Ramazan ayının
bir günü: Allah-Təala həmin günün,
hər dəqiqəsinə,
hər anına savablar yazır
Namaz qılmaq və oruc tutmağın hər
birinin ayrı-ayrılıqda öz əhəmiyyəti var
Məlum olduğu kimi, martın 1-dən
dünya müsəlmanlarının müqəddəs Ramazan
ayı başlayıb. “On bir
ayın sultanı” mübarək Ramazan ayının orucunu
tutmaq hər bir insanın həyatında dönüş
nöqtəsinə çevrilir. İnsanın ruhu və cismi
üçün son dərəcə böyük əhəmiyyəti
olan orucluq mənəviyyata müsbət təsir göstərən
İlahi gücə malikdir. Lakin Ramazan ayında müəyyən
məqamları bilmək vacibdir.
“İki sahil”ə ünvanlanan bəzi suallara
cavab almaq üçün ilahiyyatçı Ağa Hacıbəyliyə
müraciət etdik:
- Redaksiyamıza belə bir sual
ünvanlanıb: Namaz qılmıram, amma oruc tuturam. Belə
ibadət nə dərəcədə doğrudur?
- Namaz qılmaq ibadətlərin tacıdır. O, ibadətlər arasında ən ali yeri olan İslamın əsas sütunlarındandır. Namazı bir insan qılmırsa onun qəzasını yerinə yetirər. Qurani-Kərimdə dəfələrlə qeyd olunmaqla yanaşı, namaz bir merak hədiyyəsidir, hər hansı bir müsəlmanın olmazsa olmaz bir dəyəridir. Ancaq Ramazan ayında bəzi insanlar var ki, hələ namaz qılmırlar, amma oruc tutmaqla ibadətə başlayırlar. Təbii ki, qəbul edən Allahdır. Oruc bəlli, müstəqil bir ibadətdir. Namaz qılmaqla, oruc tutmağın hər birinin ayrı ayrılıqda öz yeri və əhəmiyyəti var. Bu baxımdan gözəl olardı ki, bir müsəlman həm namaz qılsın, həm də oruc tutsun. İkisindən birini yerinə yetirirsə, Allah qəbul etsin. Bizim deyəcəyimiz başqa bir söz yoxdur. İstəyimiz odur ki, Allah hər iki ibadəti nəsib etsin.
Təmizlik və paklıq İslamın ana
şərtlərindən biri sayılır
- Ramazan vaxtı nə zaman çimmək,
yuyunmaq olar? Çimmək orucu batil edərmi?
- Təbii ki, təmizlik və paklıq İslamın ana şərtlərindən biri sayılır. Həm fiziki, həm mənəvi təmizlik. Gün ərzində insan hərəkət edir, ona görə onun yuyunmasında bir problem yoxdur. Ancaq bir məqamı qeyd etmək lazımdır ki, isti aylarda çayda, göldə, dənizdə yuyunma əsnasında su boğazdan, burundan və qulaqdan içəri daxil ola bilər, bu zaman riskli hesab olunur ki, istəmədən bədənə su daxil ola bilər və orucu pozular. Ev şəraitində hamamda duş almaq orucu pozmaz. Peyğəmdərimiz (s.a.s.) deyib ki, təmizlik imandandır.
Bir insanın əgər xurması və ya
suyu yoxdursa…
- Orucu su və xurma ilə açmaq
vacibdirmi?
