Xocalı faciəsi erməni faşizminin
çoxsaylı qanlı sahifələrindəndir
«Mən əminəm
ki, gün gələcək Xocalı
faciəsini törədən,
dinc əhaliyə qarşı qəddarlıq
göstərən, dinc
əhalini məhv edən erməni cinayətkarları məhkəmə
qarşısında cavab
verəcəklər»
Prezident
İlham Əliyev
«Harada türk gördün öldür!» ideyası ilə 1905-1907-ci, 1918-1920- ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən, soydaşlarımızı amansızcasına qətlə yetirən daşnaklar 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min dinc əhalini xüsusi qəddarlıqla öldürmüşlər. Kütləvi qırğın o dərəcədə dəhşətli olub ki, daşnakların ən qəddar ideoloqu, soyqırımının iştirakçısı Stepan Şaumyanın özü belə ermənilərdən ibarət polkun «xidmətlərindən» məmnunluğunu «yuxarılara» «Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur» sözləri ilə ifadə etmişdir.
Eyni qəddarlığı
«Azərbaycanlılarsız Ermənistan» ideyası ilə davam etdirən, etnik təmizləmə siyasəti
həyata keçirən,
1948- 1953-cü illərdə minlərlə soydaşımızı
ata-baba yurdu Qərbi Azərbaycandan zorla çıxaran hayların həyata keçirdikləri deportasiyalar
nəticəsində yurd
həsrətinə dözməyən
minlərlə soydaşımız
dünyasını dəyişmişdir.
Əvvəlki qətliamlarda olduğu kimi, 1988-ci ildən başlayan bədnam «miatsum» hərəkatı zamanı öldürülən
günahsız azərbaycanlıların
harayı eşidilmədi,
dünya birliyi 20 Yanvar faciəsini də sükutla izlədi. Sovet imperiyasının müxtəlif
illərdə Vilnüsdə,
Tbilisidə, Alma-Atada tərətdiyi hadisələri
pisləyən beynəlxalq
ictimaiyyət Bakı qırğınını SSRİ-nin daxili işi
kimi qiymətləndirərək
susdu. Ötən əsrin ən qanlı qətliamı- Xocalı soyqırımını
da səssizcə izləyən Qərb bir gecədə erməni vəhşiləri
tərəfindən yandırılan,
külə döndərilən
Xocalının harayını
eşitmədi. Ermənilərin
qana boyadıqları qocaların, uşaqların,
qadınların faciəsinə,
tonqallara atılan, süngülərə keçirilən
körpələrə biganə
qaldılar, susdular.
Bu cür
«səssizlikdən», baş
tumarlamalardan quduran ermənilər daha da azğınlaşırdılar.
Erməni vəhşiliyinin
qanlı cinayətlərinin
sayı isə artırdı. 1988-1993-cü illərdəqondarma
Qarabağ münaqişəsi
ilə bağlı hadisələrdə 20 min
soydaşımız ermənilər
tərəfindən qətlə
yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əlil olmuşdur. Münaqişə
illərində 4.853 nəfər
itkin düşmüş,
onlardan 1357-si azad olunmuş, 439 nəfəri
ermənilərin vəhşiliklərinə
tab gətirməyərək
həyatdan köçmüşlər.
İki əsrdə azərbaycanlılara ağlagəlməyən
fəlakətlər gətirən,
insanlığa məxsus
dəyərləri belə
qan rəngində görən erməni terror təşkilatı «ASALA»nın vəhşi
qaniçənləri soydaşlarımıza
qarşı ən dəhşətli vəhşiliklər
törətmişlər.
1988-ci ildə Xankəndidə «miatsum» bağırtıları ilə
təşkil olunan aksiyalarda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi
kimi əsassız tələblərə etiraz
edən soydaşlarımıza
qarşı növbəti
qırğınlar törədildi.
«Böyük Ermənistan»
xülyası ilə yaşayan və soydaşlarımıza qarşı
hər cür vəhşiliyə əl atan daşnakların Xocalıda törətdikləri
soyqırımı insanlıqdan
kənar vəhşiliklər
idi. Bu gün
dünya tarixində qanlı izləri ilə xatırlanan Xatın, Ruanda, Serebrenitsa, Sonqmi, Liditşe, Babi Yar kimi qətliamlarla
müqayisədə 26 fevral
1992-ci ildə ermənilər
tərəfindən törədilən
Xocalı soyqırımı
ağlasığmaz dəhşətləri
ilə seçilir.
Rusiyanın 366-cı motoatıcı alayının
sərxoş əsgər
və zabitləri ermənilərlə birlikdə
Xocalıda qana hərislik xislətlərini
bir daha göstərdilər. Əsgəranda,
Ağdamda, artıq tarixin arxivinə atılmış Qarabağ
ərazisindəki azərbaycanlıların
yaşadıqları Tuğ,
Səlakətin, Axullu,
Xocavənd, Cəmilli,
Nəbilər, Meşəli,
Həsənabad, Kərkicahan,
Qaybalı, Malıbəyli,
Yuxarı və Aşağı Quşçular,
Qaradağlı kəndlərində
də «etnik təmizləmə» siyasətlərini
həyata keçirdilər.
