Azərbaycanın
enerji
tarixinin yeni səhifəsi
SOCAR-ın transformasiyası
Azərbaycan iqtisadiyyatının təməl
sütunu olan SOCAR yeni transformasiya mərhələsinə qədəm
qoyub. Şirkətin əsas məqsədi ənənəvi
neft-qaz şirkətindən ölkənin enerji təhlükəsizliyini
davamlı olaraq təmin edən və dəyər yaradan beynəlxalq
enerji şirkətinə çevrilməkdir.
Şirkətin transformasiyası yalnız milli sərhədlərlə
məhdudlaşmayıb – beynəlxalq layihələrdə fəal
iştirakı və strateji tərəfdaşlıqlar sayəsində
şirkət gəlir mənbələrini şaxələndirərək
beynəlxalq səviyyədə fəaliyyətini genişləndirib.
Bütün bunlar SOCAR-ın uzunmüddətli
dayanıqlı inkişafı üçün möhkəm əsas
formalaşdırır və şirkətin qlobal enerji
ekosisteminə daha dərin inteqrasiyası üçün bir
platforma rolunu oynayır. Şirkətin karbonsuzlaşdırma,
beynəlxalq tərəfdaşlıq və “yaşıl
keçid” çərçivəsində əlavə dəyər
yaradılması istiqamətindəki strategiyası SOCAR-ı
yeni enerji dünyasının aparıcı regional
oyunçularından birinə çevirir.
SOCAR-ın transformasiya mərhələsi
üç əsas strateji istiqamət üzrə
formalaşır:
- Çətin şəraitə, neft
yataqlarında hasilatın təbii şəkildə
azalmasına və köhnəlmiş infrastrukturun
mövcudluğuna baxmayaraq əməliyyat göstəricilərinin
artırılması.
SOCAR-ın beynəlxalq
enerji bazarına çıxışı ilə
yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi
- SOCAR-ın sosial missiyasının effektiv
şəkildə yerinə yetirilməsi ilə yanaşı,
yüksək maliyyə dayanıqlılığının təmin
edilməsi.
1. Çətin şərait fonunda əməliyyat
dayanıqlılığı
Azərbaycanın hazırda istismarda olan
yataqlarında hasilat uzun müddətdir ki, davam edir.
Üç əsas yataq – AÇG (“Azəri-Çıraq-Günəşli”),
“Dayazsulu Günəşli” və “Neft Daşları” 25 ildən
çoxdur ki, istismardadır. “Neft Daşları”nda hasilat 70
ildən, “Dayazsulu Günəşli”də 35 ildən,
AÇG-də isə 25 ildən artıq müddətdir ki,
davam edir.
Ölkəmizdə neft yataqlarında təbii hasilat
azalması öncədən
proqnozlaşdırılırdı.Lakin, təbii azalma prosesi
ilkin proqnozdan daha sürətli olub. Bu azalmaya əsasən iki
amil təsir göstərib: HPBS çərçivəsində
AÇG yatağında hasilatın azalması (əlavə
azalmanın təxminən 90%-i məhz AÇG yatağı
ilə bağlı olub). “Qarabağ” kimi bəzi layihələrin
icrasında gecikmənin olması.
Yeni ACE
platforması: AÇG blokunda uğurlu start
2024-cü
il aprelin 16-da bp şirkəti Azəri–Çıraq–Günəşli
(AÇG) blokuna daxil olan yeni "Azəri Mərkəzi Şərqi"
(ACE) platformasından neft hasilatına
başlandığını elan etdi. Artıq ilin sonuna
kimi ACE platformasından hasilat gözləntiləri üstələyərək
sutkada 24 min barel əvəzinə 26 min barel təşkil
etmişdir.
ACE platforması AÇG blokunda sayca yeddinci olub
və 48 layihə quyusunun tam istismara verilməsindən sonra
sutkada 100 min barelədək neft hasilatı gücünə
malikdir.
Bundan əlavə, 2025-ci ilin sonuna qədər
sualtı və quru işlərinin başa çatması ilə
"Qərbi Çıraq" platformasından da qaz
hasilatına başlanacağı gözlənilir.
Təbii
qaz: Hasilat artımı və yeni Shah Deniz Compression layihəsi
2024-cü
ildə SOCAR təbii qaz hasilatında müsbət dinamika qeydə
aldı. "Şahdəniz" və "Ümid"
yataqlarında səmərəli istismar nəticəsində
ümumi hasilat həcmi 50 milyard kubmetri ötərək,
2016-cı ildə müəyyən olunmuş 45 milyard
kubmetrlik uzunmüddətli proqnozu (təkrar vurulmuş qaz da
daxil olmaqla) aşdı.
Qaz
potensialının genişləndirilməsi baxımından əhəmiyyətli
addımlardan biri, "Şahdəniz" konsorsiumunun Shah Deniz
Compression (SDC) layihəsi üzrə yekun investisiya qərarının
qəbul olunmasıdır. Bu layihə ölkənin ən iri
qaz yatağının işlənməsinin
üçüncü mərhələsidir.
2,9 milyard
ABŞ dolları dəyərində olan SDC layihəsi, lay təzyiqinin
aşağı salınması ilə çıxarılma əmsalını
artırmağa yönəlib. Layihə çərçivəsində
əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barel qaz
kondensatı hasil edilərək ixrac ediləcək.
“Midstream”
və “downstream” infrastrukturunun köhnəlməsi: Problemlərin
həlli üçün genişmiqyaslı transformasiya
Strateji əhəmiyyətinə
baxmayaraq, SOCAR-ın midstream və downstream seqmentlərindəki
neft-qaz aktivləri yüksək dərəcədə köhnəlmiş
infrastruktur şəraitində fəaliyyət göstərməyə
davam edir. Ən bariz nümunə qaz nəqli sistemində
müşahidə olunur: “Azəriqaz” İB-nin mövcud boru kəmərlərinin
60%-i 35 ildən artıqdır ki, istismardadır və bu səbəbdən
qaz itkiləri məqbul səviyyədə deyil.
“Downstream”
fəaliyyətinin əsas hissəsini təşkil edən
Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) isə
artıq 70 ildən çoxdur ki, fəaliyyət göstərir.
