Azərbaycan yeni
körpülərin qurulmasında əsas aktordur
Paytaxt Bakımızda, azad edilmiş ərazilərimiz
də daxil olmaqla bütün regionlarımızda
aparılan müasir
çağırışlara uyğun yenidənqurma işləri, təkmil
islahatlar Azərbaycanın innovasiyalar ölkəsi kimi
mövqeyinin möhkəmlənməsində əhəmiyyətli
rol oynayır
Prezident İlham Əliyev Ümumdünya Şəhər
Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi
dəyişdirək» mövzusunda
2022-ci ildə Polşanın Katovitse şəhərində
kecirilən 11-ci sessiyasında videoformatda
çıxışı zamanı Azərbaycanın Ümumdünya Şəhər
Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi
etmək arzusunda olduğunu bildirmiş və belə bir əminliyi
ifadə etmişdi ki, yüksək səviyyəli beynəlxalq
tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəyə
malik olan ölkəmizdə bu forumun keçirilməsi
uğurlu olacaqdır. Şəhərsalma sahəsində Azərbaycanın
təcrübəsi yüksək dəyərləndirilərək
Ümumdünya Şəhər Forumunun 13-cü
sessiyasının gələn il Bakıda keçirilməsi qərara
alındı. Cənab İlham Əliyev sözügedən
çıxışında onu da qeyd etmişdi ki, paytaxt
Bakının tarixi simasını qorumaqla bərabər, biz
onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə
nail olmuşuq. Bakının və
Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi
və yenidən qurulması zamanı
şəhərlərin inkişafı baxımından
yeni imkanlar və təcrübə əldə etmişik.
Ən gözəl şəhərlərdən biri hesab olunan
Bakı misilsiz memarlığı, park və bulvarları ilə
tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Bu reallığı da xüsusi qeyd etməliyik ki, Vətən
müharibəsində tarixi Zəfərimizdən sonra dayanıqlı şəhər
inkişafı ölkəmiz üçün daha böyük dəyər kəsb
edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik
işğalı zamanı şəhər və kəndləri
qəsdən dağıdaraq, hər bir mədəni və
dini abidəni talan edərək həmin əraziləri urbisid
və kultursidin bariz nümunəsinə çevirib. Dövlətimizin
başçısının bildirdiyi kimi, bəlkə də
İkinci Dünya müharibəsindən sonra şəhərlərin
bu miqyasda dağıdılması dünyanın heç bir
yerində baş verməyib. Azərbaycanın 9 şəhəri
və yüzlərlə kəndi yer üzündən silinib.
Ağdam şəhəri o dərəcədə
dağıdılıb ki, əcnəbi mütəxəssislər
onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri
işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada
bayrağımızı dalğalandırmağa bir dənə
də olsun tikili tapa bilmədi.
Hazırda Azərbaycan
müasir tarixinin mühüm mərhələsini- azad
edilmiş torpaqlarımızın bərpası və yenidən
qurulması prosesini yaşayır. Bu ərazilərdə
aparılan işlər şəhərsalmanın
müasir təcrübəsini dünyaya təqdim edir. Məlum
olduğu kimi, məcburi köçkünlərin
qayıdışı üçün ilk pilot layihə Zəngilan
rayonunun Ağalı kəndində
reallaşdırıldı. 2022-ci ilin may ayında Ağalı kəndinin
ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar.
Ağalı “ağıllı kənd”i dünyanın ən
müasir kəndlərindən biridir. İşğaldan azad
olunmuş Füzuli, Zəngilan və Laçın şəhərlərində
qısa müddətdə beynəlxalq statusa malik olan hava
limanlarının istifadəyə verilməsi bərpa-quruculuq
işlərinin əsas tərkib hissələrindən biri
oldu. Azad edilmiş şəhərlərimiz
Baş plan əsasında bərpa edilirlər. Bu da şəhərsalmanın
müasir təcrübəsinin tərkib hissəsidir.
Şuşa şəhərinin Baş planı onun möhtəşəm
tarixi irsinin qorunması üzərində quruldu. Ötən
il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
101-ci ildönümündə Şuşa şəhəri ilk
sakinlərini qarşıladı. Qarabağ bölgəsinin sənaye
mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin
üçün nəzərdə tutulmuş tamamilə yeni
şəhər inşa edilir. Tezliklə ilk «ağıllı
şəhər» olan Ağdam sakinlərinə
qovuşan şəhərlərimiz sırasında olacaq. Ərazisi 200 hektar təşkil edən
Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir,
sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan
şəhəri onun təbiətə inteqrasiyası və
park şəhərinə çevrilməsi baxışı
ilə inşa edilir. Ümumilikdə, bərpa-yenidənqurma
prosesində hədəf keyfiyyəti
və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf
mühitin qorunması prioritetlər sırasındadır. Məqsəd
Dayanıqlı İnkişaf Məqsədlərinə
uyğun olaraq inklüziv, təhlükəsiz,
dözümlü və dayanıqlı şəhər və
kəndlərin inşasıdır. Yeni şəhərlərdə,
kəndlərdə yaşamaq və işləmək şəraiti
vəhdət təşkil edəcək.
