Azərbaycan voleybolu:

Yeni nəsil beynəlxalq perspektivlər

 

Uşaq gənclərin inkişafı, regionlarda aparılan seleksiya işləri milli komandaların beynəlxalq səviyyədə uğurları ölkədə voleybolun inkişafının göstəriciləridir

 

Azərbaycan voleybolu son illərdə həm ölkədaxili, həm beynəlxalq səviyyədə diqqətəlayiq uğurlar əldə edib. Milli komandalarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edir, yerli idmançılarımız müxtəlif xarici klublarda çıxış edərək təcrübələrini artırırlar. Eyni zamanda, regionlarda uşaq gənclərin voleybola cəlb edilməsi istiqamətində sistemli davamlı işlər aparılır, yeni nəsil idmançıların yetişdirilməsi üçün müasir proqram layihələr həyata keçirilir. Müxtəlif yaş qruplarında təşkil olunan yarışlar, uşaq yeniyetmələrə Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yaradılan imkanlar regionlarda aparılan seleksiya işləri Azərbaycan voleybolunun inkişafında mühüm rol oynayır. Bununla yanaşı, idmançıların beynəlxalq standartlara uyğun hazırlanması, texnoloji yeniliklərin tətbiqi məşqçilərin peşəkar səviyyədə yetişdirilməsi istiqamətində federasiya ardıcıl tədbirlər görür.

Bu zəngin inkişaf prosesini daha yaxından öyrənmək üçün AVF-nın mətbuat katibi Şəfəq Kərimova ilə müsahibə apardıq. Müsahibimiz federasiyanın fəaliyyəti, uşaq gənclər voleybolunun inkişafı milli komandaların beynəlxalq səviyyədə uğurları barədə açıq diqqət çəkən məlumatları bizimlə bölüşdü.

-Son illərdə Azərbaycan voleybolçularının beynəlxalq ölkədaxili yarışlarda hansı uğurları qazanıblar bu nailiyyətlər idmanın bu növünün inkişafını gənclər arasında marağı necə əks etdirir?

-Voleybol ölkəmizdə hər zaman sevilən idman növlərindən biri olub bu gün öz populyarlığını qoruyur. Son illərdə yerli voleybolçularımızın bir qismi müxtəlif xarici klublarda çıxış edərək yüksək nailiyyətlər əldə ediblər. Milli komandalarımız da beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

Uşaq voleybolunun inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq artıq iki ildir ki, üç yaş qrupu (U-14, U-16, U-18) üzrə həm qızlar, həm oğlanlar arasında Azərbaycan Birinciliyi keçirilir. Bu birinciliklərdə iştirak edən komandaların ümumi sayı 150-dən çoxdur. Bundan əlavə, Azərbaycan idmançıları III MDB Oyunlarında - 15 yaşadək qızlardan 17 yaşadək oğlanlardan ibarət komandalarızın çıxışını qeyd etmək olar.

-Hazırda idmanın bu növünə ölkəmizdə maraq necədir, hansı yaş qrupu üstünlük təşkil edir voleybola marağın artırılması üçün Federasiya hansı təşəbbüsləri həyata keçirir?

-Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda voleybola maraq hər zaman yüksək olub. Hazırda Azərbaycan Voleybol Federasiyası bu marağın daha da artırılması üçün həm paytaxtda, həm regionlarda Regional Voleybol klubları yaradıb. Bu klublarda həm qız, həm oğlan uşaqları üçün müxtəlif yaş qruplarında məşqlər keçirilir. Təcrübəli məşqçilər uşaqlarla peşəkar şəkildə işləyir, mütəmadi yarış turnirlər təşkil olunur.Ötən mövsümdən etibarən oğlanlar arasında, yeni mövsümdə isə qızlar arasındaGənclərklubu Yüksək Liqada çıxış edir. Bu klubda aşağı yaş qruplarında seçilən perspektivli idmançılar iştirak edirlər ki, bu da gənclərin peşəkar səviyyədə yetişməsinə böyük imkan yaradır.

-Regionlarda voleybolun inkişafı üçün hansı addımlar atılır yerli idman məktəbləri ilə əməkdaşlıq necə qurulur?

