14 iyul 1969-cu il: Azərbaycandan
dünyaya uzanan yolun başlanğıcı
Dövlətçilik tariximizə «Heydər Əliyev yolu» kimi
yazılan salnaməni uğurları ilə zənginləşdirən Prezident İlham Əliyev ata vəsiyyətinə
sadiq qaldı , Azərbaycanı dünyaya tanıtdırdı
«1969-cu il iyulun 14—Bastiliyanın alınması
günündə Bakıda Azərbaycan Kommunist Partiyası MK-nin Plenumu
açıldı. Yayın
dözülməz bürküsündən nəfəsi
daralan şəhərə
bundan bir gün əvvəl Sov. İKP. MK-nın
katibi İvan Vasilyeviç
Kapitonov gəlmişdi. O partiyanın kadr məsələlərinə
baxan əsas şəxs idi və onun səfərləri adətən
yeni rəhbərlikdə dəyişikliklərlə bağlı olurdu . Bakıya səfəri
də istisna deyildi.» ( Nikolay
Zenkoviç. Heydər Əliyev. Tale yolları.)
Əslində burada gizli saxlanılması elə bir məsələ də
yox idi. Azərbaycanda hamı bilirdi ki, on il respublikaya
başçılıq etmiş Azərbaycan KP. MK-nın
Birinci katibi, Vəli Axundov vəzifədən gedir.
Yeni katibin kimliyi ilə bağlı ictimai rəy müxtəlif olsa da
sual dəyişilməz idi:
Birinci katibi kim əvəz edəcək?
… Sovet
ideologiyasının illərdən bəri qorunan kadr siyasəti
belə idi ki, vəzifəni təhvil
verən şəxsdən potensial imkanlara malik xələfi ilə
bağlı fikir, rər öyrənilir, nəzərə alınmasa belə
yeni kadr barədə müəyyən fikir formalaşırdı. Kremldə
söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə
o zaman respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri Heydər Əliyev üzərində
dayanmasına Vəli Axundov münasibətini bu sözlərlə
bildirmişdi: «Yoldaş
Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə
yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə-
həm siyasi, həm də işgüzar keyfiyyətlərə
malikdir.»
Bu seçim təsadüfi deyildi. O dövrdə
İttifaqda DTK böyük nüfuza malik idi. Azərbaycanda bu sahəyə
başçılıq edən
Heydər Əliyev onun üçün gözlənilməz
olmuş bu xəbərə
münasibətini bu sözlərlə bildirmişdi:
«Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi olmaq asan iş deyil. Ona görə də istəmirəm.»
Sonradan bu
görüşün təfərrüatlarını
xatırlayan Heydər Əliyev söyləyirdi ki, ki,
Sov İKP MK-nın Baş katibi Leonid İliç Brejnev
onun etirazlarını qəbul etməmişdir: « Hiss olunurdu
ki, o özü
üçün artıq qərar qəbul edib. Siyasi Büro
da mənim namizədliyimi müzakirə edərək vahid rəyə gəlmişdi ki, respublikanın indiki vəziyyətində
ən münasib namizəd
Əliyev olar…Yəqin ki, mənim
üstünlüyüm
DTK-da işləməyim,
şəxsi işimin təmizliyi,
qazandığım etimad, azərbaycanlıların
sevgisi idi.»
Beləliklə, 14 iyul
1969-cu ildə keçirilən plenumda
Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçildi.
Təhsili etibarı ilə
tarixçi olan bu şəxs, şübhəsiz ki, öz
ölkəsinin əsrlərə
söykənən keçmişini yaxşı bilirdi. 25 il məxfi
xidmətdə çalışdığından
xalqının digər - daim dəyişdirilən
və hər yeni rəhbər üçün onun ürəyi
istəyən tərzdə yenidən
yazılan əsl tarixindən xəbərdar idi. O
dövrün tələbi başqa idi. Kremldə oturanlar
göstəriş verirdilər ki, Azərbaycan xalqının
hansı məhşurlarını
sevilən qəhrəmanlar hesab etmək olar,
hansıların yox. Lakin Heydər
Əliyev bilirdi ki, xalqın taleyində yeri, izi, rolu
olanları mənfi, müsbət
anlamda kateqoriyalara bölmək tarixin özünə xəyanətdir
Respublikanın yeni rəhbəri
kimi Azərbaycanın inkişafı
və canından artıq sevdiyi
xalqı üçün məsuliyyəti öz üzərinə
götürən Heydər
Əliyev bilirdi ki, məxfi xidmət
orqanının başçısı olmağın məsuliyyətindən fərqli
olan respublikaya rəhbərlik
ikiqat çətindir. Ölkəni siyasi, iqtisadi cəhətdən
inkişaf etdirmək, xalqın
maraqlarını qorumaq üçün dövlətçilik
təcrübəsi lazım idi.
