Azərbaycan Dəmir Yolları:
Polad relslər üzərində
texnoloji möcüzənin yeni ünvanı
Artıq birinci yarısını uğurla başa vurduğumuz 2025-ci il qalib, bütövləşən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada yeni reallıqlar yaradan müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında əlamətdar yubiley hadisələri ilə zəngin il kimi çağdaş tariximizə düşəcək.
Cari il Azərbaycanda müstəqil
dövlətimizin Konstitusiyasının
ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilməsinin 10-cu, Vətən
müharibəsində şanlı
Zəfərimizin 5-ci ildönümləri,
eyni zamanda milli mətbuatımızın
yaranmasının 150 və
Azərbaycan Dəmir Yollarının həyata vəsiqə almasının
145 illiyi əlamətdar
yubileylər kimi qeyd edilir.
Göründüyü kimi, bu əlamətdar
tarixi hadisələrin
subyektlərindən ikisi,
yəni, müstəqil
dövlətimizin Konstitusiyası
və 2020-ci il sentyabrın 27-də başlayan
44 günlük Vətən
mübaribəsində Böyük
Qələbəmiz, obrazlı
şəkildə ifadə
etməli olsaq, ilk yubiley sevincini
yaşadıqları halda,
150-ci və 145-ci ildönumlərini
qeyd edən digər iki subyektin - milli mətbuatımızın və
Azərbaycan Dəmir Yollarının yaranma tarixi daha uzaq
dövrə söykənir.
Sonuncu iki yubileyin subyektlərini birləşdirən ümumi
cəhət odur ki, onların hər ikisi Azərbaycanın müstəmləkə
boyunduruğu altında
inildədiyi vaxtlarda, yəni xalqımız çar Rusiyasının təbəəsi olduğu
dövrdə həyata
vəsiqə alıblar.
Azərbaycanın çoxəsrlik
tarixinə parlaq səhifələr yazmış
milli mətbuatımızı
və dəmiryol sistemimizi birləşdirən
daha bir mühüm cəhət isə onların əvvəlcə çar
Rusiyasının, sonralar
“qırmızı imperiya”nın milli azlıqların hər bir intibah və
inkişaf təşəbbüslərinin
boğulması ilə
müşayiət olunan
sərt qadağalarına
və ciddi nəzarətinə rəğmən
ayaqda qalıb bugünkü tərəqqi
səviyyəsinə gəlib
çatmalarıdır. Yaranma
tarixləri bir əsr yarıma söykənən yubileylərini
qeyd etdiyimiz subyektlərin çoxillik
fəaliyyətlərini araşdırarkən,
şübhəsiz, bu
mühüm nüanslar
nəzərdən qaçırılmamalıdır.
Bu baxımdan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Şurası ilə birlikdə milli mətbuatımızın
150 illik yubileyi ərəfəsində “Azərbaycan
Dəmir Yolları” -
145 illik inkişaf yolu” mövzusunda media müsabiqəsi keçirməsi özündə
tarixi keçmişimizə
sonsuz hörmət və ehtiramı əks etdirməklə yanaşı, həm də nəsillərin estafeti baxımından təqdirəlayiq
addım kimi qiymətləndirilməlidir.
Bəli, yuxarıda
vurğuladığımız kimi, 2025-ci ildə Azərbaycan Dəmir Yolları özünün
145 illiyini qeyd edir. Mübaliğəsiz demək olar ki, bu əlamətdar
tarix təkcə sıradan bir nəqliyyat qurumunun deyil, bütövlükdə
ölkənin sosial-iqtisadi
inkişafının, sənaye
və regional inteqrasiyasının şərəfli
və qürur doğuran səhifələrlə
zəngin tarixidir.
