MÜTLƏQ VƏ
TAM QƏLƏBƏ
İkinci Dünya Müharibəsindən
sonra AZƏRBAYCANDAN başqa
heç bir dövlət müharibədə
mütləq qələbə
qazanmayıb!
Dövlət başçısı İlham
Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən
sakinlərlə görüşüb,
onlara evlərin açarlarını təqdim
edərkən bir daha bildirdi ki,
sürətli bərpa
işləri tezliklə
bütün keçmiş
köçkünlərin öz
torpaqlarına qayıdacaqlarını
göstərir
Bu gün
harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı
tarixi Zəfərimizdən,
ərazi bütövlüyümüzün
və suverenliyimizin tam bərpa edilməsindən, onların
yaratdığı reallıqlar
əsasında işğaldan
azad edilmiş ərazilərimizdə aparılan
genişmiqyaslı bərpa-quruculuq
işlərindən, soydaşlarımızın
Böyük Qayıdışından
qürur hissi keçirir. Son beş ilin reallıqlarına
qısa nəzər salsaq əsas çağırış olan
Qarabağın və
Şərqi Zəngəzurun
dirçəlməsi istiqamətində
atılan addımların
ölcüyəgəlməzliyinin şahidi olarıq.
Bu gün
keçmiş məcburi
köçkünlərin öz
doğma yurdlarına dönüşü üçün
ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı”
uğurla icra edilir. Əsas hədəf Böyük Qayıdış Proqramının
birinci mərhələsinin
başa çatacağı
2026-cı ilədək 140 min
məcburi köçkünün
doğma yurd-yuvasına
qayıdışıdır.
Dövlət başçısı İlham
Əliyev mayın
10-da qayıdışın növbəti ünvanı
olan Ağdam rayonunun Kəngərli kəndinə köçən
sakinlərlə görüşdü,
onlara evlərin açarlarını təqdim
etdi. «Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq,
əlbəttə ki, böyük xoşbəxtlikdir»
söyləyən dövlət
başçısı İlham
Əliyev vurğuladı
ki, uzun illər ağır şəraitdə, ölkəmizin
müxtəlif yerlərində
yararsız evlərdə,
yataqxanalarda, uşaq bağçalarında, müəyyən
müddət isə çadır şəhərciklərində
yaşamısınız. Bu
gün isə gözəl kəndin timsalında yeniləşən
Azərbaycanı, bərpa
olunan Qarabağı görürük. Göstəririk
ki, bu torpaqların
sahibi həmişə
biz olmuşuq, bu gün də
belədir. Ancaq bu torpağın sahibi bu torpaqda
qurub-yaradır. Mənfur
düşmən bütün
bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün
kəndlər tamamilə
yerlə-yeksan edilmişdir.
Təkcə Ağdamda
yox, demək olar ki, o vaxt
işğal altında
olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən
məqsədyönlü siyasət
aparılırdı ki,
heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar.
Onlar istəyirdilər
bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək
verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar
bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq,
Azərbaycan vətəndaşları
heç vaxt öz doğma torpaqlarını unutmayacaq
və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya
bilməmişdilər.
Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, bütün
bu əzablı illər arxada qaldı. Keçmiş köçkünlər öz
doğma torpağına
qayıdır. Kəngərli
kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən
qurulmasının birinci
mərhələsidir, 292 ev
hazırdır. İkinci
mərhələdə daha
çox evlər tikiləcək. Hər cür şərait var. Həyat qayıdır, ədalət
zəfər çalıb,
ədalətin təntənəsidir.
Biz bunun şahidiyik. Ağdam şəhəri də artıq ərsəyə gəlir.
Bu il sakinlərinə qovuşacaq
məkanlardan biri də Ağdam şəhəri olacaq. Dövlət başçısı
İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Ağdam şəhərinə
də səfəri Böyük Qayıdışın
daha da sürətlənməsini
təmin edəcək
mühüm addımlarla
zəngindir. Bircə bu faktı qeyd
etmək kifayətdir ki, Birinci Azərbaycan
Milli Şəhərsalma
Forumu Ağdam şəhərində keçirildi.
