Yekaterinburq cinayəti: “Velikorus
şovinizmi”nin müasir siması
Rusiyanın qeyri- millətlərə qarşı zorakılıq, təzyiq siyasətini yalanları ilə pərdələyən, Hind okeanında «ayaqlarını yumaq»
arzusunu özü ilə məzara aparan gorbagor Jirinovskinin
davamçıları olan medinskilər, solovyovlar, zatulinlər
ərazi bütövlüyünü və suverenliyini tam bərpa
edən, regionda yaratdığı yeni reallıqları ilə
diqqəti cəlb edən Azərbaycanın
uğurlarını həzm edə bilmirlər
Son günlərdə
Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlı ailələrə
qarşı keçirilmiş
qanunsuz əməliyyatlar,
göstərilən vəhşiliklər,
fiziki təzyiqlər
Rusiyanın antimüsəlman,
islamofob siyasətinin, miqrantlara qarşı
dözümsüzlüyünün
ifadəsidir. Yekaterinqburdan sonra Vorenejdə eyni əməliyyatların
təkrarlanması göstərir ki, Rusiyada humanizm Ukrayna ilə davam etdirilən
müharibənin alovlarında yanıb kül olmuşdur.
Hadisələr bəlli
olduğundan əlavə izaha
ehtiyac qalmır. Tibbi ekspertizanın
nəticələrindən də aydın olur ki, artıq cənazələri Azərbaycana gətirilən Səfərov
qardaşları Rusiyanın təhlükəsizlik xidmətinin
əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək, işgəncələrə
məruz qalaraq qətlə yetirilmişlər. Ailənin bəzi
üzvlərinə qarşı ağlasığmaz dərəcədə şiddət göstərilmiş,
müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Hadisələrə nəzər salmaqla, bəzi məqamlara aydınlıq gətirməklə bir həqiqət təsdiqlənir:
Rusiyada insan hüquqlarının qorunması, öz vətəndaşlarına
diqqət elə «ruscadır.»
Hazırda
çoxsaylı suallardan ən maraqlısı hadisələrin
hansı səbəblərdən və məhz indi niyə
törədilməsidir. Bəllidir
ki, Ukrayna ilə müharibə
aparan Rusiyanın müdafiə
potensialı tükəndikcə, əsgəri heyəti azaldıqca hərbi kontingentə ehtiyac da
artır. Orta Asiyadan və Cənubi Qafqazdan olan
qeyri-rus xalqlarının
nümayəndələrinin
müharibə zonasına
göndərilməsini ən
asan, optimal seçim hesab
edən Kremlin səlahiyyətliləri «miqrant ovu»
variantına
üçtünlük verirlər. Bu variantın həlli yolları da bəllidir.
Onlar saxta ittihamlarla həbs edilir, sonra «azad olunmaları»
üçün alternativ imkan
kimi orduya yazılmaq təklif edilir.
Beynəlxalq aləmdə görünməyən,
amma Rusiyada tətbiq olunan «əvəzli ədalət sistemi»ndə bu ölkənin hüquq
normaları, Konstitusiyaya riayət, vətəndaşların
hüquqlarının qorunması nədənsə yada
düşmür. Tələb də, seçim də dəyişilməzdir: Cəbhə,
yaxud cəza. Sistemli xarakter alan,
insan resurslarının
çatışmazlığının təzahürü
olan bu prinsip ölkədə
sosial gərginliyi artırmaqla milli azlıqlara
qarşı ədalətsizliyin iyrənc formasıdır.
Yekaterinburq hadisələri
təsadüfən baş verməyib. Müxtəlif zamanlarda azərbaycanlılar da daxil olmaqla bu
ölkə üçün canlı qüvvə olan müsəlmanlara qarşı həyata keçirilən guya vətəndaşlıq qeydiyyatlarının
«yoxlanılması», soydaşalırımızın
çoxluq təşkil etdikləri bazarlarda, iri ticarət mərkəzlərində qanunsuz
«reydlərin» keçirilməsi, paqonlular tərəfindən piştaxtaların vəhşicəsinə dağıdılması Yekaterinburq
hadisələrinin anonsu idi. Həştərxanda
keçirilən beynəlxalq tədbirə dəvət
olunmuş Milli Məclisin deputatı
Azər Badamovun sərhəddə saxlanılması
protokol qaydalarının pozulması olmaqla siyasi motivli xəbərdarlıq idi.
