Azərbaycanın
iqtisadi inkişafı…
Bu, daha çox hansı sahələri əhatə
edir?
Artıq
2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə
Azərbaycanda iqtisadiyyatın bir çox sahələrinin inkişafı da diqqətçəkəcək
qədərdir. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın
hansı sahələrində artım qeydə alınıb?
Əsas
kapitala yatırılan investisiiya məbləği 13 milyard
manatı ötüb
2025-ci
ilin yanvar-sentyabr aylarında ölkəmizdə əsas kapitala
13 milyard 48,1 milyon manat məbləğində investisiya
yönəldilib ki, bu da əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Dövlət
Statistika Komitəsinin məlumatında bildirilib ki, cari ilin 9
ayında neft-qaz sektoruna yönəldilmiş investisiyaların
həcmi 11,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna qoyulmuş
investisiyaların həcmində 7 faiz artım qeydə
alınıb. İstifadə olunmuş investisiyanın 6 milyard
647,6 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə,
4 milyard 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə,
2 milyard 102 milyon manatı (16,1 faizi) isə yaşayış
evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş
investisiyaların 10 milyard 57,3 milyon manatını və ya 77,1
faizini daxili vəsaitlər təşkil edib.
İnvestisiyaların 10 milyard 280,2 milyon manatı və ya 78,8
faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub.
Komitənin
məlumatına görə, cari ilin 8 ayında xarici maliyyə
mənbələrindən əsas kapitala 2 milyard manat həcmində
vəsait yönəldilib. Bu isə ümumi investisiyaların
24,8 faizi deməkdir. Hesabat dövründə əsas kapitala
yönəldilən xarici vəsaitlərin 97,3 faizi Birləşmiş
Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya,
Rusiya, İran İslam Respublikası, Hindistan, Birləşmiş
Ərəb Əmirliyi,
Macarıstan və Fransa investorlarına məxsus olub.
Azərbaycan 574,3 min ton meyvə-tərəvəz
ixrac edib
2025-ci
ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 602
milyon 531 min ABŞ dolları dəyərində 574,3 min ton
meyvə-tərəvəz ixrac edilib. Bu barədə məlumat
Dövlət Gömrük Komitəsinin hesabatında yer
alıb.
Hesabat
dövründə ölkədən ixrac edilən meyvə-tərəvəzin
dəyəri əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 143,7 milyon dollar və ya 31,4 faiz, həcmi
isə 135,2 min ton və ya 30,8 faiz artıb. Xatırladaq ki,
ötən ilin 9 ayında ölkmizdən 458,8 milyon dollar dəyərində
439,2 min ton meyvə-tərəvəz ixrac edilib. Ümumilikdə
isə cari ilin 9 ayında meyvə-tərəvəzin ümumi
ixracda xüsusi çəkisi 3,24 faiz, qeyri-neft məhsullarının
ixracında çəkisi isə 22,74 faiz təşkil edib.
Cari
ilin üçüncü rübündə SOCAR tərəfindən
1,7
milyon
ton neft və 760 milyon kubmetr qaz emal edilib
Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən
12 min 146 metr qazma işləri həyata keçirilib. Hesabat
dövründə Şirkətin müstəqil şəkildə
və ya əsas payçı qismində istismar etdiyi yataqlarda
1 milyon 810 min tondan artıq neft və 1 milyard 944 milyon 732 min
kubmetr qaz hasil olunub. 3-cü rübdə Azərbaycanda xam neft
hasilatı isə 7 milyon ton təşkil edib. Ölkə
üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü
ilə müqayisədə 7,4 faiz artaraq 13 milyard kubmetr təşkil
edib.
Hesabat
dövründə SOCAR tərəfindən xarici bazarlara 4,1
milyon ton neft ixrac edilib. Bura Şirkətin öz imkanları ilə
çıxardığı neft həcmləri ilə birlikdə
ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan
dövlətinə və SOCAR-a məxsus mənfəət
payları da daxildir. Bununla yanaşı, 3-cü rübdə
ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr,
istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında
8,7 faiz artım qeydə alınıb.
Cari ilin
üçüncü rübündə SOCAR tərəfindən
1,7 milyon ton neft və 760 milyon kubmetr qaz emal edilib. Qurumun Azərbaycandakı
müəssisələrində istehsal olunan 639,2 min ton neft,
neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib
ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,7 faiz çoxdur.
