"Müəllimlik
mənim üçün
peşələrin ən alisidir"
Əməkdar müəllim: İstərdim
ki, məktəbəqədər
hazırlıq bütün
5 yaşlı uşaqlar
üçün məcburi
olsun, çünki…
Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin şeirində
də deyildiyi kimi, hər könüldə yeri, hər kənddə və şəhərdə
meyvələri olan hörmətli müəllimlərimizin
əkdikləri ağacların
gülü, çiçəyi
solmur. Balaca əllərimizdən tutub
təhsil pillələrini
bizimlə birgə qalxan müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, insanlara elm öyrətməklə
həyatını şam
kimi əridən, qəlblərdə əbədi
həyat quran şəxsiyyətdir. Budəfəki
müsahibimiz məhz ömrünün 32 ilini bu müqəddəs peşəyə həsr edən, bütün gücü ilə peşəsinə bağlı
olan, müasir tədris metodlarından professional şəkildə
faydalanmağı bacaran
Sevda Namazovadır.
Müsahibəmizə keçid almadan öncə diqqətiniə
çatdırmaq istərdim
ki, Sevda Namazova 1971-ci ildə
Ağdam şəhərində
dünyaya göz açıb. 1988-ci ildə
Ağdam şəhər
1 nömrəli orta məktəbin
məzunu olub. Həmsöhbətim 1990-cı ildə
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə
qəbul olunub, 1993-cü ildən Şirvan şəhərindəki 1 nömrəli
orta məktəbdə
ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib.
1996-cı ildən indiyə
qədər isə Bakı şəhər Binəqədi rayonundakı
246 nömrəli məktəb-liseydə
ibtidai sinif müəllimi kimi çalışır. İşlədiyi
müddətdə məktəb
rəhbərliyi tərəfindən
dəfələrlə “Təşəkkürnamə”
və Fəxri fərmanlarla təltif olunub. Müxtəlif mövzularda təşkil olunmuş konfransların və seminarların iştirakçısı olub
və sertifikatlar qazanıb. 4 oktyabr
2016-cı ildə “Gənc
nəslin təlim-tərbiyəsində
göstərdiyi səmərəli
fəaliyyətinə görə”
Təhsil naziri tərəfindən Fəxri
fərmanla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2019-cu ildə
“Təhsilalanların riyaziyyatdan
fəaliyyətinin izlənilməsi
və qiymətləndirilməsi
üçün rubriklər”
kitabı çapdan çıxıb.
-Niyə məhz
müəllimlik peşəsini
seçdiniz?
-Böyüdüyüm ailədə müəllim
haqqında deyilən gözəl sözlər,
bu peşəyə göstərilən hörmət,
unudulmaz müəllimlərimə
sevgim müəllimlik
peşəsini seçməyimə
səbəb oldu. Müəllimlik mənim üçün ən ali, sözlə ifadə edilməsi çox çətin, bütün peşələrdən
üstün olan bir peşədir. Bu peşəni seçən insanlar düşünməlidir ki,
gələcəyin qurucuları
onun qarşısında
əyləşib. Öz
millətini sevən, Vətənini sevən hər bir müəllim
öz işinin məsuliyyətini anlamalıdır.
Əsl müəllim uşaqları sevməli, tədris etdiyi fənni sevdirməli və o şagirdləri əsl vətəndaş kimi yetişdirməlidir.
– Müəllim kimi ilk dərs
gününüzü necə
xatırlayırsınız?
-Əvvəllər dərslər sentyabrın
1-də başlayırdı. Səhər əlimdə uşaqların siyahısı
olan vərəqlə
şagirdlərimi sıraya
düzdüm. Çox
həyəcanlı idim.
Digər müəllimlərə
baxıb onların necə davrandığını
izləyirdim. Zəng çalındı və uşaqlarla birlikdə sinifə daxil oldum. Nədən başlayacağımı bilmirdim.