İttifaq miqyasında
geridə qalan respublika olan Azərbaycanı iqtisadi
gerilikdən, böhrandan
çıxarmaq səriştə, dövlətçilik təcrübəsi
tələb edirdi. Amma Vətənə
bağlılıq, işinə
məsuliyyət , vətəndaşlıq borcu bütün çətinliklərə
üstün gəldi. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə
verilən ən dəyərli qiymət isə
tanınmış siyasətçilərin bu sözləri oldu: Azərbaycan xalqının bəxti
onda gətirdi ki, bu millətin lideri, Azərbaycanın
siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu Əliyev oldu.
İlk gündən illərdən bəri
yığılmış problemlərin həlli
yollarını müəyyənləşdirən
respublikanın rəhbəri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti
başçılarına müyəssər olmayan nailiyyətlərə
də imza atdı.
Ulu Öndər Heydər
Əliyev iki dəfə Azərbaycana rəhbərlik
etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə. Birinci mərhələdə
respublikada aparılan inkişaf sürətinə görə «Azərbaycan iri addımlarla irəliləyir!»
şüarının həyatımızın bütün
sahələrinə şamil
olunması Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsi idi. Bütün respublikaların eyni mərkəzdən, Kremlin
göstərişlərinə uyğun planlı iqtisadiyyat
üzrə idarə olunduğu bir məqamda adi qərarın
belə sərbəst qəbulu
üçün cəsarət
tələb etdirildiyi bir zamanda Ulu Öndərin Azərbaycanın gələcəyi
naminə apardığı
siyasət qarşıdakı onilliklərə
hesablanırdı. Heç bir müttəfiq respublika rəhbərinin adi təşəbbüs
qaldırmağa imkanının
olmadığı o illərdə
Azərbaycanın dotasiyasız yaşayan respublika olduğunu, ölkənin istehlakdan artıq məhsul istehsal
etdiyini uğurlu dövlətçilik təcrübəsi
ilə təsdiqləyən Heydər Əliyev ən kiçik imkandan istifadə etməklə qüdrətli
Azərbaycanın müstəqilliyi üçün zəmin
hazırlayırdı. Respublikaya rəhbərliyə
başladıqdan sonra xalq təsərrüfatının
bütün sahələrində
gedən prosesləri sürətləndirən, milli gəlirdən
istifadəni düşünülmüş şəkildə
tənzimləyən Heydər Əliyev neft, yanacaq- energetika sahəsinin inkişafına
xüsusi diqqətlə yanaşırdı. Qəsa müddətdə ölkə sənayesinin inkişafı naminə
kompleks proqramlar həyata keçirildi, strateji istiqamətlər qabaqcıl beynəlxalq təcrübəyə əsasən
təkmilləşdirildi.
Yenilikləri liderlik təfəkkürü,
bacarığı ilə təsdiqləyən Ulu Öndərin təşəbbüsü
ilə o zamanlarda nəinki Qafqazda, Rusiyanın ən
iri şəhərlərində belə olmayan məişət kondionerləri
zavodunun inşası Azərbaycan üçün
böyük nailiyyət idi. Sonralar «Bilirsiniz, mən xoşbəxtəm ki,
bizim zavodun tikintisində əməyim olub. Həmin zavod artıq on beş ildir
işləyir, çoxdan öz xərcini çıxarıb,
respublikaya mənfəət gətirir.
