Azərbaycan polisi
xalqın və dövlətin güvənc yeridir
Polis peşəsi ağır peşədir, bir tərəfdən
cəsarət, şəxsi mətanət, ikinci tərəfdən
bilik, dərrakə, təhsil və təcrübə tələb
edir.
Ulu Öndər Heydər Əliyev
Mənim polisim məni qoruyur. Bu məşhur və məzmunlu
deyim özündə yalnız hüquqi məna kəsb etmir, həm də
insanın güvənc yeri, etimad yeri kimi anlaşılır.
Polis sözü həm də əmin-amanlığın,
siyasi sabitliyin sinonimidir. Bəli, dövlət və xalq
qarşısında vicdanla xidmət edən polislər
üçün bu, yalnız peşə deyildir, həm də
özünü hər zaman fədakarlığa hazırlayan
insanların həyat tərzidir desək yanılmarıq.
Yazımızı polislərə ona görə həsr etdik
ki, bu gün peşəkar fəaliyyəti qəhrəmanlıqlarla
dolu olan Azərbaycan polisinin yaranmasından 107 il ötür.
Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanına əsasən,
1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili
İşlər Nazirliyinin tərkibində ilk polis
orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan
Polisi Günü elan edilib.
Azərbacanın dahi oğlu, böyük dövlət
xadimi Heydər Əliyev polis orqanlarının fəaliyyətinə
hər zaman xüsusi önəm verib, onların
inkişafı və müasirləşməsi istiqamətində
mühüm islahatlara imza atıb. Bu dahi şəxsiyyət polis orqanlarını dövlətin
dayaqlarından biri hesab edib, onun gücləndirilməsini
hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən
biri kimi qiymətləndiririb. Məhz Ulu Öndərin rəhbərliyi
dövründə daxili işlər orqanlarının
maddi-texniki bazası gücləndirilib, kadr islahatları aparılıb
və polis əməkdaşlarının sosial müdafiəsi
ön plana çıxarılıb. Onun polis orqanlarına
göstədiyi diqqət və qayğı sayəsində xalq –polis birliyi və
tandemi yaranıb. Nəticədə Azərbaycan polisi cəmiyyətin
etimadını qazanan, sabitliyin və qanunçuluğun təminatçısı
olan bir quruma çevrildi. Ulu Öndər bu barədə
demişdir: «Azərbaycanın iqtisadi, elmi, mədəni,
intellektual potensialı ilə yanaşı, daxili işlər
orqanları sistemində də böyük potensial vardır.
Qeyd edim ki, müstəqilliyi təmin etmək
üçün bir neçə dövlət atributu
mövcüddur. Əgər onların biri ordudursa, digəri
müstəqil xarici siyasətdirsə, o birisi də Daxili
İşlər Nazirliyi, polis orqanlarıdır.» Həmçinin Ulu Öndər
polsin peşə fəaliyyətini belə qiymətləndirmişdir:
« Polis peşəsi ağır peşədir, bir tərəfdən
cəsarət, şəxsi mətanət, ikinci tərəfdən
bilik, dərrakə, təhsil və təcrübə tələb
edir.»
Ulu Öndərin Azərbaycanı qüdrətləndirməsinə
dair illər öncəki siyasi fəaliyyəti bu gün Onun siyasi varisi, Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkəmizin başçısı
peşəkar polislərimizin Vətən və xalq naminə
həyata keçirdikləri işləri hər zaman yüksək qiymətləndirib,
onlapın dövlətçiliyin
möhkəmləndirilməsində, ictimai asayişin
qorunmasında və cinayətkarlığa qarşı
mübarizədə mühüm rol oynadığını dəfələrlə
bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə
daxili işlər orqanlarında genişmiqyaslı islahatlar həyata
keçirilib, hüquq-mühafizə sisteminin müasirləşdirilməsi,
şəffaflığın artırılması və
peşəkarlığın yüksəldilməsi istiqamətində
ardıcıl tədbirlər görülüb. Dövlət
başçısının dəstəyi ilə bu gün
daxili işlər orqanları həm texniki imkanlar, həm də
insan resursları baxımından yeni inkişaf mərhələsinə
qədəm qoyub. Ölkəmizin başçısı bu barədə
deyib: «Cinayətkarlığa qarşı mübarizədə
polis işçiləri ön cəbhədədir. Bu gün
Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə
sabitliyin tam şəkildə bərqərar olunmasında,
asayişin yüksək səviyyədə qorunması
işində polis orqanlarının böyük xidmətləri
var. Mən polisin işini yüksək qiymətləndirirəm».
