Sumqayıt hadisələri,
20 Yanvar
faciəsi,
Xocalı soyqırımı…
Rusiya imperiyasının, türk
qanına susamış
ermənilərin Azərbaycan
xalqına qarşı
mərhələlər üzrə
törətdikləri bu
qətliamlar misli görünməmiş vəhşilik
nümunəsidir
1988-ci ilin fevral ayının 19-dan etibarən İrəvanda «Ermənistanı türklərdən təmizləməli!», «Ermənistan yalnız ermənilər üçündür!» çağırışları ilə başlayan kütləvi mitinqlər, ondan bir həftə əvvəl - fevralın 13-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində «miatsum» bağırtıları ilə start götürən aksiyanın davamı idi. Xankəndidə erməni millətçilərinin Azərbaycan torpaqlarını özününküləşdirmək planlarının ilk addımları olan «miatsum» çağırışlarını Kremldan idarə edən yüksək rütbəli erməni ideoloqları Qarabağın əsl sakinləri olan azərbaycanlılara qarşı «Səlib yürüşü»nə başladılar.
Soydaşlarmızı doğma yurdlarından zorla qovan daşnaklar
diqqəti başqa səmtə yönəltməklə
xəyanətlərinə haqq
qazandırmağa çalışırdılar.
Tez alovlanan «milli münaqişə» ilə bağlı məkrli planlarını işə salan daşnaklar müxtəlif
millətlərin bir ailə kimi yaşadıqları Sumqayıtı
hədəf seçdilər.
Soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi şəkildə
zorla çıxarıldıqları,
qətlə yetirdikləri
vaxta təsadüf edən Sumqayıt hadisələri sovet hakimiyyətinin başqa respublikalarda həyata keçirdiyi xəyanətlərin
daha ağır formada davamı idi. Xatırladaq ki, o dövrdə SSRİ ərazisində milli münaqişələr zəminində
törədilən Sumqayıt
hadisələri yeganə
hal deyildi.
Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya, Cənubi Osetiya münaqişələri, Pribaltika
hadisələri, Moldovada
Dnestryanı münaqişəsi,
Tacikistanda vətəndaş
müharibəsi kimi təxribatlar nəticəsində
1991-ci ilin dekabrında
SSRİ dağıldı... Dağlıq Qarabağın
Azərbaycandan qoparılıb
Ermənistana birləşdirilməsi
üçün zəmin
hazırlayan ermənilərin
baş ideoloqu, yenidənqurma illərində
ermənipərəst Mixail
Qorbaçovun iqtisadi məsələlər üzrə
müşaviri, akademik
Abel Aqanbekyan 1987-ci il noyabrın 17-də Parisdə Erməni Fransa İnstitutunun və Erməni Veteranları Assosiasiyasının
SSRİ-nin rəhbərinin
şərəfinə təşkil
olunmuş mərasimdə
ümumerməni arzusunu
açıqladı. Mixail
Qorbaçova «Mən istərdim ki, respublikanın şimali –qərbində yerləşən
Qarabağ Ermənistanın
olsun. O, Azərbaycana nisbətən Ermənistana
daha çox bağlıdır. Mən
bu istiqamətdə bir təklif irəli sürmüşəm.
Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin
problem öz həllini tapacaqdır» sözləri ilə müraciət edən müşavir daşnakların
əbədi arzusu olan «böyük Ermənistan» ideyasının
gerçəkləşdirilməsi üçün ilk addımı atdı. Daşnaklara dəstək göstərməklə əli
azərbaycanlıların qanına
batan Mixail Qorbaçovun ermənilərdən
betər ermənilik edən arvadı Raisa Qorbaçovanın təhriki və yardımı, millətçi
Zori Balayanın, Silva Kapitukyanın rəhbərliyi ilə hazırlanan plan gerçəkləşdirildi.
Sumqayıtın 70 illiyi münasibətilə
keçirilən mərasimdə
o dövrdə baş
verənləri xatırladan
Prezident İlham Əliyev ermənilərin
xəyanətkar siyasətlərinin
məqsəd və məramını da açıqladı: «1987-ci ildə
Heydər Əliyev vəzifədən gedəndən
sonra iki həftə keçməmiş
erməni millətçiləri
Dağlıq Qarabağı
Azərbaycandan ayırıb
Ermənistana vermək
haqqında beynəlxalq
mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar.
Artıq Dağlıq
Qarabağda separatçı
meyillərə elə
bil ki, yaşıl
işıq yandırıldı.