Köhnəlmiş
infrastruktura baxmayaraq, 2022-ci ilə qədər SOCAR-ın digər
prioritet layihələrinə görə, təəssüf
ki, mövcud aktivlərin qorunub saxlanılmasına məhdud həcmdə
investisiya qoyuluşu həyata keçirilib. Bu xüsusda,
2019–2021-ci illər ərzində istismarda olan yataqlarda
hasilatı stabil saxlamaq məqsədilə ümumi investisiya
qoyuluşları 1 milyard ABŞ dollarından az olub. Bu isə
analoji sənaye obyektləri üçün orta investisiya
göstəricisinin yarısını təşkil edib. Eyni
şəkildə, 2022-ci ildə Heydər Əliyev adına
NEZ-ə qoyulan investisiya həcmi təxminən 20 milyon ABŞ
dolları olub. Halbuki, NEZ-in mürəkkəb infrastrukturu və
miqyası nəzərə alınarsa, qlobal etalon (benchmark)
üzrə bu məbləğ təxminən 60 milyon dollar
olmalı idi.
Bu problemlərin
aradan qaldırılması üçün SOCAR bütün əsas
fəaliyyət sahələrində əməliyyatların təkmilləşdirilməsinə
yönəlmiş genişmiqyaslı transformasiyalara start verib.
Diqqət köhnə infrastrukturun yenilənməsinə, səmərəliliyin
artırılmasına və hasilatın davamlı genişləndirilməsinə
yönəlib.
Upstream
seqmentində ilk addım AÇG potensialının təkrar
qiymətləndirilməsi olub: AÇG yatağında
hasilatın gözləniləndən aşağı səviyyədə
olması səbəbindən, SOCAR HPBS tərəfdaşları
ilə birgə yatağın hasilat proqnozlarının qiymətləndirilməsi
və yenidən nəzərdən keçirilməsi məqsədilə
texniki tədqiqat işlərinə başlayıb. Bu tədqiqat
müstəqil texniki məsləhətçi şirkətlərin
dəstəyi ilə həyata keçirilib. Nəticə
olaraq, növbəti beş il ərzində AÇG
yatağında hasilatın 2024-cü il səviyyəsində
qorunub saxlanılması ilə bağlı öhdəlik qəbul
edilib. Bu yeni öhdəlik sayəsində 2030-cu ilə qədər
əlavə olaraq 5 milyon ton neftin hasil olunacağı, bununla
da uzunmüddətli hasilatın və dəyərin
artırılacağı proqnozlaşdırılır.
Paralel
olaraq digər perspektivli aktivlərdə də miqyaslı layihələr
gerçəkləşdirilir.
KADUA layihəsi
çərçivəsində (bp ilə birgə) ilk neft
hasilatı 2029–2030-cu illərdə nəzərdə tutulur.
Layihənin pik hasilat mərhələsində illik 3 milyon
tondan artıq neft hasilatı gözlənilir.
“Ümid
Faza-2” layihəsi üzrə yekun investisiya qərarının
2026-cı ilin sonuna qədər verilməsi nəzərdə
tutulur. İlk qaz hasilatı isə 2028-ci ilin sonuna
planlaşdırılır. Ümumilikdə “Ümid”
yatağından 2050-ci ilə qədər 50 milyard kubmetrdən
çox qaz hasil ediləcəyi, pik hasilat dövründə
isə (2030-cu illərin əvvəllərində) illik 4,4
milyard kubmetr qaz hasilatı proqnozlaşdırılır.
Oxşar
dinamika “Abşeron” yatağındada müşahidə olunur:
“Abşeron” yatağının işlənməsinin İkin
Hasilat Sxemi mərhələsi üzrə qaz hasilatına
2023-cü ildə başlanılıb. Yatağın
tammiqyaslı işlənməsi (“Total” və ADNOC ilə birgə)
üzrə yekun investisiya qərarının 2025-ci ilin sonuna qədər
verilməsi planlaşdırılır. Layihə çərçivəsində
ilk qaz hasilatı isə 2028-ci ilin sonuna nəzərdə
tutulur. Pik hasilat dövründə (2030-cu ilin əvvəllərinə
proqnozlaşdırılır) illik hasilatın 6 milyard kubmetrə
çatacağı gözlənilir.
“Babək”
perspektiv sahəsinin kəşfiyyatı üzrə yeni
HPBS-nin hazırlanması planlaşdırılır .
Hazırkı qiymətləndirmələrə əsasən,
“Babək” yatağında çıxarıla bilən qaz
ehtiyatları 100 milyard kubmetrdən çoxdur ki, bu da onun
uzunmüddətli strateji əhəmiyyətini göstərir.
Eyni zamanda, bu yeni HPBS-də iştirak etməkdə maraqlı
bir sıra investorlar mövcuddur.Bundan əlavə, SOCAR,
“ExxonMobil” (ABŞ), “MOL Group” (Macarıstan) və ENI
(İtaliya) kimi qlobal enerji şirkətləri ilə yeni kəşfiyyat
sahələri üzrə əməkdaşlıq
imkanlarını müzakirə edir.
Yeni layihələrlə
yanaşı, şirkət köhnə yataqlarda əməliyyat
fəaliyyətinin yaxşılaşdırılmasına diqqət
ayırır. 2023-2024-cü illərdə “Azneft” İB-də
neftçilərin yataqxana, yeməkxana və digər ümumi
istifadə yerlərinin təmiri daxil olmaqla platformalarda
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün 350-dən
çox iş görülüb. Digər əsas istismar olunan
yataqların modernləşdirilməsi üçün tərəfdaş
şirkətlər ilə dəyər mübadiləsi çərçivəsində
əməkdaşlıq modelinin müzakirəsinə start
verilib.
Uzun
müddət istismarda olan “Dayazsulu Günəşli”
yatağının yenidən işlənməsi planına, o
cümlədən su axınının
optimallaşdırılması kimi təşəbbüslərə
başlanılıb. İnfrastrukturun və əməliyyatların
modernləşdirilməsi təşəbbüsləri
çərçivəsində 2024-cü ildə pilot olaraq tətbiq
edilən sahələrdə hasilat 3% artıb ki, bu da ilkin
proqnozları üstələyir. Hazırda bu pilot layihələrin
miqyasının genişləndirilərək “Dayazsulu Günəşli”
və digər müvafiq yataqlarda tətbiqi
planlaşdırılır.