Prezident İlham
Əliyev bildirir ki, Azərbaycan tərəfindən belə
iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş
ərazilərimizi şəhər inkişafı sahəsində
mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan
bu sahədə nəhəng təcrübəsini beynəlxalq
ictimaiyyətlə bölüşəcək. Bununla
yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma
sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq
dəstək bizim üçün mühüm əhəmiyyətə
malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində
tək olmadığı ilə bağlı
inamımızı gücləndirəcək.
Artıq 2026-cı ildə
Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma
Forumuna hazırlıq işlərinə artıq
başlanılıb. Dünya Şəhərsalma Forumu şəhərsalma
sahəsində ən böyük beynəlxalq tədbirdir.
Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə
ixtisaslaşmış təşkilatı olan UN Habitatdır.
Ötən il Bakıda
keçirilən COP29 iqlim konfransında da şəhərsalma
mövzusu əsas müzakirə mövzularından biri oldu. Gələcək
COP tədbirlərində də bu istiqamətdə işlər
davam etdiriləcək. 2026-cı ilin may ayında
Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində
bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər
tədbirlərin keçirilməsi
planlaşdırılır. Hazırlıq işləri
artıq koordinasiyalı şəkildə həyata
keçirilir və tədbirin yüksək səviyyədə
təşkilinə xüsusi diqqət yetirilir. 13-cü
Dünya Şəhərsalma Forumu 2026-cı il mayın 18-22
tarixlərində keçiriləcək.
Paytaxt Bakımız hər
zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini
yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini
yenidən bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər
Heydər Əliyev xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə
sabitliyin bərpası ilə iqtisadi durumun
yaxşılaşdırılması istiqamətində
atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlərin
sayının artmasına, Azərbaycanın böyük
investisiyalar məkanına çevrilməsinə səbəb
oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən
bu günəgək islahatlar prosesinin dərinləşməsinə
geniş imkanlar yaratdı. Dövlət
başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə
marağı atılan hər addımda öz təsdiqini
tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının
hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb.
Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini
təmin etdiyi kimi, paytaxtımızın, şəhər və
kəndlərimizin simasının dəyişilməsinə də
töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin,
eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi
ilə liderliyini qoruyur. Belə ki, dünyanın «Ən
yaşamalı şəhərlər»inin reytinq cədvəlində
və hesabatında yer alan şəhərlər arasında
Bakının adının çəkilməsi Azərbaycanda
aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin «Mən demişəm, bir daha demək
istəyirəm ki, vaxt gələcək deyəcəyik ki,
Bakı dünyanın ən gözəl şəhəridir»
sözləri bu gün reallıqda öz əksini tapır.
Hesabatlarda bu fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan
təkcə enerji resurslarının zənginliyi ilə deyil,
həm də yüksək səviyyədə ev sahibliyi etdiyi
mötəbər tədbirlərlə də dünyanın
diqqətini cəlb edir. Ən mühüm beynəlxalq tədbirlərin
keçirildiyi məkan kimi uğur qazanan Azərbaycan
haqqında söylənilən «Baxın indi Azərbaycana. Belə
möcüzəli iqtisadi inkişaf kimin ağlına gələrdi»
sual yaradan fikirləri artıq bu gün «Azərbaycan iqtisadi
inkişaf baxımından möcüzələr ölkəsidir»
çağırışı əvəzləyir. Dünyada
tanınan elm, mədəniyyət ictimaiyyətinin iştirak
etdiyi forumlarda, dialoqlarda, simpoziumlarda iştirak edən
qonaqların qitələri birləşdirən Azərbaycanı
sivilizasiyalararası dialoq mərkəzi, ənənələri
olan ölkə kimi yüksək dəyərləndirmələri Avropa mədəniyyətini Şərq
dəyərləri ilə sintez edən ölkəmiz
haqqında təsəvvürlərin
nə qədər yüksək olduğunu nümayiş
etdirir. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan daim əməkdaşlıq
məkanı kimi yeni körpülərin qurulmasında əsas
aktordur. Ümummilli Lider Heydər Əliyevin
düşünülmüuş və gələcəyə
hesablanmış siyasəti daim Azərbaycanın
qarşısında yeni imkanlar
açır. Ölkəmiz hərtərəfli
inkişafı, bütün sahələrdə zəngin təcrübəsi
ilə dünyanın diqqətindədir. Dövlətimizin
başçısı İlham Əliyev daim bu
çağırışı edir ki, əldə edilən
uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Təbii ki, bu inkişaf paytaxtdan
başlayaraq bölgələri də əhatə edir.