Əslində cənab Prezidentin bu sözləri polis
işçiləri üçün peşəkar fəaliyyətlərini
və vətənpərvərliklərini daha yüksəltmək
üçün əlavə stimul sayılmalıdır. Təbii
ki, Azərbaycan polisinin Vətən qarşısındakı
fədakar xidmətləri təkcə dinc dövrdə deyil,
həm də müharibə şəraitində də öz əksini
tapıb. Belə ki, həm Birinci Qarabağ müharibəsində,
həm də 44 günlük Vətən müharibəsində
polis əməkdaşları böyük şücaət və
qəhrəmanlıq nümunələri göstəriblər.
Onlar yalnız asayişin qorunması ilə kifayətlənməyib,
həm də ön cəbhədə,
hərbi əməliyyatlarda da fəal iştirak edərək əsl
vətənpərvərlik nümunələri göstəriblər.
Birinci Qarabağ müharibəsi zamanı təxminən 1700
polis əməkdaşı və hərbi qulluqçu qəhrəmancasına
şəhid olub, 1710 nəfər
müxtəlif dərəcəli xəsarətlər
alıb. 67 polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı
fəxri adına layiq görülüb. Eyni zamanda, 1143 nəfər isə müxtəlif
orden və medallarla təltif olunub. 44 günlük Vətən
müharibəsində Daxili Qoşunların şəxsi heyətindən
66 nəfər qəhrəmancasına
şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb.
Doğma torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda mərdliklə vuruşan Daxili Qoşunların əməkdaşlarından
1690 nəfər ölkə başçısının sərəncamları ilə
müxtəlif orden və medallarla təltif olunub. Onlardan
dördü Vətən Müharibəsi Qəhrəmanı
adına layiq görüılüb.
Azərbaycan polisi postmüharibə dövründə
işğaldan azad edilmiş ərazilərimizdə də
mükəmməl xidmət ilə fərqlənir. Bu gün
Qarabağa və Şərqi Zəngəzura davam edən
Böyük Qayıdış prosesində polislərimizin də
önəmli əməyi var. Belə ki, həmin ərazilərdə
asayişin təmin olunması, yeni köçən sakinlərə
xidmət Vətənə xidmət
borcu kimi qiymətləndirilir. Polislərimiz bu
yaşayış məntəqələrində təkcə
asayişi qorumaqla kifayətlənmir, həm də mina təhlükəsi
olan ərazilərdə əhalinin təhlükəsiz hərəkətinin
təmin edilməsində, strateji obyektlərin mühafizəsində,
bərpa-quruculuq işlərinin sabit şəraitdə həyata
keçirilməsində önəmli rol oynayırlar.
Hazırda Ağdam, Laçın, Füzuli, Şuşa,
Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcərdə
xidmət apararan plois əməkdaşlarının peşəkarlığı
və fədakarlığı sayəsində bu ərazilərdə
həyat tədricən normallaşır, vətəndaşlar
öz dədə-baba torpaqlarına qaytarılır. Bu fəaliyyət
yalnız təhlükəsizlik məsələsi deyil, həm
də dövlətin ərazi bütövlüyünün və
suvereliyinin real təminatı kimi strateji əhəmiyyət
daşıyır.
Azərbaycan polisi həm də çağdaş
dünyamızın inkşaf tendensiyasından vaxtında və
hərtərəfli qaynaqlanır. Xüsusilə onların
cinayətkarlığa qarşı fəaliyyətlərinin
keyfiyyətini yüksəltmək üçün ən
müasir texnika və avadanlıqlarla təminatı hər il
daha da genişlənir. Eyni
zamanda, ploislərin peşəkar fəaliyyətləri
üçün həm də hüquqi baza genişlənir,
Xüsusilə daxili işlər orqanlarının fəaliyyətində
şəffaflığın, peşəkarlığın və
intizamın daha da gücləndirilməsi istiqamətində
mühüm addımlar atılıb.