“Midstream”
seqmentində qazpaylayıcı sistemin kompleks transformasiyasına
start verilib. “Azəriqaz”da sayğacların klasterləşdirilməsi
və modernləşdirilməsindən tutmuş, şəbəkələrin
idarə olunması üçün rəqəmsal həllərin
tətbiqinədək iki ondan çox təşəbbüs həyata
keçirilir. Bu tədbirlər qaz itkilərinin
azaldılmasına, səmərəliliyin
artırılmasına və müştəri xidmətlərinin
yaxşılaşdırılmasına yönəlib. Bu
xüsusda, 2031-ci ilin sonuna kimi təşəbbüslərin
pik həddə çatdırılması ilə illik 50 milyon
ABŞ dollarından çox mənfəət əldə
edilməsi gözlənilir (5 illik müddətdən sonra ~250
milyon ABŞ dolları).
2022-2024-cü
illərdə 820 km-dən çox boru kəmərində təmir-bərpa
işləri aparılıb. 2023-cü illə müqayisədə
2024-cü ildə CAPEX-də (kapital xərcləri) 17% səmərəliliyə
nail olunub. 2024-cü ildə sayğacların 10%-i yüksək
keyfiyyətli sayğaclarla yenilənib. Aparıcı qlobal
şirkətlərlə əməkdaşlıq nəticəsində
və rəqəmsal həllərlə birlikdə qaz
sızmalarının ~1% azalmasına nail olunub. 2024-cü ildə
sahə işi, hesablama, müştəri həlləri və
digər əməliyyat və kommersiya prosesləri
üçün 15-dən çox rəqəmsal həllər
hazırlanıb.
Yığımlar
4,4 faiz artaraq 2023-cü ildəki 94,8%-dən 2024-cü ildə
99,2%-ə yüksəlib. Son 3 ildə 55-dən çox
yaşayış məntəqəsi
qazlaşdırılıb ki, bu da 91 000-dən çox ev təsərrüfatının
enerji təminatına imkan yaradıb. Bundan başqa, son 3 ildə
160 000-dən çox yeni abunəçi qeydə
alınıb ki, onlardan 3500-dən çoxu işğaldan azad
edilmiş ərazilərdədir.
“Mitsui
& Co.” kimi beynəlxalq şirkətlərlə “Karbon
Krediti” mexanizminin işlənib hazırlanması üzrə əməkdaşlıq
edilib. Bu təşəbbüs qaz sızmalarının
qarşısının alınması ilə metan
emissiyalarının azaldılmasına, Karbon Krediti mexanizminin
gələcəkdə tətbiqinə imkan yaratmaq məqsədi
daşıyır.
Uzunmüddətli
strategiya çərçivəsində Yaxın Şərq
ölkələrindən tərəfdaşlar cəlb olunub və
bu əməkdaşlıq ağıllı qaz infrastrukturlarının
inkişafını hədəfləyir. Bu tərəfdaşlıqların
məqsədi sızmaların müəyyən olunması dəqiqliyinin
artırılması, əməliyyat səmərəliliyinin
yüksəldilməsi, müştəri xidmətlərinin təkmilləşdirilməsi
və aktivlərin idarə olunmasının
optimallaşdırılmasıdır.
Beləliklə,
SOCAR-ın transformasiya təşəbbüsləri yalnız
mövcud göstəricilərin sabitləşdirilməsinə
deyil, həm də uzunmüddətli dövrdə davamlı
inkişaf üçün möhkəm əsasların
formalaşdırılmasına yönəlib.
Təbii
qazın ixracı:
Azərbaycanın
qaz ixracı hazırda rekord səviyyədədir – 2024-cü
ildə bu göstərici 25,3 milyard kubmetr təşkil edib ki,
bu da 2023-cü ildəki 23,9 milyard kubmetr və 2022-ci ildəki
22,4 milyard kubmetrlə müqayisədə artım deməkdir.
2026-cı
ilə qədər Avropaya illik qaz ixracının təxminən
18,6% artırılaraq 2023-cü ildəki 11,8 milyard kubmetrdən
14 milyard kubmetrə çatdırılması hədəflənir.
Azərbaycan əlavə kapital xərclərinə (CAPEX)
ehtiyac olmadan, “SWAP” mexanizmləri vasitəsilə 12 ölkəyə
qaz ixracını həyata keçirir.
“Downstream”
(emal və satış):
Heydər
Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya
proqramına start verilib və bu proqramın birinci mərhələsi
2024-cü ildə uğurla tamamlanaraq, Azərbaycanda ilk dəfə
“Avro-5” standartına uyğun yanacaq istehsal olunub.
Modernizasiyanın
birinci mərhələsində qarşıya üç əsas
hədəf qoyulmuşdu:
- Avro-5
standartlarına cavab verən dizel yanacağı və benzin
istehsalının təmin olunması;
- “Azərikimya”
ASC üçün daha keyfiyyətli və sabit xammal tədarükünün
təşkil olunması;
- Emal
prosesi zamanı ətraf mühitə mənfi təsirlərin
azaldılması.
Layihənin
ilkin olaraq 2021-ci ildə tamamlanması nəzərdə tutulsa
da, işlərin həcminin əhəmiyyətli dərəcədə
genişlənməsi səbəbindən layihə yalnız
2024-cü ildə başa çatdırılıb. Əvvəlcə
yalnız ayrı-ayrı qurğuların yenilənməsi
planlaşdırılsa da, genişmiqyaslı
dayanıqlılıq sınaqları zamanı əlavə
problemlər aşkarlanıb: bəzi qurğularda metal
qatının kifayət qədər qalın olmaması və
bir neçə kolonun istismara yararsız olması. Bu səbəbdən
işlərin həcmi qismən modernizasiyadan tamamilə yeni
qurğuların tikintisinə dəyişdirilib (əsasən
Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin
Mühafizəsi sahəsində risklərin azaldılması məqsədilə),
bu isə layihənin icrasının uzadılmasına gətirib
çıxarıb. Belə dəyişikliklər və
müddət gecikmələri emal müəssisələrində
həyata keçirilən iri layihələr üçün
tipik haldır.
