Energetika hər bir ölkənin
milli təhlükəsizliyi
məsələsidir
Dövlət başçısı İlham
Əliyev «8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimində
bir daha bu reallığı xüsusi vurğuladı ki, bu layihənin
qısa zamanda reallığa çevrilməsinə
energetika bazamız, təcrübəmiz, Azərbaycan
energetiklərinin peşəkarlığı,
bilikləri, təcrübələri
və beynəlxalq
tərəfdaşlarımızın töhfəsi şərait yaratdı
Dövlət başçısı İlham
Əliyev çıxışlarında
bu reallığı xüsusi qeyd edir ki, bu
gün Azərbaycan nəinki öz enerji tələbatlarını
təmin edir, o cümlədən xam nefti, neft məhsullarını,
təbii qazı, neft-kimya məhsullarını
və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız
tamamilə fərqli gündəliyə malikdir.
Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.
Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın
yeni ekoloji təmiz sektoru yaranacaq.
Ölkəmizin ümumi iqtisadi artımdan danışarkən,
enerji təhlükəsizliyi
məsələsi öndə
dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz
təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən
Avropa İttifaqına
üzv dövlətlərin
enerji təhlükəsizliyini
təmin edir. Cənab İlham Əliyev hədəfləri
açıqlayarkən bildirir
ki, qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını
böyük həcmdə
artırmaq prioritetdir.
Enerji təhlükəsizliyi
əslində hər bir ölkənin milli təhlükəsizliyi
məsələsidir.Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
Azərbaycan tərəfdaşları
ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı
uğurların xronologiyasına
diqqət yetirsək gündəmə gətirdiyi
hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə
davamlı töhfələr
verdiyini görərik.
Əməkdaşlığın coğrafiyasının genişlənməsi
Azərbaycanın etibarlı
tərəfdaş kimi
artan mövqeyinin, rolunun təqdimatıdır.
Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının
genişləndirilməsi, şaxələndirmə
siyasətinin iştirakçı
dövlətlərin maraqları
baxımından bir daha nəzərdən keçirilməsi, alternativ
variantların gündəmə
gətirilərək siyasi
və iqtisadi əhəmiyyətinin beynəlxalq
müzakirəyə çıxarılması
bölgədə və
dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə
geniş imkanlar açır. Dövlət
başçısı İlham
Əliyev Azərbaycanın
enerji təhdükəsizliyində
yeni səhifə kimi dəyərləndirilən
« 8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimindəki
çıxışında diqqəti bu məqamlara yönəldərək
bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini
təmin edən ölkələr sırasındadır
və təsadüfi deyil ki, Avropa
İttifaqı tamamilə
haqlı olaraq Azərbaycanı etibarlı
tərəfdaş və
Pan-Avropa qaz təchizatçısı adlandırır.
Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə
qaz kəmərləri
vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi
əhatəsinə görə
Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə
ki, bir çox
ölkə Azərbaycan
qazından istifadə
edib öz enerji təhlükəsizliyini
təmin edir: «Biz həm təbii
qaz, həm xam neft, neft
və neft-kimya məhsulları, müəyyən
həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd
etdiyim layihələr
istismara veriləndən
sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə
yaşıl enerjini də ixrac edəcəyik.
Beləliklə, ölkəmizin
iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq,
- halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir,
- və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı
kimi öz rolunu daha da
gücləndirəcəkdir.»
Mingəçevirdə yerləşən və ümumi gücü
1880 MVt olan bu stansiya Azərbaycanın
müstəqillik dövründə
inşa edilən ən iri elektrik
enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin
strateji əhəmiyyəti
ondan ibarətdir ki, bu stansiya
təkcə ölkənin
daxili enerji tələbatının ödənilməsində
deyil, həm də ixrac potensialının
artırılmasında mühüm
rol oynayacaq. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama
əsasən inşasına
başlanan bu layihə rekord sayılacaq müddətdə
- cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin
hazırlanması və
icrasında Azərbaycanın
mühəndisləri əsas
rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə
uzlaşdırılaraq, yerli
və beynəlxalq ekspertlərin iştirakı
ilə həyata keçirilib. Stansiyanın
tikintisində İtaliyanın
“Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə
yanaşı, yerli ixtisaslaşmış BCC Group da
iştirak edib ki, bu da
Azərbaycanın enerji
sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə
inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli
göstəricidir.