Doqquz
ayda 21 798,7 mln.
kVt·st
elektrik enerjisi istehsal olunub
Energetika
Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2025-ci ilin
9 ayı üzrə respublikada elektrik enerjisinin istehsalı 12,1
mln. kVt·st, yəni 0,1 faiz artaraq 21 798,7 mln. kVt·st olub. Bu
dövrdə İES-lərdə 18 659,6 mln. kVt·st, SES-lərdə
2 414,3 mln. kVt·st, digər mənbələr üzrə isə
724,8 mln. kVt·st, o cümlədən külək elektrik
stansiyalarında 30,5 mln. kVt·st, günəş elektrik
stansiyalarında 511,0 mln. kVt·st, Bərk Məişət
Tullantılarının Yandırılması Zavodunda isə
183,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan
enerji mənbələrindən 64,5 mln. kVt·st artımla 3139,1
mln. kVt·st elektrik enerjisi istehsal edilib. Hesabat dövründə
elektrik enerjisinin idxalı 145,4 mln. kVt·st, ixracı isə 989,6
mln. kVt·st olub.
Azərbaycanın
strateji valyuta ehtiyatları
81
milyard 472,2 milyon ABŞ dolları təşkil edib
2025-ci il
oktyabrın 1-nə Azərbaycanın strateji valyuta
ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil
edib. Bunun 70 milyard 161,7 milyon ABŞ dolları və ya 86,1 faizi
Dövlət Neft Fondunun (ARDNF), 11 milyard 310,5 milyon ABŞ
dolları və ya 13,9 faizi isə Azərbaycan Mərkəzi
Bankının payına düşüb.
Cari ilin
3-cü rübündə ölkənin valyuta ehtiyatları 3
milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 faiz artıb.
Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon
ABŞ dolları və yaxud 5,5 faiz, AMB-nin valyuta
ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud
1,4 faiz artım qeydə alınıb.
Ümumilikdə
isə son 1 ildə ölkəmizin valyuta ehtiyatları 7 milyard
978,8 milyon ABŞ dolları və yaxud 10,85 faiz artıb. İl
ərzində ARDNF-in valyuta ehtiyatlarında 8 milyard 464,1 milyon
ABŞ dolları və ya 13,7 faiz artım baş versə də,
AMB-nin valyuta ehtiyatlarında isə əksinə, 485,3 milyon
ABŞ dolları və yaxud 4,1 faiz azalma müşahidə
olunub
16
sığorta şirkətinin xətti ilə 1 milyard
157,254
milyon manat sığorta haqqı toplanılıb
Bu ilin
yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən
16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254
milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan
Mərkəzi Bankının məlumatına görə, bu,
ötən ilin eyni dövrünə nisbətən 13 faiz
çoxdur. Doqquz ayda sığorta şirkətlərinin həyata
keçirdikləri ödənişlərin məbləği
isə 683,896 milyon manat təşkil edib ki, bu da illik
müqayisədə 23,5 faiz çoxdur.
Cari
ilin 9 ayında Naxçıvan büdcəsinin
gəlirlərinin
63,1 faizi yerli yığımlar hesabına formalaşıb
«2025-ci
ilin ilk doqquz ayında Naxçıvan Muxtar
Respublikasının maliyyə müstəqilliyi daha güclənib. Bu dövrdə muxtar respublika
büdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində
olub ki, bunun da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi
yerli yığımlar hesabına formalaşıb.
Dotasiyanın həcmi isə 120 milyon manat və ya 36,9 faiz təşkil
edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 min manat və
ya 29,5 faiz azalma deməkdir.
Muxtar
Revpublikanın Maliyyə
Nazirliyinin mətbuat üçün açıqlamasında
bildirilir ki, bu azalma tendensiyası, muxtar respublikanın büdcə
gəlirlərinin tədricən daxili maliyyə mənbələri
hesabına formalaşmağa başladığını
göstərir. Yəni, yerli gəlir bazasının genişlənməsi,
vergi və qeyri-vergi daxilolmalarının artması, eləcə
də fiskal intizamın gücləndirilməsi
Naxçıvanın büdcəsinin getdikcə daha çox
öz resursları hesabına təmin olunmasına imkan verir.
Elçin
Zaman
İki
sahil.- 2025.- 1 noyabr, ¹199.- S.7.