- Bununla bağlı bəzi şayələr yayılıb. 1400 ildir ki, İslam ümməti Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) möhtəşəm bir sünnəsinə tabe olur. Hər halda orada əsas məqam Peyğəmbərimiz kimi oruc açmaqdır. İftar zamanı orucun xurma və su ilə açılmasını Həzrəti Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) hədis şərifinə istinadən edirik. Sağlamlıq üçün çox faydalı olan xurma Ramazan ayında özünəməxsus yeri olan qidalardandır. Peyğəmbərimiz zəmanəsində öz əsabələrinə, dostlarına bunu tövsiyə etmişdi. Xurma tərkibi çox zəngin qidalarla ehtiva olunub. Həm antioksidantlarla zəngindir, həm də xurma həqiqətən də bərəkətliliyi, qeyri-adiliyi ilə fərqlənən nemətdir. Suya gəlincə həyat qaynağımızdır. Uzun müddət ac və susuz qaldıqdan sonra insanın ən çox ehtiyac duyacağı nemət isə sudur. Bir insanın əgər xurması və ya suyu yoxdursa o demək deyil ki, o mömin orucunu açmamalıdır. Orucunu bir alma, banan, hər hansı meyvə və ya şirin bir nemətlə aça bilər. Ən gözəli Peyğəmbərimizdən qalan bir həyat tərzidir ki, Allahın Rəsulu çox vaxtı orucunu xurma və su ilə açarmış. Həm də xurmaları tək-tək olaraq, yəni, bir, üç, beş olaraq qəbul edərmiş. Bunun da öz növbəsində min bir hikməti var.
- Ramazan orucu kimlərə fərzdir?
- Təbii ki, Ramazan orucu sağlam, həddi-buluq dövrünü keçmiş hər bir müsəlmana fərzdir. İstisnalı insanlar isə Qurani Kərimdə iki qrup olaraq sadalanır. Hədislərdə də əlavələri var. Əsasən səfərdə olanlardır. Fiqh məktəblərində həddi-tərəxxüs deyilən bir termin var. Cəfəri məzhəbinə görə, həddi-tərəxxüs, yəni, gedişi, gəlişi ilə birlikdə 48 km təşkil edir. Digər 4 məzhəblərimizə görə isə bu həddi-tərəxxüs 90 km-dən sonra səfərli olaraq sayılır. Bunlardan əlavə, oruc tuta bilməyən şəxslər xanımlarla bağlı olan nifas xəstəliyi dövrüdür. O cümlədən xanımlar hamilə olduğu dövrdə, həmçinin süd verən analar oruc tutmazlar.
Qanı analiz və ya tibbi müayinə
üçün vermək olar
- Qan vermək orucu pozurmu?
- Oruc tutmaq təkcə ibadət deyil, orucun insan orqanizminə də çox böyük faydaları var. Çünki insan oruc tutduğu zaman məlumdur ki, onun qanı 10-12 saatdan sonra təmizlənir. Orqanizm o qədər təmizlənmə yolunda irəliləyir ki, hətta damarında qan paklaşır. Ancaq qanvermə ilə bağlı ixtilaf nədən ibarətdir? Qanı analiz və ya tibbi müayinə üçün vermək olar. Oruclu insanın müəyyən miqdarda qan verməsi, hicama edilməsi bu insanlarda böyük sıxıntı yarada bilər. Ona görə də din alimləri bu məsələ ilə bağlı fətvalarını veriblər ki, qan vermək orucu pozar. Hər halda yemək-içmək, cinsi əlaqədə olmaq orucu pozduğu halda, bədəndən birdən-birə xeyli miqdarda qanın verilməsi də orqanizmi təhlükəyə saldığı üçün bu siyahıya əlavə edilir.
Orucunu bilməyərəkdən
pozmasını xatırlasa…
- Yaddan çıxdıqda, səhvən nəsə
yesən, içsən oruc pozulurmu? Bu zaman nə etmək
lazımdır?
- Təbii ki, biz insanıq, yadımızdan çıxa bilər. Bir insan unudaraq su, çay içsə, hər hansı məqamla orucunu bilməyərəkdən pozmasını xatırlasa anındaca ağzında olan qalığı təmizləməli, yumalı və orucuna davam etməlidir. Onun orucu səhihdir, doğrudur, çünki unudularaq edilən bir əməl orucu pozmaz.
- Orucun kəffarəsi nədir?
