Naxçıvan: Türk həmrəyliyinin
və birliyinin ortaq məkan
Prezident İlham Əliyevin təsdiqlədiyi «Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023–2027-ci illər
üçün Dövlət
Proqramı»nın tətbiqi ilə bu qədim diyar
inkişaf edir, gözəlləşir
«Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı.
Ona görə
yox ki, burada anadan olmuşdu, bura onun Vətəni
idi. Ona görə ki,
siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün
əhəmiyyətini çox
gözəl başa düşürdü» söyləyən
Prezident İlham Əliyevin
muxtar respublikaya səfərlərinin hər
biri yeniliklərlə
zəngin inkişaf mərhələsi kimi yaddaşlarda qalıb.
Bu ənənəyə sadiq
qalan Prezident İlham Əliyevin ulu məskənə
göstərdiyi diqqət
sayəsində və
birbaşa tapşırığı
ilə görülən
genişmiqyaslı işlər,
o cümlədən böyük
infrastruktur layihələrinin
həyata keçirilməsi,
Naxçıvanda qazlaşdırmanın
100 faiz səviyyəsində
təminatı, enerji təchizatı, müasir yolların inşası, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması
bu qədim diyarın simasını daha da gözəlləşdirib.
Prezident
İlham Əliyevin təsdiqlədiyi
«Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023–2027-ci illər üçün
Dövlət Proqramı»
prioritetləri şaxələndirməklə
Ulu Öndərin irsinə
sadiqlik ifadəsidir. Proqramda nəzərdə tutulan, muxtar respublikanın sosial-iqtisadi
inkişafını sürətləndirəcək
islahatlar biri-birindən
aktual, məsuliyyətli
və möhtəşəmdir.
Tarixi İpək Yolunun mərkəzində
yerləşən Naxçıvanda
azad iqtisadi zonanın yaradılması,
ticarət və logistika imkanlarının genişlənməsi ilə
bağlı vəzifələrin
nəzərdə tutulması
bilavasitə Zəngəzur
dəhlizinin açılmasını
şərtləndirir.
«Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına
dair 2023–2027-ci illər
üçün Dövlət
Proqramı»nın təsdiqlənməsi
ilə bağlı Sərəncamda qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli
fəaliyyəti sayəsində
ölkəmizin bütün
regionlarının, o cümlədən
Naxçıvanın sosial-iqtisadi
inkişafının möhkəm
bünövrəsi qoyulmuşdu.
Regionların sosial-iqtisadi
inkişafı sahəsində
2004-cü ildən etibarən
həyata keçirilən
Dövlət proqramlarında
nəzərdə tutulan
tədbirlərin icrası
nəticəsində muxtar
respublikada da iqtisadiyyatın
inkişafı sürətlənmiş,
yeni iş yerləri, müəssisələr açılmış,
əhaliyə göstərilən
yol, nəqliyyat, kommunal və sosial infrastruktur xidmətləri yaxşılaşmışdır.
Hazırda bu qədim diyarda əlverişli biznes mühiti formalaşmış,
investisiyaların cəlb
edilməsi sahəsində
önəmli addımlar
atılmış, ixracyönlü
dəyər zəncirinin
qurulması və dayanıqlı iş yerlərinin yaradılması
istiqamətlərində kompleks
proqramlar hazırlanmışdır.
İslahatların icra
mexanizminin monitorinqi və qiymətləndirilməsi
üçün aidiyyəti
orqanların qarşısında
mühüm vəzifələr
qoyulmuşdur.
Qarşıdakı illər üçün
nəzərdə tutulan
Dövlət Proqramı”na
əsasən, yaradılacaq
sənaye parkları vasitəsilə muxtar respublikada istehsal olunan məhsulların ixracı stimullaşdırılacaq,
rəqabətqabiliyyətli istehsal sahələrinə
dövlət dəstəyi
artırılacaq, əlavə
investisiyalar cəlb olunacaq. İnnovasiyalar,
habelə dövlət–özəl bölmə tərəfdaşlığı ilə bu sahədə
resurs və xidmət təminatı gücləndiriləcək. Bununla
yanaşı, mövcud
olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması
imkanları genişləndiriləcək.
Sənaye Məhəllələrinin
yaradılmasına diqqət
artırılacaq. Təbii
sərvətləri, zəngin
resursları, müalicəvi
suları, dərman bitkiləri ilə zəngin olan, tarixi abidələri ilə qonaqları heyran edən Naxçıvanda istehsal olunan məhsulların Avropa bazarlarına, region ölkələrinə
çatdırılması üçün sənəddə
lazımi imkanların
yaradılmasının birbaşa
icra strukturlarına tapşırılması islahatların
icra mexanizminə məsuliyyəti artırır.
«Bakı Enerji
Həftəsi: 2023» çərçivəsində
«Naxçıvan və
Şərqi Zəngəzurun
yaşıl enerji potensialı» mövzusunda xüsusi sessiyanın Ulu Öndərin doğulub, boya –başa çatdığı
Naxçıvan şəhərində
keçirilməsi müdrik
şəxsiyyətin xatirəsinə
ehtiram,geosiyasi əhəmiyyəti ilə
seçilən muxtar respublikaya diqqətin ifadəsi idi. Bu qədim diyarın
yaşıl enerji zonası elan olunması, elektrik enerjisi ilə tələbatının üçdə
birinin bərpaolunan enerji hesabına ödənilməsi göstərir
ki, ulu məskən
adını şöhrəti
ilə doğrultmuş
bu diyarın «yaşıl enerji» marafonuna qoşulması Naxçıvanın iqtisadiyyatına
önəmli töhfədir.