1880-ci ildə Bakı-Sabunçu
xəttinin işə
düşməsi ilə
əsası qoyulan milli dəmir yolu sistemi o vaxtdan ötən 145 il ərzində dövrün tələblərinə
uyğun sürətlə
inkişaf edərək,
eyni zamanda, tərəqqi yolu ilə irəliləyərək
Azərbaycanı dünyada
tanıdan və şöhrətləndirən neft
sənayesinin inkişafına,
regionların birləşməsinə,
ölkəmizin xarici dövlətlərlə ticarət
dövriyyəsinin genişlənməsinə
əvəzsiz töhfələr
verib. 145 il bundan əvvəl Azərbaycanın ilk dəmir yol xəttinin işə düşməsi zaman keçdikcə, xüsusilə
dövlət müstəqilliyimizin
bərpasından ötən
34 il ərzində fəaliyyətini təkcə
daşınma vasitəsi
funksiyasını yerinə
yetirməklə məhdudlaşdırmayıb.
Həmçinin modernizasiyanın,
şəhərləşmənin və iqtisadi yüksəlişin lokomotivinə
çevrilmək kimi hədəflərə yetişməyi
bacarıb.
Məhz bütün
bunlara əsaslanaraq inamla qeyd edə
bilərik ki, bu gün 145 illik irsə sahib olan Azərbaycan
Dəmir Yolları artıq sadəcə fiziki yük və sərnişin daşımaları ilə
məşğul olan iqtisadi sistem funksiyasını aşaraq
regional və hətta əminliklə demək olar ki, beynəlxalq gücə çevrilib.
ADY son illərdə rəqəmsal transformasiya,
beynəlxalq logistika dəhlizlərinə inteqrasiya,
multimodal daşımaların
inkişafı və müasir infrastruktur quruculuğu sahələrində
mühüm nailiyyətlər
əldə edib. Bu gün Azərbaycanın
liderliyi ilə formalaşmaqda olan qlobal nəqliyyat layihəsinin - Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Dəhlizimin (Orta Dəhliz) əsas iştirakçısı kimi
çıxış edən
ADY, eyni zamanda, Azərbaycanın tranzit ölkə mövqeyini gücləndirir. Bu baxımdan mübaliğəsiz
Azərbaycan dəmir yol sisteminin keçdiyi şanlı yolu bir tərəfdən
tarixi uğurların xatırlanması, digər
tərəfdən isə
gələcəyə uzanan
rəqəmsal və innovativ yol xəritəsinin
təntənəli başlanğıcı
kimi səciyyələndirmək
olar.
Artıq hər
kəsə məlum olan həqiqətdir ki, bu gün
müasir dünyamızda
nəqliyyat sektorunun inkişafı təkcə
fiziki infrastrukturun genişləndirilməsi ilə
ölçülmür. İndiki
dövrdə nəqliyyat
sistemlərinin səmərəliliyi
onların informasiya texnologiyalarına nə dərəcədə inteqrasiya
olunduğu ilə müəyyən edilir. Ənənəvi dəmir
yolu sistemlərində
idarəetmə, məlumat
axını və əməliyyatlar daha çox əl ilə və vaxt aparan üsullarla
yerinə yetirilərkən
bir çox hallarda uzunmüddətli gecikmələr, məlumatların
qeyri-dəqiqliyi və
xidmət keyfiyyətində
uyğunsuzluqlar müşahidə
olunurdu. Rəqəmsallaşma
isə bu çətinlikləri aradan
qaldırmaqla yanaşı,
sürətli qərarvermə,
xərclərin azaldılması
və istifadəçi
təcrübəsinin yüksəldilməsi
imkanlarını təqdim
edir.
Azərbaycanın bu gün öz
coğrafi mövqeyinə
görə beynəlxalq
yükdaşımalarda və
regional tranzit marşrutlarında əsas
aktora çevrilməsi,
xüsusilə Xəzər
dənizi, Orta Asiya, Qafqaz və
Avropanı birləşdirən
ticarət dəhlizlərinin
kəsişməsində yerləşməsi
ölkəmizin dəmir
yolu sistemində rəqəmsallaşmanın tətbiqini
nəinki zəruri edir, hətta əminliklə deyə bilərik ki, qarşısıalınmaz prosesə
çevirir. Məhz bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəqəmsallaşması təkcə
daxili texnoloji yenilənmə deyil, həm də ölkənin beynəlxalq
ticarət zəncirinə
effektiv inteqrasiyası
üçün əsas
strateji zərurət kimi çıxış edir.
