Tarix, zaman, məkan!
Varisliyə sadiqliklə lider qətiyyətinin vəhdəti
Azərbaycanın müstəqilliyi naminə «Azadlığa Dəstək
Aktı»na 907-ci düzəliş
də daxil olmaqla ölkəmizə qarşı ədalətsiz münasibətlərə qarşı qətiyyət göstərən
Ulu Öndər Heydər Əliyevin
ideyalarının qalib gəldiyini bildirən Prezident İlham
Əliyev liderlik fəlsəfəsini təzələdi
Tarixdə adı həmişə yaşayan, xalqına və dövlətinə
xidmətləri ilə seçilən, çətin məqamlarda xalqı arxasınca apara biləcək
qüdrətə malik öndərlər
müasirləri olduqları zamanın salnaməsini də
yazırlar. Çörçill ingilislərə, Ruzvelt
amerikalılara , Adenauer almanlara ,
Şarl de Qoll fransızlara,
Mustafa Kamal Atatürk türklərə haqq-ədalət yolunda bələdçilik etdilər.
Dahi şəxsiyyət Heydər
Əliyev də Azərbaycan xalqının taleyinin həll
olunduğu məqamlarda xilaskarlıq missiyasını yerinə
yetirdi.
1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan, Ermənistanın ölkəmizə elan olunmamış müharibəsini
diplomatiya cəbhəsinə keçirən, «Əsrin
müqaviləsi»ni gerçəkləşdirməklə iqtisadi böhran içərisində
qalan Azərbaycanı dünyada tanıdan, zəngin tövlətçilik təcrübəsi,
fövqəladə intellekti, xüsusi təşkilatçılıq
və idarəetmə qabiliyyəti, dövlətinə və
millətinə bağlılığı ilə ölkəsinin
müstəqilliyini əbədiləşdirən Ulu Öndər
Heydər Əliyev ən çətin məqamlarda Azərbaycanı
informasiya blokadasından çıxardı. O, xarici ölkələrə
səfərləri çərçivəsində keçirdiyi görüşlərdə ilk
olaraq artıq tarixin zibilliyinə atılmış
Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini,
Ermənistanın
torpaqlarımıza təcavüzünün ağır nəticələrini,
beynəlxalq separatizmin və terrorçuluğun bəşəriyyət
üçün təhlükəsini dəmir məntiqi ilə
tərəf-müqabillərinə çatdırırdı.
Fikrini «Əgər dünya ədalətlidirsə, təcavüzkarı
və təcavüzə məruz qalanı fərqləndirməlidir»
reallığı əsasında yormalaşdırırdı.
Həmsöhbətinə yorulmaq bilmədən, bəzən
eyni fıkri dəfələrlə təkrar etmək məcburiyyətində
qalsa belə sınaqdan çıxmış
diplomatiyasının xarakterik xüsusiyyətlərindən olan inandırma metodundan bacarıqla
istifadə edirdi. Ermənistanın Azərbaycan torpaqlarına
təcavüzünə haqq qazandırmaq üçün «xalqların öz müqəddəratını
təyin etməsi” prinsipindən» spekulyativ formada istifadə edənlərə
və onların havadarlarına çox açıq formada deyirdi:
«Bu prinsip hər hansı bir etnik icmanın öz müstəqilliyini
özbaşına elan etmək və başqa dövlətin tərkibinə
daxil olmaq hüququ kimi yozulması ilə pərdələnir.
Öz müqəddəratını təyin etmək
hüququnun bu cür yozulması dövlətin suverenliyi və
ərazi bütövlüyü prinsipləri ilə kəskin
ziddiyyət təşkil edir.»
Məqamına, məkanına görə kiminlə,
hansı dildə danışmağın
üsullarını
dünyagörüşü,
polemikadan sərbəst istifadə bacarığı ilə
seçilən, kamil biliyə malik
dahi şəxsiyyət Heydər Əliyev siyasi arenada heç vaxt müdafiəçi
rolunda oynamırdı. Özünəimam metodundan istifadə
edərək hücum
taktikasına üstünlük verirdi. Böyük öndər
həlledici anlarda həlledici məqamları elə incəliklə
seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə
həmsöhbətinə elə çatdırırdı ki,
bunu yalnız O, edə bilərdi. Ulu Öndərin siyasi fəaliyyətində belə diplomatik gedişlər çox olsa da, bugünümüz
üçün xarakterik olan bəzi
məqamları xatırlatmaq
yerinə düşər.