Dövlət başçısı
İlham Əliyev həmin forumun açılışındakı çıxışında bildirmişdir
ki, Azərbaycan Milli Şəhərsalma Forumunu burada, Ağdam şəhərinin
bir zamanlar yerləşdiyi məkanda
təşkil edirik: «İndi görə bilərsiniz ki, bir zamanlar həyat
dolu olan şəhərdən heç
nə qalmayıb. O, dağıdılıb, işğal
dövründə dağıdılıb…
30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb,
bütün binalar viran qoyulub və
sökülüb, daşlar
oğurlanıb və
satılıb. Görə
bilərsiniz ki, yarıdağılmış yeganə
tikili Cümə məscidinin binası olub. Lakin onun
keçmiş işğal
altında olan ərazilərdə Ermənistanın
dağıtdığı digər məscidlərlə
birlikdə dağıdılmamasının
səbəbi odur ki, onlar minarələrdən
müşahidə üçün,
Azərbaycan Silahlı
Qüvvələrinin potensial
hərəkətini görmək
üçün istifadə
edirdilər… Burada - Ağdamda gördüklərinizi
Qarabağ ərazisində
hər bir kənddə görə bilərsiniz.» Həmin çıxışında dövlət
başçısı İlham
Əliyev onu da qeyd etmişdir
ki, Sovet İttifaqının vaxtında
Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan
şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri
işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da
tamamilə doğru idi: «Digər ad “ruhlar şəhəri”
idi, bu da
tamamilə doğrudur.
Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan
fərqli olaraq, dağıntılar atom bombasının partlaması
nəticəsində baş
verməmişdir, bu, qonşularımızın vandalizmi
və barbarlığı
nəticəsində olmuşdur.
Lakin indi biz qayıtmışıq,
biz güc yolu ilə geri
qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa,
əbədi yaşamağa
geri qayıtdıq.»
Dövlət başçısı İlham
Əliyev mayın
10-da Ağdam rayonuna səfəri zamanı Ağdam Dəmir Yolu və Avtovağzal
Kompleksinin, Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin, kənd
tam orta məktəbinin binasının,
körpələr evi-uşaq
bağçasının açılışında,
kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı
inzibati binada, klub-icma mərkəzində,
kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə
tanış oldu. Bu tədbirlərdən sonra Ağdam Muğam Mərkəzinin açılışı oldu.
Ağdamda Muğam Mərkəzinin ilk layihələrdən biri kimi inşa edilməsini mənəvi köklərə bağlılığımız
kimi dəyərləndirən
cənab İlham Əliyev bildirdi ki, bizi millət,
xalq kimi saxlayan musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
Bu gün
Azərbaycan vətəndaşı
hər bir qarış torpağının
sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli
bərpa işləri
onu göstərir ki, tezliklə bütün keçmiş
köçkünlər öz
torpaqlarına qayıdacaqlar.
Kəngərli kəndi
bərpa edilən sayca 14-cü yaşayış
məntəqəsidir. Ağdam
rayonunun Sarıcalı
və Kəngərli kəndləri bərpa edilərək sakinlərinə
qovuşublar. Xıdırlı
kəndi də açılışa hazırdır.
Yaxın aylarda orada da həyat
qaynayacaq.
Bu gün
biz Azərbaycan xalqının əyilməz
ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında
görürük. O torpaqları
heç vaxt görməyən Qarabağdan,
Şərqi Zəngəzurdan
olan soydaşlarımız
həvəslə bu torpaqlara qayıdırlar. Bu, xalqımızın torpağa bağlılığının,
yenilməzliyinin, məğrurluğunun
bir daha nümayişidir.
Tarixi Zəfərimizdən
dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq
işləri, eyni zamanda, soydaşlarımızın
qayıdış ünvanlarının
sayının günbəgün
artması ölkəmizin
iqtisadi imkanlarının
təqdimatı olmaqla
yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun nümayişidir. Cənab
İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında
qələbəmizin mütləq
və tam olduğunu əsaslı şəkildə diqqətə
çatdırdı.
Azərbaycan bu illər ərzində
daha da gücləndi,
qüdrətləndi. Münaqişənin
həlli üçün
möhkəm hüquqi
baza formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı.
Ölkəmizin iqtisadi
imkanlarının günbəgün
artması bütün
sahələrdə uğurlu
addımların atılmasını
şərtləndirdi. İqtisadi
müstəqilliyimiz siyasi
mövqeyimizi daha da möhkəmləndirdi.
Dövlət başçısı
İlham Əliyev bütün çıxışlarında
Azərbaycanın ərazi
bütövlüyünün danışıqlar mövzusu
olmadığını bəyan
etdi. Bu bəyanat da daim səsləndirilirdi ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına
imkan verilməyəcək.
Azərbaycan münaqişənin
həlli ilə bağlı dəyişməz
mövqeyini ən yüksək tribunalardan bəyan etdi.
