Adın şərəflidir
sənin, ey qadın!
Qadın gülürsə bu
ızsız mühitimiz
güləcək
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək,- deyirdi böyük
Hüseyn Cavid. Bu gün qadınların xoşbəxtliyi, toplumda fəal mövqeyi cəmiyyətin
inkişafına birbaşa
təsir edən bir qüvvədir. Azərbaycan qadını
da tarixin səhifələrinə
öz adını şərəflə yazdırıb.
Min illərin yaddaşı
olan Kitabi- Dədə Qorqudda adı çəkilən
Burla xatun, Banuçiçək,
Selcan xatun və digərləri həm döyüşçü,
həm də sədaqətli həyat yoldaşı, mərhəmətli
anadır.
Zamanın bizə siyasət
xadimi kimi təqdim etdiyi qadınlarımız da az
deyil. Möminə xatun, Sara xatun öz diplomatiyaları ilə böyük dövlət məsələlərində,
siyasi idarəçilikdə
həmişə fəal
iştirak ediblər. Tomris, Nüşabə isə dövlət başçısı kimi
ədaləti və cəsurluğu ilə qadınlarımızın adını
dünya tarixinə yazıblar. Məhsəti Gəncəvi, Heyran xanım kimi şair qadınlarımızın
əsərləri isə
milyonların ilham mənbəyinə çevrilib.
Soyu, kökü bu cür qəhrəmanlara bağlanan qadınların
ictimai-siyasi işlərdə
öndə getməsi
gözlənilən haldır.
Hələ Şərqin
ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətində seçib-seçilmək
hüququ qazanaraq dünyanın bir çox inkişaf etmiş ölkələrini
bu istiqamətdə on illər qabaqlayıb
Azərbaycan qadını.
XX əsrdə ədəbiyyat, mədəniyyət,
incəsənətin müxtəlif
sahələrində uğur
qazanması, dövlətçilik
məsələlərində iştirakı baxımından
xanımlarımız sanki
bir renessans dövrü yaşayıblar.
Bu işlərə İkinci Dünya müharibəsinin 1941-45-ci illəri
əhatə edən dövründə göstərilən
qəhrəmanlıqlar da
əlavə olunanda Azərbaycan qadının
istedad, cəsarət və uğurlarda kişilərdən heç
də geri qalmadığı aydın
görünür.
Müstəqillik illərində də qadınlarımız Azərbaycanın
yenidən qurulmasında,
dövlətçilik ənənələrimizin
yaşadılmasında misilsiz
xidmətlər göstərdilər.
Qadınlarımız siyasi,
iqtisadi və sosial vəziyyətlərinin
yaxşılaşdırılması ilə bağlı beynəlxalq səviyyədə
qəbul edilən bəyannamələr, proqramlar
və təşkilatlara
qoşularaq öz töhfələrini vermişlər. Bu isə dünyada sülhün və əmin-amanlığın qorunmasına
xidmət edən mühüm addımdır.
Bütün bunları nəzərə
alan və qadınların dövlət
işlərində, ictimai-sosial
məsələlərdə fəaliyyətini dəstəkləyən
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə
dövlət səviyyəsində
qadın siyasətinin
əsasını qoydu.
Onların bu işlərinə dərin
sayğı və hörmətlə yanaşdı.
Nəticədə isə
Azərbaycan qadını
milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına
çevrildi, ölkəmizin
sosial-iqtisadi və mədəni potensialının
artırılması üçün
dəyərli töhfələr
verdi. Azərbaycan qadını tarix boyu müqəddəs
ana şərəfini
uca tutaraq öz mübarizliyi ilə tanınmış,
ölkənin ictimai-siyasi,
mədəni həyatında
fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə
yanaşı döyüş
meydanlarında da şücaət göstərmişdir.
Bu baxımdan
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ən yaxşı nümunə kimi dünyaya örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan
Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə
yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri
bir sıra ölkələri, qitələri
əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir
ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının
səlahiyyətli nümayəndəsinə
çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı
və təbliğidir.
Bu gün
qadınlarımızın ölkə, vətən və cəmiyyət qarşısındakı tarixi
missiyası yenə də davam edir.
Yenə də Azərbaycan qadını ordu quruculuğunda, ictimai asayişin qorunmasında, çətin
sayılan sahələrdə
qürurla xidmət keçir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə
də digər sahələrdə qazandığı
uğurları ilə öz nüfuzunu ilbəil artırmağa müvəffəq
olan qadınlarımız
vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində
öz nailiyyətləri
ilə bizi sevindirir.
Azərbaycan cəmiyyəti də qadınlarımızın bu
fədakarlığını, xidmətini lazımınca
dəyərləndirir. Bu
istiqamətdə ölkə
başçımız cənab
İlham Əliyev qadınlarımıza yüksək
qiymət verir. Ölkəmizdə
aparılan gender siyasətindəki yeniliklər,
qadınlar üçün
dövlət səviyyəsində
yaradılan şərait
bu gün bu məsələnin prioritet bir istiqamət
olduğunu göstərir.
8 Mart Beynəlxalq Qadınlar
Gününün ölkəmizdə
rəsmi bayram kimi qeyd olunması da qadınlara göstərilən diqqət
və qayğının
bir təzahürüdür.
Hər il bu bayram günü
ərəfəsində Azərbaycan
qadınlarının bir
qrupuna fəxri adlar verilir, onlar orden və
medallarla təltif edilirlər.
Biz də
həmişə bizim
üçün ən
dəyərli varlıq
- ana, bacı, həyat yoldaşı, qız övladı olan qadınlarımızla
fəxr edir, onların bayramını ürəkdən təbrik
edirik!
Rza
Xudiyev,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı,
Xalq
artisti
İki
sahil.- 2025.- 7 mart, №42.- S.5.