Sülh, barışıq
yolu olacaq Zəngəzur dəhlizinin
bərpası ilə bu qədim diyar
yenidən Tarixi İpək Yolunan varisi olduğunu təsdiqləyəcək.
2023-cü ildə Prezident İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb
Tayyib Ərdoğanın
Naxçıvan görüşündə
regionda sabitlik yaradacaq enerji və nəqliyyat layihələrinin yeni istiqamətləri, bu istiqamətdə görüləcək
genişmiqyasılı işlər
müəyyənləşdirilmişdi. Dünya ictimaiyyətinin maraqla izlədiyi və beynəlxalq nəqliyyat- kommunikasiya, enerji layihələrinin reallaşmasına yeni imkanlar yaradacaq prioritetlər bu gün də aktualdır. Türk birliyini daha da möhkəmləndirəcək
Orta Dəhliz layihəsinin qırılmaz
zənciri olan Zəngəzur dəhlizinin
bərpası istiqamətində
aparılan danışıqlar
Türkiyə ilə Azərbaycanın eynilik təşkil edən mövqeləri regional sabitlik baxımından daha önəmlidir. İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma, Qars-Naxçıvan
dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması, Naxçıvan-Bərpa
İstehsalat Hərbi Kompleksinin açılış
mərasimləri türk
dünyasının birliyinə
yönələn həmrəyliyin
ifadəsi olmaqla perspektivlərin bələdçisi
idi.
Prezident İlham
Əliyevin 2022-ci il 10
fevral tarixli Sərəncamına əsasən,
İğdır-Naxçıvan qaz- boru kəmərinin
tikintisi bütünlükdə
bölgə üçün
böyük əhəmiyyətə
malik olmaqla «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı»”nın tərkib
hissəsidir. İğdır-Naxçıvan
qaz kəmərinin Azərbaycanın əsas qaz şəbəkəsinə
qoşulması ilə
Azərbaycanın regional,
strateji əhəmiyyəti
daha da artacaq.
Hazırda istifadə olunan kəmərlərin otürücülük qabiliyyəti
Avropanın tələbatını
ödəyə biləcək
həcmdə olmadığı
üçün İğdır-Naxçıvan
qaz kəməri ilə əlavə ehtiyacların ödənilməsi
mümkün olacaq. Avropa bazarında Azərbaycan qazına marağı daha da artıracaq. Perspektivdə Ərbil qazının da bu kəmərə qoşulması nəzərdə
tutulur. İğdır-Naxçıvan
qaz kəmərinin çəkilişi qardaşlıq
münasibətlərinin tarixində
önəmli hadisə
olduğu kimi, Naxçıvanın enerji
təhlükəsizliyini daha
böyük ölçüdə
təmin edəcək.
Beləliklə, qlobal əhəmiyyətli
layihələrin həyata
keçirilməsi ilə
muxtar respublika yaşıl enerji zonasına çevriləcək.
Cələcəkdə Naxçıvandan
Türkiyəyə ən
azı 1000 meqavat həcmində yaşıl
enerji ixracı da mümkün olacaq. Başqa sözlə deyilsə Naxçıvanda imzalanan sənədlər Şuşa
Bəyannaməsinin davamıdır.
Bu layihə Orta Dəhlizin bir qolu kimi
Azərbaycana, Türkiyəyə,
eyni zamanda, digər ölkələrə
xidmət göstərəcək.
Prezident İlham Əliyevin əvvəllər
prioritet kimi söylədiyi «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı
üçün deyil.
Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın
ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün
və Türkiyədən
sonra Avropaya çıxmaq üçün
yeni bir xəttimiz olacaq» sözləri iki qardaş ölkənin ortaq dəyərlərinin
təcəssümü, Avropaya
uzanan yol xəritəsidir. Bu xəritənin başlıca
amili Zəngəzur dəhlizinin açılmasıdır.
Türkiyə ilə Azərbaycan üçün
çox mühüm strateji kommunikasiya olan bu dəhlizin
işə düşməsi
ilə Bakıdan çıxan nəqliyyat vasitələri birbaşa
Qarsa gələ biləcəklər. Kəmər
istifadəyə verildikdən
sonra Naxçıvanın
qaza olan tələbatı artıq
Türkiyə vasitəsilə
ödəniləcək”.
Qeyd edək
ki, İğdır-Naxçıvan
Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq
çərçivəsində həyata keçirilən
üçüncü qaz
boru kəməri (Bakı-Tbilisi-Ərzurum və
TANAP-dan sonra) layihəsidir. Boru kəməri gündə
2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik olacaq. Hər şeydən öncə bu kəmərin reallaşması ilə Naxçıvanın İrandan
qaz asılılığına
son qoyulacaq. Bu kəmər Naxçıvanın bir mənbədən asılılığını
aradan qaldıraraq, enerji təminatını daha etibarlı edəcək. Ekspertlərin
fikrincə, İğdır-Naxçıvan
kəməri muxtar respublikanın alternativ və daha təhlükəsiz
enerji təminatını
həyata keçirməyə
imkan verəcək.
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 5 mart, №40.- S.6.