Bir azdan uşaqlarla yaxından tanış oldum. Məktəb, sinifdə davranış qaydaları
haqqında şagirdlərimə
məlumat verdim. Dərs bitəndə valideynlərlə
danışmağa çətinlik
çəkirdim. Bir neçə gündən
sonra hər şey yavaş-yavaş qaydasına düşməyə
başladı. Demək
olar ki, bütün günümü
uşaqlara, sabah keçəcəyim dərsin
hazırlığına, əyani
vəsaitlər düzəltməyə
həsr edirdim. Sinif otağının səliqə səhmanı,
gözəl tərtibatı
ilə də özüm məşğul
olurdum.
– Peşənizin çətin tərəfləri
varmı?
- Sinifdə təhsil
alan şagirdlərin hər biri müxtəlif
ailələrdən gəlir.
Hər bir şagird fərqli qavrama qabliyyətinə malikdir. Bəzən sinifdə sağlamlıq imkanları məhdud olan şagirdlər də təhsil alır. Belə bir sinifdə dərs keçmək, onların fikrini dərsə yönəltmək,
qarşına qoyduğun
məqsədə nail
olmaq çox çətindir. Bunun üçün müxtəlif
təlim üsullarından
istifadə edirəm; dərs başlayan kimi mövzuya aid müxtəlif sualların verirəm, sinifdə müzakirələr
aparıram, rollu oyunlar, qrup işləri,
idman dəqiqiləri təşkil edirik. Nəticədə, dərs
daha maraqlı və yaddaqalan olur, şagirdlər də fəallaşır. Müxtəlif xasiyyətli valideynlərlə
dil tapıb danışmaq da çətin olur. Bəzən valideynlər övladlarının mənfi
xüsusiyyətlərini qəbul
etmək istəmirlər.Onlar
üçün övladları
məktəbin
ən ağıllı və yaxşı şagirdidir.
– Şagirdlərinizin sevgisini
ən çox nə vaxt hiss edirsiniz?
- Şagirdlərim məni dinləyəndə, tənəffüs
zamanı məni dövrəyə alıb mənə sığınanda, digər
fənn müəllimlərinin
dərsindən sonra sinifə daxil olarkən onların mənə yaxınlaşıb
"sizin üçün
darıxdıq" dedikləri
zaman hiss edirəm ki, məni
sevirlər. Bir də ibtidai sinifi bitirib, yuxarı siniflərdə oxuyan şagirdlərimin məni
dəhlizdə görəndə
körpə uşaq kimi mənə tərəf qaçdıqları
zaman onları bağrıma
basarkən məsum qəlblərində mənə
olan məhəbbətlərini
duyuram.
- Sinifdə müəllim-şagird
münasibətlərini necə
tənzimləyirsiniz?
- Elə bir mühit
yaratmağa çalışıram
ki, şagirdlərim öz
fikirlərini deməkdən
çəkinməsinlər. İstəyirəm ki, onlar
sinifi ikinci ev, məni isə
anaları bilib fikirlərini, istədiklərini
deməkdən çəkinməsinlər.
Bəzən öz problemlərini gizlətmək
istəyən şagirdlərlə
söhbət aparıram.
Bildirirəm ki, sirrini
mənimlə bölüşə
bilərsən, sənə
yardım etməyə
hazıram. Bir dəfə
bir şagirdimi çox fikirli görüb onunla söhbət etməyə
çalışdım. Əvvəl
heç nə demək istəməsə
də sonradan ailədə olan problemli vəziyyət haqqında danışdı.
Mən ona bildirdim ki, nə vaxt istəsən mənimlə danışa
bilərsən. Vaxt gələcək hər şey yoluna düşəcək. Ancaq
sən bu gün, sabah dərsdən uzaqlaşsan
bunun nəticəsi yaxşı olmayacaq. Həmin uşağa dərslərindən geri qalmaması üçün
müxtəlif, əyləncəli
tapşıqlar verir, ona xüsusi diqqət ayırdım. Məktəbi bitirən həmin şagirdim ozü indi gözəl
ailə sahibidir.
-Yetirmələriniz arasında
davamçılarınız varmı?
-Bəli.Vaxtilə dərs dediyim şagirdlər arasında müəllim olanları çoxdur. Öz işlədiyim məktəbdə olmasa da
digər məktəblərdə,
hətta rayon və kənd məktəblərində
müəllim işləyən
şagirdlərim var.