Azərbaycan hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməklə yanaşı,
bu çağırışı
da edirdi ki, sülh danışıqları
səmərə vermədiyi
təqdirdə müharibə
variantı istisna edilmir. Azərbaycanın tam haqqı var ki, işğal
altında olan torpaqlarını istənilən
yolla azad etsin. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif
istiqamətlərdən Azərbaycan
ərazilərini raket
atəşinə tutması
dövlətimizin və
xalqımızın səbir
kasasını doldurdu.
44 günlük İkinci
Qarabağ müharibəsinə
qədər Azərbaycan
Ordusu Ermənistan silahlı qüvvələrinə
2016-cı ilin Aprel döyüşlərində, həmçinin
2018-ci ilin Günnüt
əməliyyatında lazımi
dərsi vermişdi. Amma düşmən bu dərsdən nəticə çıxarmayaraq
2020-ci ilin 27 sentyabr tarixində törətdiyi
hərbi təxribatla müharibənin baş verməsinə gətirib çıxardı. Azərbaycan
Ordusunun 44 gündə
imza atdığı tarixi Zəfər ölkəmizin nəyə
qadir olduğunu bir daha nümayiş
etdirdi. Azərbaycan Ordusunun sentyabrın 27-də
Qarabağda başladığı
uğurlu əks-hücum
əməliyyatı nəticəsində
noyabrın 9-dək 5 şəhər,
4 qəsəbə və
286 kənd işğaldan
azad edildi. Cəbrayıl şəhəri
və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri,
rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və
52 kəndi, Xocavənd
rayonunun Hadrut qəsəbəsi və
35 kəndi, Tərtər
rayonunun 3 kəndi, Qubadlı şəhəri
və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,
Laçın rayonunun
3 kəndi, həmçinin
Ağdərə və
Murovdağ istiqamətlərində
bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri
və daha 5 adsız yüksəklik azad edildi. Noyabrın
10-da imzalanan üçtərəfli
Bəyanata əsasən
2020-ci il dekabrın
1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.
Cənab İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında bu
məqamı xüsusi
qeyd etdi ki, cəmi 44 gün ərzində biz tarixi Zəfər
çaldıq, Ermənistan
kapitulyasiya aktına qol çəkməyə
məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq bilirdik
ki, bu, tarixi
Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan
sərhədinə biz
nəzarət etmirdik.
Əlbəttə ki,
2020-ci il noyabrın
10-dan 2023-cü il sentyabrın
20-nə qədər yenə
də hər gün, hər saat siyasi, diplomatik,
hərbi və digər alətləri işə salaraq bax bu günü
- 20 sentyabr gününü
yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il
sentyabrın 20-də Azərbaycanın
dövlət suverenliyi
tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası
“Dağlıq Qarabağ
Respublikası” artıq
tarixin zibilxanasına göndərildi. Bu gün biz azad
Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz
bərpa edilir.
Məhz bu
reallıqlara söykənərək
cənab İlham Əliyev bildirdi ki, biz mütləq
və tam Qələbə qazandıq.
Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım
ərzində heç
kim mütləq və tam Qələbə
qazanmamışdır və
elə görünür
ki, qazanmayacaq. Bəli, İkinci Dünya müharibəsindən sonra
heç bir dövlət müharibədə
mütləq qələbə
qazanmayıb. Azərbaycan
müharibəni müvəqqəti
atəşkəs, qeyri-müəyyən
sülhlə yox, tam qələbə ilə bitirib.
Dövlət başçısı İlham
Əliyev ötən ilin martında Xankəndi şəhərində
Novruz tonqalını alovlandırdı, 20 sentyabr
- Dövlət Suverenliyi
Günündə Xankəndi
şəhərində Qarabağ
Universitetinin təmirdən
sonra açılışında
iştirak etdi, universitetin müəllim və tələbə heyəti ilə görüşdü. Ötən
il, eyni zamanda, Xocalı şəhərinin sakinlərinə
qovuşması ilə
yadda qaldı. Suverenliyimizin bərpasından
ötən qısa zamanda görülən işlərin miqyası qayıdış prosesinin
sürətində özünün
aydın ifadəsini tapır. Cənab İlham Əliyevin bu torpaqlara qaydıan
sakinlərlə görüşü
hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısı
hər bir çıxışında tarixi
Zəfərimizin qəhrəmanlarının
qəhrəmanlığından, şücaətindən, vətənpərvərlik
hissinin böyüklüyündən
geniş bəhs edərək bildirir ki, onlar canları,
qanları ilə tarix yazdılar. Dünya hərb tarixində 44 günlük
müharibədə şanlı
ordumuzun həyata keçirdiyi əməliyyatların
oxşarı yoxdur. 44
gün ərzində bu çətin coğrafiyada düşmənin
5-6, bəzi yerlərdə
7 müdafiə xəttini
yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan
yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq
göstərmişdir?! Bu,
həqiqətdir: «Sinəsini
qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar
ki, milli ləyaqətimizi bərpa
edək və bunu etdik. Ona
görə mənəvi-psixoloji
üstünlük bir
daha bizim ümumi üstünlüyümüzü
göstərir. Müharibədən
keçmiş ölkə
kimi və Ali Baş Komandan
kimi müharibənin nəticələrini şərtləndirən
amillərə nəzər
salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir,
mənəvi hazırlıqdır.