Heydər Əliyev vəzifədən gedəndən
3 ay sonra Sumqayıt hadisələri
baş vermişdir. Sumqayıt hadisələri
də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər
Əliyev hakimiyyətdən
getsin.» Sonrakı illərdə aparılan təhqiqatlardan aydın oldu ki, milli
zəmində qarşıdurma
və qırğın
törətmək üçün
Sumqayıtın seçilməsi
təsadüfi deyilmiş.
Sumqayıtı «etnik savaş poliqonu»na çevirmək üçün
münbit şərait
mövcud olduğundan
təxribatı həyata
keçirmək daha asan olardı. Milliyyətcə erməni
olan, hadisələr zamanı erməniləri qətlə yetirən, 3 dəfə məhkum olunan Eduard və
Albert Qriqoryan qardaşlarının təşkilatçılığı
ilə Sumqayıt hadisələri törədildi.
1988-ci il fevralın
27-29-da Sumqayıt şəhərində
baş vermiş məlum hadisələrin fəal iştirakçılarından
olan Eduard Qriqoryan həyat təcrübəsi olmayan sadəlövh gəncləri
ətrafına cəmləşdirib
onlara rəhbərlik edərək, «ermənilərə
ölüm» çağırışları
ilə əvvəlcədən
hazırlanmış siyahıya
əsasən erməni
millətindən olan şəhər sakinlərinin
evlərinə hücumlar
təşkil etdi. Ermənilərin öldürülməsində,
evlərin talan edilib, yandırılmasında,
millətlərarası münasibətlərin
qızışdırılmasında fəallıq göstərən,
hamının «Edik» kimi tanıdığı
təxribatçı Eduard
Qriqoryan olsa da, günahkar kimi cəzalandırılan,
hadisələrin əsl
mahiyyətini dərk etməyərək, ümumi
axına qoşulan azərbaycanlı gənclər
oldu. Rus əsilli hakimlərin əlüstü keçirdikləri
«şou» təsəvvürü
yaradan məhkəmənin
hökmü ilə günahı olmayan Əhməd Əhmədov
adlı Sumqayıt sakini güllələnməyə
məhkum edildi. Taleh İsmayılov 15 il azadlıqdan məhrum edildi. Digər sumqayıtlı Elçin Gəncəliyev
istintaq zamanı verilən işgəncələrə
tab gətirməyərək
intihar etdi. Nəticədə 3 minə
yaxın günahsız
Sumqayıt sakini həbs edildi. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb
edildi. 94 nəfər barəsində isə cinayət işi açıldı. Sumqayıt
hadisələri zamanı
32 adam həlak olmuş, 400 nəfər xəsarət almış,
200-dən artıq mənzil
talan edilmiş, 50-ə
qədər mədəni-məişət
obyekti dağıdılmış,
40 maşın zədələnmişdi.
Sonradan bəlli oldu ki, ermənilərin
fitvası və əlləri ilə öldürülənlər şovinist,
terrorçu, separatçı
«Krunq» və «Qarabağ» təşkilatlarına
pul verməkdən imtina edən ermənilər idi.
Əsl qatil
E. Qriqoryan isə guya, azadlıqdan məhrum edilərək Ermənistana təhvil verildi və az müddətdən sonra sərbəst buraxıldı. Sonradan araşdırılan arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları,
SSRİ DTK-nın agentləri
olan Sarkisyan, Osipov (Osipyan) adlı ermənilər, Sumqayıt hadisələrində
fəal iştirak etmiş digər sovinistlər sonralar Orta Asiya respublikalarına
«ezam olunmuşlar.» Bu agentlər sonradan Özbəkistan və Qırğızıstanda
törədilən hadisələrdə
iştirak etmişlər.
Sumqayıtdan sonra Fərqanədə, Oşda
və keçmiş
SSRİ-nin digər yerlərində etnik zəmində baş vermiş hadisələrdən
aydın olur ki, müsəlmanlara qarşı nifrətdən
yaranan oxşar təxribatlar eyni mərkəzdən təşkil
və idarə edilmişdir.
Beləliklə, görkəmli publisist Ömər Faiq Nemanzadənin hələ
1906-cı ildə «İrşad»
qəzetində dərc
olunan məqaləsindəki
«Ermənilər, necə
olursa –olsun özlərinin Ermənistan
yaratmaq planlarını
mütləq həyata
keçirəcəklər və məqsədə nail olmaq üçün
bizi Yerevandan, Qarabağdan, Qarsdan qovub çıxartmağa
cəhd göstərəcəklər.
Biz bilməliyik və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa
hazırdırlar. Onlar
təxribatlara əl ataraq, müsəlmanları
özlərinə qarşı
qalxmağa təhrik edəcək, bilərəkdən
böyük itkilərə
yol verəcək, sonra da bütün
Avropaya özlərini
yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək
üçün ah-nalə
çəkərək zarıyacaqlar.