Məqsədli
şəkildə həyata keçirilən əməliyyat
mükəmməlliyi proqramları vasitəsilə NEZ-də
ağ neft məhsullarının (benzin, dizel, aviasiya
yanacağı) istehsalı 2022-ci ildəki 63%-dən
2024-cü ilin sonuna 69%-ə yüksəlib, əməliyyat
itkiləri isə 2%-dən 1,6%-ə qədər azalıb.
Proseslərin
optimallaşdırılması nəticəsində 2024-cü
ildə daxili bazar üçün neft məhsullarının
xarici ticarət balansında müsbət saldo 50 milyon ABŞ
dollarını ötüb və proqnozlara görə bu
göstəricinin növbəti 5 il ərzində təxminən
250 milyon dollaradək artacağı gözlənilir. Bu nəticə
benzinin idxalının azalması və aviasiya yanacağının
ixracının artması hesabına mümkün olub.
Karbamid
Zavodunda 2024-cü ildə istehsalı həcmi 2022-ci ildəki
537 min tondan 652 min ton səviyyəsinə çatıb ki, bu
da 21,4%-lik artım deməkdir. Paralel olaraq, 1 ton üzrə təbii
qaz sərfiyyatı 24% azalıb.
“Azərikimya”
İstehsalat Birliyi üzrə etilen və propilen hasilatı
2022-ci ildəki 48,6%-dən 2024-cü ildə 55,4%-ə
yüksəlib.
Ümumilikdə,
2023-cü ildən bəri həyata keçirilən təkmilləşdirmə
işləri nəticəsində “Dəyər Yaratma Layihələri”nin
illik iqtisadi təsiri 131 milyon ABŞ dolları səviyyəsində
qiymətləndirilir ki, bu da növbəti beş il ərzində
təxminən 650 milyon ABŞ dolları deməkdir.
Türkiyədəki
downstream fəaliyyəti çərçivəsində STAR
Neft Emalı Zavodunda istehsalat gücü 2020-ci ilin may
ayında 98,5% olduğu halda, 2023-cü ilin yanvarında 119%-ə
çatdırılıb. Bu, NEZ-lər arasında ən
yüksək istismar səmərəlilik göstəricilərindən
biri hesab olunur və xüsusilə 2022–2023-cü illərdə
emal marjalarının yüksək olduğu şəraitdə
müəssisəyə əhəmiyyətli maliyyə
üstünlüyü qazandırıb.
q) Rəqəmsallaşma
(bütün seqmentlər üzrə əsas və strateji əhəmiyyət
daşıyan istiqamət kimi):
SOCAR
genişmiqyaslı rəqəmsal transformasiya proqramına start
verib və bütün dəyər zənciri üzrə rəqəmsal
həllərin tətbiqinə başlayıb. Bu proses ilk olaraq
Türkiyədə həyata keçirilərək, daha sonra
Azərbaycanda əməliyyat sahələri üzrə
genişləndirilib.
Türkiyədə
“Petkim” və “STAR” zavodları müvafiq olaraq 2020 və 2021-ci
illərdə Dünya İqtisadi Forumu tərəfindən
dünyada ilk dəfə nüfuzlu “Global Lighthouse Network”
mükafatına layiq görülən neft-kimya və emal
müəssisələri olub.
2023-cü
ildə SOCAR Azərbaycanda Karbamid Zavodunda rəqəmsal
transformasiya proqramına start verib. Hazırda zavod Dünya
İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinə
qoşulmaq üçün hazır vəziyyətə gətirilib.
Azəriqaz"
İB, “Italgas” kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq
çərçivəsində yüksək ölçmə
infrastrukturu və “ağıllı sayğac şəbəkəsi”nin
qurulmasına dair strateji təşəbbüsə start verib.
Qaz sızmasının aşkarlanması üzrə yüksək
həssaslığa malik texnologiya ilə 5000-dən çox
sızma müəyyən edilib, onların 3000-dən
çoxu operativ şəkildə aradan qaldırılıb.
Bu tədbirlər nəticəsində illik qaz itkisi təxminən
2,6 milyon kubmetr azalıb, bu da təxminən 50 min ton CO₂ ekvivalent emissiyaların azalması ilə nəticələnib.
2025-ci ildə
"Azneft" İB qlobal texnologiya təminatçıları
ilə strateji tərəfdaşlıq çərçivəsində
çoxillik rəqəmsal transformasiya və infrastrukturun
modernləşdirilməsi proqramına start verib. İlkin mərhələdə,
“Azneft” İB ilk dəfə olaraq quyuların hasilat və əməliyyat
göstəricilərinə uzaq məsafədən real vaxt
rejimində nəzarəti təmin edən virtual monitorinq
sisteminin istifadəsinə başlayıb. Bu sistem ən iri
hasilat platforması olan “Günəşli Platforma 8”, “Neft
Daşları” çən parkı və Dübəndi
çən parkını əhatə edir
2. Azərbaycanın
enerji təhlükəsizliyinin təmin edilməsi və
SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi:
Milli neft
və qaz şirkətləri (MNQŞ-lər) adətən iki
əsas məqsəd daşıyır: daxili enerji təhlükəsizliyini
təmin etmək, eyni zamanda regional və qlobal səviyyədə
rəqabətədavamlı şirkətə çevrilmək.
SOCAR bu “iki məqsədi” uğurla həyata keçirir. Daxili
bazarda neft və qaz məhsullarının əsas təchizatçısı
kimi SOCAR Azərbaycanın enerji təhlükəsizliyini təmin
edir və yerli bazara satılan xam neftin 100%-ni təmin edir.
Bundan əlavə, avtomobil yanacağı (o cümlədən
ilk dəfə Avro-5 standartlarına cavab verən benzin) və
aviasiya yanacağı üzrə yerli tələbatın 90%-i
SOCAR tərəfindən qarşılanır.
Qeyd edək
ki, Heydər Əliyev adına NEZ-in ümumi istehsal həcmi
2019–2024-cü illər ərzində təxminən 2% artıb
və bu artım əsasən texnoloji itkilərin 3,6%-dən
1,6%-ə endirilməsi hesabına əldə olunub. Eyni zamanda,
yüngül məhsulların (benzin, dizel və s.) ümumi məhsul
portfelindəki payı 65,9%-dən 70,5%-ə qədər
yüksəlib
Digər
tərəfdən, son illərdə SOCAR ölkə üzrə
qazlaşdırma səviyyəsini 97%-ə
çatdırıb ki, bu göstərici həm regionda, həm
də dünya miqyasında ən yüksək səviyyələrdən
biridir.