Azərbaycan tərəfi
bu hadisəyə etiraz etsə də, Rusiyadan hələlik rəsmi açıqlama
yoxdur. Azərbaycanın
mülki təyyarəsinə qarşı insidentin
Rusiya tərəfindən törədilməsi subuta
yetirilsə də rəsmi
Kremlin cinayəti öz üzərinə götürməməsi
də narahatlıq doğuran məsələlərdəndir. Rusiya mediasında davamlı xarakter
alan anti-Azərbaycan
kampaniyası da deyilənlərə əlavə olunsa
bir həqiqət təkzibedilməzdir:
Məqsədli, sistemli şəkildə həyata keçirilən siyasi, ideolji təxribatların
qanlı səhifəsi hələ
ki, Yekaterinqburq, qismən də Voronejdir.
Əsası olan bu
faktları təsadüfən sadalamadıq. Rusiya Prezidentinin
köməkçisi Vladimir Medinski «Russia Today» kanalına
müsahibəsində Qarabağ bölgəsini «mübahisəli»
ərazi adlandırması,
keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə
bağlı faktları təhrif etməsi də təsadüfi deyil. Medinskinin müttəfiq,
eyni zamanda, müstəqil
dövlət kimi tanınan Azərbaycan
haqqında bilərəkdən
qərəzli, şovinist mahiyyətli fikirlər səsləndirməsi
Yekaterinburq hadisələrinə hazırlığın
gedişi, cinayət əməllərinə
haqq qazandırmaq bəhanəsidir.
Bütün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların
Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi
kimi tanıdığı bir zamanda
Medinskinin bu «kəşfi»,
qərəzli iddiaları siyasi
manipulyasiyadan başqa bir şey deyildir. Görünür, Hind okeanında «çəkmələrini
yumaq» arzusunu özü ilə məzara aparan gorbagor
Jirinovskinin davamçıları olan medinskilər, solovyovlar,
zatulinlər ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edən, regionda yaratdığı yeni
reallıqları ilə diqqəti cəlb edən,
Qafqazın siyasi, iqtisadi, hərbi
güc mərkəzinə çevrilən, dünyanın
enerji və nəqliyyat xəritəsini təşəbbüsləri
və müəllifi olduğu layihələri ilə dəyişən
Azərbaycanın diplomatik
uğurlarını həzm edə bilmirlər.
Qarabağın əzəli Azərbaycan torpağı
olması faktını tanımayan,
millətçi əhval-ruhiyyələrini «velikorus
şovinizmi» pərdəsi ilə aktuallaşdıran
rusiyalı rəsmilər
imperiyanın məhvə məhkum Cənubi Qafqaz siyasətlərinin
iflasa uğramaları ilə
barışa bilmirlər. Müsahibəsində Qarabağla Donbass arasında eyniləşdirmə
aparan Medinski Kreml sahibinə sədaqətini göstərmək istəyib.