Bir dəfə Afrikanın lap cənubuna, Mozambikə səfər etmişdim və orada
Azərbaycan kondisionerlərini gördüm. Sonralar Bakı
markası ilə kondisionerlər
planetimizin ən müxtəlif nöqtələrində-
Koreyada, Vyetnamda, Anqolada rastıma
çıxırdı və mən gördüyümüz
işə görə həqiqətən, iftixar hissi
duyurdum» söyləyən Ulu Öndər Azərbaycanı dünyada
tanıdan xarici əlaqələrin əsasını
qoydu. Bu baxımdan Azərbaycanın
tarixində «Əliyev
dövrü ən məhsuldar illər olub» deyimində
böyük həqiqət
vardır. Respublikaya yenilik ruhu ilə rəhbərlik edən,
sosial-iqtisadi, mədəni həyatın bütün sahələrində
müasir texnologiyaların tətbiqinə çalışan
Ulu Öndər Azərbaycan
iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesini
inkişaf etdirdi. Ölkəyə
başçılıq etdiyi birinci mərhələdə yanacaq-energetika kompleksinin
inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı
vəsait qoyuluşunu artırmaqla
aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsinə
çevirdi. Neft sənayesi,
neftmaşınqayırma, elektronika sahəsi inkişaf
etdirildi. 1970-ci ildən başlayaraq
yeni yataqların kəşfi,
müasir qazma metod və üsullarının Azərbaycanda tətbiqi gücləndirildi. Təcrübəsi İttifaq
miqyasında nümunə
göstərilən Heydər Əliyevin təşəbbüskarlığı və müəllifliyi ilə tərtib olunan «Azərbaycanda
neftayırma sənayesinin yenidən qurulması» proqramı
planlı şəkildə həyata
keçirildi. Onun xidmətləri sayəsində Xəzər dənizində
perspektivli yataqların kəşfi istiqamətində aparılan
tədqiqat işləri sürətləndi, üzən qazma
qurğuları alındı, «Şelf» seriyalı dəniz
qazma qurğularının quraşdırılması
mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə
başlanıldı. 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə
qayıdışı ilə
«Əsrin müqaviləsi»nin imzalanmasına nail olan
Ümummilli Liderin neft strategiyasının həyata
keçirilməsi ilə xalqlar
arasında əməkdaşlıq,
dostluq və həmrəylik
körpüsü yaradıldı.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin
qorunmasını diqqətdə saxlayan Ulu Öndəri əbəs yerə
türk dünyasının
böyük oğlu adlandırmırlar. Azərbaycana rəhbərliyi illərində
milli təfəkkürü formalaşdıran, mənəvi dəyərlərimizin
qorunub saxlanılması üçün vətəndaşlıq
yanğısı ilə xalqına
bağlılığını hiss etdirən müdrik siyasətçi Azərbaycana
rəhbərliyinin birinci
dövründə imperiyanın təsir və təzyiqlərinə
baxmayaraq respublikamıza intibah dövrünü
yaşatdı.
Sosial-iqtisadi həyatın
bütün sahələrinin gerilədiyi, mənfi meyillərin
güclənərək getdikcə daha dərin kök
saldığı, hakimiyyət uğrunda gizli rəqabətin
artdığı bir dövrdə
rəhbərliyə gələn Ümummilli Lider Heydər
Əliyev ilk növbədə iqtisadi potensialın
dağılmasının, ictimai-siyasi həyatda
yaranmış tənəzzülün, xalqın mənəvi-posixoloji
vəziyyətinə mənfi təsir göstərən amillərin
qarşısını aldı. İdarəetmə
strukturlarında çalışan məmurların milli
kadrlar hesabına formalaşdırılmasına diqqət
artırıldı.
Bütün hallarda Azərbaycanın müstəqil
dövlət olacağına inamı tükənməz olan
Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli hərbi kadrların hazırlanmasına
xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı
Qüvvələrimizin elə bir
xidmət sahəsi yoxdur ki,
orada Ulu Öndər Heydər
Əliyevin daim öyündüyü
Cəmşid Naxçıvanski adına məktəbin
yetirmələri ləyaqətlə, şərəflə
xidmət etməsinlər. Bu baxımdan hərbi məktəbin məzunlarının
da qəhrəmanlıq göstərdiyi 44 gınlük Vətən
müharibəsindəki Qələbəmizdə Ulu Öndər Heydər Əliyevin
xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnmələri
üçün keçmiş
Sovet İttifaqının nüfuzlu ali məktəblərinə
göndərilməsi ilə ölkənin ixtisaslı kadr
potensialının əsası qoyuldu. Ümummilli Lider Heydər
Əliyev 1993-cü ildə
hakimiyyətə qayıtdıqdan sonra da ilk
diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu
olmuşdur.