Stansiyanın inşası üçün
xarici ölkələrdən
gəmilərlə 1500-ə yaxın konteyner mal-material gətirilib. Çinin “Dongfang” şirkətindən alınmış,
ümumilikdə 40 min
kubmetr həcmində
20 min ton çəkisi olan 4 ədəd Util Qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın
“Ansaldo Energia” şirkəti
tərəfindən hazırlanan,
ümumi çəkisi
3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi
avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər
birinin çəkisi
300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər
yolboyu körpülərin
altı qazılıb
və keçid təmin ediləndən sonra yollar bərpa
olunub. “8 Noyabr” Elektrik Stansiyasının tikinti və quraşdırma işlərində
2500-dən çox xarici
və yerli mütəxəssis çalışıb.
Stansiyanın dayanıqlı
qaz təchizatı üçün 10 kilometr
uzunluğunda yeni qaz kəməri inşa edilib, iki yeni qazpaylayıcı
və tənzimləyici
stansiya tikilib, kompressor qurğuları quraşdırılıb. “8 Noyabr”
Elektrik Stansiyasının
enerjisistemə inteqrasiyası
üçün “Azərbaycan”
İstilik Elektrik Stansiyasının 500 və
330 kV-luq yarımstansiyaları
tam yenidən qurulub. Əlavə olaraq 65,6 kilometr uzunluğunda “Mingəçevir-Samux”
ötürmə xətti
inşa edilib və “Samux” yarımstansiyasında yenidənqurma
işləri aparılıb.
O cümlədən stansiyada
yanğından mühafizə,
havalandırma, rəqəmsal
idarəetmə, monitorinq
və digər zəruri infrastruktur yaradılıb. Dünyanın
bir çox ölkələrindəki bənzər
layihələrə xərclənən
vəsaitlə müqayisədə
bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub.
Dövlət başçısı İlham
Əliyev çıxışında
bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Mingəçevir
1970-ci illərdə Azərbaycan
energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə
1974-cü ildə Mingəçevirdə
“Azərbaycan” İstilik
Elektrik Stansiyasının
təməli qoyulmuşdur
və Ulu Öndərin iştirakı
ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara
verilərək artıq
o zaman hələ sovet dövründə bu stansiya Qafqazın
önəmli energetika
mərkəzlərindən birinə çevrilmişdir.
Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı
yaranmışdır. Çünki
energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər
var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü
ilə yaradılmış
Mingəçevir stansiyası
hesabına müəyyən
dərəcədə fasilələrlə
olsa belə, insanlara və müəssisələrə elektrik
enerjisi verilirdi. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü
kadr potensialı, bu
gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün
imkan yaradır.
Rəqabət qabiliyyəti baxımından
MDB məkanında birinci
olan Azərbaycanın
iqtisadi uğurlarını
təmin edən, regionda sülhün təminatı üçün
səylərini artıran
neft-qaz amilinin əhəmiyyəti bütün
səviyyələrdə xüsusilə
vurğulanır. Ölkə
Prezidenti bildirir ki, biz öz
enerji təhlükəsizliyimizi
çoxdan təmin etmişik və bu gün başqa
ölkələrin enerji
təhlükəsizliyinin təmin
edilməsində öz
rolumuzu oynayırıq.
Bu rol müsbət
roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan
heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün
istifadə etməmişdir.
Bizim bu sahədəki fəlsəfəmiz
və yanaşmamız
ondan ibarətdir ki, enerji resursları
əməkdaşlığı dərinləşdirməlidir, birliyi
möhkəmləndirməlidir və əlbəttə ki, biz bu
siyasəti apararaq öz milli maraqlarımızı
təmin edirik. Bu gün həm
bölgədə, həm
dünyada maraqlarımız
təmin edilir. Dünya əhəmiyyətli
enerji layihələrinin
reallığa çevrilməsi
ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə
və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına
çevrilən, iqtisadi
artımın sürətinə
görə dünya dövlətləri arasında
birinciliyini qoruyan Azərbaycanın inkişaf
strategiyası qabaqcıl
təcrübə kimi
nümünə göstərilir.
Enerji amili gündəlikdə prioritet
məsələlərdən biri kimi dayanır.
Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət
edir, millətləri,
xalqları bir-birinə
birləşdirir.
Sözügedən açılış mərasimindəki
çıxışında cənab İlham Əliyev onu da qeyd etdi
ki, “8 Noyabr” Stansiyasının istismara
verilməsi bir çox məqsədləri
təmin edəcək.
Enerji sistemimizin səmərəliliyi artırılacaq,
potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti
yanacaq sərfiyyatı
kəskin aşağı
düşəcək və
beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan
qazına bu gün dünya bazarlarında böyük
tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının
az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan
layihələrdə görürük
və görəcəyik.
Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr
sırasındadır. İmzalanmış,
icra edilən və icra ediləcək
bərpaolunan enerji layihələri 2030-cu ilə
qədər bizə
6500 meqavat yaşıl
enerji verəcəkdir.
Əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa,
bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq. Belə olan halda təbii
qazımızın ixracı
daha da artacaq.
Bir neçə məqsəd burada təmin edilir. Əlbəttə ki, bütün bu işlərin təməlində düşünülmüş
siyasət dayanır. Çünki hər
istiqamət üzrə
düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə
imzaladığı anlaşma
memorandumları və
sazişlər ölkəmizə
22 qiqavata qədər
külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Bu məqsəd üçün Azərbaycana
ixrac marşrutları
lazımdır. 2022-ci ilin
dekabrında Azərbaycan,
Gürcüstan, Macarıstan
və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə
dair” Saziş imzaladılar. Məqsəd
Azərbaycandan 4 qiqavatlıq
yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.
Dövlət başçısı
İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı
uğurlar fonunda bu əminliyi ifadə etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir: “Biz neft və
qaz sektoruna böyük sərmayələr
cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan
enerjidir. Digər sözlə, planlarımız
böyükdür və
əminəm ki, işlərin öhdəsindən
gələcəyik.»
Onu da qeyd edək ki, Qaradağda 230 MVt-lıq Günəş
Elektrik Stansiyasının
istifadəyə verilməsi
Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış
bərpaolunan enerji layihəsi kimi tarixə düşüb.
Neftçalada və Biləsuvarda Birləşmiş
Ərəb Əmirliklərinin
“Masdar” şirkəti ilə birgə daha iki iri
Günəş parkının
təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq
“Şəfəq” Günəş
Elektrik Stansiyasının
inşası davam edir və bu
layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Bundan əlavə, Xızı-Abşeron zonasında
inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə
bərpaolunan enerji istehsalının diversifikasiyası
və külək potensialının qiymətləndirilməsi
baxımından strateji
əhəmiyyət daşıyır.
Mingəçevir gölündə
tətbiq edilən üzən Günəş
elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması,
həm də su səthlərinin alternativ enerji istehsalı üçün
səmərəli istifadəsi
baxımından mühüm
pilot təşəbbüsdür.
Qarabağ və Şərqi Zəngəzur
bölgələri yaşıl
enerji zonası elan edildikdən sonra bu ərazilərdə
bərpaolunan enerji potensialının aktiv istifadəsi istiqamətində
ciddi işlər görülür. Artıq 30-a yaxın
hidroelektrik stansiya istismara verilib və ya tikintisi
davam etdirilir. Bu stansiyalar həm bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət
edir, həm də enerji təhlükəsizliyinə töhfə
verir. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə
yaxını alternativ
və bərpaolunan enerji mənbələri hesabına təmin olunur ki, bu da region üzrə ən yüksək göstəricilərdən
biridir.
Reallıq budur ki, Azərbaycan
qarşısına qoyduğu
hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu
qeyd etməklə yanaşı, səylərini
də artırır. Ölkəmiz bərpaolunan
enerji mərkəzi kimi tanınır. COP29 kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi
də Azərbaycanın
bu sahədəki iddiasını və qlobal enerji gündəmində
artan rolunu bir daha nümayiş
etdirir. COP29-un Bakıda
keçirilməsi ölkəmizin
yaşıl enerji siyasətinə və ekoloji təşəbbüslərinə
beynəlxalq diqqəti
daha da artırıb.
Bu tədbir çərçivəsində
Azərbaycan dünyanın
qabaqcıl enerji şirkətləri, beynəlxalq
maliyyə institutları
və ekoloji təşkilatları ilə
yeni tərəfdaşlıqlar qurmaq, yaşıl enerji texnologiyalarının
tətbiqini genişləndirmək
və beynəlxalq yaşıl maliyyə resurslarına çıxış
imkanlarını gücləndirmək
imkanı qazanıb.
Azərbaycan enerji siyasətində
yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə,
enerji ixrac imkanlarının genişləndirilməsinə,
ətraf mühitin mühafizəsinə və
regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət
edir. Bu mühüm layihə Azərbaycanın
enerji tarixində qızıl hərflərlə
yazılaraq, ölkənin
qüdrətini və
dövlətçilik iradəsini
bir daha təsdiqləyir. Azərbaycanın
yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə
də regionun və Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynamağa davam edəcək. Bu gün ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.
Təbii ki, bu uğurlarımızın təməlində
düşünülmüş və gələcəyə
hesablanmış enerji
siyasətimizin nəticəsidir.
Azərbaycanın bərpaolunan
enerji sektorunda əldə etdiyi nailiyyətlərin əsasında
güclü dövlət
dəstəyi və çevik iqtisadi-siyasi strategiya dayanır.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 25 iyun, ¹108.- S.2.