Təbii ki, peşəkarlıq, qəhrəmanlıq,
texniki təchizat - bütün bunlar da vacib amillərdir.
Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə
olmasa, heç bir ən güclü
ordu heç vaxt heç bir qələbə qazana bilməz.»
Azərbaycanın addım-addım hədəfə
doğru irəliləməsində
düşünülmüş siyasətin rolu xüsusi qeyd edilir. Bildirilir ki, bu gün
Ulu Öndərin xatirəsinə hörmət
ifadə edərək
bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə
xalqın tələbi
ilə o, Azərbaycanda
hakimiyyətə gəlməsəydi,
Azərbaycan, ümumiyyətlə,
dünya xəritəsindən
silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə
başlandı. Quruculuq
və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür,
Şuşanın azad
olunması, Ermənistanın
kapitulyasiyası və
ondan sonrakı tarix artıq göz qabağındadır.
Əgər 2020-ci ilin
noyabrından 2023-cü ilin
sentyabrına qədər
bizim bütün addımlarımızı və
gördüyümüz işləri
təhlil etsəniz görərsiniz ki, hər bir addım
əvvəlki addımın
məntiqi davamı idi və hər
bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq
və davamlı uğurlara imza atdıq. 2024-cü ilin uğurları 2025-ci ili də müsbət göstəricilərlə başa
vuracağımıza əminlik
yaratdı. Reallıq budur ki, Azərbaycan
bütün dünyaya
və bu gün işğaldan, hətta müstəmləkəçilikdən
əziyyət çəkən
xalqlara göstərdi
ki, inamla yaşamaq lazımdır. Hər zaman çıxışlarında «İnam heç vaxt qırılmamalıdır.
Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var» söyləyən cənab
İlham Əliyev qeyd edir ki,
Prezident kimi müəyyən dövrlərdə
mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim
ki, bu ədalətə
çatmaq üçün
sən gərək onu əldə edəsən. O, göydən
düşməz. Sən
haqlısan, bütün
dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq
nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz
üçün də
bu, əsas olmalıdır. Əlbəttə
ki, bu gün
işğaldan əziyyət
çəkən və
ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır:
«Bu önəmlidir. Amma bizim xalqımız
üçün gələcəkdə
öz gücünə
güvənmək, güclü
olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş
əyməmək - bax,
bu, əsas hədəflərimizdir. Bunu
təmin etmək üçün əlbəttə
ki, dövlət siyasəti olmalıdır,
var. Cəmiyyətdə
birlik olmalıdır,
bu da var.»
Ümumiləşdirilmiş
şəkildə qeyd
etsək, dövlətimizin
həyata keçiridyi
iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin
bərpası, soydaşlarımızın
bu torpaqlara qayıdışı və
yeni həyatın başlanması dayanır.
Suverenliyimizin bərpasından
sonra qısa müddətdə görülən
işlər soydaşlarımızın
bu doğma torpaqlara qayıdışında
özünün aydın
ifadəsini tapır. Dövlət başçısı
İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə
köçən sakinlərlə
görüşüb, onlara
evlərin açarlarını
təqdim edərkən
bir daha bu xatırlatmanı etdi ki, işğal
dövründə köçkünlərlə
mənim çoxsaylı
görüşlərim olub.
Onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi
qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı:
«O görüşlər zamanı
deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir,
torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq… Bugünkü
mərasim o sözlərin,
necə deyərlər,
möhürüdür.»
Yeganə Əliyeva
İki sahil.- 2025.- 13 may, ¹80.- S.4.