…1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana
kömək etməmək barədə ədalətsiz «Azadlığa Dəstək
Aktı»nın 907-ci maddəsinə
əlavə edilmişdir. Səbəb kimi guya Azərbaycanın
Ermənistanı blokadaya alması göstərilsə də, əslində ölkəmizi ABŞ tərəfindən
nəzərdə tutulmuş köməkdən məhrum etmək idi. Havadarlarından dəstək alan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini
işğal etdiyi, 300 minə
yaxın soydaşımızın Qərbi Azərbaycandan zorla
çıxarıldığı, bir milyondan artıq azərbaycanlının
doğma torpağından məcburi
köçkün düşdüyü o günlərdə erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı ədalətsiz yanaşma ilə ölkəmizə qarşı
ikili standartların əsası qoyuldu . ABŞ Demokratlar Partiyasından olan senator Con Porterin
təklifi ilə hazırlandığına görə «Porter
əlavəsi» adlandırılan həmin qanun layihəsində
1997 - ci il üçün Azərbaycana yardım nəzərdə
tutulsa da, bu əlavədə Dağlıq Qarabağ
ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. Yəni, qanunun qüvvəyə minəcəyi təqdirdə
Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın ərazi
bütövlüyünün ABŞ Konqresi tərəfindən
şübhə altına alınması təhlükəsi
yaranırdı. Həmin müddətdə Azərbaycanın
907-ci dəyişikliyin tamamilə
ləğvi ilə bağlı təklifinin
qarşılığında
«Porter əlavəsi» adlandırılan sənədin ortaya çıxması Azərbaycana
kömək əvəzinə, ona yeni bir zərbə idi. «Yenə
də qeyd edirəm, əgər qəbul olunan hər bir qərar,
yaxud da ki, tədbir, - kim tərəfindən qəbul edilməsindən
asılı olmayaraq, - ədalətli olsa, ona etiraz etmək
mümkün deyildir. Ancaq ədalətsiz qərarla
barışmaq olmaz» sözləri ilə Azərbaycanın ərazi
bütövlüyünün şübhə altına
alınmasını əks etdirən sənədin qəbuluna
etirazını «Ancaq şəxsən mənim siyasətimin və
ümumiyyətlə bizim siyasətimizin mənası təkcə
ondan ibarət deyil ki, 907-ci maddəyə edilən düzəlişi
aradan qaldıraq ki, bizə yardımçı
olasınız. Biz indiyə qədər bu yardımsız
yaşamışıq, bundan sonra da yaşayarıq. Ermənistana
bizə edilən yardımdan on dəfə artıq yardım
göstərmisiniz. Biz buna da dözürük. Amma bizi narahat
edən ədalətsizlikdir. Mənim də etirazım Azərbaycana
qarşı olan ayrı-seçkiliklə əlaqədardır.
Biz buna dözə bilmirik. Eybi yoxdur, yardım olmasa da
yaşayacağıq» sözləri ilə bildirən dahi
şəxsiyyət Heydər Əliyev ən çətin məqamlarda belə dövlətçiliyimizi ,
milli maraqlarımızı
xarici müdaxilələrdən
qorumağı bacardı. Ulu
Öndər Heydər Əliyev o
zaman ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Kozlariçi yanına
çağıraraq ona bu məsələyə görə
ciddi narahat olduğunu bildirmişdi. ABŞ siyasi dairələrində
də bu əlavənin zərərli mahiyyəti təsdiqlənirdi.
« Porter əlavəsi»nə dəyişiklik edilərək artıq tarixin arxivinə
atılmış Dağlıq Qarabağı Azərbaycandan
ayrı, müstəqil tərəf kimi göstərən ifadə «Dağlıq Qarabağ da daxil
olmaqla Azərbaycana yardım» formasında yazıldı. ABŞ-da güclü mövqeyə malik
erməni icması və lobbisinin müqaviməti nəticəsində
həmin qanunun tam ləğvinə nail olunmasa da 1997-2000-ci illərdə
Birləşmiş Ştatlar tərəfindən Azərbaycana
məhdud da olsa müxtəlif yardımlar göstərildi. Dahi şəxsiyyət Heydər
Əliyevin cəsarətli gedişləri, haqq səsi məntiqi nəticəsini verdi. 907-ci düzəlişin qüvvəsinin
müvəqqəti də olsa
dayandırılması üçün imkan 11 sentyabr
2001-ci il hadisələrindən sonra yarandı. Azərbaycan
antiterror koalisiyasına qoşularaq ABŞ-ın
Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu
ölkənin təyyarələrinə öz hava ərazilərindən
istifadəyə icazə verməklə beynəlxalq terrora qarşı
mübarizədə iştirak etdi. Həmin əlaqələr
çərçivəsində hərbi əməkdaşlığın
genişləndirilməsi ehtiyacı yarandı. ABŞ-ın sabiq Prezidenti Corc Buş 2002-ci ilin
yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti
dayandırılması haqqında qərarı təsdiqlədi.