Bəzən "olmaz" deyirik
ancaq "niyə olmaz"ı başa salmırıq
-Bəzən deyilir ki,
"o dövrün şagirdləri
başqa idi". Siz bu barədə
nə düşünürsünüz?
-Müasir dövrümüzdə
şagirdlərin kompyuterə,
telefona, müxtəlif
oyunlara marağı daha çoxdur. Əvvəllər uşaqlar
həyətdə oynamağa,
təmiz havada olmağa, nəsə düzəltməyə, qurmağa
maraq göstərirdi.
Bu da onların inkişafına
müsbət təsir
göstərirdi. Lakin indiki
uşaqların sakitcə
bir yerdə oturub oyun oynamağa
maraqları daha çoxdur. Rahat, qulağı
dinc olmaları üçün bəzən
valideynlər özləri
uşaqların əlinə
telefon verir. Belə uşaqlar başqaları ilə ünsiyyət qurmağa çətinlik çəkir,
bəzən əsəbi
olurlar, ictimai yerlərdə özlərin
aparmağı bacarmırlar,
təhsilə maraqları
azalır. Belə uşaqlar vaxtında qidalanmır, təmiz havada olmur və
çox zaman aqressiv olurlar. Mən ilk növbədə valideyinlərlə
görüşüb, onlardan
xahiş edirəm ki, mənimlə birlikdə uşaqları düzgün
istiqamətləndirsinlər və bunu nə
üçün etdiyimizi
onlara başa salaq. Bəzən "olmaz" deyirik ancaq "niyə olmaz"ı başa salmırıq. Əgər
uşaqlar düzgün
maarıflənsə nəticə
daha yaxşı olar. Həm ailədə, həm məktəbdə bu iş paralel aparılmalıdır.
-Yəqin ki, peşə
fəaliyyətiniz dövründə
yaddaşınızda qalan
anlar olub. Keçmişə qayıdıb
həmin xatirələrdən
bəzilərini bölüşməyinizi
istərdik…
-Müəllim ömrünün
ən xoşbəxt anları odur ki, şagirdləri onun zəhmətini itirməyib,
uğur qazansın.Vaxtilə
dərs dediyim şagirdlərin naliyyətlərini
görəndə sevincimin
həddi-hüdudu olmur.
Bu illər ərzində
unudulmaz hadisələr
çox olub. Lakin bir şagirdimin doğum günümdə
öz anası ilə mənə yazdığı şeiri
heç vaxt unutmuram və ən gözəl xatirə olaraq yaddaşımda saxlayıram.
“Əziz müəllimim”
adlanan həmin şeirdən bir parça demək istərdim:
Doğum
gününüzü qeyd
etmək üçün
Hədiyyə axtardım yadigar
qalsın
Layiqli xatirə tapmadığım
üçün
Bir şagird ürəyi hədiyyə olsun.
1-ci sinif Azərbaycan dili kitablarında bəzən şagirdlərin
yaşına uyğun
olmayan mətnlər verilir
–Təhsil sistemimizdə
sizi nə qane edir, nə
etmir?
- Bir ibtidai sinif müəllimi
kimi deyərdim ki, kitablarda dəyişiklik olsa yaxşı olar. 1-ci sinif Azərbaycan dili kitablarında bəzən
şagirdlərin yaşına
uyğun olmayan mətnlər verilir. Bu mətnlər bir qədər kiçik həcmli və hecalara bölünmüş
olsa daha yaxşı olar. Təsviri incəsənət
dərsliyindəki mövzuları
da qavramaq bəzən
uşaqlar üçün
çətin olur. Bu dərsliyə uşaqların
yaşına uyğun
mövzuların salınması,
sadə elementlərdən
ibarət şəkillərin
çəkilməsinə aid tövsiyələr verilməsi
daha məqsədəuyğun
olardı. Mən çox istərdim ki, məktəbəqədər hazırlıq
bütün 5 yaşlı
uşaqlar üçün
məcburi olsun. Çünki məktəbəqədər
hazırlığa cəlb
olunan uşaqlar məşğələ zamanı
hərflərlə tanış
olurlar. Lakin bu məşğələlərdə iştirak etməyən bəzi uşaqlar 1-ci sinifə qəbul olunarkən hazırlığa
gəlmədikləri üçün
həmin hərfləri
gec qavrayır, oxumağa çətinlik
çəkirlər.