Xocavəndin Qaradağlı
kəndində 80 nəfərdən
çox azərbaycanlını
qətlə yetirən
ermənilər qaniçənliklərini
sonrakı illərdə
Goranboy rayonunun Ballıqaya, Kəlbəcərin
Başlıbel kəndlərində
davam etdirdilər. Bir gecədə yandırılan Xocalıda
106-ı qadın, 63-ü uşaq,
70 nəfəri ahıl
olmaqla 613 sakin misli görünməmiş
qəddarlıqla qətlə
yetirildi. 487 nəfər
şikəst oldu, 1275
nəfər ermənilər
tərəfindən əsir
götürüldü, onların
150 nəfərinin taleyi
barədə bu günədək xəbər
yoxdur. 24 uşaq hər iki valideynindən,
130 körpə isə
bir valideynindən məhrum oldu. Soyqırımı qurbanlarından
56 nəfərini amansız
vəhşiliklə qətlə
yetirən ermənilər
bu əməllərindən
xüsusi zövq aldıqlarını etiraf
edirdilər.
Qəhrəman Azərbaycan xalqı ermənilərin bu əməllərini cavabsız
qoymadı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız
Zəfər erməni
qaniçənlərinin Xocalı
soyqırımına cavabı
idi. Qisası qiyamətə qoymayan Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə
layiq olduğu cavabı döyüş meydanında verdi. Xankəndidə Dövlət
Bayrağımızı dalğalandırmaqla
erməni separatizminin , faşizminin kökünü kəsən,
suverenliyimizi tam bərpa edən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin Ali
Baş Komandanı kimi xalqımızın yurd həsrətinə əbədilik son qoydu.
Ötən il
fevralın 26-da Xocalıda
soyqırımı qurbanlarının
xatirəsinə ucaldılacaq
Soyqırımı Memorial
Kompleksinin təməlini
qoyan, rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşən
Prezident İlham Əliyev « Ona
görə ki, sizin kimi mən
də inanırdım
və bilirdim, biz buraya qayıdacağıq,
Xocalıya qayıdacağıq
və burada günahsız qurbanların
xatirəsini əbədiləşdirmək
üçün memorial
kompleks yaradılacaq» sözlərini əməli
ilə təsdiqlədi.
O ölümsaçan günlərdən
33 il keçsə də Xocalı soyqırımı isə
heç vaxt yaddaşımızdan silinməyəcək
xalqımız bu qanlı cinayəti unutmayacaq. Otuz üç il bundan əvvəl erməni vəhşilərinin
törətdikləri bu
qanlı cinayəti beynəlxalq ictimaiyyətə
çatdırmaqla haqlı
olaraq dünyadan ədalət tələb edən Heydər Əliyev Fondunun xətti ilə davam etdirilən «Xocalıya ədalət!» kampaniyası dünyanın
müxtəlif yerlərində
səsləndirilsə də,
bir çox tədbirlər, təqdimatlar
həyata keçirilsə
də Xocalı qurbanlarının, torpaq uğrunda həlak olmuş şəhidlərimizin
qisasını xalıqımız
Prezident İlham Əliyevin ətrafında
sıx birləşərək
almışdır. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.
«Xocalıya ədalət!”
tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında
təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının
qisasını döyüş
meydanında aldıq,
onların qanını
döyüş meydanında
aldıq qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt
lazım oldu. Ancaq bu 30 il
ərzində görülmüş
işlər, apardığımız
məqsədyönlü siyasət
bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı» söyləyən Prezident
İlham Əliyev xalqımızın nəyə
qadir olduğunu göstərdi. Torpaqlarından
qovulmuş Xocalı sakinlərinə diqqət
artırıldı. Onlar
üçün ilk köçkün qəsəbəsi
Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Ağcakənd qəsəbəsində
salınmışdı. Ulu
Öndərin tələbi
bu idi ki,
birlikdə olub, ağır vəziyyətdə
yaşayanlara dayaq olmalıyıq.
İkinci Qarabağ
müharibəsindən və
23 saatlıq antiterror tədbirlərindən sonra
işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa-quruculuq
işlərindən Xocalıya
da pay düşdü.
Burada aparılan bərpa- quruculuq işləri sayəsində
Xocalının da siması dəyişib. Ermənilər tərəfəndən
dağıdılan evlər
bərpa olunur. «Biz Xocalı soyqırımını heç
vaxt unutmayacağıq.
Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi
zamanı, həm antiterror əməliyyatı
zamanı qisasımızı
cinayətkarlardan aldıq,
onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki
dəfə kapitulyasiyaya
imza atmağa məcbur etdik. Biz onlardan fərqli
olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq
və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi
əməliyyatlar bütün
beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır
və bunu hər kəs bilir və heç
kim bizə heç bir irad tuta bilmir.
