Milli Mətbuatın
yaranmasının 150 illiyi münasibətilə mediatur təşkil
olunub
Azərbaycan Milli Mətbuatının
yaranmasının 150 illiyi münasibətilə “İcbari
Sığorta Bürosu” Hüquqi Şəxslərin
İttifaqı (İSB) tərəfindən mətbuat nümayəndələri
üçün mediatur təşkil olunub.
Quba şəhərində baş
tutan səfərdə müxtəlif media qurumlarını təmsil
edən jurnalistlər iştirak ediblər. Mediaturun məqsədi
media nümayəndələrini icbari sığorta sahəsində
aparılan islahatlar, tətbiq olunan yeni strategiyalar və
innovativ yanaşmalar barədə məlumatlandırmaq, media ilə
əməkdaşlığı gücləndirmək olub.
Tədbirin açılışında
çıxış edən İSB-nin İcraçı
direktoru Vüsal Məsiyev media nümayəndələrini salamlayaraq
mətbuatın milli dəyərlərin qorunması və
ictimai şüurun formalaşdırılmasındakı rolunu
yüksək qiymətləndirib: “Milli mətbuatımızın
150 illik yubileyi ərəfəsində belə bir tədbirin təşkili
xüsusi əhəmiyyət daşıyır. İcbari
sığorta sahəsində maarifləndirmə işlərinin
genişləndirilməsində medianı mühüm tərəfdaş
hesab edirik. Bu cür təşəbbüslər jurnalistlərin
peşəkar inkişafına dəstək olmaqla
yanaşı, vətəndaşların sığorta
mövzusunda məlumatlılıq səviyyəsinin
artırılmasına da xidmət edir”.
Sonra İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri
Xanım Camalova “İcbari Sığorta Bürosu” Hüquqi
Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə
Sığorta Sektorunun İnkişaf Strategiyasının təqdimatını
keçirib.
Büronun digər rəhbər şəxsləri
İSB-nin fəaliyyət istiqamətləri barədə media
nümayəndələrinə maarifləndirici məlumat
veriblər.
Təqdimatdan sonra müzakirələr aparılıb,
media nümayəndələrinin sualları
cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri
təqdim olunub və xatirə şəkilləri çəkilib.
İki sahil .- 2025.- 3 iyul (¹112).- S.4.