1996-cı il iyunun 13-də o
zaman ABŞ-ın Azərbaycandakı səfıri Riçard
Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ
Konqresi tərəfindən «Azadlığı müdafıə
Aktı»-na edilmiş 907-ci düzəlişi bir daha xatırladan, «Bizim siyasətimiz o deyil ki, 907-ci
düzəliş aradan qaldırılsın. İndiyə qədər
biz ABŞ tərəfindən edilə biləcək humanitar
yardımsız yaşamışıq və bundan sonra da
yaşayacağıq. Söhbət ədalətsizlikdən
gedir. Ədalətsizlik etmək isə olmaz. Sizin vasitənizlə
Azərbaycanın adından Azərbaycan dövlətinin
başçısı kimi ABŞ hökumətinə
qarşı öz ciddi narazılığımı bildirirəm”» söyləyən müdrik siyasətçi Heydər
Əliyev diplomatiyamızın
tarixində cəsarətlilik
formulunun təməlini qoydu : ABŞ səfıri ilə belə
sərt formada yalnız Heydər Əliyev danışa bilərdi. Bu qətiyyət siyasi hazırlığın,
uzaqgörənliyin hərbi məharət üzərində
mütləq qələbə seçimi idi. O illərdən
zaman keçsə də, dünya
düzəni dəyişilsə də tarix yaddaşında
saxladığı məqamları ilə xatırlanır.
Bu günlərdə Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda
bir daha varisliyə sadiqliyini
məntiqli çıxışları ilə göstərən
Prezident İlham Əliyev Ulu
Öndər Heydər Əliyevin qətiyyətinin davamlı
siyasət olduğunu dünyaya
bəyan etdi. Heç bir siyasi dəstək, maddi yardım
almadan ərazi bütövlüyünü tam və ədalətli
həll edən Azərbaycanın siyasi , iqtisadi, qüdrətinin
gücünü göstərdi. Forumda Ulu Öndər Heydər Əliyevin 907-ci maddənin
ləğvi istiqamətində
göstərdiyi qətiyyəti, bəzi məqamlarda siyasi anlaşılmazlıqdan
yaranan çətinlikləri
xatırlatdı. Eyni zamanda,
dünyanın ən güclü dövləti olan
ABŞ-la Azərbaycanın
qarşılıqlı əməkdaşlıq
və etibarlı tərəfdaşlıq istiqamətində əlaqələrinin
davamını məmnuniyyət hissi ilə diqqətə
çatdırdı.
«Bayden-Blinken Administrasiyası dövründə
ABŞ-la Azərbaycan arasında münasibətlər
böhrana uğramış əlaqələr kimi səciyyələndirilə
bilər. Bu da bizim günahımız deyil» sözləri ilə Ağ Evin keçmiş
administrasiyasının ölkəmizə qarşı qərəzli
münasibətindən yaranan
soyuqluğun səbəblərini göstərdi. ABŞ, Fransa və Rusiya prezidentləri
səviyyəsində status-kvonun qəbuledilməz olduğu ilə
bağlı bəyanatın qəbulu yolunda göstərilən qətiyyəti, Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan
torpaqlarımz uğrunda mübarizəsinin məntiqi nəticəsinin
2020-ci ildə 44 gün ərzində əldə
olunduğunu, tam və qəti qələbəmizin
2023-cü ilin sentyabrında
aparılan qısamüddətli anttiterror əməliyyatı nəticəsində
qazanıldığını
siyasi, hərbi , diplomatik səylərimizin uğuru
adlandırdı. Bir zamanlar Azərbaycanı məğlubiyyətlə
barışmağa məcbur edənlərin artıq
susduqlarını, reallıqla
barışmağa məcbur qaldıqlarını vaxtilə
Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyətin məntiqi nəticəsi
adlandırıldı. ABŞ Prezidenti Donald Trampın ölkəmizə səmimi
münasibəti yüksək dəyərləndirdi.