Qlobal
enerji keçidi şəraitində və Azərbaycanın bərpa
olunan enerji sahəsində böyük potensialını nəzərə
alaraq, SOCAR davamlı inkişaf istiqamətində
strategiyasını fəal şəkildə yenidən qurur.
COP28
konfransında şirkət karbonsuzlaşdırma üzrə
iddialı hədəflərini təqdim edib:
- 2050-ci
ilə qədər karbon neytrallığına (net-zero) nail
olmaq;
- 2035-ci
ilə qədər upstream (hasilat) seqmentində metan
emissiyalarını tamamilə aradan qaldırmaq;
- 2035-ci
ilə qədər şirkətin karbon intensivliyini 30% və
ümumi tullantıları 20% azaltmaq.
Bu hədəflər
SOCAR-ın investisiya portfelinin bərpa olunan enerji istiqamətində
genişmiqyaslı şəkildə yenidən
formalaşdırılmasına təkan verib. 2024-cü ilin
sonuna olan məlumata görə, SOCAR Green törəmə
şirkətinin təsdiqlənmiş layihə portfeli 1,4 QVt təşkil
edib. Bu portfelyə aşağıdakılar daxildir:
Total
şirkəti ilə birlikdə həyata keçirilən 1
QVt-lıq “Mega” layihəsi;
bp ilə
birlikdə həyata keçirilən 240 MVt gücündə
“Şəfəq” günəş elektrik stansiyası;
Çin
tərəfdaşları ilə birlikdə həyata
keçirilən 160 MVt-lıq layihələr.
Eyni
zamanda, SOCAR və BƏƏ-nin Masdar şirkəti Azərbaycanın
bərpa olunan enerji və hidrogen enerjisi sahəsində
ümumi gücü 4 QVt olan layihələrin birgə
reallaşdırılması barədə razılıq əldə
ediblər. Bu əməkdaşlıq çərçivəsində
2024-cü ildə Biləsuvarda 445 MVt və Neftçalada 315
MVt gücündə günəş elektrik stansiyalarının
tikintisinə investisiyalar başlayıb. Bu layihələr
üzrə ümumi investisiya həcmi 600 milyon ABŞ
dollarını ötəcək.
Əlavə
olaraq irimiqyaslı layihələr elan olunub:
Əlavə
olaraq, “ACWA Power” (Səudiyyə Ərəbistanı) və
“Masdar” (BƏƏ) ilə birlikdə 3,5 QVt-lıq, “China Datang
Overseas Investment” və “PowerChina” ilə 2 QVt-lıq dənizdə
külək elektrik stansiyası layihəsi üzrə planlar
mövcuddur.
Bundan əlavə,
SOCAR və SLB Azərbaycanda geotermal enerji potensialının
birgə araşdırılması barədə
razılığa gəlib.
Son illərdə
SOCAR qlobal bazarlarda müşahidə edilən volatillik fonunda
uğurlu fəaliyyət göstərərək strateji
inkişaf imkanlarından istifadə etmə
bacarığını bir daha təsdiq edib. SOCAR-ın
transformasiyası yalnız milli sərhədlərlə məhdudlaşmayıb
– beynəlxalq layihələrdə fəal iştirakı və
strateji tərəfdaşlıqlar sayəsində şirkət
gəlir mənbələrini şaxələndirərək
beynəlxalq səviyyədə fəaliyyətini genişləndirib.
Son illərdə
SOCAR qlobal enerji bazarlarında müşahidə olunan volatillik
fonunda sabit və effektiv fəaliyyət nümayiş etdirərək
strateji inkişaf imkanlarından səmərəli şəkildə
faydalandığını sübut edib. Şirkətin
transformasiyası yalnız ölkə daxilindəki fəaliyyəti
ilə məhdudlaşmayıb — beynəlxalq layihələrdə
fəal iştirakı və strateji tərəfdaşlıqlar
sayəsində SOCAR gəlir mənbələrini uğurla
şaxələndirib və xaricdəki fəaliyyət sahəsini
genişləndirib.
Neft və
qaz ixrac infrastrukturunun daha da səmərəli istifadəsi və
genişləndirilməsi:
Azərbaycanın
qaz ixracı rekord səviyyəyə çatıb –
2024-cü ildə bu göstərici 25,3 milyard kubmetr (
2023-cü ildə 23,9 milyard kubmetr və 2022-ci ildə 22,3
milyard kubmetr olub). 2026-cı ilədək Avropaya illik qaz
ixracının 2023-cü ildəki 11,8 milyard kubmetrdən 14
milyard kubmetrə qədər (təxminən 18,6%)
artırılması hədəflənir. Azərbaycan əlavə
kapital xərcləri olmadan, SWAP çərçivəsində
12 ölkəyə qaz tədarük edir.
SOCAR,
Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlıq
çərçivəsində 97,5 km-lik
“İğdır-Naxçıvan” qaz kəmərinin tikintisini
başa çatdırıb. Bu strateji layihə Türkiyə
ilə Azərbaycanın Naxçıvan bölgəsi
arasında enerji əlaqəsini gücləndirir və
Naxçıvanın enerji ehtiyaclarını
qarşılamağa xidmət edir.
SOCAR və
Qazaxıstanın milli neft və qaz şirkəti “KazMunayGas”
2024-cü ildə Aktau-Bakı-Ceyhan Neft Tranziti Sazişi
çərçivəsində Bakı-Tbilisi-Ceyhan vasitəsilə
1,5 milyon ton neftin nəqli üzrə beşillik müqavilə
imzalayıb.
Xarici
“Upstream” investisiyaları:
SOCAR beynəlxalq
neft şirkətləri ilə əməkdaşlıq çərçivəsində
yüksək potensiala malik bölgələrdə neft və
qaz yataqlarının kəşfiyyatı və işlənməsi
üzrə fəaliyyət göstərir.
