Yurdumuzu qoruyan ordumuz qəhrəmanlıq
salnaməmizin müəllifidir
Silahlı Qüvvələrimiz İkinci
Qarabağ müharibəsində qazandıqları Zəfərlə
XXI əsrin beşinci nəsil müharibə tarixini
yazdılar
Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da
qüdrətlənməsi istiqamətində
apardığı islahatları
uğurla davam etdirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi sərkərdəlik
missiyasını da şərəf
və ləyaqətlə davam etdirir.
Varlığımızın, müstəqilliyimizin
qarantı, sərhədlərimizin qoruyucusu, ölkədə sabitliyin təminatçısı
olan Silahlı Qüvvələrimizin Aprel döyüşlərində,
İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətin, hərbi
hazırlığın, ən müasir döyüş
texnikalarını idarətetmə
qabiliyyətinin beynəlxalq ekspertlər tərəfindən etiraf
edilməsi bir
reallığı əks etdirir: Azərbaycanın Silahlı
Qüvvələri Gənubi Qafqaz bölgəsinin ən güclü ordusudur.
Dünyada sayılıb-seçilən ordular
sırasında adının
çəkildiyini rəşadəti,
hərbi hazırlığı, döyüş təcrübəsi, ən müasir hərbi avadanlıq
və texnika ilə təmin
olunması ilə təsdiqləyən Silahlı Qüvvələrinin əsgər
və zabitləri XXI əsrin
beşinci nəsil müharibə tarixini yazdılar.
2016-cı ilin Aprel
döyüşlərində , 2018-ci ilin mayında baş verən Günnüt əməliyyatlarında gücünü göstərən ordumuzun qüdrəti düşməni
qorxuya saldı. Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun
Ordunun müdafiə zolağının ön xəttinin
dövlət sərhədi boyu əlverişli mövqelərə
irəli çəkilməsi Ermənistanı daha da
sarsıtdı.
2020-ci ilin iyulunda Tovuz
rayonu istiqamətində təxribatlar törətməklə
özlərinə qəbir qazan Ermənistanın
sınıq-salxaq ordusu
onları gözləyən gücün, qüdrətin
qarşısında təslim
oldular. Ali Baş Komandan İlham Əliyevin
vurğuladığı kimi, hər
gün irəliyə gedən Azərbaycan əsgərləri
qarşısında tab gətirə bilməyən ermənilərin
fərarilərdən ibarət cılız dəstələrinə
başçılıq edən, sinələrini dəmirlərlə
bəzəyən zabitləri
belə ilk günlərdən
məhvə məhkum olduqlarını ağılların belə
gətirə bilmədilər
2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsində Müzəffər
Ali Baş Komandan İlham Əliyevin
başçılığı ilə Azərbaycan Ordusunun
qazandığı şanlı Qələbə təkcə
Azərbaycan tarixində deyil, dünyanın hərb
tarixində də mühüm izlər qoydu. Cəmi 44
gün davam edən İkinci Qarabağ döyüşlərində
düşmənə sarsıdıcı zərbələr
vuran, Kəlbəcəri,
Laçını və digər əraziləri silah işlətmədən siyasi qüdrəti,
diplomatiyasının gücü ilə azad edən Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni səhifələr
yazıldı. Bölgədə yaratdığı yeni geostrateji və geosiyasi
üstünlüklərini 2023-cü ilin sentyabrında Qarabağda cəmi 23 saat ərzində aparılan lokal
xarakterli antiterror tədbirləri sayəsində suverenliyini tam və
qəti təmin edən Azərbaycan Ordusunun şücaəti
hazırda dünyanın hərbi məktəblərində
öyrənilir, təhlil olunur.
Azərbaycan xalıqını yenilməz iradəsinin nəticəsi olan Xocavənd rayonunun Hadrut qəsəbəsində, Kəlbəcərdə yeni hərbi
hissələrin yaradılması ilə komando birləşmələrinin hazırlığının
artırlması istiqamətində islahatların davam etdirilməsi
müdafiə qüdrətimizin möhkəmlənməsinə
göstərilən diqqətin təzahürü idi. Hadrut əməliyyatından
sonra Füzulinin, Zəngilanın,
Qubadlının, Laçın
rayonunun cənub hissəsinin
işğaldan azad edilməsi ilə Şuşanın işğaldan azad olunmasını
tarixi hadisə adlandıran Prezident İlham Əliyevin
vurğuladığı kimi, dünyanın aparıcı
ölkələrinin ali hərbi məktəblərində
Şuşa əməliyyatı haqqında indi müzakirələrin
aparılması, Silahlı Qüvvələrimizin
döyüş taktikasının öyrənilməsi ordu
quruculuğunda davamlı
aparılan islahatların, ordumuzun ən müasir hərbi
texnika və avdanlıqlarla təmin olunmasının nəticəsidir.