ADY-nin rəqəmsal
transformasiyası çərçivəsində
həyata keçirilən
əsas maliyyə dəstək mənbələrindən
biri Asiya İnkişaf Bankının
(AİB) ayırdığı 47 milyon ABŞ dolları dəyərində kreditdir.
Bu kredit vəsaiti qurumun informasiya idarəetmə sistemlərinin modernləşdirilməsinə,
logistik əməliyyatların
rəqəmsallaşdırılmasına,
daşımaların real
vaxtda izlənilməsinə
və tarif siyasətinin daha şəffaf və hesabatlı sistemlə aparılmasına yönəldilib.
Kredit həm də texniki avadanlıqların yenilənməsinə,
müasir server infrastrukturunun qurulmasına,
rəqəmsal məlumat
bazalarının yaradılmasına
və yeni texnoloji platformaların tətbiqinə sərf olunur. Bundan əlavə, layihə çərçivəsində AİB-in texniki müşavirə
dəstəyi də təmin olunur ki, bu da
yuxarıda sözügedən
layihənin beynəlxalq
standartlara uyğun şəkildə icrasına
zəmin yaradır. Bir mühüm məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan hökumətinin
bu layihəyə əlavə olaraq 13,52 milyon ABŞ dolları məbləğində vəsait
ayırması dövlətimizin
rəqəmsallaşma prosesinə
davamlı dəstəyini
açıq şəkildə
nümayiş etdirir. Bu vəsait əsasən yerli infrastrukturun gücləndirilməsi,
insan resurslarının
hazırlanması, məlumat
təhlükəsizliyinin artırılması
və texnoloji həllərin lokallaşdırılması
istiqamətində istifadə
olunur.
Məlumdur ki,
rəqəmsallaşma prosesində
texnologiyanın tətbiqi
qədər onun idarə edilməsini bacaran peşəkar kadrların hazırlanması
da son dərəcə
vacib amildir. Məhz bu məqsədlə
AİB-in 500 min dollar məbləğində
verdiyi qrant ADY-də “İT Akademiya” layihəsinin əsas maliyyə dayaq nöqtəsini təşkil
edir. Bu proqram çərçivəsində
əməkdaşlara informasiya
texnologiyaları sahəsində
müasir bilik və bacarıqlar öyrədilir. Tədris modulları proqramlaşdırma,
məlumat analizi, kibertəhlükəsizlik, layihə
menecmenti və texniki dəstək üzrə formalaşdırılıb.
Qrantın bir hissəsi həm də xarici ölkələrdə keçirilən
təlimlərə və
gender bərabərliyi
çərçivəsində mentorluq proqramlarına yönəldilib. Bu faktor ADY-nin rəqəmsal strategiyasının
yalnız texniki deyil, həm də institusional transformasiyaya əsaslandığını
göstərir.
Bir mühüm
məqamı xüsusi
qabartmalıyıq ki,
rəqəmsallaşma prosesində
ADY-nin daxili texnoloji modernləşməsi
təkcə avadanlıqların
yenilənməsi ilə
bitmir. Təqdirəlayiq
haldır ki, artıq şirkətdə
genişmiqyaslı proseslərin
optimallaşdırılması məqsədilə “Enterprise Service Bus” (ESB), MS Project və Jira kimi proqram
təminatları işə
salınıb. Bu sistemlər vasitəsilə
layihələrin planlaşdırılması,
həyata keçirilməsi
və monitorinqi daha səmərəli şəkildə icra olunur. Əlavə olaraq, məlumatların cloud əsaslı bazalarda saxlanılması,
daxili şəbəkələrdə
təhlükəsizlik divarlarının
qurulması və şifrələnmiş sənəd
dövriyyəsinin tətbiqi
ilə əməliyyat
təhlükəsizliyi gücləndirilib.