Son bir neçə ildə
daxili işlər orqanlarında struktur islahatları
aparılıb, şəxsi heyətin hazırlıq səviyyəsi
yüksəldilib, vətəndaş məmnunluğunun
artırılması əsas prioritetlərdən birinə
çevrilib. Eyni zamanda, cəmiyyətin təhlükəsizliyinin
təmin olunması, cinayətkarlıqla mübarizənin
gücləndirilməsi və müasir texnologiyaların tətbiqi
sayəsində cinayətkarlıqla mübarizədə xeyli
müsbət nəticələr var. Belə ki, 2024-cü ildə
əməliyyat-axtarış və istintaq fəaliyyətinin
subyekti olan dövlət qurumları üzrə 33.379 cinayət
qeydə alınmışdır. Onların 40,6%-i (13.550-i)
iqtisadi sahədə cinayətlər, 39,8%-i (13.273-ü) ictimai
təhlükəsizlik və ictimai qayda əleyhinə, 16%-i
(5.337-i) şəxsiyyət əleyhinə olan və s.
hüquqazidd əməllərdir. Cinayətlərin 85,8%-i
(28.652-i) böyük ictimai təhlükə törətməyən
və az ağır növlər təşkil
etmişdir.2023-cü il ilə müqayisədə qəsdən
sağlamlığa ağır zərər vurma 13,5% (-43),
oğurluq 39,3% (-2732), soyğunçuluq 36,3% (-74), narkotik vasitələrlə
bağlı cinayətlər 11,9% (-1177), ekoloji cinayətlər
9% (-27) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə
qeydə alınmış 31.526 cinayətin 90,3%-nin
açılması təmin edilmişdir. Ağır və
xüsusilə ağır cinayətlərin 87,3%-i,
qeyri-aşkar şəraitdə baş verənlərin 86%-i,
şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən
adam öldürmələrin 96,6%-i, adam öldürməyə
cəhdlərin 95,2%-i, qəsdən sağlamlığa
ağır zərər vurmaların 98,9%-i, mülkiyyət əleyhinə
olanların 83,3%-i, o cümlədən oğurluqların
69,4%-i, dələduzluqların 93,3%-i,
soyğunçuluqların 96%-i, quldurluqların 97,3%-i, hədə-qorxu
ilə tələb etmələrin 98,2%-i, avtonəqliyyat vasitəsini
qaçırma cinayətlərinin 98,5%-i, habelə
xuliqanlıqların 97,6%-i açılmışdır.
Keçmiş illərdən bağlı
qalmış 630, «isti izlərlə»
isə 4.037 cinayətin üstü
açılmışdır. Təqsirləndirilən şəxslərin
axtarışının nəticələri 0,1%
yaxşılaşaraq 87,9% təşkil etmiş, İnterpolun
Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq
axtarışa verilmiş 118 şəxsin və bu təşkilata
üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin
yeri müəyyən olunmuşdur. Bütövlükdə
müxtəlif cinayətlərə görə 16.725, o
cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan
247 şəxs tutularaq məhkəmə məsuliyyətinə
cəlb edilmiş, ağır və xüsusilə ağır
cinayətlər törətmiş 216 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 4 ton 714 kiloqram (+250 kq) narkotik
vasitə çıxarılmışdır. Ümumi çəkisi
436 ton 266 kq (+167 ton 385 kq) olan narkotik tərkibli bitki
yaşıl kütlə halında məhv edilmişdir.
Məhz bu sayılan müsbət faktlara rəğmən
demək olar ki, polis əməkdaşlarının
gündəlik fəaliyyəti cəmiyyətin sabitliyi və
təhlükəsizliyinin əsas hissəsidir. Sonda: bir məşhurun
dediyi kimi, əsl və peşəkar
polis üçün bu məqam vəzifədən
çox Vətənə və xalqa ürəkdən, həm
də fədakarcasına xidmət
üçün seçilmiş bir peşədir.
Elçin Zaman
İki sahil .- 2025.- 2 iyul (¹111).- S.4.