Novruz milli birliyin, həmrəyliyin

təbiətin oyanışının rəmzidir

 

Milli bayram

 

Novruz bayramı yalnız təbiətin oyanışını simvolizə etməklə kifayətlənmir, həm cəmiyyətin daxili harmoniyasını milli birliyi gücləndirən dərin fəlsəfi sosial mənalar daşıyan bir bayramdır. Novruz xalqımızın mənəvi dəyərlərinin, adət-ənənələrinin mədəniyyətinin bir ifadəsi olaraq  cəmiyyətin bir araya gəlməsinə, ailə dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli İki sahil.TV- müsahibəsində qədim mədəniyyətlərin ənənələrin qorunub saxlanılması gələcək nəsillərə ötürülməsində Novruz bayramının rolundan danışdı.

- Nailə xanım, Novruz bayramının cəmiyyətin mənəvi tərbiyəsində ictimai həmrəyliyin möhkəmləndirilməsində hansı fəlsəfi sosial rolu var?

- Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən-əsillərə ötürülmüşdür. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin xeyirxahlığın rəmzidir. Novruz həm sülh, əmin-amanlıq dostluq bayramıdır. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da xalq öz bayramını unutmadı. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Qürurla qeyd etməliyik ki, məhz Ümummilli Liderin sayəsində xalqımız öz adətlərinin, milli dəyərlərinin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.

Novruzun dövlət səviyyəsində bayram edilməsi onun əhəmiyyətini daha da artırırdı. Ulu Öndər hər il Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti, sevgi inamı təcəssüm etdirir.

- Novruz bayramının bəşəri universal dəyərlərlə səsləşməsi nədən irəli gəlir? Onu digər bayramlardan fərqləndirən əsas fəlsəfi cəhətlər hansılardır?

- Novruz bayramı həm bəşəri, həm universal dəyərlərlə sıx bağlı olan bir bayramdır. Onun mənəvi dərinliyi fəlsəfi məzmunu Novruzun dünya miqyasında geniş şəkildə qeyd edilməsinə səbəb olan əsas amillərdən biridir. Bayram yalnız Azərbaycan xalqı üçün deyil, eyni zamanda digər ölkələrdə xalqlarda da təbiətə, insanlığa birliyə verdiyi dəyər ilə seçilir. Novruzun bəşəri universal dəyərlərlə səsləşməsi  həm onun dərin fəlsəfi məzmunu, həm cəmiyyətə olan müsbət təsiri ilə əlaqədardır. Bu onu digər bayramlardan fərqləndirən mühüm cəhətlərdən biridir.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilənHərəmiz bir ağac əkəkkimi kampaniyaların Novruz fəlsəfəsinə uyğunluğu, onların ekoloji sosial təsiri barədə deyə bilərsiniz?

- Bolluğun, bərəkətin xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan «Hərəyə bir ağac əkək» kampaniyası bu gün davam etdirilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Novruz Bayramı, təbiətin oyanışı, həyatın yenilənməsi yeni başlanğıcların simvoludur. Bu fəlsəfə təbiətə olan hörməti, birlik həmrəyliyi təşviq edir. Mehriban Əliyevanın ağac əkmək təşəbbüsü eyni dəyərlərə xidmət edir həm cəmiyyətin təbiətə olan münasibətini müsbət istiqamətdə dəyişir, həm sosial həmrəyliyi gücləndirir.

- Novruz Bayramı, Azərbaycan mədəniyyətinin qorunması gələcək nəsillərə ötürülməsi baxımından hansı əhəmiyyətə malikdir?

- Bu Bayram  xalqın ənənəvi həyat tərzini mədəniyyətini əks etdirən, ailə cəmiyyətin birliyini, həmrəylik ruhunu gücləndirən bir bayramdır.  Novruz Bayramı ictimai həmrəylik milli birlik üçün bir platforma rolunu oynayır. Bayram günlərində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar bir araya gəlir, eyni dəyərlər ətrafında birləşir, ortaq sevinc paylaşım mühiti yaranır. Bu cəmiyyətin daxilində qarşılıqlı anlaşma, dostluq qardaşlıq hisslərini möhkəmləndirir. Ənənəvi olaraq Novruzda küsülülərin barışması, ehtiyacı olanlara yardım göstərilməsi, birlik süfrələri şənliklərin təşkili sosial ədalət empatiya kimi dəyərlərin təşviqinə səbəb olur. Novruz həm mədəni yaddaşın qorunması baxımından əhəmiyyətlidir. Bu bayram vasitəsilə nənələrimizin, babalarımızın miras qoyduğu adət-ənənələr yaşadılır gənc nəslə ötürülür. Milli mədəniyyətin folklorun təbliğində, xalq oyunları, musiqi, rəqs şifahi ədəbiyyat nümunələrinin yaşadılmasında Novruz bayramı xüsusi yer tutur. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.  Artıq beşinci ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər  bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır.

 

Şəmsiyyə Əliqızı,

Səbinə Qorxmaz

 

İki sahil.- 2025.- 20 mart, №51.- S.6.