İkinci Dünya müharibəsi XX əsrin
ən amansız faciələrindən biridir
Faşizmin
süqutu
9
May tarixi bütün bəşəriyyət tərəfindən
faşizm üzərində Qələbə Günü kimi
qeyd olunur. Bütün xalqlar, o cümlədən
Azərbaycan xalqı bu gün faşizm
üzərində tarixi
Qələbənin 80-ci ildönümünü
qeyd edir. Bəşər tarixinin ən dəhşətli, ən qanlı, ən dağıdıcı
müharibələrindən olan İkinci Dünya müharibəsi
XX əsrin ən amansız faciələrindən
biri hesab edilir. Bu müharibədə
60 milyondan çox insan həlak olub, milyonlarla insan yaralanıb, şikəst olub, itkin düşüb, əsir düşərgələrində
işgəncə və
zülmlərə məruz
qalıb. Minlərlə
şəhər, kənd,
qəsəbə dağıdılıb.
Faşizm üzərində
Qələbədə Azərbaycan
xalqının böyük
xidmətləri olmuşdur.
İkinci Dünya müharibəsində faşizmə
qarşı 600 mindən
çox azərbaycanlı
döyüşüb, onlardan
300 mini qələbə
uğrunda canından keçib. Azərbaycanlı
çağırışçı və könüllülərdən
formalaşdırılan 77-ci, 223-cü,
271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə
yaşayış məntəqəsi
uğrunda rəşadətlə
döyüşüblər, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin
azad olunmasında yaxından iştirak ediblər. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş
yolu keçib, 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı”
adına layiq görülüb, 30 nəfər
“Şöhrət” ordeninin
hər üç dərəcəsi ilə,
170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla
təltif edilib. Azərbaycan xalqı bu müharibədə ön cəbhədəki igidlikləri, hünəri
ilə yanaşı, arxa cəbhədə də əzm, fədakarlıq nümayiş
etdirib.
İki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanov, Sovet İttifaqı Qəhrəmanları
İsrafil Məmmədov,
Aslan Vəzirov, Adil Quliyev, Ziya
Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan
Əliyarbəyov, Hacıbaba
Zeynalov faşizm üzərində Qələbəyə
öz töhfələrini
veriblər.
Böyük Qələbəyə Azərbaycanın
yanacaq təminatı ilə töhfəsi isə əvəzsiz olub. 1941-1945-ci illərdə
Sovet İttifaqında
istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik
yağlarının 90 faizi
Azərbaycanın payına
düşüb. İkinci
Dünya müharibəsində
faşizm üzərində
Qələbənin təmin
edilməsində həlledici
rol oynamış Sovet ordusunun tank və təyyarələrinin
tam əksəriyyəti
Bakı neftçilərinin
göndərdiyi yanacaqla
hərəkətə gətirilib.
Qələbə üçün
çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində
fasiləsiz rejimdə
istehsal edilib.
Akademik Yusif
Məmmədəliyevin rəhbərliyi
altında aviasiya benzini alınmasının
yeni texnologiyası yaradılıb. Neftçilərimizin
fədakar əməyi
sayəsində Azərbaycan
tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl”
çıxarılıb. Bu,
SSRİ-də çıxarılan
bütün neftin 71,4
faizini təşkil edirdi. Bütövlükdə
müharibə illərində
Azərbaycan neftçiləri
ölkəyə 75 milyon
ton neft, 22 milyon ton benzin
və digər neft məhsulları veriblər.
Qətiyyətlə söyləmək olar ki, Bakı nefti
faşizm üzərində
Qələbənin əsas
amillərindən biri
olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən, tankdan,
avtomobildən dördü
Bakıdan göndərilən
yanacaqla işləyib.
Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib,
ordunun ehtiyaclarını
ödəmək üçün
gecə-gündüz fədakarlıqla
çalışıb. Xalqımız
cəbhəyə yeddi
tondan çox donor qanı göndərib, döyüşən
ordunun ərzaq və isti geyimlə
təchizatında fəal
mövqeyi ilə seçilib.
İkinci Dünya
müharibəsinin veteranları
xalqımızın fəxridirlər.
Onların müharibə
illərində göstərdikləri
qəhrəmanlıq bu
gün bütün cəmiyyət tərəfindən
böyük hörmətlə
xatırlanır, həlak
olan soydaşlarımızın
xatirəsi ehtiramla yad olunur.
Ümummilli Lider
Heydər Əliyev bütün dövrlərdə
müharibə veteranlarının
problemlərinə böyük
diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin respublikamızda
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra 9 May - Qələbə Günü
hər il rəsmi dövlət bayramı səviyyəsində
qeyd edilib. Bu gün Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev müharibə veteranlarına
yüksək diqqət
və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində ardıcıl
addımlar atır.
Dövlət başçısı bu günlərdə 1941–1945-ci illərdə
İkinci Dünya müharibəsində iştirak
etmiş şəxslərə,
həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə qeyd
edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində
iştirak etmiş şəxslərə 2 min
manat məbləğində,
İkinci Dünya müharibəsində həlak
olmuş və ya sonralar vəfat
etmiş döyüşçülərin
dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi
illərində döyüş
cəbhələrinin arxa
hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları
daxilində ordunun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin
müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə
Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarına
min manat məbləğində birdəfəlik
maddi yardım verilsin.
Birmənalı demək lazımdır ki, bütün bunlar İkinci Dünya müharibəsində
Azərbaycanın keçdiyi
şərəfli yola
yüksək hörmətin
təzahürü kimi
xalqımız və müharibə veteranları
tərəfindən təqdir
olunur, böyük minnətdarlıq hissi ilə qarşılanır.
Zahid Rza
İki sahil.- 2025.- 8 may, ¹78.- S.7.