Birləşmiş
Ərəb Əmirliklərində: SOCAR, ADNOC şirkətindən
“Umm Lulu” və SARB yataqlarında 3% effektiv iştirak payı əldə
edib. Bu yataqlarda ümumi neft ehtiyatları 2,7 milyard barrel həcmində
qiymətləndirilir. SOCAR-ın illik hasilat payının təxminən
2,8 milyon barrel (təxminən 0,4 milyon ton) neft olacağı
proqnozlaşdırılır. Bu, SOCAR-ın ölkə
hüdudlarından kənarda “usptream” sahəsinə
yatırdığı ilk investisiyasıdır.
İsraildə:
SOCAR, “Chevron” şirkətinin istismar etdiyi “Tamar”
yatağında 10% iştirak payının alınmasına
dair müqavilə imzalayıb. “Tamar” İsrailin ikinci ən
böyük ofşor təbii qaz yatağıdır. Bundan əlavə,
SOCAR, bp və “NewMed Energy” şirkətlərindən ibarət
konsorsium İsrailin Xüsusi İqtisadi Zonasında (EEZ) təbii
qaz kəşfiyyatı aparmaq üçün lisenziyalar əldə
edib.
SOCAR,
İsveçrədə 2026-cı ilə qədər 100
yüksək sürətli elektrik yükləmə
stansiyalarının quraşdırılması və yerli
enerji şirkətləri ilə birgə yaşıl hidrogen
istehsalı üzrə zavodu inkişaf etdirməyi
planlaşdırır
Vyetnamın
“Binh Son” NEZ-i “SOCAR Trading” ilə 2025-ci il üçün xam
neft təchizatı üzrə müqavilə imzalayıb.
SOCAR, həmçinin
beynəlxalq LNG təchizatını artırmaq istiqamətində
addımlar atıb. Bu xüsusda təbii qazın mayeləşdirilməsi
terminalları, reqazifikasiya qurğuları və transmilli
infrastruktur layihələrinə sərmayələr qoyulub.
“Pakistan LNG Limited” (PLL) ilə “SOCAR Trading” arasında 2025-ci ildə
Pakistana LNG yüklərinin təchizatı üzrə çərçivə
sazişi imzalanıb.2025-ci ildə SOCAR Rumıniyada qazın
topdansatışı bazarına daxil olub.2023-cü ildən
etibarən “SOCAR Trading” Asiyada artan tələbatı
qarşılamaq məqsədilə Sinqapurda LNG ticarəti
üzrə fəaliyyətini gücləndirib.
Bu
addımlar SOCAR-ı beynəlxalq enerji bazarlarında
etibarlı tərəfdaş kimi tanıdaraq qlobal imicini
gücləndirib və dayanıqlı səviyyədə gəlir
axınının təmin edilməsi üçün strateji
baza formalaşdırıb.
3.
SOCAR-ın sosial missiyasını effektiv şəkildə
yerinə yetirməklə yanaşı, yüksək maliyyə
dayanıqlılığını təmin etmək:
Qlobal
enerji bazarlarında hökm sürən volatillik və sürətli
dəyişikliklər fonunda dayanıqlı inkişafın təmin
edilməsi üçün güclü maliyyə
intizamının qurulması labüddür. Bununla
yanaşı, SOCAR kimi dövlət şirkətlərin vacib
sosial məsuliyyət öhdəlikləri də mövcuddur
SOCAR
neft-qaz sektorunda dövri dəyişikliklərin
yaratdığı qeyri-müəyyənliklərə
qarşı dayanıqlılığı artırmaq məqsədilə
son iki ildə güclü maliyyə göstəricilərinə
nail olmağı strateji hədəf kimi müəyyənləşdirib.
Şirkətin 2023–2024-cü illərdəki əsas maliyyə
nailiyyətləri aşağıdakılardır:
2023–2024-cü
illər ərzində SOCAR-ın faiz, vergi və amortizasiya
öncəsi gəliri (EBITDA) 8,3% artaraq 4,8 milyard ABŞ
dollarından 5,2 milyard ABŞ dollarına yüksəlib (bu
göstəricilər STAR və SGC-nin tam
konsolidasiyasını nəzərə almır).
Aşağıda
son illərin EBITDA dinamikası təqdim olunur:
2020: 2,4
milyard ABŞ dolları
2021: 4,6
milyard ABŞ dolları
2022: 8,7
milyard ABŞ dolları
2023: 4,8
milyard ABŞ dolları
2024: 5,2
milyard ABŞ dolları
Azad pul
axınının artması:
2023–2024-cü
illərdə sərbəst pul axını 46% artım
göstərmişdir. Bu nəticəyə xərclərə
ciddi nəzarət və nizamlı kapital idarəçiliyi
vasitəsilə nail olunub.
Kredit
reytinqinin yüksəldilməsi:
Fitch
Ratings agentliyi 2024-cü ilin avqust ayında SOCAR-ın kredit
reytinqini "BBB–" səviyyəsinə qaldırıb ki,
bu da Azərbaycanın suveren reytinqinə bərabərdir.
Moody’s agentliyi isə şirkətin mövcud likvidlik səviyyəsini
və 2025-ci ilə qədər borc öhdəliklərinin
yerinə yetirilməsi üçün maliyyə
imkanlarını nəzərə alaraq, SOCAR-ın reytinq
proqnozunu müsbətə dəyişib.
ESG
reytinqi:
2024-cü
ilin son rübündə MSCI agentliyi SOCAR-a ətraf mühit,
sosial məsuliyyət və korporativ idarəetmə (ESG)
kriteriyaları üzrə ilkin “BBB” səviyyəsində
reytinq vermişdir.
Maliyyə
göstəricilərinin optimallaşdırılması:
Depozitlər
üzrə faiz gəlirlərinin artması və
sığorta xərclərinin optimallaşdırılması
sayəsində SOCAR kreditlər üzrə faiz dərəcələrini
səmərəli şəkildə aşağı sala bilib.