«Əslində, biz buna ümid edirik və
düşünürəm, hazırda Tramp
Administrasiyasının nümayəndələri ilə
qarşılıqlı fəaliyyətin bir neçə
ayı aydın şəkildə göstərir ki, biz düz
yoldayıq. Biz normal münasibətlərə
qayıdırıq. Bilirsiniz, əvvəlki ABŞ
Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini
heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli
rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla
bir daha işlər adi qaydada gedə bilməz və bu,
suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən
bərpa olunması ilə bağlı idi. Təsəvvür
edə bilərsinizmi? Birləşmiş Ştatlar öz
suverenliyini bərpa etmək üçün Ukraynanın səylərini
güclü şəkildə dəstəkləyirdi və dəstəkləyir,
lakin biz öz suverenliyimizi bərpa etdikdə onlar bəyan etdi
ki, işlər artıq adi qaydada aparıla bilməz və
bunları Dövlət Departamentinin yüksəkrütbəli
rəsmisi deyirdi. Prezident Baydenin Administrasiyası tərəfindən
atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər
addımlar münasibətlərin korlanmasında, əslində,
əsas meyar idi. Əlbəttə, Prezident Bayden hər il
etdiyi kimi, «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişinin
dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı
yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə
aldıq, çünki biz onlara Əfqanıstanda lazım
olduğumuz zaman, o və onun sələfləri həmin
düzəlişin qüvvəsini əvvəllər
dayandırırdı. Əfqanıstanda biz onlara artıq
lazım olmadığımız dövrdə onlar 1992-ci ildə
qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı
yenidən tətbiq etdilər. Beləliklə, 1992-ci ildə
ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi
sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı
blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər
əsasında olan məsələ idi. Biz Ermənistanı
blokadaya almamışdıq. Ermənistan ərazimizi
işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst
lobbinin fəaliyyəti nəticəsində həmin sanksiyalar
tətbiq edildi. 2001-ci ildə biz ABŞ-a
Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman
Prezident və ovaxtkı bütün prezidentlər həmin
sanksiyanın qüvvəsini dayandırırdı. Amma
Prezident Bayden onu yenidən tətbiq etdi. Beləliklə, indi
biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq
münasibətləri üçün böyük
potensialı görürük. Biz Vaşinqtondan çox
müsbət mesajlar almışıq və Azərbaycandan gedən
mesajlar da çox müsbətdir» söyləyən
Prezident İlham Əliyev
bildirib ki, bizim enerji təhlükəsizliyi və
bütövlükdə, təhlükəsizlik və
daşımalara aid sahələrdə Birləşmiş
Ştatlarla güclü tərəfdaşlıq
tariximiz var. Dövlət
başçımızın əlavə
olaraq qeyd etdiyi kimi, yaxın gələcəkdə ABŞ-Azərbaycan
münasibətlərini yüksək səviyyəyə
qaldıracaq mühüm hadisələr olacaq. Artıq bir çox məsələlərdə
ölkəmizlə Ağ Evin
maraqları eynilik təşkil
edir. ABŞ Prezidenti Donald
Trampın birinci hakimiyyəti
dövründə də ölkəmizə səmimi
münasibətini xatırladan
Prezident İlham Əliyevin vurğuladığı kimi, bir
çox amillər də bu
reallğı təsdiqləyir: «Yeri gəlmişkən, onun
ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri
çox müsbət olmuşdur. Fikrimcə, artıq
gördüyünüz və söylədiyim həmin
müsbət tendensiyaların davamı olacaq. Hazırda o,
bütöv qlobal məsələlərlə və
müharibələrin dayandırılması ilə çox
məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində
fəal iştirak edir və uzunmüddətli münaqişənin
həllinin tapılması üçün Azərbaycana və
Ermənistana yardım etməkdə əla iş
görür. Beləliklə, düşünürəm ki, gələcəkdə
daha çox yaxşı xəbərlərimiz olacaq.»
Ağ Evin
hazırkı rəhbərini
qısa müddətdə müharibələrə son
qoyan şəxs adlandıran Prezident İlham Əliyevin «Biz, həmçinin Azərbaycana
və Ermənistana son nəticədə razılığa gəlməyə
kömək etmək səylərinə görə ona
çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik
üzrə daha qlobal məsələlərlə məşğul
olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də
diqqət mərkəzində saxlayır. Əlbəttə,
onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda
bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o,
işini sona çatdırsın, «Vaşinqton
bataqlığı”nı» dibinə qədər qurutsun»
sözləri Cənubi Qafqazda
sabitliyin təminatı
baxımından daha xarakterikdir.