Totalitar sistemin yaratdığı
çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm
iradə sahibi olan Heydər Əliyev Azərbaycanda
yaradıcı insanlara sərbəst düşünmək və
təşəbbüslərini
tam ifadə edə bilmək imkanı yaratdı. Görkəmi
ilə nümunə göstərilən mədəniyyət
ocaqları inşa olundu, tarixi şəxsiyyətlərimizə
hörmət əlaməti olaraq mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri yaradıldı. Milli məfkurə, azərbaycançılıq
ideologiyası
formalaşdı. Bakıda
İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin
təşkilinin təşəbbüskarı da uzaqgörən siyasətçi Heydər
Əliyev idi. Onun səyi ilə 1978-ci il
Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili
statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə
geniş tətbiqi, klassiklərin
İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan
mədəniyyətinin təbliği milli dövlətçiliyimizin
ideya təməli, dövlətçilik siyasətinin
başlıca istiqamətləri kimi diqqətdə
saxlanılırdı.
Onun Azərbaycana
rəhbərlik etdiyi birinci mərhələdə respublikanın 250-dən çox sənaye müəssisəsində istehsal olunan 350 adda müxtəlif ünvanlı sənaye məhsulları
dünyanın 65 ölkəsinə ixrac olunurdu. Ağıl və zəkasından mənəvi silahı kimi istifadə edən, təcrübəsi, siyasi
bacarığı, fenomen istedadı ilə fərqlənən
tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər
sırasında adı çəkilən Ümummilli Lider Heydər
Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığı müasir Azərbaycanın müstəqilliyi,
beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət
və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.
Kremlin təzyiqlərindən
qorxmayaraq fərdi təqaüdçü
kimi 20 Yanvar hadisələrinə etirazını Moskvada Azərbaycanın
Daimi Nümayəndəliyindəki
tarixi çıxışı ilə bildirən Ulu Öndər
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla adını müstəqilliyimizin
əbədi qarantı kimi tarixə yazdı, vətəndaşlıq
sevgisini, dünya şöhrətli dövlət xadimi olduğunu qətiyyətli
islahatları ilə təsdiqlədi.
Amma o illərdə milli
xəyanətkarlarımız Heydər Əliyev
dühasından qorxaraq onun hakimiyyətə
qayıdışını özlərinin məhvi hesab edərək
ölkədə çaxnaşmalar yaratdılar. O vaxt iqtidarda
olan AXC-Müsavat cütlüyünün xəyanətkarları
təxribatlarla, Gəncə hadisələrini törətməklə
Ulu Öndərin Bakıya qayıtmasına mane olmağa
çalışdılar.
1995-ci il iyunun 15-də Ali Sovetin Sədri seçilən Heydər Əliyevə «Heydər bəy, ... Sizin Ali Sovetin
Sədri olmağınız vəziyyətdən
çıxmaq üçün bizə - mən bir millət vəkili
kimi mənə və mənim yoldaşlarıma,
bütünlüklə Azərbaycan xalqına qarant verə
bilərsiniz, yoxsa yox?» kimi xəyanətkar
suallara qətiyyətlə cavab
verən Ulu Öndər bildirmişdi ki, Bakıya öz
vicdanımın, ən çox da xalqın təkidi və tələbi ilə,
Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin
xahişi ilə dəvət olunmuşamsa, demək mən
burda, bu işlərin həll olunması üçün
bütün imkanlarımdan istifadə edəcəyəm: «Bu barədə heç kəsin
şübhəsi olmasın. Burada bu məsələnin
müzakirəsində cürbəcür sözlər deyib, by
məsələnin ayrı-ayrı istiqamətlərə
yönəldilməsi məndə çox ciddi
narazılıq doğurur. Mən Naxçıvandan bura
özüm gəlməmişəm. Məni bura dəvət
eləyiblər, məndən dəfələrlə İsa Qəmbər,
Pənah Hüseynov və Azərbaycanın Prezidenti
Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim
burda bir vəzifə tutum, bərabər bu məsələlərin
həll olunmasında iştirak edim. Neçə gündür
ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən
imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə
də mən hiddətlənirəm ki, bəzi adamlar, on
gündür ki, Azərbaycan bərbad vəziyyətdədir,
barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər,
kabinetlərdə cürbəcür işlərlə məşğul
olurlar, indi də başlayıblar işarə verməyə
ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo
tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm…
Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm.