"Yaşıl"
istiqrazlara böyük maraq:
2025-ci
ilin birinci rübündə SOCAR bərpa olunan enerji layihələrinin
maliyyələşdirilməsi məqsədilə ümumi dəyəri
200 milyon ABŞ dolları olan "yaşıl" istiqrazlar
buraxmışdır. 10 iyun 2025-ci il tarixində bu istiqrazlar
üzrə ilk faiz ödənişi həyata
keçirilmiş və istiqraz sahiblərinin hesablarına
ümumilikdə 3 milyon ABŞ dolları
köçürülmüşdür. "Yaşıl"
istiqrazlara yerli bazarda yüksək maraq müşahidə
olunub — 7 mart tarixindən etibarən ikinci bazarda olan bu alətlər
üzrə Bakı Fond Birjasında 330-dan çox əməliyyat
aparılıb və əməliyyatların ümumi həcmi
13,8 milyon ABŞ dollarını keçib. Bu aktivlik daxili
kapital bazarında ciddi canlanma yaratmışdır.
Dövlət
büdcəsinə töhfələr: 2022–2024-cü illər ərzində
SOCAR mənfəət vergisi və yol vergisi istisna olmaqla
dövlət büdcəsinə 5,7 milyard AZN məbləğində
vergi, 629 milyon AZN birbaşa divident ödənişləri həyata
keçirib.
Bu faktlar
SOCAR-ın neft və qaz sektorunda tsiklik təzyiqlərə
qarşı davamlılığını, adaptasiya qabiliyyətini
və maliyyə sabitliyini uğurla təmin etdiyini təsdiq
edir.
Borc səviyyəsinin
azalması:
Post-COVID
dövründə neft-qaz sektorunda qlobal tələbat və təchizat
“şok”larının təsiri ilə kəskin dəyişikliklər
müşahidə olunub və sənayedə orta borc/EBITDA nisbəti
1–1,5 dəfə səviyyəsindən 2–2,5 dəfə səviyyəsinə
yüksəlib. Bu dövrdə SOCAR-ın Beynəlxalq Maliyyə
hesabatlarına əsasən borc/EBITDA nisbəti 2020-ci ildə
3,4-dən 4,2 dəfə yüksəlib. STAR, “Goldman Sachs”,
SOFAZ borcları nəzərə alındıqda (CQD istisna
olmaqla) bu göstərici 7 dəfə səviyyəsində
olub.
Buna
baxmayaraq SOCAR, əməliyyatların təkmilləşdirilməsi
və strateji tədbirlər nəticəsində bu
çağırışa qarşı sürətli və
effektiv cavab verdiyini nümayiş etdirib:
2022-ci ildə
SOCAR 70,1 milyard ABŞ dolları gəlir və 8,7 milyard ABŞ
dolları EBITDA ilə rekord səviyyədə nəticələr
əldə edib. Bu artımın təxminən yarısı
neft və qaz qiymətlərinin kəskin yüksəlməsi
ilə əlaqədar olub, qalan hissəsi isə ticarət əməliyyatlarının
optimallaşdırılması və “STAR” zavodunun yüksək
səmərəliliklə fəaliyyət göstərməsi
kimi strateji təşəbbüslər nəticəsində təmin
olunub.
2022-ci
ilin sonuna qədər SOCAR borc/EBITDA nisbətini 2 dəfədən
aşağı salıb və 2023–2024-cü illər ərzində
bu göstəricini 2–3 dəfə aralığında
saxlamağa nail olub. Nəticə etibarilə, 2021–2024-cü
illər ərzində SOCAR, EBITDA göstəricisini ikiqat
artırıb, bütün borclarının əhəmiyyətli
hissəsini (35%-dən çoxunu) ödəyib və
borc/EBITDA nisbətini 66% azaldaraq maliyyə sabitliyinə
sadiqliyini və intizamlı yanaşmasını nümayiş
etdirib.
Maliyyə
nəticələri ilə sosial məsuliyyətin
balanslaşdırılması:
Son
üç il ərzində SOCAR mühüm sosial layihələrə
3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu layihələrə
aşağıdakılar daxildir:
Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının
qazlaşdırılması: Enerji infrastrukturunun
yaradılması və regional inkişafın dəstəklənməsi.
Sosial
rifah layihələrinə investisiyalar: Ehtiyac duyulan
bütün hallarda, SOCAR Azərbaycan vətəndaşlarının
sosial həyat səviyyəsinin yüksəldilməsinə
yönəlmiş təşəbbüsləri maliyyələşdirib,
ölkənin rifahının təminatçılarından
biri kimi rolunu gücləndirib.
2024-cü
ildə SOCAR ekoloji tədbirləri maliyyələşdirib.
Bundan əlavə,
SOCAR, Azərbaycan vətəndaşları üçün
yanacağın qiymətini Avropa səviyyəsindən əhəmiyyətli
dərəcədə aşağı saxlayaraq sosial rifaha
töhfə verib. Belə ki, dizel yanacağının 1
litrinin qiyməti 0,59 ABŞ dolları (Avropadan 66% ucuz),
Aİ-95 markalı benzinin isə 1 litri 0,94 ABŞ dolları təşkil
edib (Avropadan 47% ucuz).
EY tərəfindən
aparılmış əmək bazarı təhlili
hesabatlarına əsasən, 2022–2024-cü illər ərzində
SOCAR əməkdaşlarının rifah halının inkişafına
sadiqliyini qoruyaraq, işçilərə illik orta hesabla 160
milyon AZN həcmində əlavə xərc çəkib.
Qarşıdakı
Yol: Məqsədlər üzərində qurulmuş gələcək
SOCAR-ın
transformasiya yolu davam edir və bu yolun əsas məqsədi ənənəvi
neft-qaz şirkətindən Azərbaycan üçün
enerji təhlükəsizliyini təmin edən və dəyər
yaradan beynəlxalq enerji şirkətinə çevrilməkdir.
SOCAR-ın "Next Horizon" (“Növbəti Üfüq”)
strategiyası bu istiqamətdə aydın fəaliyyət
planını müəyyən edir:
Karbohidrogen
hasilatının maksimuma çatdırılması: SOCAR yerli
“upstream” əməliyyatlarını effektiv şəkildə
davam etdirməyə, eyni zamanda uzunmüddətli enerji təchizatını
təmin etmək üçün beynəlxalq miqyasda “upstream”
fəaliyyətini genişləndirməyə
çalışır.
Emalın
və neft-kimyasının modernizasiyası (downstream):
SOCAR
enerji təhlükəsizliyini təmin etmək
üçün ölkədə “downstream” aktivlərində
(xüsusilə Heydər Əliyev adına NEZ və “Azərikimya”
İB) modernizasiya işlərini davam etdirməklə
yanaşı, Türkiyədəki strateji fəaliyyətini
artırır.