Bu, bir daha
xalqımızın böyüklüyünü
göstərir» söyləyən
Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, soyqırımından neçə il keçsə də, erməni vəhşilikləri
yaddan çıxmayacaq.
Bu ilin fevral ayının 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində
görülən işlərlə
tanış olan, sonra kəndə köçən bir qrup sakinlərlə görüşən Prezident
İlham Əliyevin vurğuladığı kimi,
artıq doğma yurda dönən 460 keçmiş köçkünün
rahat yaşaması üçün lazımi
şərait yaradılıb.
137 fərdi mənzil istifadəyə verilib. Təqribən 60-a yaxın
ev də bərpa olunacaq. «Təbii olaraq Ali Baş Komandan
kimi bütün əməliyyatlara özüm
rəhbərlik etmişəm
və yenə də deyirəm, mənim üçün Prezident kimi bu vəzifədən daha ümdə vəzifə olmayıb heç vaxt. Bütün prezidentlik dövrümü də buna həsr etmişəm ki, biz torpaqlarımızı
azad edək, işğalçıları torpağımızdan
qovaq, haqq-ədaləti
və milli ləyaqətimizi bərpa
edək. Buna da nail olduq»
sözləri ilə keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin mövcud olduğu illərdə azərbaycanlılara, türkçülüyə
nifrət hissindən yaranan erməni vəhşiliyinin qurbanlarını
da xatırladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə erməni
milliyyətçilərinin apardıqları mənfur
siyasətinin qarşısının
dərhal alındığını
diqqətə çatdırdı.
« Ulu Öndər
çalışırdı ki, burada yaşayan
azərbaycanlıların hüquqları
təmin edilsin. Ancaq o, 1980-ci illərin sonlarında siyasi səhnədən gedəndən
sonra bizim başımıza bu bəla gəldi. Yəni, o, istefa verəndən iki həftə sonra erməni separatçıları
baş qaldırıb
bizə qarşı ərazi iddiası ilə çıxış
etmişdilər. Əfsuslar
olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd
yanaşdı. Faktiki olaraq fəaliyyətsiz idi və separatçılar
daha geniş imkanlara malik oldular. Mərkəz, yəni Sovet İttifaqının rəhbərliyi
onların tərəfində
idi, ovaxtkı Dağlıq Qarabağı
Azərbaycandan ayırmaq
üçün bütün
çirkin əməllərindən
də çəkinmirdi.
Burada xüsusi komitə yaradıldı və o komitə faktiki olaraq Qarabağı Azərbaycandan
ayırmaq üçün
bir vasitə idi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı
kimi, müstəqilliyimiz
elan olunandan dörd ay sonra
Xocalı soyqırımının
törədilməsi erməni
məkrinin, vəhşiliyinin,
barbarlığının nəticəsi
idi. Qeyd olunduğu kimi, əgər Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə vaxtında hakimiyyətə
gəlməsəydi və
o vaxt müharibə dayanmasaydı, bəlkə
də daha da böyük ərazilər işğal
altına düşərdi.
Artıq işğaldan
azad edilmiş ərazilərdə bərpa-quruculuq
işləri Böyük
Qayıdış Proqramında
əks olunan mərhələlər üzrə
davam etdirilir. Ən əsası odur ki, quruculuq
konsepsiyası Azərbaycanın
öz gücü, daxili imkanları hesabına həyata keçirilir. Ballıca kəndi bərpa olunan və keçmiş köçkünlərin
qayıtdığı 10-cu yaşayış məntəqəsidir.
Hətta bu yerləri görməyən
gənclərin, uşaqların
doğma torpaqlarına
həvəslə qayıtmaları
xalqımıza məxsus
torpağa bağlılıqdan,
mənəvi keyfiyyətlərimizə
sadiqlikdən qaynaqlanır.
Xocalı faciəsi heç vaxt qaysaqlanmayan yaramız olsa da, torpaqlarımızın
işğaldan azad edilməsi erməni qatillərinə verilən
layiqli cavab xalqımıza təskinlik,
şəhidlərimizin ruhuna
hörmətdir.
Prezident İlham
Əliyevin «Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı
qəddarlıq göstərən,
dinc əhalini məhv edən erməni cinayətkarları
məhkəmə qarşısında
cavab verəcəklər»
sözləri də reallaşıb. Xocalılılara
ən böyük təskinlik isə soyqırımını törədən
vəhşilərin, qaniçənlərin,
quldurların törətdikləri
cinayətlərə görə
Azərbaycanın ədalət
məhkəməsi qarşısında
cavab vermələridir.
Necə deyərlər,
«Alma məzlumun ahını, çıxar
ahəstə-ahəstə.»
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 26 fevral, №35.- S.2.