-Şagirdlərinizə ən
çox hansı tövsiyələri edirsiniz
ki, onlar "qulaqlarında
sırğa etsinlər"?
-Mən həmişə şagirdlərimə tövsiyə
edirəm ki, Azərbaycanlı
olmaqları ilə fəxr etsinlər, Vətəni, torpağı
sevsinlər. Anlasınlar
ki onlar sabahın qurucularıdır. Bu gün
yaxşı oxumalı,
sabah isə seçdikləri peşəni
layiqincə icra etməlidirlər. Əməyi
sevməli, daim öz üzərlərində
çalışmalıdırlar.
-Özünüinkişaf istiqamətində nələr
edirsiniz?
-Yeniliklərlə maraqlanır,
dərslərin daha maraqlı olması üçün təlimlərə
qoşulur, digər ölkələrin təhsil
sistemində xoşuma
gələn, sinifdəki
uşaqların yaşına
uyğun olan metodlardan təlim-tədris
prosesində istifadə
edirəm. Bu hər
zaman gözəl nəticə
verir. Bundan sonrakı fəaliyyətimdə
də yeniliklərdən
istifadə etmək, daha gözəl nəticələr əldə
etməyə çalışacağam.
-Şagirdlərinizin mütaliəyə
marağı sizi qane edirmi? Onlarda
kitab sevgisini möhkəmləndirmək
üçün hansı
metodlardan istifadə edirsiniz?
-Hər zaman uşaqlara öz yaşlarına uyğun kitablar tövsiyə edirəm. Sinifimizdə kiçik kitabxanamız da var. Burada maraqlı nağıl və hekayə kitabları toplanıb. Tətil müddətində
şagirdlərə oxumaq
üçün verilən
bu kitabların sonra müzakirəsini təşkil edirik.
– Özünüzü yaxşı
müəllim sayırsınızmı?
-Əgər bu gün sinfimdəki şagirdlər məni sevirsə, onların valideyinləri ilə əl-ələ verib istədiyimə nail ola bilirəmsə
çox sevinirəm. Hər zaman işimin ən xırda detallarına qədər çalışıram nəticə
gözəl olsun. Yaxşı müəllim
olmaq üçün
həmişə çalışmışam.
Mənə elə gəlir ki, hələ çox çalışmaq
lazımdır .
-Müəllim olmaq istəyən gənclərə
nələri tövsiyə
edərsiniz?
-İlk növbədə, uşaqları
sevməli onların qəlbini ələ almağı bacarmalıdırlar.
2-ci məsuliyyətli olmalı,
öz üzərlərinə
düşən işi
layiqincə icra etməlidirlər. Üçüncü
isə daim axtarışda olub, bilik və bacarıqlarını
gələcəyimiz olan
balalara öyrətməlidirlər.
-Son dərs gününüzü
necə təsəvvür
edirsiniz?
-Çox çətin sualdır. Sevdiyin peşədən, doğma
insanlardan, müqəddəs
ocaq bildiyin məktəbdən ayrılmaq
çox çətindir.
Uşaqlarla işləmək,
onların uğurlarına
sevinməkdən gözəl
hiss yoxdur. Yəqin ki,
son dərs günümdə
də çox həyəcanlı olacağam.
Ancaq keçdiyim illərə də baxanda qürur hissi keçirəcəyəm.
Çünki zəhmətim
həm dövlətimiz,
həm də məktəb rəhbərliyi
tərəfindən yüksək
qiymətləndirilib. Həm
kollektivimin, həm şagirdlərimin, həm
də valideynlərimin
sevgisini qazanmışam.
Maraqlı və səmimi
keçən söhbət
üçün sizə
təşəkkür edirik.
Gələcək fəaliyyətinizdə
uğurlar arzulayırıq!
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 16 may, ¹83.- S.7.