«Bakının özünəməxsus, spesifik aurası,
tarixi, tarixi siması vardır» söyləyən cənab
İlham Əliyevin imzaladığı Bakı şəhərinin
və onun qəsəbələrinin, həmçinin
regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının uğurlu
icrası nəticəsində paytaxtımızın memarlıq
abidələri Şərq üslubu saxlanılmaqla bərpa
edilir, müasirliklə qədimliyi tamamlayan yeni binalar tikilir,
bölgələrimizin siması tamamilə dəyişir,
şəhərlə kənd arasında fərq müəyyən
mənada aradan götürülür. Dövlət
proqramlarında müəyyənləşdirilən hədəflərin
zamanında və yüksək səviyyədə
reallığa çevrilməsi bu gün həm paytaxt
Bakımızın, həm də regionların
inkişafında özünün aydın ifadəsini
tapır. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi
ilə paytaxtımızda həyata keçirilən
abadlıq-quruculuq işləri, şəhər sakinlərinin,
qonaqların, turistlərin istirahəti üçün
salınan parklar, qədim memarlıq abidələrinin bərpası
və təmiri Bakını dünyanın ən gözəl
şəhərlərindən birinə çevirib.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün
paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə
əsas prioritet məsələ olan işğaldan azad
edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində
qurulmasından da bəhs edirik. 44 günlük İkinci
Qarabağ müharibəsində tarixi Zəfərimizdən
sonra qarşıda dayanan əsas vəzifələrdən biri
30 ilə yaxın torpaq həsrəti ilə yaşayan
soydaşlarımızın öz doğma yurd-yuvalarına
qayıdışlarının təmin edilməsidir. Dövlət
başçısı İlham Əliyevin Sərəncamı
əsasında təsdiqlənən “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də
qarşıdakı dövr üçün prioritetlər və
onların icra mexanizmləri öz əksini tapıb.
Böyük Qayıdışın qısa zamanda
reallığa çevrilməsi, işğaldan azad edilmiş
ərazilərdə müasir və abad yaşayış
mühitinin formalaşdırılması üçün
atılan addımlar sistemli xarakter daşıyır. Yeni
yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi
bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası
ölkəmizin dayanıqlı inkişafına dəstək
olacaq.
Ötən il
dünyanın diqqətini
Azərbaycana yönəldən COP29 ölkəmizin malik
olduğu imkanların təqdimatında əhəmiyyətli
rol oynadı. Azərbaycanın yaşıl enerjiyə
keçidi təqdir edildi. Dövlətimizin
başçısı İlham Əliyev COP29-un Liderlər
Sammitindəki çıxışında bir daha bu
çağırışı etdi ki, biz yaşıl
keçidin güclü carçısı olacağıq və
bunu edirik.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki,
bütün regionlarımız, o cümlədən 5 ildir tarixi sahibinə qovuşan
torpaqlarımız yeni inkişaf dövrünü
yaşayır. Dövlətimizin başçısı hər
bir yeni təcrübənin ölkəmizə gətirilməsini
və tətbiqini qarşıya mühüm vəzifə kimi
qoyub. Qalib, bütövləşən Azərbaycana hansı
sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi
şəraitində davamlı uğurları görərik. Azərbaycan
bu gün təkmil dirçəliş modeli, eyni zamanda,
müasir şəhərsalma təcrübəsi ilə
dünyanın diqqətindədir. Müxtəlif
çağırış və qeyri-müəyyənliklər
qarşısında iqtisadi cəhətdən inkişaf edə
biləcək davamlı şəhərlərin qurulması ilə
bağlı strategiyaların müzakirəsinə həsr edilən,
fikir mübadiləsi və əməkdaşlıq
üçün müxtəlif maraqlı tərəfləri,
ekspertləri, siyasətçiləri və icmaları bir
araya gətirən forumlara
paytaxt Bakımızın, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizin
ev sahibliyi özündə bütün məqamları ehtiva
edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə
daim yeni əlavələr edir.
Qürurvericidir ki, dayanıqlı gələcəyin
şəhərləri gələn il Bakıda müzakirə ediləcək.
Məzmununa və əhatə dairəsinə görə
Ümumdünya Şəhər Forumu BMT-nin İqlim Dəyişikliyi
üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən
böyük və strateji əhəmiyyətli qlobal platforma
hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili
yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma,
dayanıqlılıq və ətraf mühit sahələrində
Azərbaycanın artan liderliyini nümayiş etdirəcək.
Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin,
siyasətçilərin, ekspertlərin bir araya gələcəyi
universal platformaya çevriləcək və gələcək
nəsillər üçün innovativ şəhər modellərinin
müzakirə olunacağı mühüm dialoq məkanı
rolunu oynayacaq. Bakı bu mötəbər tədbirin ev sahibi
olmaqla artıq formalaşmış şəhər inkişaf
konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək
imkanı qazanacaq.
Yeganə Əliyeva
İki sahil .- 2025.- 3 iyul (¹112).- S.4.