Heydər Əliyevin reallaşan amal arzuları:

Əsrin müqaviləsi”ndən Böyük Qayıdışa

 

Müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynayıb. Azərbaycan xalqı dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olub. Həm keçmiş SSRİ, həm müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının tərəqqisi inkişafına xidmət edib. Azərbaycan məhz Ulu Öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edib.

Ulu Öndər Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın ən çətin vaxtlarında, ölkənin vətəndaş müharibəsi tam parçalanma ərəfəsində olduğu bir vaxtda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ümimmilli Lider respublikamızın siyasi iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu. Ulu Öndərin inkişaf strategiyası iqtisadi subyektlərin fəaliyyət mühitini yaxşılaşdırmaqla yanaşı, dövlətin uzunmüddətli perspektivdə ehtiyac duyulan maliyyə resursları ilə təmin edilməsinə hesablanmışdı. Belə ki, 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmışƏsrin müqaviləsiqlobal əhəmiyyətə malik hadisə olmaqla yanaşı, həm Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi, müstəqillik tariximizə  yeni səhifə açdı.

Xarici sərmayə üçün açılan Xəzər dənizinin Azərbaycan sektorundaAzəri”, “ÇıraqGünəşliyataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, 2002-ci ildə çoxlarının xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təməlinin qoyulması nəticəsində ölkəmiz mühüm karbohidrogen ixracatçısına enerji dəhlizinə çevrildi.

Bu gün öz geosiyasi iqtisadi əhəmiyyəti ilə seçilənCənub Qaz Dəhlizi”nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə reallaşdırılması, dövlət başçısı tərəfindən “XXI əsrin müqaviləsiadlandırılan “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi məhz əsasıƏsrin müqaviləsiilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.  Əsrin müqaviləsi”nin növbəti uğur səhifəsi 2017-ci ildə Xəzərin Azərbaycan sektorundaAzəri”, “ÇıraqGünəşliyataqlarının birgə işlənilməsi neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması oldu. Bununla daAzəri-Çıraq-Günəşlineft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı.

1997-ci il noyabrın 12-də “Çıraqplatformasında ilkin nertin çıxarılmasına həsr olunmuş mərasimdə çıxış edərkən Ulu Öndər Heydər ƏliyevƏsrin müqaviləsiilə bağlı gələcək üçün proqnozlarını vermişdi: “Bizim imzaladığımız müqa­vilələrin hamısı təxminən 30 il müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, bu müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdir. Mən hesab edirəm ki, Azər­baycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm Azərbaycan üçün, həm Azərbaycanla müştərək görən şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir”.

Qətiyyətlə demək olar ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft-qaz strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi müstəqil Azərbaycanın güclənməsinə, respublikamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr verir. Ulu Öndərin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurulmasında möhkəmləndirilməsində əsas rol oynamışdır həmin prinsiplərə bu gün ciddi  əməl olunur. Dövlət başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan müasir, qüdrətli dinamik inkişafa malik ölkə kimi tanınır.

Azərbaycan öz tərəfdaşları iləŞahdənizyatağından hasil olunan qazın beynəlxalq bazara çıxarılması üçünCənub Qaz Dəhlizilayihəsini həyata keçirərək dünyanın enerji xəritəsini dəyişdirdi Avropanın enerji təhlükəsizliyini təmin edən əsas mənbələrdən birinə çevrildi. BP şirkəti ilə tarixəYeni əsrin müqaviləsikimi düşmüş saziş imzalandı, enerji sahəsində digər tədbirlər həyata keçirildi. Bütün bunlar ölkəmizə hələ uzun onilliklər ərzində böyük maliyyə vəsaitlərinin axınını təmin etməklə yanaşı, onun dünyada əsas enerji ixracatçılarından biri kimi qalmasını təmin etdi. Coğrafi baxımdan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat-kommunikasiya sahəsində potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atıldı, ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradıldı. Azərbaycan Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edərək, bu layihələrin icrasına önəmli töhfələr verdi.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ölkəmizin hər yerində onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Fəxrlə deyə bilərik ki, bu günü qalib xalq kimi qeyd edirik. Bu gün Azərbaycan xalqının böyük oğlunun əcdadlarımızın ruhu şaddır. Çünki Ümummilli Liderimizin ən böyük arzusu amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. 

44 günlük Vətən mühribəsində qazandığımız şanlı Zəfər əsası Ulu Öndərimiz tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq səhifələrindən biri olaraq heç zaman unudulmayacaq.

Reallaşdırılan Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdəHeydər Əliyev İlielan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bütün bunlar bir daha əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədidir, dönməzdir sarsılmazdır. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir.

Bu gün azad edilmiş ərazilərdə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması üçün Prezidentin göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir. Artıq işğaldan azad edilən şəhərlərimizdə, rayonlarımızda, hətta kəndlərimizdə həyat yenidən qaynamağa başlayır. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu Qələbə, həm dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2025.- 9 may, ¹79.- S.9.