Qars-Naxçıvan dəmir yolu:

Saatda 160 kilometr sürətlə

 

Qlobal layihə

 

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi böyük layihələrdə Naxçıvan ön plana çıxmaqdadır. Bir əsrdən çoxdur ki, blokadada yaşayan, ötən əsrin 90-cı illərində isə ölkənin əsas hissəsindən tamamilə təcrid vəziyyətinə düşən, işğal təhlükəsi yaşayan qədim diyarın bu gün dünyanın iqtisadi-ticarət-enerji qatarına qoşulması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.

Ötən həftə istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri fonunda hazırda Azərbaycan Respublikası PrezidentininHoradizCəbrayılZəngilanAğbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqındaSərəncamı uğurla icra olunur, İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər tamamlanır. Yaxın vaxtlarda enerji ixracı dayanıqlılığın artırılması üçün Türkiyədən Naxçıvana yeni elektrik xətləri çəkiləcək. Zəngəzur dəhlizinin açılması isə prioritet olmaqla, bütün layihlərin kəsişmə nöqtəsi kimi öz aktuallığını saxlayır. Daha bir mühüm layihə üzrə işlər artıq başlayıb. Söhbət Qars-Naxçıvan dəmir yolundan gedir

 

Polad iradə, polad yol

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyi kimi, əslində, Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni bir qolunun yaranması kimi qiymətləndirilməlidir. Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib iştirakçıların sayı Ukrayna, Rumıniya Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa rahat marşrutdur. Orta Dəhlizin yeni nəfəsi olan  Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq: Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Prezident İlham Əliyevin dəmir yumruğu ilə bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısının polad iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin  tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti, təkcə Türkiyə Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyasını nəzərdə tutur.

 

Mütəxəssislər deyir?

 

Mütəxəssislər siyasi ekspertlər isə Layihənin Əsas Faydalarını aşağıdakı kimi sadalayırlar:

1. Qısa səyahət vaxtı: Dəmir yolu xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcək, həm sərnişinlər, həm yük daşımaları üçün böyük rahatlıq yaradacaq.

2. Regional ticarət inkişaf: Tikinti mərhələsində bölgədə yerləri artacaq, yerli bizneslər üçün isə gəlir mənbələri yaranacaq, yerli iqtisadiyyatı gücləndirəcək.

3. Beynəlxalq ticarət bağlantısı: Bu strateji layihə Naxçıvanla Türkiyə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək regionu müasir İpək Yolunun bir hissəsinə çevirəcək.

4. Ticarətdə yeni perspektivlər: Layihə təkcə yerli iqtisadiyyatı deyil, həm beynəlxalq yükdaşıma ticarət marşrutlarını dəstəkləməklə, Avropa Asiya arasında yeni körpü rolunu oynayacaq.

 

Naxçıvanda vəziyyət necədir?!

 

Regionda nəqliyyat, ticarət rəqabətqabiliyyətli iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrası çərçivəsində Ordubaddan Sədərəyə qədər uzanan Naxçıvanın dəmir yol infrastrukturu da öz növbəsində tamamilə yenilənməyi gözləyir. Sovet hakimiyyəti illərində çəkilən bu xətlər artıq ömrünü başa vurub   Naxçıvan dəmir yollarında saatda 40 kilometr sürətdən artıq hərəkət mümkün deyil.  Bu təşəbbüsün təkcə bölgənin deyil, bütün regionun inkişafında mühüm rol oynayacağını nəzərə alsaq, Naxçıvandaxili yolların da yenidən tikintisi zərurətə çevrilir. Əldə etdiyimiz məlumata görə, 2025-ci ildə layihələndirmə işləri aparılmaqla 2026-cı ildən tikinti işlərinə başlanılacaq, Naxçıvanda yeni dəmir yolu xətləri, vağzallar, körpülər, depo təmir infrastrukturları qurulacaq. Naxçıvanın kənd təsərrüfatı, sənaye digər istehsal məhsulları Londondan Çinə qədər uzanan geniş şəbəkəli bir bazara sahib olacaq. Təbii ki, hadisələrin bu cür inkişafı müstəvisində Naxçıvanın yerli rəhbərliyi, icra orqanları da səmərəli planlı işləməli, kənd təsərrüfatı, sənaye, xammal, xidmət sahələrini, insan resurslarını, azad iqtisadi zonaları, sənaye park məhəllələrini yeni iqtisadi-ticarət münasibətlər sisteminə uyğunlaşdırmalıdırlar

 

Ermənistan: İsti qucaq axtarışı  

 

Əsrlərdir həyata keçirdiyi soyqırımı işğal siyasəti ilə Cənubi Qafqazınacı bağırsağınaçevrilən Ermənistan haqlı olaraq Azərbaycanın təşəbbüsü iştirakı ilə həyata keçirilən bütün enerji nəqliyyat layihələrindən kənarda qalıb. Nədənsə, Vətən müharibəsindəki böyük Qələbəmizdən sonra da ağıllanmayaraqisti qucaqaxtarışlarını davam etdirir, silahlanır, yeni müharibələrə hazırlaşır. Qərbin kölgəsində daldalanan Paşinyan iqtidarı iflic vəziyyətdə olan iqtisadiyyatı dirçəltmək haqqında düşünmür. Qoy, onlar düşünməsin, biz öz işimizi görəkQarsdan Naxçıvana çəkilən dəmir yolu xəttinə baxa-baxa qalsınlar, yəqin onun-bunun maşası olmaqdan vaxt tapıb vaxtsa yuxudan ayılacaqlarOnların havadarlarına isə biz çoxdan öz sözümüzü demişik:  Ay uşaq, gedib başqa yerdə oynayın!

 

P.S.

Naxçıvan Televiziyasının qardaş Türkiyəyə ezam olunmuş əməkdaşları hazırda Qars şəhərindədirlər dəmir yolu xəttinin çəkilişlərindən ilk görüntüləri əldə ediblər. Fotolar mediada ilk dəfə yayımlanır. Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilişindən xüsusi reportajı da ilk dəfə Naxçıvan Televiziyası yayımlayacaq. Bu layihə ölkəmiz bölgəmiz üçün xeyirli, uğurlu olsun!

 

Sahil Tahirli

 

İki sahil.- 2025.- 13 mart, №46.- S.5.