Ermənistanla sərhəddə açılan hərbi hissələr
hesabına mövqelərimiz
möhkəmlənir, ordu quruculuğu prosesi sürətlə davam edir.
Müzəffər Azərbaycan Ordusu tarixi
missiyasını şərəflə yerinə yetirdi. Azərbaycan
xalqı haqq-ədaləti
öz gücü ilə bərpa edərək Ermənistanı
kapitulyasiya aktını imzalamağa məcbur etdi. Güclənən
maliyyə imkanları
hesabına Silahlı Qüvvələrimizin
ən müasir hərbi texnika, avadanlıqlarla təmin edilməsi iqtisadi müstəqilliyimizin, Ali
Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin
hazırlığına göstərdiyi diqqətin, xalq –ordu birliyinin, gənclərimizdə
daim yüksək olan vətənpərvərlik
ruhunun nəticəsidir.
«Bu gün Azərbaycan gəncləri vətənpərvər
gənclərdir, Vətənə bağlıdır və Vətən
müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi
Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət,
Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri,
müstəqillik dövründə yetişən gənclər
etdilər. Öz canlarını fəda edərək,
ölümə gedərək bunu etdilər» söyləyən
Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaq uğurunda şəhid olan gənclərimiz
öz qanları ilə Azərbaycanın qəhrəmanlıq
tarixinə yeni səhifələr yazdılar.
44 gün davam edən Vətən müharibəsində
30 illik işğala son qoyan
Silahlı Qüvvələrimiz
əcdadlarımızın ruhu və gələcək nəsillər
qarşısında tarixi missiyanı yerinə yetirdi. Ermənistan
ordusu 44 gündə darmadağın edildi. « Azərbaycan torpaqlarını
heç vaxt azad edə bilməz» iddiası ilə işğal etdikləri torpaqlarda əbədi
yaşayacaqlarını zənn edən ermənilərin,
onların havadarlırının sərsəm xəyalarını
cəarətləri, yenilməzlikləri ilə yox edən qəhrəman əsgər və zabitlərimiz
düşmənin «yenilməz
ordu mif»ni dağıtdılar.
Havadarları Fransanın dəstəyi ilə «möhkəmləndirdikləri»
istehkamlarını dəf etdilər. Ermənistanın
sınıq-salxaq hərbi texnikaslarının paytaxtımızda salınan Hərbi
Qənimətlər Parkında
hələ də yuxuya
getmələri şanlı ordumuzun
cəsarət salnaməsidir. Bu gün də Ermənistanda
özlərinə tərəfdaş toplayaraq hakimiyyətə
gəlmək istəyən bu ölkənin sabiq prezidentləri
Serjik Sarkisyanın, Robert Koçaryanın, hazırda Azərbaycan
ədalət məhkəməsi qarşısında cavab verən cinyətkarların
formalaşdırdıqları «ordularının» yasını tutmaları bir həqiqəti
subut edir: Ermənistan heç bir zaman qalib Azərbaycanla müqayisə
olunmayacaq dərəcədə zəif toplumdur. Prezident İlham Əliyevin «Ancaq biz
Serjiki məğlub etmişik, onu diz
çökdürmüşük, onun belini
qırmışıq. O, bizim qabağımızda, onun
qurduğu ordu bizim qabağımızda diz çöküb.
Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm.
Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən
danışır. Qafqazda kişilikdən danışır.
Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur.
Onlar gəlmədirlər, haradan gəliblər, hamı
yaxşı bilir. İkincisi, kişilikdən
danışırsansa, gəl kişi kimi buraya. Bax, mən
burada dayanmışam. Sənin «Madagiz”»
adlandırdığın Suqovuşanda dayanmışam.
Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub
banlamaqla özündən qəhrəman düzəldə
bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində
gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə
atsın. Onların heç bir qəpik də qiyməti yoxdur.
Ona ən yaxşı cəzanı da erməni xalqı verib,
2018-ci ildə bir təpiklə onu vəzifədən qovub»
sözlərini hələ də kreslo həvəsində olan
körpə qatili Serjik Sarkisyana
xatırlatmağın yeridir.