Onlar öz cinayətləri üçün
tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün
yollar arayacaqlar» sözləri təəssüf
ki, Sumqayıt hadisələrinin, 20 Yanvar
faciəsinin, Xocalı
soyqırımının timsalında
özünü doğrultdu.
Hiyləgər erməni millətçiləri
təxribat maşınlarını
işə salaraq azərbaycanlıları barbar,
qəddar, qaniçən
millət kimi qələmə verdilər.
Daşnaklar Xocalıda
kütləvi şəkildə
qətlə yetirdikləri
azərbaycanlıların fotolarını
erməni ölüsü
kimi beynəlxalq ictimaiyyətə təqdim
etdilər. Beləliklə,
Azərbaycan torpaqlarının
işğalı ilə
bağlı planın
ilk hədəfi olan Sumqayıt hadisəsi baş tutdu. Səbəb isə bu idi
ki, guya ermənilər Azərbaycanın
tərkibində təhlükəsiz
şəraitdə yaşaya
bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan qoparılıb
Ermənistana birləşdirilməlidir.
Edikin qətlə yetirdiyi ermənilərin xatirəsini əbədiləşdirmək
üçün Xankəndidə
əvvəlcədən hazırlanmış
«Sumqayıt qurbanları»
adlı abidə ucaldıldı. Azərbaycan
xalqının simasında
«vəhşi millət»
obrazını formalaşdırmaq
üçün hazırlanan
bu abidə erməni məkrinin daha bir ifadəsi
idi. Amma ermənilər unutdular ki, haqqın, zülmün səsini heç bir silahın gücü, əmrlə, hiylə ilə susdurmaq olmaz. Bu cür
baş tumarlamalardan daha da arxayınlaşan
qaniçən ermənilər
İkinci Qarabağ müharibəsində qazandığımız
Zəfərlə layiq
olduqları cəzalarını
aldılar. Sumqayıt
hadisələri zamanı,
həmçinin Ballıqayada,
Başlıbeldə, Ağdabanda
Malıbəylidə, Yuxarı
Quşçularda, Aşağı
Quşçularda, Qaradağlıda,
Xocavənddə vəhşicəsinə
qətlə yetirilən
soydaşlarımızın qisası alındı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində
qazandığımız Qələbə
ilə tarixi ədaləti bərpa edən Azərbaycan xalqı Sumqayıt hadisələrini, 20 Yanvar
qırğınlarını, Xocalı soyqırımını
törədən ermənilərə,
işğalçılara havadarlıq
edən imperiyaya layiq olduqları cavabı döyüş meydanında, mərdi-mərdanə
verdi. Hiyləgər, məkrli ermənilərdən
fərqli olaraq Azərbaycan xalqı gücünü, qüdrətini
təcavüzkarı diz
çökdürməklə göstərdi. Erməni vandalizminin əsl simasını açıq-aşkar
dünyaya bəyan etdi.
Fransız yazıçısı
Aleksandr Dümanın
(Ata): «Ermənilər
fikirlərini, niyyət
və duyğularını
gizli saxlayan, hiyləgər, kələkbazdırlar.
Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq
edərlər”» sözlərini
real həyatda hay məkrinə, hiyləgərliyinə üstün
gəlməklə bildirən
xalqımız erməni
vandallarının Azərbaycanda
törətdikləri qəddarlıqları
əyani olaraq xarici qonaqlara göstərir.
Məğlub olsalar da ermənizmin
mahiyyəti olan hiyləgərliklərini təxribatları
ilə davam etdirən sarkisyanlar, koçaryanlar, paşinyanlar
və onların tör-töküntülərinin xəbislikləri həmişə
olduğu kimi, Vətən müharibəsində
də özlərinə
qənim oldu. Çox təəssüf
ki, etdikləri xəyanətlərdən nəticə
çıxarmaq bu millətin xarakterində yoxdur və olmayacaq da. Alman
səyyahı Alferd Kertenin «Türklərlə
iş görəndə
sözlə danışmaq
kifayətdir, müqavilə
bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq
müqavilə bağlayın,
erməni ilə belə bir fikriniz
olarsa, onda heç bir sənədləşmə aparmağın
əhəmiyyəti yoxdur,
sadəcə şərə
rast gələcəksiniz.
Erməni ilə rastlaşmaq təhlükəlidir,
onu yuxuda görmək də xeyir gətirmir» sözləri ilə tanış olanlar fars şairi Sədi Şirazinin bu sözlərini unutmasınlar: «Erməni yer üzünün ilanı, insanlığın
düşmənidir.»
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 28 fevral, №37.- S.4.