- Kəffarə bilirsiz nəyə deyilir? Bir insan məqsədli şəkildə orucunu pozarsa o insanın boynuna cərimə, yəni, kəffarə gəlir. Tutaq ki, şəriət Ramazan ayında həyat yoldaşı ilə əlaqədə olmağı qadağan edib. İnsan bunu bilə-bilə belə bir addım atarsa həmin günün orucu pozular. Həmin pozulmuş orucu diriltmək, canlandırmaq üçün bir qulu alaraq hürriyətinə qovuşdurmalıdır. Günümüzdə isə bunun əvəzində 60 gün oruc tutacaq, əlavə olaraq bir gün də qəzasını edəcək. Yaxud da 60 insanın qarnını doyuracaq. Orucun kəffarəsi bu şəkildə əda edir.
- Oruc tutmanın qadağan olduğu günlər
varmı?
- Orucun tutulmasında qadağan olunan günlər bayram günüdür. Ramazan ayı, Allahın izni ilə tamamlandıqdan sonra Şəvval ayının biri və ikisi bayram günləri sayılır. Həmin günlər oruc tutmaq yasaqdır, yəni haramdır.
Həddi-buluq dövründən sonra oruc
tutmağa başlanılır
- Uşaqlar oruca hansı yaşlarda
başlamalıdırlar?
- Bu, müxtəlif coğrafiyalar üzrə, bölgədən-bölgəyə dəyişə bilər. Həddi-buluq dövründən sonra oruc tutmağa başlanılır. Bu dövr ölkəmizdə təqribən 13-15 yaşdan sonra oğlanlarda, qızlarda isə 11-13 yaşdan sonra başlayır.
Ramazan
ayında bir günün tutulmayan orucu…
-
Ağır şərtlərdə işləyənlər
oruc tutmasa hökmü nədir?
-
Ağır şəraitdə işləyən insanların
oruc tutmaları ilə bağlı onu deyə bilərəm
ki, onların da işi 2 qismə bölünür.
Ağır şərtlərdə işləyən, fiziki
sağlamlığı tam yerində olan və
sağlamlığı zəif olanlar var. Həqiqətən
böyük cihazların arxasında, yaxud da isti iş şəraitində
tutduqları orucun vasitəsilə orqanizm təhlükəyə
gedərsə həmin günün orucunu qəza etməlidirlər.
Əgər Ramazan ayının bütün günlərində
həmin şəraitdə işləyirlərsə o zaman
tuta bilmədikləri günlərin qəzasını edirlər.
Peyğəmbərimiz buyurur ki, Ramazan ayında bir
günün tutulmayan orucu ömrü boyu
çalışılsa həmin günün feyzini, bərəkətini
əldə etmək imkanı yoxdur. Çünki Allah-Təalanın
həmin günə, həmin ana, dəqiqələrə
yazdığı savablar var. Onu sonradan hər hansı
mülklə, hətta qəza ilə qaytarmaq mümkün
deyil. Sadəcə qəza yerinə yetirilir ki, mən oruc
borcumu yerinə yetirdim. Bu baxımdan işlər nə qədər
ağır olsa da maksimum dərəcədə
çalışaq ki, Ramazan ayının orucunu buraxmayaq.
İfadə etdiyim kimi, ağır şəraitdə ola biləcəyi
həyati təhlükə varsa oruc pozula bilər, sonra qəzası
yerinə yetirilər.
Xüsusi
günlərimizi Ramazan ayında
icra etmək
daha qəbul olunandır
-
Ramazan ayında toy etmək olarmı?
- Təbii
ki, Ramazan ayında toy etmək, kəbin kəsmək olar.
Gözəl işlərimizi, xüsusi günlərimizi Ramazan
ayında icra etmək daha qəbul olunandır. Peyğəmbərimiz
(sallallahu aleyhi və səlləm) Ramazanda Bədiri, Məkkəni
fəth eləmişdi. Ramazan fəal bir aydır, bu ayda
gözəl işləri görməkdə bir
sıxıntı yoxdur. Amma gözəl günlərimizi -
toy, düyün, kəbin, nişan kimi mərasimləri iftar
zamanına təyin etmək daha yaxşı olar. Bir az da
Ramazan ayının ruhuna uyğun toy edilməlidir.
Orxan
Vahidoğlu
İki sahil.- 2025.- 11 mart, №44.- S.6.