Bərpa işlərinin analoqu yoxdur
Böyük Qayıdış
Qarabağ və Şərqi
Zəngəzurda yeni orta
sahibkarlıq subyektlərinin
sayı 7 dəfədən
çox artıb
İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış
Azərbaycanın 2030-cu ilədək
5 Milli Prioritetindən biri
kimi müəyyən
olunub. 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur
bu gün özünün yeni inkişaf
dövrünü yaşayır.
İşğaldan azad
edilmiş ərazilərə
Böyük Qayıdış
üzrə I Dövlət
Proqramı uğurla icra olunur. İki
gün əvvəl Prezident İlham Əliyevin
Ağdam, Əsgəran,
Xankəndi və Xocalıya səfəri zamanı gördüyümüz
mənzərə bunu
bir daha təsdiqlədi.
Dövlət başçımız bu
ərazilərdə yeni infrastruktur
layihələrinin təməlini
qoydu. Eyni zamanda, Prezident Xocalı rayonunun Ballıca kəndində sakinlərlə görüşdü
və bir daha bəyan etdi ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti
yaratmaq dövlətimizin
borcudur. Prezidentin yerli əhali ilə səmimi görüşü, sakinlərin
qonağı olması
xüsusi əhval-ruhiyyə
yaratmaqla yanaşı,
həm də keçmiş məcburi köçkünlərə mənəvi
dəstəkdir. Bütün
keçmiş məcburi
köçkün soydaşlarımız
işğalın, müharibənin
ağır nəticələrindən
əziyyət çəkib.
Amma dəhşətli soyqırıma
məruz qalan Xocalı sakinlərinin əziyyətini dövlət
başçımız xüsusi
vurğuladı. “Bütün
azad edilmiş ərazilərimiz kimi, Xocalını azad etmək də hər zaman gündəlikdə
duran məsələ
olub” söylədi.
2023-cü ilin sentyabrında
23 saatlıq antiterror əməliyyatından
sonra azad olunan Xocalıda bu gün sürətli
bərpa-quruculuq işləri
aparılır. İşğaldan
sonra artıq bərpa olunan 10-cu yaşayış məntəqəsi
kimi Ballıca kəndinə də yeni həyat qayıdıb. Burada 460 keçmiş köçkün yerləşib,
137 ev bərpa edilib və əlavə təqribən
60-a yaxın ev də bərpa olunacaq.
Ümumiyyətlə, keçmiş məcburi köçkünlərin
doğma torpaqlarına
qayıtması, orada layiqli şəkildə yaşaması üçün
genişmiqyaslı tədbirlər
görülür. Dövlət
başçımızın da bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış
fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Ümumilikdə, Qarabağ
və Şərqi Zəngəzurda yaşayan
insanların sayı oraya qayıdan məcburi köçkünlərin
sayı ilə məhdudlaşmır. Belə
ki, hazırda bu bölgədə aparılan
bərpa-quruculuq işlərinin
miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların,
aqroparkların tikintisinə,
müxtəlif infrastruktur
layihələrinin həyata
keçirilməsinə minlərlə
işçi qüvvəsi
cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində
6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu
Qarabağ Universitetində
çalışır və
ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər
və təhsil alanlardır. Ümumiyyətlə,
azad edilmiş ərazilərdə həyata
keçirilən işlərdə
20 min nəfərdən çox
insan çalışır.
Qeyd olunan rəqəmləri ümumiləşdirsək,
belə bir nəticəyə gəlmək
olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən
30 min insan məskunlaşıb.
Bütövlükdə 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda
140 min insan yaşayacaq.
Azad olunmuş ərazilərə
qayıdan insanların
məşğulluğunun təmin
olunması da əsas prioritetlərdən biridir.
Yaşayış kompleksləri
ilə yanaşı, istifadəyə verilən
və yeni inşa olunan sosial obyektlər
həm də yeni iş yerləridir. Təsadüfi deyil ki, ölkə başçısının
Xankəndiyə səfəri
zamanı burada fəaliyyət göstərən
və mütləq əksəriyyəti qadınlar
olmaqla 200-dən çox
işçisi olan tikiş fabriki ilə də tanış oldu. Yeri gəlmişkən, Xankəndidə, eyni zamanda, mütəmadi olaraq peşə hazırlığı kursları
da təşkil olunur və kursları uğurla başa vuran şəxslər tikiş fabrikində işlə təmin olunur. Ümumiyyətlə,
Qarabağ və Şərqi Zəngəzurda
yeni orta sahibkarlıq subyektlərinin sayı 7 dəfədən çox
artıb. Ötən
il Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində 29 yeni orta
sahibkarlıq subyekti yaradılıb ki, bu da
2023-cü illə müqayisədə
7,3 dəfə çoxdur.
Qarabağ iqtisadi rayonunda 87 (22,5 faiz çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 (2,3 dəfə çox) orta sahibkarlıq subyekti olub.
Göründüyü kimi, həm infrastruktur qurulur, həm yaşayış məntəqələri
bərpa edilir, həm də istehsal və xidmət sahələri tikilir. Məqsəd odur ki, azad edilən
ərazilərə köçürülən
insanlar paralel olaraq işlə təmin edilsin. Məsələn, bərpa
və quruculuq işləri çərçivəsində
bölgədə 2 nəhəng
sənaye parkı yaradılıb. Həm Cəbrayıldakı "Araz
Vadisi İqtisadi Zonası", həm də Ağdamdakı eyniadlı Sənaye Parkı bölgənin iqtisadi aktivliyini artırmağa, oraya köçürüləcək əhalinin dayanıqlı
iş yerləri ilə təmin edilməsinə hesablanıb.
Artıq bu sənaye parklarında bir neçə müəssisə fəaliyyətə
başlayıb və istehsal olunan məhsullardan Qarabağ və Şərqi Zəngəzurun yenidən
qurulmasında istifadə
edilir. Ağdam Sənaye Parkında indiyədək ümumi investisiyaların həcmi
260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən
sənaye parkında, ümumilikdə, 2 min 300-ə yaxın
iş yerinin yaradılması nəzərdə
tutulur. Ötən müddətdə sahibkarlar
tərəfindən sənaye
parkına 92 milyon manatdan çox investisiya yatırılıb.
Bunun da hesabına parkın
ərazisində fəaliyyətə
başlamış 9 müəssisədə
370-dən artıq daimi
iş yeri yaradılıb
Bir sözlə, burada həyata keçirilən
bütün tədbirlərin
məqsədi öz doğma yurduna qayıdan soydaşlarımızın
layiqli həyat şəraitini təmin etməkdir. Uğurla həyata keçirilən
Böyük Qayıdış
strategiyası yeni infrastrukturun
yaradılması ilə
yanaşı, işğaldan
azad olunmuş əraziləri ümumən
regionun yeni inkişaf modelinə çevirməkdən
ibarətdir. İllər
boyu vətən həsrəti ilə yaşayan soydaşlarımızın,
onların övladlarının
öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması əvəzedilməz
hissdir.
Sevinc Azadi
İki sahil.- 2025.- 28 fevral, №37.- S.5.