Şübhəsiz ki,
bütün bu addımlar həm strateji planlaşdırma, həm də gündəlik əməliyyatlar
baxımından şirkətin
çevikliyini artırır.
Sərnişin təcrübəsinin artırılması
məqsədilə yaradılmış
“ADY Mobile” tətbiqi istifadəçilərə
bilet alışı,
marşrut planlaması,
real vaxtda qatarların izlənməsi,
stansiya məlumatlarının
əldə olunması
kimi bir çox funksiyaları təqdim edir. Bu mobil platforma
2024-cü il sonuna qədər 180.000-dən çox
istifadəçi tərəfindən
yüklənmiş və
sərnişinlərin 70%-i biletlərini məhz bu tətbiq üzərindən əldə
etmişdir. Tətbiqin
NFC və QR texnologiyaları
ilə təchiz olunması, eyni zamanda stansiyalarda pulsuz Wi-Fi təminatı
sərnişin məmnuniyyətini
daha da artırmışdır.
Bu gün
ADY Smart yük daşımaları
üçün hazırlanmış
vahid idarəetmə platformasıdır, desək
şübhəsiz, mübaliğəyə
yol vermiş olmarıq. Məsələ
burasındadır ki, bu sistem vasitəsilə
yüklərin marşrutlanması,
gömrük sənədlərinin
elektronlaşdırılması, beynəlxalq daşımalarda
istifadə olunan CIM və SMGS formalı sənədlərin elektron
versiyası, habelə
daşıma prosesinin
real vaxtda izlənməsi mümkündür.
Əvvəllər 4-5 saat
çəkən prosedurlar
bu platforma ilə artıq 20 dəqiqə ərzində
həyata keçirilir.
Bəs bütün bunlar “Azərbaycan Dəmir Yolları” QSC-yə nə kimi üstünlüklər
qazandırır. Sualın
cavabı sadə və aydındır. Bu rəqəmsallaşma tətbiqləri həm şirkət daxilində işin səmərəliliyini
artırır, həm
də beynəlxalq tərəfdaşlarla münasibətlərin
daha çevik qurulmasına şərait
yaradır.
Şübhəsiz, rəqəmsallaşma sahəsində
ADY-nin uğurlarından
bəhs edərkən
Bakı-Tbilisi-Qars (BTQ) dəmir
yolu xəttinin Azərbaycanın regionda əsas tranzit qovşağına çevrilməsində
mühüm rol oynamasından söhbət
açmamaq olmaz. Faktlar və rəqəmlər sübut
edir ki, BTQ-də rəqəmsal idarəetmə sistemlərinin
tətbiqindən sonra
daşımaların həcmi
əhəmiyyətli dərəcədə
artıb, prosedurlar avtomatlaşdırılıb və
sərhəd keçidi
prosesləri sadələşdirilib.
Hazırda bu dəmiryol xəttində rəqəmsallaşma tədbirləri
uğurla davam etdirilir.
Bir sözlə,
görünən odur
ki, artıq Azərbaycan Dəmir Yollarının rəqəmsal
transformasiyası yalnız
texnoloji yeniliklərin
tətbiqi deyil, həm də idarəetmə, insan kapitalı və regional əməkdaşlıq
baxımından köklü
dəyişikliklərə səbəb olub. Yüksək səviyyəli
investisiyalar, peşəkar
təlimlər və müasir texnologiyalar vasitəsilə ADY regional
tranzitdə liderliyini möhkəmləndirib. Bu
transformasiya ölkənin
iqtisadi inkişafına
töhfə verməklə
yanaşı, geosiyasi
mövqeyini də gücləndirir.
Əhməd Qurbanoğlu
İki sahil.- 2025.- 24 iyun, ¹107.- S.7.