-Regionlarda yaradılmış Regional Voleybol Klubları uşaqlara peşəkar voleybolun əsaslarını öyrətmək məqsədi daşıyır. AVF tərəfindən bölgələrdə mütəmadi seleksiya işləri aparılır istedadlı uşaqlar müəyyən olunur. Məktəblərlə sıx əməkdaşlıq həyata keçirilir, seçimlərin əksəriyyəti məhz məktəblilər arasında aparılır. Bu da uşaq yeniyetmələrin idmana yönəlməsini təşviq edir.

-Uşaq yeniyetmələrin hazırlanması beynəlxalq arenada uğurlu çıxışları üçün hansı yeni proqram layihələr həyata keçirilir?

-Uşaq yeniyetmələrin inkişafı üçün müxtəlif proqram layihələr həyata keçirilir. Bu layihələrdə əsas məqsəd gənc idmançıların fiziki texniki hazırlığının təkmilləşdirilməsi, beynəlxalq qaydalarla tanış olmaları oyun təcrübələrinin artırılmasıdır.

-Beynəlxalq yarışlarda nəticələri yaxşılaşdırmaq məqsədilə məşq, seleksiya məşqçi hazırlığı sistemində hansı yeniliklər tətbiq olunur?

-Hər bir yarışdan sonra nəticələr ətraflı təhlil olunur, komandaların fəaliyyətindəki çatışmazlıqlar müzakirə edilir onların aradan qaldırılması üçün konkret tədbirlər görülür. Bu proseslər həm idmançıların, həm məşqçilərin inkişafına şərait yaradır.

-Xarici federasiyalarla təcrübə mübadiləsi hansı qaydada aparılır bu əməkdaşlıq idmançılarımızın inkişafına necə təsir göstərir?

-Azərbaycan Voleybol Federasiyası bir sıra xarici federasiyalarla əməkdaşlıq müqavilələri imzalayıb. Bu əməkdaşlıqlar çərçivəsində birgə təlim-məşq toplanışları təcrübə mübadilələri həyata keçirilir. Belə əməkdaşlıqlar idmançılarımızın oyun təcrübəsini artırır, onların beynəlxalq səviyyədə daha peşəkar çıxış etməsinə imkan yaradır.

-Qızlar qadınların voleybol ilə məşğul olmalarına marağı artırmaq üçün hansı təşviq mexanizmləri sosial layihələr həyata keçirilir?

-AVF qadın voleyboluna marağın artırılması üçün bir sıra sosial layihələr maarifləndirici təşəbbüslər həyata keçirməyi planlaşdırır. Məqsəd məktəblərdə regionlarda qız uşaqları arasında voleybola marağı artırmaq, onların idmana cəlb edilməsini təşviq etməkdir.

-Qarşıdakı illər üçün Azərbaycan Voleybol Federasiyasının əsas strateji hədəfləri hansılardır?

-Azərbaycan Voleybol Federasiyasının əsas məqsədlərindən biri uşaq gənclər voleybolunun inkişafını təmin etmək milli komandalarımız üçün yeni nəsil idmançılar yetişdirməkdir. 2026-cı ildə ölkəmiz qadın voleybolçular arasında Avropa Çempionatının C qrupunun oyunlarına ikinci dəfə ev sahibliyi edəcək. Azərbaycan 2017-ci ildə bu yarışa ev sahibliyi etmiş milli komandamız 4-cü yeri tutmuşdur. Gələcək strategiyada həm beynəlxalq səviyyədə uğurlu çıxışlar, həm ölkə daxilində voleybolun kütləviliyinin artırılması əsas prioritetlərdəndir.

Azərbaycan voleybolu regionlardan başlayaraq milli komandaların beynəlxalq arenadakı uğurlarına qədər strateji inkişaf yolunu davam etdirir. Gənc idmançıların yetişdirilməsi, texnoloji yeniliklərin tətbiqi federasiyanın planlı fəaliyyəti sayəsində ölkəmiz 2026-cı ildə keçiriləcək beynəlxalq yarışlarda layiqincə təmsil olunacaq Azərbaycan voleybolunun yüksəlişini bir daha nümayiş etdirəcək.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.- 1 noyabr, ¹199.- S.8.