Yəni , tarix dəyişilsə
də son sözə imza atan həqiqət,
reallıq, etimada əsaslanan qarşılıqlı
anlaşma prinsipləridir. Azərbaycana
başçılıq etdiyi müddətdə ölkəmizi təhlükəli müdaxilələrdən qoruyan
Ulu Öndər Heydər Əliyevin
qətiyyətini « Nəyi, nə zaman, necə etmək»
tezisi əsasında təkmilləşdirən Prezident İlham Əliyev siyasi fəaliyyətində yalnız həqiqətə istinad edir. « Hesab edirəm ki, biz
obyektiv və dürüst olmalıyıq, yalan
danışmamalıyıq. Düşünürəm ki, bu,
yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə
öz xalqıma həqiqəti söyləmək. İnternet
və sosial şəbəkələr dövründə
yaşadığımız üçün burada dediyiniz hər
şey dərhal bütün dünyada rezonans doğurur.
Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində
əldə etdiyim çoxillik əvəzsiz təcrübə
ilə bağlıdır və onu başqa cür əldə
etmək mümkün deyil» söyləyən Prezident İlham
Əliyev beynəlxalq hüququn
universal prinsiplərinə riayət etməyə
üstünlük verir. Qarışılqlı əmkdaşlıq
üçün ən vacib
amili diqqətə çatdırır. «Öz
maraqlarını nəzərə alanda qonşunun da maraqlarına
baxılmalıdır» prinsipi
Prezident İlham Əliyevin Qələbə
düsturu kimi, həyatda özünü təsdiqlədi:
Heç vaxt təslim olmamaq və heç vaxt ərazi
bütövlüyünün pozulması ilə
barışmamaq.
«Baxın, Özbəkistandan olan dostumuz atam haqqında
sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü -
Qarabağa qayıtdığımız günü görmək
istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri
azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam.
Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il
gözləyəcəkdik. Burada məsələ mənlik
deyil» söyləməklə ən
vacib amilin cəmiyyətin həmrəyliyi olduğunu bildirən Prezident, Ali Baş
Komandan İlham Əliyev xalqla
ordunun mənəvi
gücünü Zəfərə
aparan yol adlandırır.
Bəllidir ki, siyasi, iqtisadi, hərbi qüdrəti ilə
seçilən Azərbaycanın həqiqətləri media əsasında
formalaşır. Erməni lobbisinin maliyyə dəstəyi ilə ölkəmizi qara rəngdə təsvir
edən Qərbin bəzi dairələrini
bu gün də narhat edən Azərbaycanın həddindən artıq müstəqil
siyasət aparması,
supergüclərin «təlimatlarına qulaq
asmamasıdır.» Artıq
bütün dünya ictimaiyyəti də aydın başa
düşür ki, Azərbaycan qarşılıqlı etimad
prinsiplərinə sadiqdir. Xalqımız özünə məxsus
olanı 907-ci düzəliş
olmadan qaytarıb. 2003-cü ildə «Qarabağ bizim
torpağımızdır!» söyləyən Prezident
İlham Əliyev ” bu vədini
yerinə yetirdi. Beynəlxalq hüququn normalarına həmişə sadiq qalan Prezident İlham Əliyev
Əbu-Dabidə də söylədi
ki,
separatçılığın tabutunun üzərini dəmir-betonla
qapadacaq sənədlərə
etibarlı zəmanət olmalıdır ki, Cənubi Qafqazda normal həyat tərzi
formalaşsın. Bu istək eyni zamanda Ümummilli Lider Heydər
Əliyevin də arzusu idi. «Tapşırıq yerinə
yetirildi. Məruzə edir Ali Baş Komandan İlham
Əliyev!”» sözləri ilə bir zamanlar Azərbaycanın müstəqilliyi
naminə 907-ci düzəliş
də daxil olmaqla ölkəmizə qarşı ədalətsiz mövqelərə
qarşı qətiyyət göstərən Ulu Öndərin
ideyalarının qalib gəldiyini
bildirən Prezident İlham Əliyev varisliyə sadiqliyi
ilə liderlik fəlsəfəsini təzələdi.
… Tanınmış qazax yazıçısı Oljas
Süleymenovun liderlik qətiyyətinə verdiyi dəyərli fikirləri xatırlatmaqla Ulu
Öndərin türk dünyasının öndərləri
arasında tutduğu mövqeyə
aydınlıq gətirmək olar: «Vaxt gələcək, Şumer
dövründən tutmuş zəmanəmizədək
türklərin «Bilgamıs»” («Müdrik qəhrəman»”), Bilgə
xaqan («Müdrik xaqan»”), İltəriş («Torpaqları birləşdirən»”),
Atatürk... kimi dahi adlara söykənən tarixi
yazılacaqdır. Bizim zəmanəmiz ustad titullu layiqli adlarla
təmsil ediləcəkdir. Heydər Əlirza oğlu
Əliyev belə ustadların ən birincilərindəndir”.»
Xuraman İsmayılqızı
İki sahil .- 2025.- 31 iyul (¹132).- S.2.