Əməliyyat
mükəmməlliyi:
SOCAR
proseslərin təkmilləşdirilməsi və xərclərin
optimallaşdırılması vasitəsilə etibarlı və
səmərəli neft-qaz təchizatını təmin edir;
eyni zamanda ən yüksək təhlükəsizlik
standartlarına riayət edir.
SOCAR
üçün səmərəliliyin,
etibarlılığın və təhlükəsizliyin
artırılması əsas prioritet olaraq qalır. Ən
müasir texnologiyaların tətbiqi və xərclərin
optimallaşdırılması sayəsində şirkət
neft və qazın dayanıqlı və fasiləsiz tədarükünü
beynəlxalq ESG və sənaye təhlükəsizliyi
standartlarına uyğun olaraq möhkəmləndirir.
HSE
transformasiya proqramına SOCAR prezidenti birbaşa tabe olan, yeni
müstəqil təşkilat rəhbərlik edir və bu təşkilat
bütün aidiyyəti struktur bölmələri və biznes
vahidləri ilə əməkdaşlıq edir. Bu yanaşma
ExxonMobil və Shell kimi beynəlxalq neft şirkətlərinin
dünya standartlarına uyğundur.
Təhlükəsizlik
sahəsində sistemli səylərə baxmayaraq, SOCAR-ın fəaliyyəti
yüksək risklə əlaqəlidir və insan faktoru ilə
bağlı hadisələrin tamamilə istisna edilməsi
mümkün deyil ki, bu da təəssüf doğurur. Buna
baxmayaraq, təhlükəsiz iş şəraitinin təmin
olunması və təhlükəsizlik standartlarının
yüksəldilməsi istiqamətində daimi işlər
aparılır.
2024-cü
ildə SOCAR neft kəmərlərinin mövcud vəziyyətinin
dərin təhlili və uzun illər
yığılmış investisiya tələblərini nəzərə
alaraq, zəruri tədbirlərin həyata keçirilməsi
üzrə layihəyə start verib. Təəssüf ki,
modernizasiya layihəsi davam edərkən (“Neft Daşları” –
Çilov – Şah saçı – Dübəndi boru kəməri
üzrə) 2025-ci ilin fevral ayında sızma hadisəsi
baş verib.
2025-ci
ilin mart ayında Heydər Əliyev adına NEZ-də xam neftin
distillə olunması qurğusunun alt hissəsində nasosun
texniki baxışı üçün hazırlıq
zamanı yanğın hadisəsi baş verib. Hadisəyə
operativ və effektiv reaksiya verilməsi məqsədilə
xüsusi komanda yaradılıb və iki podratçı
qısa zamanda texniki xidmət prosesinə cəlb olunub. Bu
işlər çərçivəsində bir sıra vacib və
əsaslı tədbirlər görülüb: nasosların təmiri,
boru kəmərləri və kabellərin dəyişdirilməsi,
atmosfer və vakuum kolonlarının xidməti, enjektorların
texniki baxışı və 200-dən artıq klapanın dəyişdirilməsi.
Bu kimi hadisələrin qarşısını almaq məqsədilə
NEZ-in geniş miqyaslı modernizasiya layihəsi sürətlə
davam etdirilir.
Enerji
keçidinə dəstək:
2050-ci ilə
qədər karbon neytrallığına nail olmaq öhdəliyinə
uyğun olaraq, SOCAR iqlim neytralı həllərin tətbiqini
sürətləndirir. Əsas diqqət təkrarolunan enerji
sahəsində, qabaqcıl beynəlxalq tərəfdaşlarla
əməkdaşlıq şəraitində həyata
keçirilən layihələrin balanslı portfelinin
formalaşdırılmasına yönəldilmişdir. Bu,
şirkəti qlobal enerji keçidinin ayrılmaz hissəsinə
çevirir.
Portfelin
optimallaşdırılması və
dayanıqlılığı:
SOCAR aktiv
portfelinin strukturunu və coğrafiyasını ardıcıl
şəkildə yenidən gözdən keçirir və
enerji bazarının yeni reallıqlarına
uyğunlaşdırır. Əsas məqsəd uzunmüddətli
perspektivdə dayanıqlı böyüməni, maliyyə
dayanıqlığını və şirkətin yüksək
investisiya cəlbediciliyini təmin etməkdir.
Bu strateji
istiqamətlər SOCAR-ın dəyişikliklərə
yalnız uyğunlaşmaqla kifayətlənməyib, həm də
enerji gələcəyini formalaşdırmaq, regional və
qlobal səviyyədə liderliyini gücləndirmək niyyətində
olduğunu göstərir.
Bugünkü
SOCAR təkcə milli neft-qaz şirkəti deyil, beynəlxalq
miqyasda fəaliyyət göstərən güclü və
çoxşaxəli enerji oyunçusudur. Neft və qazın
hasilatı, emalı və nəqli sahəsində kompleks layihələr
həyata keçirərək, SOCAR Azərbaycanın enerji təhlükəsizliyinin
təmin edilməsində sistem yaradan rol oynayır. Eyni zamanda,
şirkət Avropa və digər regionların enerji dayanıqlılığına
əhəmiyyətli töhfə verərək, transmilli
infrastruktur təşəbbüslərinin həyata
keçirilməsində etibarlı tərəfdaş kimi
çıxış edir.
SOCAR-ın
qlobal enerji keçidində fəal iştirakı xüsusi
önəm daşıyır. “Yaşıl” texnologiyaların
inkişaf etdirilməsi, təkrarolunan enerji sahəsində
layihələr portfelinin yaradılması və
dayanıqlı təcrübələrin strategiyaya
inteqrasiyası ilə şirkət yeni
çağırışlara hazır olduğunu göstərir
və davamlı inkişaf prinsiplərinə uzunmüddətli
bağlılığını təsdiqləyir.
Beləliklə,
SOCAR milli maraqları qlobal məsuliyyətlə uğurla
uzlaşdıraraq, Azərbaycanı beynəlxalq enerji dialoqunun
vacib və məsuliyyətli iştirakçısı kimi
mövqeyini möhkəmləndirir.
Ləman
ZEYNALOVA
İki
sahil.- 2025.- 14 iyun, ¹101.- S.6-8.