Ordu quruculuğu sahəsində bu gun də davam edən islahatlar
Müdafiə Nazirliyi tərəfindən hazırlanan Hərbi
Doktrina və «Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası»”
əsasında həyata keçirilir. Hərbi sahədə beynəlxalq əməkdaşlıq şaxələndirilmiş prinsiplər
əsasında müəyyənləşdirilir. Azərbaycan qonşu Türkiyə,
Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus,
ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və digər ölkələrlə hərbi, hərbi-texniki
və hərbi-siyasi sahələrdə əməkdaşlıq edir. Bu sahədə Türkiyə, Pakistan, İsrail dövlətləri,
NATO bloku ilə münasibətlər daha çox diqqəti cəlb
edir.
İkinci Qarabağ
müharibəsində də Azərbaycanın yanında olan
qardaş Türkiyə ilə Pakistanın siyasi, mənəvi
dəstəkləri xalqımıza, ordumuza güc verdi. 2010-cu
il sentyabrın 15-də imzalanmış «Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında» Müqavilə əsasında ” Azərbaycanla Türkiyə
arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının yaradılması ilə qarşıdakı illər
üçün nəzərdə
tutulan baza formalaşdırıldı. Şuşada imzalanan
Müttəfiqlik Bəyannaməsi ilə hərbi sahədə əlaqələrin daha da genişlənməsi
təmin olundu. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın
imzaladıqları Şuşa Bəyannaməsi Cənubi
Qafqazda strateji güc balansı və təhlükəsizliyin
təminatı üçün Türkiyənin hərbi
iştirakının vacib olduğunun təsdiqi idi. İki
ölkənin silahlı qüvvələrinin müştərək
fəaliyyətlərinin planlaşdırılması,
müdafiə sənayesi sahəsində əməkdaşlığın
gücləndirilməsi, ölkəmizdə Türkiyə hərbi sənayesinin
istehsalı olan «Bayraktar”» pilotsuz uçuş
aparatlarının istehsalı
ilə bağlı razılıq əldə olunması iki
qardaş ölkə arasındakı hərbi əməkdaşlığın
davamlı olacağını
bildirir. Türkiyə ilə Azərbaycanın müxtəlif sahələri əhatə
edən hərbi birləşmələrinin birgə
iştirakları ilə «TUR-AZ»,
«Sarsılmaz dostluq» adlı təlimlər hərbi sahədə
əməkdaşlığın daha bir nümunəsidir.
Azərbaycanın hərbi sahədə və xarici
siyasətdə mühüm tərəfdaşlarından
biri olan Pakistan İslam
Respublikası təkcə beynəlxalq
arenada deyil, hərbi , müdafiə sahəsində də
ölkəmizi dəstəkləyir.
Türkiyə kimi Pakistan da daim Azərbaycanın
yanında olan qardaş ölkədir. Bu yaxınlarda
Laçında hər
üç dövlətin liderlərinin iştirakı ilə Zirvə
görüşünün keçirilməsi bu birliyin
sarsılmazlıq nümunəsidir.
NATO ilə «Sülh Naminə
Tərəfdaşlıq»” proqramı çərçivəsində
əməkdaşlıq , münaqişələrin baş
verdiyi ölkələrdə sülhyaratma missiyasında iştiak edən Azərbaycanın
hərbçilərinin
hazırılığının Şimali Atlantika Alyansının mütəxəssisləri
tərəfindən yüksək dəyərləndirilməsi
müdafiə qüdrətimizə verilən qiymətdir.
İsrail dövləti ilə hərbi əməkdaşlıq
da Azərbaycanın beynəlxalq
hərbi strategiyasında mühüm yer tutur. Ötən il Qazaxıstanın,
Özbəkistanın, Azərbaycanın,
Qırğızıstanın və Tacikistanın, Qazaxıstanda birgə
iştirakı ilə keçirilən «Birləşdik – 2024»”
hərbi təlimləri Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin müdafiə qüdrətinin təzahürü
idi.
Hər il iyun
ayının 26-da
paytaxtımızda, respublikanın hər yerində Silaşlı Qüvvələr
Gününün əsl bayram kimi qeyd olunması xalq-ordu
birliyinin təzahürüdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin « Əgər Ermənistan
sərhədlərin müəyyən edilməsi işində
yenə də öz köhnə taktikasına qapılsa, vaxt
uzatmağa çalışsa, nəticədə özü
peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist
qüvvələrin hərəkətlərinə diqqətlə
baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın
başında mənim sözlərim yazılıb: «Dəmir
yumruq” yerindədir, bunu heç kim unutmasın”» sözləri qarşıdakı illərdə
bir çox hərbi hissələrin açılış mərasimlərində
səslənəcək.
Xuraman İsmayılqızı
İki sahil .- 2025.- 1 iyul (¹110).- S.3.