Qərbi Azərbaycana

qayıdışa real dəstək

 

Otuz beş ildən artıqdır ki, haqq-ədalətin bərpa olunacağı günü-soydaşlarımızın doğma ata-baba yurdlarına- Qərbi Azərbaycana  qayıdacaqları günü gözləyirik. Dövlətimiz bunun üçün lazımi addımları atır, Ermənistan rəhbərliyi ilə bu barədə danışıqlar aparır.

Lakin Ermənistan dilemma qarşısında qalıb. Çünki  Rusiyadan, Suriyadan, Fransadan digər xarici ölkələrdən minlərlə erməninin gətirilib azərbaycanlılar yaşayan şəhər kəndərdə məskunlaşdırması indi onu çıxılmaz vəziyyətə salıb.  Təzəqonaqlar  məskunlaşdıqları yaşayış məntəqələrini boşaltmalı, ölkənin başqa ərazilərinə köçürülməlidir.

Vurğulamaq lazımdır ki, əvvəllər bir çox dövlətlər beynəlxalq təşkilatlar haqq işimizə dəstək verməsələr beş ildir ki, ciddi səhvə yol verdiklərini anlayıblar. Ancaq əvvəldən Azərbaycana dəstək verənlər, əsl həqiqəti qəbul edənlər az deyildi. Artıq bu sıra xeyli genişlənib müəyyən uğurlar da qazanılıb. Sonuncu uğuru həm İslam həmrəyliyinin nailiyyəti kimi qiymətləndirmək olar. Qarabağ münaqişəsi illərində belə həmrəyliyə çox böyük ehtiyacımız vardı desək, yanlış olmaz.

 Qeyd edək ki, aparılmış məqsədyönlü ardıcıl  işlər nəticəsində  Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycana qayıdış məsələsi barədə bənd daxil edilib sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Orada qeyd olunub ki, sözügedən sənədlərdə İƏT-in üzv dövlətləri Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı vəhşiliklə törədilmiş deportasiyanı, onların dini, mədəni, tarixi  irsinin dağıdılmasını erməniləşdirilməsini, İcmanın qayıdış hüququnun inkar olunmasını pisləyir. Üzv dövlətlər Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə ediblər.

SessiyadaHazırkı Ermənistan ərazisindən zorla sistemli şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququadlı qətnamənin qəbulu ilə Qərbi Azərbaycan məsələsi İƏT-in gündəliyində əsas mövzulardan biri kimi təsbit olunub İƏT-in icra strukturlarına bu mövzu ilə müntəzəm  məşğul olmaq tapşırığı verilib.

Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il İƏT-in Bancul Zirvə görüşündə Qərbi Azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra qurumun Nazirlər Şurasının sözügedən qərarları qəbul etməsi təşkilatın bu məsələdə ardıcıl prinsipial mövqe tutduğunu göstərir. Əlbəttə, bu, doğma yurdundan zorla qovulan azərbaycanlılarda qayıdışa ümidi daha da artırır. Qeyd edək ki, bu məsələdə  Qərbi Azərbaycan İcması fəal aparır. İcma sözügedən qərarların beynəlxalq hüququn insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq ədalətin bərqərar olunmasına töhfə verəcəyinə inanır. İcma İƏT Nazirlər Şurasının bu qərarlarını alqışlayıb bu qərarların qəbul edilməsinə görə İƏT-in üzv dövlətlərinə təşəkkürünü bildirib. Təşkilatın bu addımı qaçqın soydaşlarımızla bərabər, bütün Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır. İslam ölkələrinin bu cür dəstəyi, eyni zamanda, işğalçı Ermənistana ağır zərbə hesab oluna bilər. Düşmən ölkə getdikcə beynəlxalq aləmdə təkləndiyini, ona qarşı təzyiqlərə duruş gətirə bilməyəcəyini hiss edir. Məhz bu səbəbdəndir ki, bir vaxtlar xarici ağalarına arxalanaraq hədə, təhdid zor dili ilə danışan bu cırtdan ölkənin rəsmiləri indimum  kimi yumşalıblar. Əvvəlki iddialardan, təkəbbürdən əsər-əlamət qalmayıb.

Xatırladaq ki, eks-prezident  Levon Ter-Petrosyan Qərbi azərbaycanlıların qayıdışına münasibət bildirərkən daş atıb başını tutub  ki, onların geri dönməsi Ermənistanın altına bomba qoymaqdır. Əgər 300 min azərbaycanlı geri dönərsə onda Ermənistan  dövlətçiliyini itirəcəkdir. Əlbəttə, bu, illüziyadır məqsəd geri dönüşə əngəl olmaqdır. Ancaq küncə sıxışdırılan zəif ölkə buna məcburiyyət qarşısında şərait  yaradacaqdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, orada yaşayan erməni icmasının nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər  bundan xəbər verir. Başqa çıxış yolu yoxdur. Heç kimə lazım olmayan kiçik zəif dövlət  beynəlxalq aləmin qəbul etdiyi qanunları pozmağa cəsarət etməz. Sovet imperiyasının verdiyi saxta cəsarət  isə gorbagor olub. Ancaq mağara təfəkkürlü hay toplumu qayıdışa müqavimət göstərməkdədir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi sənəd böyük təsiredici əhəmiyyətə malikdir. Nəticəsini görəcəyik.

 

Vəli İlyasov

 

İki sahil.- 2025.- 25 iyun, ¹108.- S.7.