Baş verən hadisələr fonunda Kremlin
Ermənistanın siyasi arenasında revanşist qüvvələri
fəallaşdırması, Cənubi
Qafqaz niyyətlərini
gerçəkləşdirmək üçün əl
altında saxladıqları bu
ölkənin sabiq prezidentləri Robert Koçaryanı, Serjik
Sarkisyanı yenidən hakimiyyət
uğrunda mübarizəyə cəlb
etməsi ölkəmizə
dolayısı yolla əzələ
nümayişi, Cənubi Qafqazda sülh səylərinə mane olmaq cəhdi, imzalanacaq sülh sazişinin
qarşısında qırmızı xətt,
şlaqbaumdur. Bu sadalananlar
isə bölgədə yeni
siyasi və informasiya mənzərəsi yaratmaqla Kremlin əvvəlki
iddalarının yenilənməsidir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin
maskalı əməkdaşlarının
Yekaterinburq şəhərində azərbaycanlıların
yaşadıqları mənzillərə xəbərdarlıq
etmədən, qapıları vəhşicəsinə
qıraraq içəri soxulma,
yoxlanış aparılması ilə bağlı
göstəriş olmadan əşyaların
dağıdılması, qadınlara məxsus zinyət əşlarının qarət
yolu ilə mənimsənilməsi kadrlarını yalnvz kriminal filmlərdə görmüşük. Hadisə nəticəsində soydaşlarımızın həbs
edilərək kütləvi işəgncələrə məruz
qalmaları, xəsarət alan gənclərin
tökülən qanlarını yaralıların özlərinə
təmizlətdirmələri də rusların dili ilə deyilsə « «oblavaların» qeyri-qanuniliyini
göstərir. Mənzillərə soxulan paqonluların özləri ilə ən islahedilməz, siyasi, kriminal
motivlərlə həbs edilən,
dövlət əhəmiyyətli
ifadələrin alınmasında, qatı cinayətkarlara qarşı
tətbiq olunan elektroşoklardan istifadə şovinzmdən, vəhşilikdən
də artıq qəddarlıqdır.
Azərbaycanla guya
strateji müttəfiqlik münasibətlərində olan
Rusiya polisinin Azərbaycan əsilli,
Rusiya vətəndaşlarına qarşı göstərdiyi
qeyri-insani davranışı
1905-ci ildə Sankt-Peterburqda çarizmin dinc əhaliyə qarşı törətdiyi Qanlı bazar gününü,
müsəlman xalqlarının qatı düşməninin adı ilə bağlı olan
«Stolıpin irticası»nı xatırladır. Etnik azlıqlara
qarşı törədilən bütün cinayətlərin sistemli şəkildə,
dövlət səviyyəsində
həyata keçirilməsi isə
dözülməzdir. Ən acınacaqlısı OMON qüvvələrinin
Yekaterinqburqda törətdikləri
hadisələr fonunda Azərbaycana qarşı ideoloji
kampaniyaların gücləndirilməsi, xalqımız
haqqında mənfi təsəvvürün yaradılmasıdır. Tibbi
ekspertizanın rəiyndə
qeyd olunduğu kimi, zorakılığa məruz qalan, küt
alətlə qətlə yetirilən
Ziyəddin və Hüseyn Səfərov qardaşlarının
başına gətirilən
faciəni guya özlərini pis hiss edərək
ölməsi kimi qələmə verən Rusiya mətbuatı
şovinist siyasəti müdafiə edir. Ekspertlər isə
haqlı olaraq qeyd edirlər ki, Yekaterinqburq hadisələri
kimi insidentlər müstəntiqlər
və ümumilikdə təhlükəsizlik qüvvələri
üçün böyük problemlər yarada bilər”.
Hadisə ilə
bağlı
narazılığını Rusiyaya bildirən Azərbaycan Xarici İşlər
Nazirliyinin bəyantında da
baş vermiş cinayət
faktına qanunlar , beynəxalq
hüquq normaları çərçivəsində obyektiv yanaşılması tələb olunur. Güclü, humanist, beynəlxalaq hüquq normalarına
, bəşəri dəyərlərə hörmətlə
yanaşan Azərbaycana
sözügedən insidentlə
bağlı izahatlar
deyil, soydaşlarımızla vəhşi
rəftar edənlərin ciddi cəzalandırılması
lazımdır. Yekaterinburqda həmvətənlərimizə
qarşı zor tətbqinin Voronejdə təkrarlanmasında məqsəd Rusiyanın digər bölgələrində
yaşayan azərbaycanlıları, ümumiyyətlə, müsəlmanları qorxutmaq, seçim
qarşısında qoymaqdır.
Xuraman İsmayılqızı
İki sahil .- 2025.- 2 iyul (¹111).- S.7.