Möminə xatun türbəsi: Keçmişin zərif nəfəsi

 

Tarixi abidələrin qorunması, bərpası təbliği hər bir xalq üçün çox vacibdir. Çünki maddi-mədəni irsin qorunub-saxlanılması gələcək nəsillərin tərbiyəsi üçün böyük önəm kəsb edir. Elə bu səbəbdən ölkəmizdə tarixi mədəniyyət abidələrinin qorunmasına ciddi diqqət yetirilir. Tarixi abidələrimizin qorunması gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük  işlər görürlər. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu mənada demək olar ki, müasir dövrdə ölkəmizin hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdəndir. Yeri gəlmişkən xatırladaq ki, hazırda respublikamızın ərazisində 6300-dən artıq tarix mədəniyyət abidəsi mövcuddur. Bir məsələni vurğulayaq ki, erməni vandalları 30 il işğal altında saxladıqları Qarabağda Şərqi Zəngəzurda mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Hazırda onlar sürətlə bərpa olunur. Şübhəsiz, bu, təkcə maddi irsin bərpası deyil, həm xalqımızın öz tarixinə milli-mənəvi dəyərlərinə sahib çıxmasının göstəricisidir.

 

Bu yaxınlarda Mömünə xatun türbəsində bərpa konservasiya işlərinə başlanacaq. Bununla bağlı Prezident İlham ƏliyevNaxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası konservasiyası ilə bağlı tədbirlər haqqındaSərəncam imzalayıb.

 

 

 

Milli Məclisin depuatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, Prezidentin imzaladığı bu mühüm Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq incisi-Möminə Xatun türbəsinin bərpası konservasiyası həyata keçiriləcək: “Bu məqsədlə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Şübhəsiz, bu Sərəncam təkcə tarixi irsin qorunması deyil, həm gələcək nəsillərə mədəniyyətimizi kimliyimizi daşımaq baxımından son dərəcə əhəmiyyətlidir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarlayaradılan hər bir şeylə fəxr edir bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.

 

XII əsrə aid bu möhtəşəm türbə Naxçıvan memarlıq məktəbinin incisi, Əcəmi Naxçıvaninin memarlıq dühasının parlaq nümunəsidir. Möminə Xatun türbəsi yalnız bir memarlıq abidəsi deyil. Bu, qadına, anaya, ailəyə verilən dəyərin daşlaşmış simvoludur. Türbə hökmdar Şəmsəddin Eldənizin göstərişi ilə sevimli həyat yoldaşı Möminə xatunun xatirəsinə ucaldılmışdır”.

 

Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, türbənin naxışlı səthləri qızıl bölgü prinsiplərinə əsaslanan quruluşu onu təkcə regionda deyil, bütün İslam aləmində memarlıq sənətinin nadir nümunələrindən birinə çevirib: “Naxçıvan-Marağa memarlıq məktəbinin zirvəsi sayılan bu əsər, əsrlərdir ki öz füsunkarlığı ilə ziyarətçiləri heyran qoyur. Bütövlükdə İslam aləminin şah əsərləri sırasında mühüm yer tutan Möminə Xatun türbəsi hər zaman sənət söz ustadlarının, gənc yaradıcı insanların ilham mənbəyi olaraq qəbul edilir. Tarixi abidələr təkcə keçmişin bir hissəsi deyil, həm gələcəyə ilham verən, bizim mədəniyyətimizi kimliyimizi özlərində ehtiva edən möhtəşəm sənət memarlıq nümunələrdir. 1998-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş Möminə Xatun türbəsi həm xalqımızın yaddaşı, mədəniyyətinin diriliyidir”.

 

Ü. Həmzəyevanın fikirncə, bu Sərəncam yalnız Möminə Xatun türbəsinin deyil, bütövlükdə Naxçıvan Muxtar Respublikasının digər tarixi mədəniyyət abidələrinin gələcəkdə bərpası üçün bir başlanğıc olacaq: “Beləliklə, keçmişin dəyərləri gələcəyin yaddaşına çevriləcək. Biz imzaladığı müvafiq Sərəncam üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk!”

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2025.- 28 may (№ 91).- S.11.