YENİ HƏYATA UĞURLU BAŞLANĞIC:

TORPAQ ÇƏRŞƏNBƏSİ

 

İlaxır çərşənbə

 

İlaxır çərşənbələrin sonuncusu Torpaq çərşənbəsidir.  Xalq arasında bu çərşənbənin daşıdığı ad sadəcəİlaxır çərşənbə”dir. Ayin ritualların zəngin olduğu bu çərşənbəni xalq olduqca təntənəli şəkildə qeyd etməyi sanki özünə borc bilir...   

Qeyd edək ki, Naxçıvanda Novruz bayramı ərəfəsində  təkcə Torpaq çərşənbəsində deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Hər ilaxır çərşənbədə qalanan tonqal xalq arasında cəmrə adlanan istiliyin simvoludur. Bununla yanaşı, müxtəlif ayin rituallar icra olunur. Bunlardan  İlaxır çərşənbə - torpaq çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun şənliklərin daha çox icra olunduğu çərşənbədir.  Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda  Novruzun ən cox sevilən ərəfəsiİlaxır çərşənbə, yəni Torpaq çərşənbəsiYeddiləvinadlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə şirni növünün çoxluğunu göstərmək məqsədilə onayeddilövün”, “yeddiləvinadı vermişlər. “Yeddiləvingünü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7” ləvinə “7” sin deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunusevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”. Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır.

Bayrama hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayır, ilin son çərşənbəsndə, yəni Torpaq çərşənbəsində artıq hər şey nizamlı şəkildə hazır olur. Hər evdə hiss olunan bayram əhval-ruhiyyəsi Azərbaycanda xalq həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Ordubad rayonunda yaşlı nəslin nümayəndələrindən bəzisi ilaxır çərşənbəyəilin ən bəd çərşənbəsi”, “ilin ən ağır çərşənbəsi deyirlər. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün  uğurlu sevincli olsun.

İlaxır çərşənbələrdən sonuncusunda Naxçıvan ərazisində icra olunan adətlərdən biri Danatma mərasimidir. Naxçıvan MR Ordubad rayonundan topladığımız folklor örnəklərinə əsasən, mərasim ərazinin gənc oğlan qızları arasında keçirilir. Bir məhəlləyə toplaşan gənclər bir nəfəri seçərək onu yaxınlıqdakı çeşmədən su gətirməyə göndərirlər. Su gətirməyə gedən gəncə göstəriş verilir ki, o, yol boyu susub danışmamalıdır. Əgər danışarsa gətirdiyi su təmiz hesab edilməz. Qoyulan şərtin icra olunub olnumadığını yoxlamaq üçün bir nəfəri onu güdmək üçün təyin edirlər. Əgər şərtə düzgün şəkildə əməl olunubsa  həmin su təmiz hesab edilir, mərasimdə iştirak edən hər kəs həmin sudan həm içir. Həm o sudan növbəti mərasimVəsfi-hal mərasimi üçün istifadə edirlər. Eyni zamanda, suyu gətirən gənc mükafatlandırılır. Vəsfi-hal mərasimi isə ancaq qızlar arasında keçirilir. Təmiz hesab edilən su bir cama tökülür. Cama mərasim iştirakçısı olan qızların üzük, sırğa digər bəzək əşyaları da atılır. Mərasimi icra edən başçı bayatı oxuya-oxuya əlini cama salır, kimin əşyası camdan çıxarsa, ifa olunan bayatı ilə onun gələcək taleyinimüəyyən edirlər”:

Camda iynə gah gedir,

Gah əylənir, gah gedir.

Toy gecəsi oğlanın,

Otağına şax gedir.

Naxçıvan inancları arasında İlaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma  nümunələri isə bu baxımdan daha aktivdir:

Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.

İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, deyərlər.

İlaxır çərşənbə Torpaq çərşənbəsi olduğundan, həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvandan toplanmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər iksində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır.

İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə olmasından xəbərləri olmaz. Ev əhalisinin dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduğu arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, ilaxır çərşənbədə  evdə xeyir saçan, xeyirli sözlər danışmaq məqbul sayılar.

Torpaqla bağlı xalqımızın folklor yaddaşında müxtəlif xalq yaradıcılığı örnəkləri yaşamaqdadır ki, bunlardan sözün magik qüvvəsinə inamı xarakterizə edən alqış qarğışlar olduqca fəaldır:

Torpağın bərəkətli olsun.

Torpağı - sanı yaşıyasan!

Torpaq kimi bar-bəhrəli olasan!

Torpağından təzə-təzə nübarlar dadasan!

Torpağın rahat olsun!

Torpağı xəbər aparmasın! (dünyadan köçən biri haqqında danışarkən istifadə olunur);

Torpaq kimi üzün qara olsun!

Gözünü torpaq tutsun!

Torpağını torbalarda daşısınlar!

Torpağın göyə sovrulsun!

Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, insanın xilasına xidmət edən kult kimi düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.

Folklorumuzda torpağın müqəddəsliyini ifadə edən atalar sözü məsəllər yetərincədir:

Torpaqda itki olmaz, kötüksüz bitki olmaz

Torpaq əkinçinin zəhməti ilə zinətlənər

Torpağa var versən, o da sənə bar verər

Sular hərəkətlidir, torpaq bərəkətli

Torpağı ovuclayan - qızıl ovuclar

Torpağın üzü soyuq olar

Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör

Torpaqla oynayan ac qalmaz

Torpaqdan pay olmaz

İlaxır çərşənbənin sonuncusunuTorpaq çərşənbəsini Qərbi Azərbaycan ərazilərində böyük coşqu ilə qeyd ediblər. Bu gün həmin ərazilərdən qovularaq yurd-yuvalarından didərgin salınan əhali məskunlaşdıqları müvəqqəti məkanlar da öz ənənələrini qorumaqdadırlar. sözügedən çərşənbəni qərbi azərbaycanlılar ilboyu unudulmayacaq, xoş əhvali-ruhiyyəli mahiyyəti ilə xatırlanacaq dərəcədə yüksək səviyyədə qeyd edirlər. Bu gün gecədən səhərə qədər yatmamaq, müxtəlif rituallar icra etmək, oyunlar təşkil etmək bu əhalinin ən xoş günlərindən birində - Novruzun ilaxır çərşənbəsində icra olunur bu mərasimin qədir tutmaqadlanır.

Qeyd edək ki, ilaxır çərşənbə - Torpaq çərşənbəsi çərşənbələrin mərasim, ayin, etiqad, oyun şənliklərlə ən zəngin olanıdır. İlaxır çərşənbələrlə bağlı mərasim  ayinlərin çoxu bu gün xalq arasında yaşamaqdadır. Bu nümunələr qədim türkün arxaik düşüncəsinin məhsulu olmaqla xalqın əxlaqi, estetik dünyaduyumunu ifadə edərək öz mühafizəkarlığı ilə seçilir.  Eləcə , icra olunan ayin mərasimlər, eləcə torpaq çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan inanc-sınama örnəkləri ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər torpağın xalqın həyatındakı vacibliyini, əhəmiyyətini bədii poetik şəkildə təsdiqləyir.

Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağınız barı-bəhrəsi sizi sevindirsin!  Rəngarəng ritualları ilə İlaxır çərşənbələrin bəzəyi olan Torpaq çərşənbəmiz mübarək olsun!

 

Aytən Cəfərova,

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil

Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin

müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

iki sahil.- 2025.- 18 mart, №49.- S.6.