Bu gün də deyirəm. Bu dəqiqə burdan
çıxıb gedə bilərəm. Ancaq bəzi
adamların heç bir iş görmədən zalda oturub bu
ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi
məni hiddətləndirir.»
Belə də oldu, Azərbaycan Ali Sovetinin Sədri, sonra isə Prezident kimi, o ağır günlərdə
xalqı çətinliklərdən, Azərbaycanı vətəndaş
müharibəsindən, parçalanmaq təhlükəsindən
xilas edən Ümummilli Lider
Heydər Əliyev
1994-1995-ci illərdə dövlətçiliyimizə
qarşı törədilən cəhdlərin
qarşısını almaqla xilaskarlıq missiyasını
yerinə yetirdi. Ulu Öndər Azərbaycanın iqtisadi
inkişafı və müstəqilliyinin əbədiliyi
üçün başlıca şərt olan neft strategiyasını
hazırlamaqla gələcəyimiz üçün
etibarlı təməl
yaratdı. «Üç dəniz əfsanəsi»nin gerçəkliyinə inanmayanlara, Xəzər neftinin
dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə
bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi-
Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini
reallaşdırmaqla Azərbaycanın dünya birliyində
yerini müəyyənləşdiridi. Sonralar neft strategiyasının
uğurlarından olan TANAP, Cənub Qaz Dəhlizi, TAP kimi önəmli layihələrin
reallaşması, Azərbaycan və Türkiyənin birgə
səyi ilə türk
xalqlarının birlik və həmrəyliyi möhkəmləndirildi.
… Sadalananlardan və
tarixdə özündən sonra
iz qoyub, dövlətçilik məktəbi
yaradanların təcrübəsindən aydın olur ki, onlar
rəhbərliyi şərtləndirən «liderlik
kapitalı» və «liderlik şəraiti» tələblərinə
uyğun fəaliyyət göstərmişlər. «Liderlik
kapitalı»nı özündə
birləşdirən perspektivi görmək, müdriklik, cəsarət, inam qazanmaq qabiliyyəti, səmərəli
ünsiyyəti yaratmaq bacarığı və dəyərlər sistemi Ulu
Öndər Heydər Əliyev məktəbinin varislik ənənəsidir.
Liderlik şansını qazanan müdrikin ən
böyük xidməti özündən sonra xalqın etimadını
doğruldacaq davamçısını yetişdirməsidir. Ümummilli Lider Heydər
Əliyev bu sahədə də
zəkasına, dövlətçilik təcrübəsinə
güvəndi. 2003- cü ildə
keçirilən prezident seçkiləri ərəfəsində xalqa
ünvanlanmış
tarixi müraciəti ilə
Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyinin
əbədi, göstərdiyi xidmətlərin davamlı
olmasını istəyən dahi Heydər Əliyev davamçısı və özü qədər
inandığı cənab İlham Əliyev kimi səriştəli,
iradəli dövlət başçısını Azərbaycan
xalqına bəxş etdi.
Müdrik siyasətçi Heydər Əliyev məktəbini
layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi
dünya birliyində qüdrətli
dövlət kimi
tanıtmaqla, İkinci Qarabağ müharibəsini və 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirlərini Qələbə ilə başa
vurmaqla Ulu Öndərin layiqli davamçısı olduğunu
təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini
yerinə yetirdi.
Xuraman İsmayılqızı
İki sahil .- 2025.- 12 iyul(¹119).- S.4.