyərlərimizi,
tariximizi öyrənməli
və onları inkişaf etdirməliyik. Gənclərin milli ruhda böyüməsi, tərbiyə olunması
əsas çağırışlardandır.
44 günlük İkinci
Qarabağ müharibəsində
tarixi Zəfərimiz gənclərimizin Vətən,
torpaq sevgisini nümayiş etdirdi. Vətənini sevən hər kəs ana dilini də
sevməli, onun varlığının qorunmasına,
inkişaf etdirilməsinə
öz töhfəsini
verməlidir. Dilimizi sevək ki, sevdirə bilək!
Vüqar
RƏHİMZADƏ
İki
sahil.- 2025.- 22 fevral, №33.- S.5.